Orta dərəcəli depressiya epizodu (F32.1) – əsas əlamətlərdən
ən azı 2-si və əlavə əlamətlər müşahidə olunur (ümumi sayda 6-dan
az olmayaraq)
Psixotik əlamətlərsiz ağır depressiya epizodu (F32.2) – əsas
əlamətlərin hər üçü və əlavə əlamətlər müşahidə olunur (ümumi
sayda 8-dən az olmayaraq)
Psixotik əlamətlərlə ağır depressiya epizodu (F32.3)
sayıqlama, qarabasma və ya depressiv stupor zamanı
diaqnozlaşdırılmalıdır. Bu halda özünügünahlandırma sayıqlamaları,
ipoxondrik, nihilistik və persikutor məzmunlu münasibət daha
xarakterik mövzulardandır.
Differensial diaqnostika
Cədvəl 1. Depressiv pozuntuların differensial diaqnostikasının
prinsipləri
Pozuntu
Əlamətlərin
ifadə səviyyəsi
Epizodların
sayı
Epizodların
davamlılığı
Depressiv
epizod (F32)
Yüngül, orta
ifadəli, ağır
bir
> 2 həftə
Rekurrent
depressiv
pozuntu (F33)
Yüngül, orta
ifadəli, ağır
> 2
> 2 həftə
Distimiya
(F34.1)
Yüngül, orta
ifadəli,
> 1
> 2 il
Depressiv
reaksiya
(F43.2)
Yüngül bir < 1 ay
Maniakal, hipomaniakal və ya qarışıq tipin heç olmasa bir
epizodunun yaşanmasına dair məlumatın mövcudluğu Bipolyar
pozuntu (F31) diaqnozunun qoyulmasını tələb edir.
12
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
13
Şizofreniya simptomlarının mövcudluğu
Şizoaffektiv pozuntu
(F25.1) və ya Postşizofrenik depressiya (F20.4) diaqnozunun
qoyulmasını tələb edir.
MSS-nin üzvi zədələnməsinin əlamətlərinin mövcudluğu Üzvi
affektiv pozuntu (F06.3) diaqnozunun qoyulmasını tələb edir.
Psixoaktiv maddələrin qəbulundan sonra bilavasitə inkişaf edən
simptomatika Psixi simptomları olan psixoaktiv maddələrin
qəbulu nəticəsində yaranan psixi pozuntu diaqnozunun (F10.5)
qoyulmasını tələb edir.
İLKİN TİBBİ YARDIM SİSTEMİNDƏ
DEPRESSİYASI OLAN PASİYENTLƏRİN
MÜŞAHİDƏ VƏ MÜALİCƏSİ
Pasiyentlərin müayinəsi
1. İlkin tibbi yardım sistemində çalışan həkimlər müalicə
müəssisəsinə müraciət edən bütün pasiyentlərə depressiyaya dair
skrininq keçirməlidirlər [C].
2. Pasiyentə 2 sual vermək lazımdır:
Əhvalınızın enməsini, ruh düşkünlüyü və ya tənhalıq hiss
edirsinizmi?
Adətən Sizin üçün xoş olan məşğuliyyətə marağın və aldığınız
zövqün enməsini müşahidə edirsinizmi? [B]
3. Bu suallardan heç olmasa birinə təsdiq cavabı aldığınız təqdirdə
depressiyanı və onun ağırlıq dərəcəsini [C] müəyyənləşdirmək üçün
standartlaşdırılmış şkaladan (PHQ-9, Əlavə 1) istifadə edin.
4. Əzələ ağrıları, beldə ağrılar, döş qəfəsində ağırlıq hissləri, ümumi
halsızlıq və ya yorğunluq, baş ağrıları, qəbizlik kimi tibbi xarakterli
anlaşılmaz şikayətlər depressiya ilə əlaqədar ola bilər [C].
5. Pasiyentin müalicə rejiminə riayət etməməsi, tibbi yardımla
əlaqədar olan və olmayan həyat seçimlərini reallaşdırmaq bacarığının
olmaması, hər hansı bir problemə (adətən əhəmiyyətsiz) dair qayğısı,
tibb müəssisəsində yanlış davranışı kimi depressiyanın mümkün
əlamətləri həkimin diqqətini cəlb etməlidir [D].
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
14
6. Depressiyanın əlamətlərinin aşkarlanması zamanı həkim intihar
təhlükəsini qiymətləndirməlidir
[A]. Nəzakətli formada aşağıdakı
sualları vermək lazımdır:
1)
Öz gələcəyinizi necə görürsünüz?
2)
Siz yatıb, bir də heç vaxt oyanmamaq istəyirsinizmi?
3)
Həyatdan getmək barədə düşünürsünüzmü?
4)
Əgər bu belədirsə, bunu necə reallaşdırmaq olar?
5)
İntihar etmək üçün istifadə olunan vasitələri əldə etmək imkanınız varmı?
6)
Özünüzə zərər yetirməkdən Sizi çəkindirən nədir?
İntihar cəhdlərinin yüksək təhlükəsi ilə əlaqədar olan faktorları
da nəzərdən keçirmək lazımdır. Onlara aşağıdakılar aiddir
[B]:
Depressiya ilə əlaqədar amillər
Sosial-demoqrafik amillər
İntihara dair fikirlərin,
qərar və planların
mövcudluğu
Anamnezdə əvvəl yaşanan
intihar cəhdləri
Alkoqol və narkotik
maddələrin qəbulu
Kəskin psixotik
simptomların mövcudluğu
(imperativ qarabasmalar,
özünü günahlandırma
sayıqlamaları)
İmkansızlıq-əlacsızlıq və ya
günah
hissi ilə müşayiət
olunan ağır depressiya və
həmçinin ifadə olunmuş
həyəcan və təlaş
Depressiyanın ağır somatik
xəstəlik ilə yanaşı getməsi
İntiharı həyata keçirmək
üçün öldürücü maddələri
əldə etmək imkanı
İntihara irsi meyllilik və
digər insan tərəfindən icra
olunan intiharın
müşahidəsi
Yeniyetmə və ya ahıl yaş
dövrü
Arzuolunmaz həyat şəraiti
(tənhalıq, işsizlik,
sosial
dəstəyin yoxluğu )
Uşaqlıqda yaşanan
psixoloji travmalar
(zorakılıq, valideyn itkisi)
Kişi cinsinə mənsubluq
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.