DəRƏLƏYƏz mahalinin kameral təSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə10/73
tarix01.02.2018
ölçüsü2,75 Kb.
#23024
1   ...   6   7   8   9   10   11   12   13   ...   73

31
(1831-ci və 1842-ci illər)
Sonda kitabda rast gəlinən bəzi terminlərin izahını 
verməyi zəruri sayırıq.
Xalvar-həm çəki, həm də ərazi vahidi kimi işlədilirdi. 
İ.Şopenə görə, Naxçıvanda çəki vahidi kimi istifadə olunan 
xalvar 25 puda, Erməni vilayətinin başqa ərazilərində isə 30 
puda bərabər idi (1 pud isə 16,38 kq-a bərabər idi). 
“Naxçıvan əyalətinin statistik təsviri” kitabının müəlli-
fi V.Qriqoryevə görə, Naxçıvan xalvarı 20 puda, İrəvanda 
işlədilər xalvar 30 puda bərabər idi.
Ərazi vahidi kimi işlədilən xalvar 1 xalvar toxumun sə-
pildiyi ərazi nəzərdə tutulurdu və yayğın rəqəm idi.
Ərazi vahidi kimi işlədilən xalvarın miqdarı da İ.Şo-
penə görə 5 desyatin, V.Qriqoryevə görə 1,5 desyatindir.
1 desyatin ərazi 1,09 ha-ya bərabərdir.
Verst-1,0668 km-ə bərabərdir.
Batman. Naxçıvanda işlədilən batman da Erməni Vi-
layətinin  başqa  yerlərində  işlədilən  batmandan  fərqli  və 
daha ağır idi. Burada 1 batman 32 fut(1 fut 409,5 q-dır), 
yəni  13,1  kq,  başqa  yerlərdə  isə  müxtəlif  idi,  məsələn,  1 
Təbriz batmanı 3 kq, Kazanda işlədilən batman 4,1 kq(10 
funt), Rusiyanın bəzi yerlərində 0,5 pud, yəni 8 kq idi.
İrəvan xanlığında işlədilən 1 xalvar 100 batmana bə-
rabər olduğunu, 1 xalvarın həm də 30 puda, 1 pudun isə 
16,38  kq-a  bərabər  olduğunu  nəzərə  alsaq,  1  batman 
(30x16,38:100)  4,91  kq-a  bərabər  idi.
İrəvan  mahalında  taçkir  və  ya  səmər  deyilən  çəki 
vahi dindən də istifadə edilirdi. 1 xalvar 10 səmərə və ya 10 
taçkirə, yəni 50 kq-a yaxın idi. “Səmər” sözünün tərcüməsi-
nin “palan” olduğunu nəzərə alsaq, 1 səmər və ya taçkirin 1 
ulaq yükü ağırlıq olduğunu qəbul etmək olar(bəzən bu sözü 
“somar” kimi də yazırlar).


32
Dərələyəz mahalının kameral təsviri 
Tiyul –türk və tatar dillərində “bağışlanmış” demək-
dir. 
İran hakimiyyətinin vaxtında kəndlilər məhsulun 1/5-
ni, yəni 20 faizini xəzinəyə ödəyirdilər, bunun yarısı maaş 
kimi məmurlara verilirdi.
İrəvan  və  Naxçıvan  xanlıqlarında  məhsulun  qalan  10 
faizi  bir  çox  hallarda  mükafat  kimi  başqa  şəxslərə  veri-
lirdi və bu da tiyul adlanırdı (F.Brokhauz və İ.Yefronun 
Ensiklope dik  lüğəti).
“Tiyul” sözü ilk dəfə XV əsr yazılı mənbələrində rast 
gəlinir (Əbdər-Rəzzaq  Səmərqəndi). 
Müəllif  kitabın  elmi  redaktoruna,  elmi  məsləhtçilə­
rinə,  rəyçiyə  və  t.ü.e.d.T.Nəcəfliyə  təşəkkürünü  bildirir. 


33
(1831-ci və 1842-ci illər)
Naxçıvan əyaləti
Dərələyəz mahalının 
Kameral təsviri.
 1831-ci il
DƏRƏLƏYƏZ MAHALI
№1. AXURA KƏNDİ
Tatarlar
1.Kəndxuda Məhərrəm Hüseyn oğlu 25 y; arvadı Fat-
manisə 15 y; oğlu Əhmədxan 1 y; 5 qardaşı var: Allahverdi 
(kordur) 30 y; (onun arvadı Gülnisə 15 y); Korçi (qozbel) 
27 y; (onun arvadı Mələk 16 y); Abdal 20 y; Məmmədtağı 
2 y; Mirzəli 1 y; analığı Məhbub 30 y.
2.Allahverdi Dərgah oğlu 50 y; arvadı Xanımağa 35 y; 
3 oğlu var: Xalıqverdi 15 y; Tahirverdi 7 y; Dərgah 4 y.
3. Piri Allahverdi oğlu 25 y; arvadı Nənəxanım 15 y.
4.Saleh Yəhya oğlu 50 y(ölüb); arvadı Zülfü 45; 2 oğlu 
var: İbrahim 25 y; (onun arvadı Hürünisə 17 y; qızı Şərəba-
nu 3 y); İsmayıl 4 y; qızı Qızxanım 16 y.
5.Məmmədrəhim Allahverdi oğlu 35 y; arvadı Səkinə 
23 y; 2 oğlu var: Allahverdi 8 y; Əlverdi 1 y; qızı Yetər 3 y; 
əmisi oğlu Xudaverən Sübhanverdi oğlu 10 y.
6.Cəfər Molla Məsim oğlu 50 y; arvadı Zeynəb 20 y; 


