36
DEPRESSİYANIN MÜALİCƏSİNİN DİGƏR
METODLARI
Yuxunun
deprivasiyası (ayıltma terapiyası)
1. Yuxunun deprivasiyası 60% hallarda, xüsusilə də sutka ərzində
depressiv əlamətlərin ifadə olunması dəyişən pasiyentlərdə
terapevtik effekt yaradır. Gecə vaxtı oyaq qalmaq, səhəri gün
əhvalın aşkar şəkildə yaxşılaşmasına zəmin yaradır [D].
Yuxunun deprivasiyası tez effekt əldə etmək lazım olduqda təyin
edilir.
2. Yuxunun deprivasiyası zamanı əhvalın yaxşılaşması adətən
qısamüddətli olur. Yuxunun bərpasından sonra 80-85%
pasiyentlərdə təkrar depressiya böhranları qeydə alınır. Buna
görə də yuxunun deprivasiyasını medikamentoz müalicə ilə
uyğunlaşdırmaq lazımdır.
3. Pasiyentə 22.00-dən 02.00-dək yatmağa icazə verildiyi natamam
deprivasiya alternativ metod hesab olunur.
İşıq terapiyası
1. İşıq terapiyası mövsümi depressiyalar zamanı tətbiq edilən ilkin
seçim müalicəsi kimi çox effektivdir [A]. Bu zaman
ultrabənövşəyi şüalar təcrid edilməklə parlaqlığı 10.000 lüks olan
ağ süni işıqlandırmadan istifadə olunur. Terapiya hər səhər
oyandıqdan sonra 30 dəq. ərzində həyata keçirilir.
2. Güman edilir ki, terapevtik effekt beyinə retino-hipotatamik trakt
tərəfindən göstərilən təsir nəticəsində əldə edilir. Bu da öz
növbəsində sirkad ritmlərin normallaşmasına və
neyrotransmitterlərin (dofamin və serotonin) tənzimlənməsinə
səbəb olur.
3. İşıq terapiyası qeyri-invaziv və ucuz müalicə metodudur. İşıq
terapiyası tor qişa xəstəlikləri, sarı ləkənin degenerasiyası,
həmçinin eyni vaxtda bəzi preparatların (Tioridazin, Litium
duzları, Melatonin) qəbul zamanı əks-göstərişdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
37
Transkranial
maqnit
stimulyasiyası (TMS)
1. TMS – kortikal neyronların stimulyasiyası üçün istifadə olunan
intensiv maqnit sahəsinin generasiyası texnikasıdır. Hal-hazırda
qabığın sol dorsal larteral sahəsinin yüksək tezlikli stimulyasiyası
və ya qabığın sağ dorsal larteral sahəsinin zəif tezlikli
stimulyasiyasının effektivliyi sübuta yetirilib. Lakin TMS-nin
antidepressiv effektinin davamlılığına dair sübutlar yoxdur [D].
2. TMS əks-göstərişləri olmayan qeyri-invaziv və ucuz müalicə
metodudur. Lakin hal-hazırda depressiya zamanı bu metodun
istifadəsinə dair (dəqiq) aydın tövsiyələr mövcud deyildir.
Elektrokonvulsiv terapiya (ET)
1.
ET – baş beyinə elektrik cərəyanın təsiri zamanı süni
qıcolmaların törədilməsidir. ET üçün göstərişlərə xəstənin
somatik vəziyyətini pisləşdirən (qidadan imtina) yüksək intihar
təhlükəsi, psixotik depressiya, pis həssaslıq və ya antidepressant
qəbulunun çətin keçirilməsi, pasiyentin şəxsi istəyi aiddir.
2. ET-nin əlavə təsirlərinə hiposteziya, ürəkbulanması, baş və əzələ
ağrıları aiddir. Sümük-əzələ travmaları, dişlərin zədələnməsi,
mialgiya, ürək-damar pozuntuları, koqnitiv funksiyaların
qısamüddətli pozuntusu kimi hallar daha az qeydə alınır.
3. ET kursunun ümumi müddəti 6-12 seansdır. Seanslar həftədə üç
dəfə aparılır. Elektrodların unilateral və bifrontal düzülüşü
ənənəvi bitemporal düzülüşə nisbətən daha az koqnitiv
pozuntularla səciyyələnir.
4.
Antidepressantlarla ET-nin kombinasiyası, müalicənin fəal
fazasında təkcə tətbiq edilən ET ilə müqayisədə üstünlüyə malik
deyil. ET tətbiqi zamanı preparatların qəbulunu dayandırmaq
lazımdır və yalnız ET-nin tam kursunu başa vurduqdan sonra
yenidən qəbulu bərpa etmək olar [D].
Psixoterapiya
1.
Psixoterapiya depressiya və digər psixi pozuntuların
müalicəsində istifadə edilən psixoloji təsir metodudur.
Psixoterapiya monoterapiya və eyni zamanda, medikamentoz
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
38
terapiya ilə uyğunlaşdırılaraq istifadə edilə bilər. Psixoterapiya
ilə medikamentoz müalicənin uyğunlaşdırılması daha effektiv
üsul hesab edilir. Depressiyanın müalicəsində səmərəsi klinik
tədqiqatlar əsasında sübuta yetirilmiş psixoterapevtik metodlara,
koqnitiv-davranış (biheyvioral) terapiya (KDT), interpersonal
terapiya (İPT), qrupşəkilli və ailə terapiyası formaları aiddir.
2. KDT daha çox tədqiq olunmuş, depressiya müalicəsində istifadə
olunan terapiyadır [A]. Bu psixoterapiya növünə koqnitiv və
davranış texnikası aiddir. Koqnitiv texnikadan depressiv
həyəcanın özəyində dayanan, xəstənin özünə, başqa insanlara və
ətrafdakı aləmə avtomatik mənfi münasibətinin aradan
qaldırılmasında istifadə edilir. Davranış texnikası müəyyən “ev”
tapşırıqlarının yerinə yetirilməsi və yeni vərdişlərin
təkmilləşdirilməsi yolu ilə konstruktiv davranışın
formalaşdırılmasına yönəldilmişdir. KBT-nin müddəti bir
həftəlik intervalla 12-16 terapevtik seansdır. KBT depressiyanın
simptomlarını aradan qaldırmaqla yanaşı, təkrar epizodların
inkişafı ehtimalını da azaldır
3. İnterpersonal psixoterapiya məhz depressiyanın müalicəsi üçün
yaradılmışdır. İPT-nin özəyində belə bir mülahizə dayanır ki,
şəxsiyyətlərarası münasibətlərin pozulması depressiya yarada və
onu inkişaf etdirə bilər. Digər hallarda isə depressiyanın
yaranması, insanın ətrafındakılarla münasibətlərini pisləşdirərək,
onun sosial fəallığına təsir göstərir [A]. İPT nəticəsi aradan
qaldırılmamış itki, şəxsiyyətlərarası münaqişə, rolun dəyişməsi,
şəxsiyyətlərarası münasibət vərdişlərinin çatışmazlığı kimi 4
problemli məkanda təsir göstərir. İPT-nin davamlılığı KBT-də
olduğu kimidir.
4. Psixodinamik terapiya (PDT) psixoanalizə əsaslanan, xüsusilə
uşaqlıqda psixotravma yaşamış şəxslərin müalicəsində çox
perspektivli seçimdir [C]. Depressiya zamanı PDT-nin
effektivliyinin sistemli tədqiqinin kifayətsizliyi səbəbindən bu
növ terapiyaya ilkin seçim kimi baxılmır.
5. Qrup və ailə psixoterapiyasının depressiyanın müalicəsində
effektivliyi sübut olunmuşdur [B]. Psixoterapiyanın bu növləri
xüsusilə
təyin olunmuş rejimə riayət edilməsinin
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |