9
XBT-10 ÜZRƏ TƏSNİFAT
F32
Depressiya epizodu
F32.0
Yüngül depressiya epizodu
F32.1 Orta
dərəcəli depressiya epizodu
F32.2 Psixotik
əlamətlərsiz ağır depressiya epizodu
F32.3 Psixotik
əlamətlərlə ağır depressiya epizodu
F32.8 Digər depressiya epizodları
F32.9 Müəyyənləşdirilməmiş depressiya epizodu
F33
Rekurrent depressiya pozuntusu
F33.0 Rekurrent depressiya pozuntusu, hazırkı epizodun yüngül
dərəcəsi
F33.1
Rekurrent depressiya pozuntusu, hazırkı epizodun orta
dərəcəsi
F33.2
Rekurrent depressiya pozuntusu, hazırkı epizodun
psixotik əlamətlərsiz ağır dərəcəsi
F33.2 Rekurrent depressiya pozuntusu, hazırkı epizodun
psixotik əlamətləri olan ağır dərəcəsi
F33.4 Rekurrent depressiya pozuntusu, hazırkı remissiya halı
F33.8 Digər rekurrent depressiya pozuntuları
F33.9 Müəyyənləşdirilməmiş rekurrent depressiya pozuntusu
F34 Davamlı (xroniki) affektiv pozuntuları
F34.1 Distimiya
F34.8
Digər davamlı (xroniki) affektiv pozuntuları
F34.9
Müəyyənləşdirilməmiş davamlı (xroniki) affektiv
pozuntuları
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
10
Depressiyanın təbii gedişi və nəticələri
Depressiv pozuntu istənilən yaş dövründə başlaya bilər. Lakin
bununla yanaşı o daha çox 25-30 yaş arası başlayır. O qəfildən
(məsələn güclü stresslə əlaqədar) yarana bilər və ya bir neçə gün və
həftə müddətində tədricən inkişaf edə bilər. Bu zaman depressiyanın
əlamətləri kimi həyəcan, təlaş tutmaları və ya ümumi narahatlıq
müşahidə edilə bilər. Depressiv epizodun davamlılığı bir neçə aydan,
bir neçə ilədək tərəddüd edir, müalicə olunmadan yaşanan depressiya
epizodları adətən 6 aydan 9 ayadək davam edir. Depressiya
təkrarlanan (residiv verən) xəstəlikdir. Birinci epizoddan sonra
residiv təhlükəsi 50%, ikinci epizoddan sonra 75%, üçüncü
epizoddan sonra 90% təşkil edir. Residiv göstəriciləri 45 yaşdan
yuxarı qruplar arasında xüsusilə yüksəkdir. Remissiya dövründə
insanların çoxu ilkin hallarına qayıdırlar, lakin bəzi xəstələrdə qalıq
əlamətlər də qeydə alınır. Demək olar ki, bütün halların 20%-də,
xüsusilə də adekvat müalicə ilə təmin olunmayan hallarda,
depressiya xroniki xəstəliyə çevrilir və remissiya olmadan keçir.
Depressiyanın ən ağır nəticəsi intihardır. Depressiyadan əziyyət
çəkən şəxslərin 15-20%-i həyatlarına intiharla son qoyurlar.
Depressiyanın digər nəticələrinə, işin (vəzifənin) itirilməsi, təcrid,
təhlükəli davranış formaları, alkoqoldan və digər psixoaktiv
maddələrdən istifadə aiddir. Depressiv pozuntu xəstənin ailəsinə və
yaxınlarına, xüsusilə də uşaqlarına – depressiyadan əziyyət çəkən
xəstənin valideynlik funksiyalarını yerinə yetirmək imkanının
azalması ilə əlaqədar olaraq, – mənfi təsir göstərir. Depressiv
pozuntu pasiyentin fiziki sağlamlığına mənfi təsir göstərə, yanaşı
gedən somatik xəstəliyin gedişini ağırlaşdıra bilər. Bundan əlavə
depressiya zamanı ürək-damar patologiyalarının yaranması ehtimalı
da artır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
11
DEPRESSİV POZUNTUNUN DİAQNOSTİKASI
Psixi
və Davranış Pozuntularının Beynəlxalq Təsnifatına (XBT-
10) uyğun şəkildə depressiv pozuntu diaqnozunun qoyulması üçün
əlamətlər 2 həftədən az olmayaraq müşahidə edilməlidir. Anamnezdə
maniakal və ya hipomaniakal epizodlar olmamalıdır. Simptomlar
psixoaktiv maddələrin qəbulu və ya istənilən orqanik psixi xəstəlik
ilə əlaqəli olmamalıdır.
Depressiyanın əsas əlamətləri:
►
Pasiyent üçün qeyri-normal hesab edilən səviyyəyədək uzun
müddət əhvalın enməsi
►
Adətən pasiyent üçün xoş olan məşğuliyyətə aydın formada
marağın və alınan zövqün azalması
►
Demək olar ki, hər gün müşahidə edilən yorulma və güc
tükənməsi.
Depressiyanın əlavə əlamətləri:
►
Özünəinamın və özünüqiymətləndirmə hissinin enməsi
►
Səbəbsiz özünütənqid və ya qeyri-adekvat günahkarlıq hissi
►
Təkrarlanan ölüm və ya özünəqəsd fikirləri və ya intihar
davranışı
►
Düşünmə və fikir cəmləmə qabiliyyətinin azalması
►
Tormozlanma və ya həyəcanla müşayiət olunan psixomotor
fəallığın pozulması (subyektiv və ya obyektiv)
►
İstənilən növ yuxu pozuntusu (yuxusuzluq və ya yuxuculluq-
süstlük)
►
Çəki dəyişkənliyi ilə müşayiət olunan iştahanın dəyişməsi
(artması və ya azalması)
İfadə səviyyəsindən asılı olaraq əlamətlər fərqlənir:
Yüngül depressiya epizodu (F32.0) – əsas əlamətlərdən ən azı
2-si və əlavə əlamətlər müşahidə olunur (ümumi sayda 4-dən az
olmayaraq)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.