6
İxtisarların siyahısı:
DALY
– keyfiyyətli həyatın davamiyyəti
EEQ
– elektroensefaloqrafiya
ET
– elektrokonvulsiv terapiya
HAM-D – Hamiltonun Depressiya reytinqi cədvəli
XBT-10 – Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış
İPT
– interpersonal terapiya
KBT
– koqnitiv-biheyvioral terapiyası
KDT
– koqnitiv-davranış (biheyvioral) terapiya
KT
– kompüter tomografiyası
MAOI
– monoaminoksidazanın inhibitorları
NMR
– nüvə maqnit rezonans müayinəsi
PDT
– psixodinamik terapiya
PHQ-9 – pasiyentin sağlamlıq sorğusu
RKT
– Randomizasiya olunmuş klinik tədqiqat
SİUSİ
– serotoninin intraneyronal udulmasının seçici inhibitoru
SNİUSİ – serotoninin və noradrenalinin intraneyronal udulmasının
seçici inhibitoru
TMS
– transkranial maqnit stimulyasiyası
TSA
– trisiklik antidepressantlar
ÜST
– Ümumdünya Səhiyyə Təşkilatı
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
7
Protokol həkim-psixiatrlar, ilkin səhiyyə xidmətləri səviyyəsində
çalışan terapevtlər, ailə həkimləri üçün nəzərdə tutulmuşdur.
Pasiyent qrupu: Depressiya xəstəliyi olan uşaq və böyük yaşlı
şəxslər.
Protokolun məqsədləri:
•
Müasir diaqnostika və müalicə metodlarını tətbiq
etməklə
depressiyanın diaqnostika və müalicəsinin təkmilləşdirilməsi
•
Depressiyanın erkən aşkar edilmə səviyyəsinin yüksəldilməsi
•
Depressiyalı xəstələrin həyat keyfiyyətinin və sosial
adaptasiyasının yaxşılaşdırılması
ÜMUMİ MÜDDƏALAR
Depressiya
– həyəcan, yüksək halsızlıq, gərəksizlik hissi,
intihara dair fikirlər, iştahanın azalması, yuxusuzluq, psixomotor
tormozlanma və ya həyəcan, həmçinin müxtəlif somatik simptom və
şikayətlərlə müşayiət olunan, əhval-ruhiyyənin enməsi ilə
səciyyələnən psixi pozuntudur. Tibbi kontekstdə depressiya, bu
terminin adi (bayağı) anlamından – ümidsizlik, əzginlik və kədər
halından – fərqlənir və tibbi yardımın göstərilməsini tələb edir. Bir
əlamət və ya sindrom kimi depressiya bir çox somatik və ya psixi
xəstəliklərin əlaməti və ya nəticəsi kimi meydana gələ bilər. Belə
hallarda heç də həmişə depressiyanın ümumi patogenetik
mexanizmlərə malik olmasını, onun xəstəliyə ikinci psixoloji
reaksiya olmasını (özünü göstərməsini) və ya onun digər xəstəlikdən
asılı olmayaraq yaranmasını müəyyənləşdirmək mümkün olmur.
Digər hallarda depressiya, müstəqil affektiv pozuntu (depressiv
epizod, rekurrent depressiya, distimiya, depressiv reaksiya) və ya
bipolyar affektiv pozuntunun tərkib hissəsi olur (bax: Bipolyar
affektiv pozuntu üzrə klinik protokol).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
8
Depressiya
zamanı təhlükə amilləri və onun səbəbləri
Depressiya daha çox psixi pozuntunun bio-psixo-sosial modelinə
uyğun gəlir. Depressiya zamanı aşağıdakı
bioloji faktorlar mühüm
rol oynayırlar: irsi xarakter daşıyan depressiyaya meyllilik, bəzi
somatik xəstəliklər (xüsusilə xroniki və residiv verən), alkoqolun və
narkotik maddələrin qəbulu, bəzi dərman maddələri (
hipotenziv
maddələr, H
2
blokatorları, kortikosteroidlər, estrogenlər/
progesteronlar, interferonlar, lipofil β blokatorlar).
Psixoloji faktorlar arasında uşaqlıqda yaşanan psixotravmalara,
ailə və şəxsiyyətlərarası problemlərə, həyatda baş verən mühüm
dəyişikliklərə, yaxın adamın ölümü və ya ağır xəstəliyi ilə bağlı
həyəcan hissinə və tənhalığa daha mühüm əhəmiyyət verilir
.
Depressiyanın inkişafına səbəb olan sosial faktorlara müharibə daxil
olmaqla, arzuolunmaz sosial dəyişiklik, təbii fəlakət, qəza, yoxsulluq,
işsizlik, cinayətkarlıq, sosial müdafiəsizlik aiddir.
Epidemiologiya
Depressiya
ən geniş yayılmış psixi pozuntudur. Müxtəlif
mənbələrə əsasən böyük yaş dövrünə aid olan əhalinin həyatı boyu
depressiyaya “yoluxması”, kişilər arasında 2,5%-dən 10%-dək,
qadınlar arasında isə 5%-dən 20%-dək dəyişir. Depressiya, bu
pozuntudan əziyyət çəkən qohumları olan şəxslərdə 1.5-3 dəfə daha
çox təsadüf olunur. Eyni zamanda bütün dünyada depressiyanın
yayılma səviyyəsinin yüksəlməsi və bu məfhumun gəncləşməsi
tendensiyası qeydə alınır. Depressiyanın yayılma səviyyəsi uşaqlar
arasında 2%, yeniyetmələr arasında 4-8% təşkil edir. Azərbaycanda
depressiv pozuntunun aşkarlanmasının kifayətsizliyi şəraitində ÜST-
nin (2002) rəsmi statistikasına əsasən ölkəmizdə depressiya, ürək-
damar xəstəliklərindən (13%) və aşağı tənəffüs yollarının
infeksiyasından (11%) sonra əlilliyə görə təshih edilmiş ömür illəri
(DALY) göstəricisi üzrə üçüncü yerdə durur. Depressiya DALY
göstəricisi üzrə neyropsixiatrik hallar arasında birinci yeri tutur.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.