21
etməsi zamanı SİUSİ və SNİUSİ-nin təyini, ilk növbədə
orqanizmin MAO inhibitorlarından təmizlənməsini tələb edir.
6. Antidepressantların terapevtik təsirinin dərhal üzə çıxmadığını
nəzərə alsaq, klinik ifadəli həyəcan və/ və ya təlaşla müşayiət
olunan depressiya yaşayan xəstələrə antidepressantlarla eyni
zamanda anksiolitiklərin (kiçik trankvilizator) təyini də
məqsədəuyğundur [A]. Tolerantlıq, asılılıq və ya dərman
qəbulunun dayandırılması sindromu yaratmayan həyəcana qarşı
preparatlara qeyri-benzodiazepin sırası anksiolitikləri
(Buspiron, Hidroksizin) aiddir [D]. Daha ifadə olunmuş sedativ
təsirə malik olan (Alprozolam, Lorazepam, Klonozepam)
benzodiazepin trankvilizatorlarının istifadəsinə böyük diqqətlə
yanaşmaq və onları qısa müddətə (2 həftədən çox olmayaraq)
təyin etmək lazımdır [C]. Trankvilizatorların əksəriyyəti
depressiya zamanı yuxuculluğu gücləndirə və fikri cəmləmə
qabiliyyətini zəiflədə bilər. Bu səbəbdən də xüsusilə nəqliyyat
vasitələrini idarə edən pasiyentlər bu effektlərə dair
məlumatlandırılmalıdırlar.
7. Müalicənin ilk ayında 2 həftədə 1 dəfədən az olmayaraq
terapevtik monitorinq həyata keçirmək lazımdır. Ağır depressiya
zamanı monitorinqlər daha tez-tez keçirilməlidir [C]. Monitorinq
zamanı ehtimal olunan əlavə təsirlərə, intihar cəhdlərinə, həyəcan
və təlaşın yaranması və güclənməsinə, həmçinin həkimin
göstərişlərinə xəstənin necə əməl etməsinə nəzarət etmək
lazımdır. Müalicə rejiminə və həkim göstərişlərinə riayət etmək
müalicədə əsas (aparıcı) faktordur [A]. Həkim göstərişlərinə
riayət etməyə, pasiyenti aşağıdakılara dair məlumatlandırmaqla
nail olmaq olar:
Terapiyanın ilkin hiss olunacaq nəticələri (səmərəsi) 2
həftədən tez olmayaraq meydana çıxa bilər. Lakin
depressiyanın öhdəsindən gəlmək üçün daha uzun müddət
tələb olunur.
Əlavə təsirlər terapiyanın müsbət təsirini qabaqlaya bilər və
onlar adətən əlavə tədbirlər aparılmadan keçib gedirlər.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
22
Uğurlu müalicə dozanın dəyişdirilməsini və ya digər
antidepressantın təyinini tələb edə bilər.
Terapiya əhval-ruhiyyənin yaxşılaşmasından sonra 6 aydan
az olmayaraq hələ davam etdiriləcək.
Dərman preparatı həkimin göstərişinə əsasən ardıcıl formada
qəbul olunmalıdır. Müalicə rejiminə riayət edilməməsi
depressiv simptomların kəskinləşməsinə və ya yeni epizodun
inkişafına gətirib çıxara bilər.
Müalicə ilə bağlı bütün məsələlərə dair həkimlə
məsləhətləşmək lazımdır.
8. SİUSİ_və_SNİUSİ'>SİUSİ və SNİUSİ-nin standart dozasının terapevtik effektinin
kifayət qədər olmadığı təqdirdə və əlavə təsirlərin yoxluğu
zamanı preparatın ilkin dozası tədricən artırıla bilər [A].
Müalicənin başlanmasından sonra, 4 həftə ərzində terapevtik
effektin yoxluğu, terapiyanın əvvəlində olmayan və əhəmiyyətsiz
(cüzi) dərəcədə ifadə olunan depressiv simptomatikanın artması
və ya intihar tendensiyasının güclənməsi və ya əlavə təsirlərin
kəskinləşməsi zamanı başqa SİUSİ və ya SNİUSİ təyin etmək
lazımdır [C]. Əgər sonrakı 4 həftə ərzində də müsbət
dəyişikliklər nəzərə çarpmırsa, ikinci seçim preparatlarına
keçmək lazımdır [B].
9. İkinci seçim preparatlarına trisiklik antidepressantlar (TSA),
qarışıq təsirli antidepressantlar (QTA) və monoaminoksidazanın
dönən inhibitorları (MAO Dİ) aiddir [C]. TSA ilə müalicəyə
tədricən, terapevtik effektin və əlavə təsirlərin yaranmasına səbəb
olan kiçik dozalardan başlamaq lazımdır [C]. TSA-nın
Monoaminoksidazanın (MAO) dönən və dönməyən inhibitorları
ilə birlikdə
qəbulu yolverilməzdir. Pasiyentin MAO
inhibitorlarından istifadəsi faktının mövcud olduğu təqdirdə
TSA-nın təyin olunması ilk növbədə orqanizmin MAO
inhibitorlarından təmizlənməsini tələb edir. TSA-nın yüksək
dozası arzuolunmaz təsirlərin yaranması təhlükəsi ilə bağlıdır.
TSA ishal və yuxusuzluqdan əziyyət çəkən xəstələr üçün xeyirli
ola biləcək, sedasiya və ya qəbizlik kimi antixolinergik əlavə
təsirlərə malikdir [A]. TSA həmçinin çəki artımına və ya
nevroloji ağrıların yaranmasına da səbəb ola bilər. Antixolinergik
təsirlər özündə ağızda quruluq, görmə yayğınlığı, səmtləşmə
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
23
proseslərinin pozulması, ortostatik təzyiqin enməsini birləşdirir
və müalicə sxeminə riayət olunmamasına gətirib çıxara bilər.
Müalicənin qeyri-effektivliyi kifayət qədər olmayan dərman
miqdarı və ya müalicə müddəti ilə əlaqədar ola bilər. TSA-nın
dozasını aşmağın ölüm hallarına səbəb olmasını nəzərə alsaq,
intihara şübhəli xəstələrə bu preparatları məhdud miqdarda
təyin etmək lazımdır [A].
10. İlkin səhiyyə sisteminin həkimləri MAO-nun dönməyən
inhibitorlarını, iki antidepressantla uyğunlaşdırılmış terapiyanı,
antidepressantla Neyroleptikin, antidepressantla Litium
duzlarının,
antidepressantla
əhval stabilizatorlarının
kombinasiyasını təyin etməməlidirlər [D]. Bu cür təyinatlar
yalnız mütəxəssis psixiatr tərəfindən verilə bilər.
11. Antidepressantlarla aparılan terapiyanın davamlılığı, birinci
epizodda remissiya əldə olunandan sonra altı aydan, ikinci
epizodda isə iki ildən az olmamalıdır [A]. Qeyri-məhdud zaman
kəsiyində istifadə olunan antidepressantlı, dəstəkləyici terapiya
üçüncü epizoddan və ya ifadə olunmuş ağırlıq dərəcəsi, intihar
cəhdləri, psixoz, uzunmüddətli depressiv epizodlarla müşayiət
olunan ikinci epizoddan və ya 60 yaşından sonra təyin
olunmalıdır [B]. Müalicənin fəal fazasından fərqli olaraq
dəstəkləyici terapiya zamanı antidepressantların daha az
terapevtik dozalarından istifadə etmək olar [D].
12. Dərman qəbulunun kəsilməsi sindromunun yaranma ehtimalı ilə
əlaqədar olaraq terapiyanın dayandırılması prosesi dozanın iki
həftə ərzində tədricən azaldılması yolu ilə aparılmalıdır [C].
Pasiyentlər dərman qəbulunun müstəqil formada (həkimlə
məsləhətləşmədən) dayandırılmasının yolverilməzliyinə dair
məlumatlandırılmalıdırlar. Həkim müalicənin dayandırılması
qərarını qəbul edərkən əvvəlcədən pasiyentin psixi halını
müayinə etməlidir.
İxtisaslaşdırılmış yardım səviyyəsinə göndəriş
1. İxtisaslaşdırılmış yardım səviyyəsinə göndəriş aşağıdakı hallarda
həyata keçirilməlidir:
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |