QURANIN TARİX SƏHNƏSİNƏ ÇIXIŞI
15
xalqlarının Tanrı üçün işlətdiyi “İl” və “Əl” kəlmələrindən törədiyi
ehtimal olunur. Lat məbədi eyni zamanda Məkkə ilə Taif arasında-
kı siyasi rəqabətin bir hissəsi idi. Məkkənin qoruyucu ilahəsi olan
Uzza isə bu üç bütün ən əhəmiyyətlisi hesab olunurdu. Qüreyşin
hörmət göstərdiyi Hübəl Suriyada idi və Qüreyş onu daha sonra
Kəbəyə gətirmişdi. Hübəl insan şəklində daşdan hazırlanmış və
sağ əli qırılan bir heykəl idi. Qüreyşlilər onu savaş və yağmur ilahı
qəbul edirdilər. Əbu Süfyanın Uhud döyüşündə bu bütə dua etdiyi
mənbələrdə qeyd olunur. Hübəlin yanında fala baxılır,
oğlan uşaq-
ları sünnət edilir və nikah qıyılırdı.
Bu bütlərin xaricində Qüreyşin İsaf və Nailə adlı iki bütü daha
var idi. Bunlardan birisi Səfa, digəri isə mərvə təpəsində yerləşirdi
və bu bütlər bolluğu təmsil edirdilər. İsaf kişi, Nailə isə qadın
şəklində idi.
Quranda Vəd, Suva, Yağus, Yəuq və Nəsr adlı bütlərdən də
bəhs olunur.
7
İbn Kəlbi Yağus, Yəuq və Nəsrin Yəməndə ibadət olu-
nan bütlər olduğunu bildirir. O, eyni zamanda əsasən çobanlıqla
məşğul olan Hüzeyl qəbiləsinin də, sürüləri qoruduğuna inandıq-
ları Suvaya ibadət etdiyini qeyd etmişdir.
8
3. Ərəbistan yarımadasındakı digər etiqadlar
Yəhudilik Mərkəzi Ərəbistana kənardan daxil olmuş bir dindir.
Yəhudilərin bura ilk dəfə Qüdsdəki məbədin romalılar tərəfindən
dağıdıldığı e.ə. 70-ci ildə gəldikləri ehtimal olunur. Buradan qaçan
yəhudilər öz bilgi və bacarıqları ilə Hicazdakı ərəblərə təsir etmişlər.
Yəhudilik ərəblər arasında yayılmasa da, Yəsribdəki Övs və Xəzrəc
qəbilələri arasında bu dinə sitayiş edənlər vardı.
9
Məkkədə də
7 Nuh, 71/23-24
8 İbn Kəlbi,
Bütlər kitabı, s. 50, 51.
9 İbn Hişam,
əs-Siratun-Nəbəviyyə, I/82