DəRƏLƏYƏz mahalinin kameral təSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017


Dərələyəz mahalının kameral təsviri



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə11/73
tarix01.02.2018
ölçüsü2,75 Kb.
#23024
1   ...   7   8   9   10   11   12   13   14   ...   73

36
Dərələyəz mahalının kameral təsviri 
Hərəsi 15 batman taxıl üyüdən 2 işlək və 1 yararsız də-
yirman var.
Kənddə 1 dəllək var.
Əhalinin dediyinə görə, bu kəndin torpaqları Hüseynəli 
Sultan Dostəli Sultan oğluna məxsusdur.
Vergilər: Əhalinin dediyinə və əvvəlki kameral siya­
hıya  görə,  bu  kəndin  vergiləri  Yaycı,  Həmzə  Əli  Dizə, 
Yuxarı və Aşağı Danzik, Xaçik, Arpa və Aynazur kəndləri 
ilə birlik də ödənilir. Bütün bu kəndlər hər il 42,5 xalvar 
taxıl verir lər. Başqa kəndlərin taxıl əkinləri az olduğuna 
görə taxılla vergi ödəmirlər. Bütün mahalın pulla ödədiyi 
illik vergi 2 min tüməndir.
№2. DOSTƏLİBƏY DİZƏ KƏNDİ
Tatarlar
1.Dostəli bəy Rəhim Sultan oğlu 50 yaş.; arvadı Şərə-
banu 40 y; 3 oğlu var: Fətəli bəy 25 y.; onun arvadı Hədiyyə 
20 y; oğlu Əli 5 y; Lütvəli 10 y; Kəlbəli 5 y; 
 Dərələyəzin Yaycı kəndinə köçüblər.
2.Abdulla  Səfəralı  oğlu  40  y;  arvadı  Şərəbanu  40  y; 
oğlu  Lütfulla  8  y;  qızı  Qızxanım  12  y.
3.Pirməmməd Molla Xudu oğlu 60 y; arvadı Xədicə 50 
y; oğlu Sadıq 6 y.
Bu kənd Axura kəndinin yaxınlığında yerləşir, torpaq-
ları da ümumidir. Buğda və pambıq əkirlər.
Kənddə 6 öküz, 3 inək, 3 buzov, 1 at, 1 ulaq var.
Gündə 15 batman dən üyüdən 1 dəyirman var. Əhalinin 
məşğuliyyəti və vergisi Axura kəndindəki kimidir.
Əhalisi tatar olan Dostəlibəy Dizə kəndində 3 ailə, 9 
kişi, 5 qadın, cəmi 14 adam yaşayır.


37
(1831-ci və 1842-ci illər)
№3. HƏMZƏ ƏLİ DİZƏ KƏNDİ
Tatarlar
 
1.  Kəndxuda  Şeyxhüseyn  Şeyxhüseyn  oğlu  55  y.; 
arvadı Şərəbanu 50 y; 2 oğlu var: Adıgözəl 20 y (kordur); 
Orucəli  15  y;  2  qızı  var:  Gülzar  10  y;  Şərəbanu  8  y.
2. İsgəndər İbrahim oğlu 50 y; arvadı Bəyim 50 y; 2 oğlu 
var: İbrahim 10 y; Bayraməli 6 y; 2 qızı var: Mənzər 5 y; 
Səkinə 3 y.
3. Əli Şahverdi oğu 40 y; arvadı Salatın 30 y; 2 qızı var: 
Xatun 15 y; Zeynəbbəyim 7 y.
4. Abbas Bayram oğlu 40 y(ölüb); arv. Gözəl 30 y; 2 
oğlu var: Kazım 15 y(ölüb); onun arvadı Qızxanım 25 y; 
Mirzəli 7 y; qızı Nənəxanım 6 y.
5. Əlimurad Məmməd oğlu 25 y;arvadı Nisəbəyim 15 
y; qardaşı Əsgər 10 y.
6. Əlimirzə İbrahim oğlu 80 y(ölüb); arvadı Şahzadə 60 
y; qızı Gülpəri 10 y.
7. Qurbanəli Məmməd oğlu 45 y; arvadı Fəhmixan 30 
y; oğlu Əhməd 2 y; 2 qızı var: Həliməxanım 14 y; Nərgiz 
9 y.
8. Hüseyn Şərif oğlu 30 y; arvadı Nisə 20 y; oğlu Vəli 
4 y; qızı Ummuşərəf 1 y.
9.  Ələsgər  Mustafa  oğlu  18  y;  qardaşı  Bayram  10  y; 
anası  Zöhrəbanu  40  y.
10. Orucəli Baba oğlu 15 y; arvadı Zeynəb 15 y; qarda-
şı Allahvedi 10 y; anası Güldanə 60 y.
11. Mehdi Yadigar oğlu 40 y; arvadı Mərziyəbanu 35 y; 
2 qızı var: Zeynəbxatun 10 y; Banu 5 y.
12. Mehdi İmamqulu oğlu 40 y; arvadı Zeynəb 20 y; 
oğlu Qulu 8 y; qardaşı Əliqulu 20 y; anası Mələk 60 y.
13. Abbasqulu Hüseyn oğlu 20 (ölüb) y; arvadı Mənzər 


38
Dərələyəz mahalının kameral təsviri 
15 y; qardaşı Əli 5 y.
14. Allahverdi Əli oğlu 30 y; arvadı Zöhrəbanu 25 y; 
oğlu Əli 7 y; qardaşı Bayramqulu 25 y(ölüb); onun arvadı 
Pərinisə 15 y;
15. İsmayıl Səfi oğlu 30 y; arvadı Xanı 20 y; oğlu Qafar 
2 y; bacısı Səkinə 10 y.
16. Hüseynalı Bayram oğlu 30 y(ölüb); arvadı Sadat 20 
y; oğlu Məmmədkazım 8 y(ölüb).
17. Əli Məhəmməd oğlu 50 y(ölüb); arvadı Şərəbanu 
30 y; 2 oğlu var: Səfər 10 y(ölüb); Məhəmməd 7 y; 2 qızı 
var: Xatun 15 y; Tükəzban 3 y.
18. Qasım Kazım oğlu 3 y(ölüb); anası Nazpəri 20 y.
19. Həzrətqulu Zaman oğlu 15 y; bacısı Ənbər 8 y; ana-
sı Pəri 35 y. 
Bu ailə Şərur rayonuna köçüb, amma hansı kəndə 
haraya getdikləri məlum deyil.
Kənd  Axura  çayının  Arpaçaya  töküldüyü  düzənlikdə 
yerləşir. Ətrafında ona məxsus torpaqlar 14 verstdir, onun 
10,5 versti yararlıdır. Suvarma üçün Axura çayından çəkil-
miş arxlardan istifadə olunur. 
Arpa çayın sahilləri əkinə yararlı deyil və bol otlu örüş-
dür.
Buğda, arpa və pambıq əkilir.
Kənddə 1 kəl, 39 öküz, 35 inək, 19 buzov, 12 at var.
Sakinlərin dediyinə görə bu mülk Hüseyn Əli Sultana 
və Yaycı kəndində yaşayan digər mülkədarlara məxsusdur. 
Vergi Axura kəndində olduğu kimidir.
 


39
(1831-ci və 1842-ci illər)
№4. YAYCI KƏNDİ
Tatarlar
1.İcma başçısı Hüseynəli Sultan Əlidost Sultan oğlu 45 
y(ölüb); 6 arvadı var: Nənəxanım 40 y; Mahpəri 35 y; Hüs-
nü 28 y; Pəri 30 y; Yetərxan 28 y; Səkinə 15 y; 4 oğlu var: 
Həsənalı 20 y; (onun arvadı Səkinə 20 y; oğlu Əhməd 1 y; 
qızı Fatma 2 y); Fəzləli 12 y; Abbasqulu 3 y; Lüt vəli 7 y; 3 
qızı var: Bəylm 15 y; Zeynəb 10 y; Hüsnücahan 7 y.
2.Kəndxuda Şəkər Qurbanəli oğlu 40 y; arvadı Mələk 
20 y; oğlu Məmmədbağır 3 y(ölüb); qızı Pəri 20 y.
3. Kərbəlayi Hüseyn Şahhüseyn oğlu 60 y(ölüb); arva-
dı Ənbər 30 y; oğlu Ələkbər 9 y. 
4. Əli Usub oğlu 30 y(ölüb); arvadı Əzizxan 25 y; oğlu 
Qurban 7 y; qızı Xanımcan 5 y.
5. Məhəmməd Usub oğlu 60 y(ölüb); oğlu İmamqulu 9 
y; qızı Mədinə 9 y.
6. İbrahim Veyisqulu oğlu 50 y(ölüb); arvadı Nazlıxan 
35 y; 2 oğlu var: Səfər 15 y; Qafar 10 y.
7. Murad Ocaqqulu oğlu 30 y; arvadı Xeyrənisə 20 y; 
qızı Nərgiz 1 y; anası Mahpəri 100 y (rəqəm şübhə doğu-
rur-N.Ə.).
8. Bayram Bayramxan oğlu 45 y; arvadı Şahpəri 30 y; 
qızı Pəri 5 y; qardaşı İsmayıl 20 y; anası Fatma 65 y.
9.Əlihüsüyn Əli oğlu 40 y; arvadı Gülsənəm 30 y; oğlu 
Hüseynalı 8 y; qızı Xeyrənisə 7 y.
10. Məsim Məhəmməd oğlu 60 y(ölüb);arvadı Fatma 
40 y; oğlu Məhəmməd 20 y; (onun arvadı Səkinə 15 y).
11.Qulaməli Burcuxan oğlu 40 y (ölüb); arvadı Xanda-
ğa 30 y; 3 oğlu var: Burcuxan 15 y; Fətəli 5 y; Zeynalabdin 
4 y; 2 qızı var: Xədicə 3 y; Səkinə 2 y.
12. Qurbanəli Məmmədcəfər oğlu 20 y; arvadı Mələk 


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə