TƏFSİR ÜSULU HAQQINDA ÜMUMİ MƏLUMAT
19
bu ifadənin daha yaxşı anlaşılması üçün onu meydana gətirən yu-
xa rıdakı iki məfhumu qısa olaraq ələ almaq lazımdır:
A. Təfsir
1. Leksik mənası
Mənbələrə nəzər saldıqda təfsir kəlməsinin iki fərqli kökdən
meydana gəldiyini görürük:
a.Təfsir kəlməsi, lüğətdə “bəyan etmək, kəşf etmək, üstü örtülü
bir şeyi açmaq” kimi mənalara gələn “ fəsr” kökündən törəmişdir.
b.Təfsir kəlməsi, təqlib vəzni ilə “ səfr” kökündən əmələ gələn
təfil babında
bir məsdərdir. “ Səfr” kəlməsi müxtəlif mənalara
gəlməklə bərabər “örtülü bir şeyi açmaq, aydınlatmaq və açmaq”
anlamlarını da daşıyır.
Hər nə qədər bu iki kəlmə mənaca bir-birinə yaxın olsalar da,
yenə də bunlar arasında fərq
vardır. Belə ki, Əmin əl-Xuliyə görə
“ fəsr” və “ səfr” kəlmələrinin ikisində də kəşf etmək, ortaya çıxar-
maq mənaları vardır. Amma “ səfr” kəlməsində maddi, zahiri bir
kəşf, “ fəsr“ sözündə isə mənəvi bir kəşf vardır. Məna ilə əlaqədar
olduğu üçün Xuli “ təfsir “kəlməsinin “ fəsr “ sözündən törədiyini
iddia edir.
2. Terminoloji mənası
Ümumi olaraq təfsir, “ müşkil olan ləfızlərdən murad edilən mənanın
kəşf edilməsi”,
xüsusi olaraq isə,“ insan gücü və ərəb dilinin verdiyi im-
kan nisbətində Allah-təalanın Quranda qəsd etdiyi mənaları ortaya qoy-
maqdır”. Daha açıq ifadə etsək “ Qurani- kərimdəki ayələrdən murad
edilən mənanın (Allahın məqsədinin) nə olduğunu təfsir üsulu metodla-
rından hər hansı biri ilə təsbit edib ortaya qoyulmasına” təfsir deyilir.
TƏFSİR ÜSULU VƏ TARİXİ
20
B. Üsul
Üsul “əsl” kəlməsinin cəmidir. Lüğətdə “təməl, əsas, kök” məna-
larına gəlir. Bundan başqa “dəlil” və ”qayda” mənalarını da daşıyır.
Termin kim üsulu belə tərif edə bilərik: “Hər hansı bir elmlə bağlı olan
məlumatların sistemli şəkildə yerləşdirilməsində istifadə olunan müəyyən
qayda və metodlardır”.
C. Təfsir üsulu
Təfsir üsulu da, Quranın anlaşılması və şərh olunmasında bəzi
prinsiplər və metodlar ortaya qoyur və bunlardan istifadə etmə yol-
larını göstərir.
1. Təfsir üsulunun qayəsi
Təfsir üsulunun əsas qayəsi Quranın anlaşılmasına kömək et mək-
dir. Buna görə də bu elm Quran təfsirində ehtiyac duyulan qay da və
qanunlar üzərində durur. Bu qayda və qanunlar Quranı an lamaqda
plan vəzifəsini görürlər. Hər hansı bir işi plansız gör mək mümkün
olmadığı kimi, müəyyən qayda və qanunlar təsbit et mədən bir elmi
tətbiq etmək də mümkün deyildir. Məsələn fiqh el minin əhatəsinə
girən məsələlərin təsbitində fiqh üsulu elminə eh tiyac vardır. Çünki
bu elmin qaydalarını bilməyən insanlar hökm çı xararkən doğru nə-
ti cələri əldə edə bilməzlər. Qurani-kərimin də doğru şəkildə təfsir
edil məsi üçün məhz təfsir üsuluna ehtiyac vardır.
2. Təfsir üsulunun meydana çıxması
Təfsir üsulu elminin tam olaraq nə vaxt ortaya çıxdığını təsbit
etmək çox çətindir. Hicri II əsrdən etibarən yazılmağa başlanan
Quran elmləri ilk dövrlərdə əsbab-ı nüzul, nasix-mənsux, qəribul-
Quran və s. kimi başlıqlar altında qələmə alınırdı. Beləliklə erkən
dövrlərdən etibaren təfsir üsulu sahəsində əsərlər ortaya çıxdı. Za-
TƏFSİR ÜSULU HAQQINDA ÜMUMİ MƏLUMAT
21
man keçdikcə təkamül edən bu elm, daha sonra müstəqil bir elm
kimi formalaşdı.
3. Təfsir üslünün mənbələri
İslam elmlərinin dili ərəbcə olduğu üçün təfsir sahəsində ya-
zılan əsərlərin bir çoxu da məhz bu dildə yazılmışdır. Ancaq türk,
fars və müxtəlif Avropa dillərində də bu sahə ilə əlaqədar əsərlər
qələmə alınmışdır. Aşağıda bunlardan bəzilərinə yer verilmişdir:
a. Müstəqil əsərlər
1. Haris əl-Mühasibi (vəfatı-243/857), əl-Əql və fəhmul-Quran.
Bu əsər Quran elmləri sahəsində yazılan ilk əsərdir. Əsərdə
Quranın fəzilətləri, üslubu, möhkəm-mütəşabeh, nəsx və xəlqul-
Quran kimi bəhs mövzulardan olunur.
2. əl-Hufi (vəfatı 430/1038), əl-Burhan fi ulumil-Quran.
“ Ulumul-Quran” ifadəsinin işləndiyi ilk əsər hesab olunur. Otuz
cilddən ibarət olsa da günümüzə bunlardan sadəcə on beş cildi
gəlib çatmışdır.
3. İbnul-Cəvzi (vəfatı-597/1200), Fünunul-əfnan.
4. ət-Tufi (vəfatı-716/1316), əl-İksir fi ilmit-təfsir.
5. İbn Teymiyyə (vəfatı-728/1327), Müqəddimə fi üsulit-təfsir.
6. əz-Zərkəşi (vəfatı-794/1392), əl-Burhan fi ulumit-Quran.
7. əs-Süyuti (vəfatı-911/1505), əl-İtqan fi ulumil-Quran.
8. əd-Dihləvi (vəfatı-1176/1764), əl-Fövzül-kəbir fi üsulit-təfsir.
9. əz-Zərqani (vəfatı-1367/1948), Mənəhilul-irfan fi ulumil-Quran.
10. əz-Zəhəbi (vəfatı-1399/1978), ət-Təfsir vəl-müfəssirun.
11. Sübhi Salih (vəfatı-1399/1978), Məbahis fi ulumil-Quran.
12. Mənnaul-Qəttan, Məbahis fi ulumil-Quran.
TƏFSİR ÜSULU VƏ TARİXİ
22
b. Müqəddimələrində təfsir üsuluna yer verən müəlliflər
Bəzi müfəssirlər qələmə aldıqları təfsirlərin müqəddimələrin-
də təfsir üsulu ilə əlaqəli mövzulardan bəhs etmişlər. Onların ver-
dikləri məlumatlar təfsir sahəsi ilə məşğul olan tədqiqatçılar üçün
çox qiy mətli hesab olunur. Bu müfəssirlər və onların təfsirləri bun-
lardır:
1. ət-Təbəri (vəfatı-310/922), Camiul-bəyan an təvilil-Quran. Bu
təfsirin müqəddiməsində Qurandakı qərib kəlmələrə, yeddi hərf və
surə adları kimi mövzulara yer verilmişdir.
2. Rağib əl-İsfəhani (vəfatı-502/1108), Müqəddimətüt-təfsir. Əsər-
də Bəqərə surəsinin 220-ci ayəsi şərh edilmişdir. Ancaq əsərin əv-
vəlində təfsir üsulu ilə bağlı mühüm məsələlərə toxunulmuşdur.
3. İbn Atiyyə əl-Əndəlusi (vəfatı-543/1148), Müqəddimə. Bu mü-
qəddimə müfəssirin “ əl-Muharrarül-vəciz fi təfsiril-Quranil-əziz” adlı
təfsirinin əvvəlində yerləşir.
4. əl-Qurtubi (vəfatı-671/1272), əl-Cami li əhkamil-Quran. Mü-
fəssir bu əsərində bir çox təfsir üsulu mövzularıdan bəhs etmişdir.
5. İbn Kəsir (vəfatı-774/1372), Təfsiru-Quranil-əzim. Müfəssir təf-
sirinin sonuna əlavə etdiyi zeyldə
17
bir çox təfsir üsulu mövzularına
yer vermişdir.
6. əl-Qasimi (vəfatı-1332/1914), Məhasinut-təvil. Bu əsərin birinci
cildində təfsir üsulu mövzuları geniş bir şəkildə işlənmişdir.
17 Əlavə
Dostları ilə paylaş: |