34
Dərələyəz mahalının kameral təsviri 
2 oğlu var: Məsim 20 y; onun arvadı Qızxanım 15 y); oğlu 
Xanməmməd 7 y; qızı Pəri 9 y.
7.Əhməd Babaxan oğlu 60 y (ölüb); arvadı Xeyrənisə 
20 y; 5 oğlu var: Babaxan 20 y; (onun arvadı Fatma 15 y; 
oğlu Əli 1 y); Məhəmməd 15 y; Xudakərim 8 y; İsmayıl 5 
y; Orucəli 4 y; qızı Şahnisə 3 y.
8.Məsuməli Ovçu oğlu 50 y; arvadı Zeynəb 50 y; 3 oğ-
lu var: Həsənalı 20 y; (arvadı Cahan 15 y); Əliqulu 12 y; 
Abdulla 10 y; qızı Mələk 4 y.
9. Rəcəbəli Babaxan oğlu 40 y(ölüb); arvadı Səkinə 30 
y; qızı Fatma 1 y.
10. Baba Mustafa oğlu 35 y; arvadı Mədinə 25 y; 3 oğlu 
var: İbrahim 7 y; Hüseyn 5 y; Fəzləli 2 y.
11.Tanrıqulu Cəfər oğlu 40 y; arvadı Xədicəbanu 28 y; 
3 oğlu var: Əliqulu 14 y; Cəfər 10 y; Bayramqulu 6 y; 2 qızı 
var: Yaxşı 5 y; Hürü 2 y.
12. Allahverdi Rəhim oğlu 55 y(ölüb); arvadı Xeyrə-
nisə 40 y; 4 oğlu var: Rəhim 30 y; (arvadı Fatma 15 y); Əli-
hüseyn 20 y; Məmmədbağır 12 y; Məhəmməd 9 y(ölüb); 2 
qızı var: Mələknisə 8 y; Pərinisə 2 y.
13. Usta Məhəmməd Rəhim oğlu 50 y(bərbər; ölüb); 
arvadı Cahanbanu 30 y; 2 oğlu var: Fətəli 15 y(ölüb); Əli 
10 y; qızı Nənəxanım 3 y.
14. Şərif Mehdixan oğlu 40 y; arvadı Şahzeynəb 30 y; 
2 oğlu var: Usubalı 15 y (arvadı Sənəm 14 y); Mehdi 13 y; 
qızı Zeynəb 1 y.
15.Səhləli Məhəmməd oğlu 40 y; arvadı Pəri 35 y; oğlu 
Bayraməli 16 y; qızı Xədicəxanım 4 y.
16.Zeynalabdin  Kərbəlayi  Dərgah  oğlu  40  y;  arvadı 
Ummugülsüm 35 y; 2 oğlu var: Ağaverdi 15 y(ölüb); (onun 
arvadı Həliməxanım 15 y); Haxverdi 9 y.


35
(1831-ci və 1842-ci illər)
17.Əli Mustafa oğlu 40 y(ölüb); arvadı Şərəbanu 35 y; 
3 oğlu var: Novruz 20 y; Atakişi 15 y; İsmayıl 4 y; 2 qızı 
var: Səkinə 10 y; Hürü 8 y.
18. Hüseynalı Şərif oğlu 30 y; arvadı Nərgiz 17 y; 2 
qızı var: Hürü 5 y; Nurcahan 3 y.
19. Süleyman İsmayıl oğlu 15 y; anası Hürübanu 30 y.
20. Həzrətqulu Mustafa oğlu 25 y; bacısı Sadat 15 y; 
anası Xatun 40 y.
21.Məmməd Əbülqasım oğlu 60 y(ölüb); arvadı Hürü 
20 y; qızı Zöhrəbanu1 y.
22. Məmmədalı Mirzəli oğlu 26 y; arvadı Hürü 20 y; 
oğlu Nəsir 8 y; qızı Şərəbanu 2 y; qardaşı Qurban 28 y; oğlu 
Əsəd 10 y; qızı Qızxanım 7 y.
(İrəvan qəzasının Uşar kəndinə köçüblər).
23. Vəli Osman oğlunun dul qalmış arvadı Sənəm 50 y; 
qızı Fatmanisə 17 y (kordur).
Əhalisi tatar olan Axura kəndində 23 ailə, 70 kişi, 56 
qadın, cəmi 126 adam yaşayır.
Bu  kənd  Xok  mahalının  Tənənəm  kəndindən  şimal-
da,  Hacı  Qədim  və  Kölgəli  dağlarının  arasındakı  düzən-
likdə yerləşir. Ətrafındakı torpaqlar 20 verstdir. Bunun 20 
xalvar dan çoxu əkinə yararlı suvarılan torpaqdır. Arpaça-
ya  tökülən Axura  çayının  suyundan  istifadə  edirlər.  Əkin 
sahələrinin və bağların ətrafından ot biçirlər, bundan başqa, 
az miqdarda yonca da əkilir. Kəndi əhatə edən dağlar sıx 
çəmənli  örüşlərdir.
Buğda, arpa, darı, pambıq və tərəvəz əkilir.
13 günlük əkin sahəsi olan 15 meyvə bağı var və 5 xal-
vara yaxın meyvə verir.
Kənddə 4 kəl, 71 öküz, 61 inək, 35 buzov, 97 qoyun, 
212 keçi, 11 at, 16 ulaq var.


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə