QURANİ-KƏRİM (QURAN VƏHYİ)
37
B. Quranın digər adları
Zərkəşi Quranda Quranın 55 fərqli adının keçdiyini söyləyir.
Bu rəqəmi 90-a qədər çıxaranlar da vardır. İndi isə Quranın adları-
nın bir hissəsini tək-tək ələ alaq.
1. Kitab
Quranda əl-Kitab kəlməsi ümumi mənada bütün peyğəmbərlərə
gələn vəhy və ya vəhylər mənasında işlənir. Quran özündən əvvəlki
vəhylərə kitab dediyi kimi, özünü də kitab adlandırır. O, açıq və
hikmətli kitabdır.
Quran nazil olmağa davam etdiyi zamanda da özünü kitab
olaraq tanıtmışdır. Bu da vəhyin hələ davam edəcəyinə və ayələrin
axırda kitab halında toplanacağına işarə edirdi. Bildiyimiz kimi na-
zil olub qurtardıqdan qısa müddət sonra Quran kitab şəklinə salın-
mışdır.
2. Furqan
Furqan kəlməsi arami dilində olub “ayırmaq” mənasına gəlir.
Furqan surəsinin 1-ci ayəsində belə buyururlur:
Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı
batildən ayıran) Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə
qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-
bərəkəti bol və daimidir!)
Qurana Furqan deyildikdə onun yaxşını pisdən, gözəli çir kin-
dən, saleh olanı saleh olmayandan, haqqı batildən, nizamı xaos-
dan, halalı haramdan, günahı səvabdan, doğrunu yanlışdan, saxta
tanrıları Allahdan, qaranlığı aydınlıqdan, baqini fanidən və başqa
şeyləri bir-birlərindən ayırması nəzərdə tutulur.
TƏFSİR ÜSULU VƏ TARİXİ
38
3. Zikr
Zikr lüğətdə “xatırlamaq, anmaq, bir şeyi daim zehində tutmaq,
bildirmək, xəbər vermək, tələffüz etmək” kimi mənalara gəlir. Qu-
ranın digər bir adı olan Təzkir də eyni kökdən gəlir və xatırlama,
birinin diqqətini çəkmə, işarə etmə deməkdir.
Quran özünü Zikr adlandırır. Bəzi ayələrdə isə Qurana əz-
Zikrul-Həkim deyilir. Yəni o hikmətli ifadələrlə dolu zikrdir.
4. Nur
Quran, Tövrat və İncilə Nur dediyi kimi, özünə də Nur de-
yir. Rağib əl-İsfəhani nuru “görməyə yardım edən işıq” kimi tərif
etdikdən sonra dünyadakı nuru iki yerə ayırır. Biri gözlə görünən
və gözün görməsini təmin edən nur, digəri isə bəsirət gözü ilə fərq
edilən nurdur. Bu da ağlın və Quranın nurudur. Yəni Quranın nuru
mənəvi, tövhidi və əxlaqi mənada insanları aydınladan nurdur.
5. Hüda
Quran həm doğru yolu göstərir, həm də doğru olana aparır.
Bu mənada o, “hüdən lin-nəs” vəsfi ilə bütün insanlara haqqı və
həqiqəti göstərir. “Hüdən lil-müttəqin” sifəti ilə isə onun göstərdiyi
yolda gedə bilən insanları həqiqətə və səadətə çatdırır.
6. Bəyan
Nəhl surəsinin 89-cu ayəsində Quranın hər şeyi açıqladığı, hər
şeyi izah etdiyi bildirilir. Burada qəsd olunan məna Quranın, in-
sanın dini və əxlaqi məsələlərdəki əsas ehtiyaclarına cavab verən
izahlardır. Quran insanların bu dünya və axirətdə xoşbəxt olmaları
üçün lazım olan əsas məsələləri ələ almışdır. Quranın hər şeyi izah
etdiyi deyildikdə isə, onun bütün məsələləri təfərrüatları ilə izah
etməsi başa düşülməməlidir. Bəyan adı, Quranın, insan üçün çox
əhəmiyyətli olan məsələləri açıqladığını bildirir.
QURANİ-KƏRİM (QURAN VƏHYİ)
39
7. Şəfa
Quranın digər bir xüsusiyyəti onun qəlblərdə olana
42
və
möminlərə şəfa olmasıdır
43
. Allah təala Quranda qəlblərin İsla-
ma açılmasından, qəlblərin qatılaşmasından, qəlblərdəki əxlaqi
və mənəvi xəstəliklərdən bəhs edir. Şəfa adını daşıyan Quran
gözəllikləri, haqqı və həqiqəti görə bilmə qabiliyyətini itirən qəlbləri
bu mənfi xislətlərdən xilas olmağa və onları göylərin və yerin Nuru
olan Allaha yönəlməyə çağırır.
Quranın möminlərə Şəfa olması dedikdə isə, onun, müxtəlif
çətinliklərlə qarşılaşan, bəzən ümidsizliyə düşən, bəzən də bədbin
olan möminlərə dərman ola biləcək ifadələrə yer verməsi nəzərdə
tutulur.
C. Quranın nüzulü
Quranın nüzulundan bəhs edərkən hər nə qədər ilk olaraq Al-
lah və Hz. Peyğəmbər yada düşsə də, əslində burada dörd tərəfin
var olduğunu söyləsək yanılmarıq. Bu dörd tərəf də vəhyin qaynağı
(Allah), vəhy mələyi (Cəbrayıl), vəhyi təbliğ etmə ilə vəzifələndirilən
Hz. Peyğəmbər və bütün insanlardır.
1. Quranın vəhy məlyinə nəqli
İslam alimlərinin Quran vəhyinin Cəbrayıla nəqli mövzusunda
üç fərqli görüşü vardır:
1. Cəbrayıl Quranı Lövhi-Məhfuzdan almışdır.
2. Bəzi mələklər Quran vəhyini iyirmi gecədə Cəbrayıla gətir-
mişlər.
42 Yunus, 10/57
43 İsra, 17/82, Fussilət, 41/44
TƏFSİR ÜSULU VƏ TARİXİ
40
3. Quranı Cəbrayıl şəxsən Allahdan dinləyərək əxz etmişdir.
Ən çox qəbul edilən görüş də bu görüş olmuşdur.
2. Quranın Hz. Peyğəmbərə endirilməsi
Qurani-kərimin vəhy edilmiş kitab olduğu Şura surəsinin 7-ci
ayəsində belə bildirilir:
(Ya Peyğəmbər!) Şəhərlərin anası (olan Məkkə) əhlini və onun
ətrafındakıları (bütün başqa insanları) haqqında heç bir şübhə olmayan
(bütün məxluqatın bir yerə cəm olacağı) toplanış (qiyamət) günü ilə
qorxutmağın üçün beləcə sənə ərəbcə Quran vəhy etdik. (Axirətdə insan-
ların) bir qismi (möminlər) Cənnətdə, bir qismi (kafirlər) isə Cəhənnəmdə
olacaqdır!
Mənbələrin bildirdiyinə görə ilk vəhy miladi 610-cu ildə, Hz.
Peyğəmbər Hira mağarasında ikən gəlmişdir. Hz. Peyğəmbər
risalətin ağırlığını daşımaq üçün sanki əvvəlcədən hazırlanırdı.
O Hira mağarasında ruhi və mənəvi cəhətdən kamilləşirdi. Yenə
bir gün Hira mağarasında olarkən o zamana qədər qarşılaşmadı-
ğı bir şeylə qarşılaşır. Cəbrayıl gəlir və ona “oxu” deyir. O oxuya
bilmədiyini söyləyir. Mələk onu üç dəfə sıxaraq “oxu” deyir və
Ələq surəsinin ilk beş ayəsini oxuyur.
44
Beləliklə Quran vəhy olun-
mağa başlayır.
Hz. Peyğəmbərin Cəbrayıldan vəhyi necə aldığı mövzusunda
da fərqli görüşlər ortaya atılmışdır:
1. Quran vəhyi Lövhi-Məhfuzdan “Betyul-izzətə”, yəni dünya
səmasına, oradan da fasilələrlə iyirmi üç il ərzində Hz. Peyğəmbərə
nazil olmuşdur.
44 Əhməd ibn Hənbəl, Müsnəd, VI, 232, 233, Buxari, Səhih, I, 3
Dostları ilə paylaş: |