TƏFSİR ÜSULU HAQQINDA ÜMUMİ MƏLUMAT
23
c. Avropa dillərində yazılan mənbələr
1. İqnaz Qoldziher, De Richuntgen der İslamichen Koranauslegung
( İslam təfsir məktəbləri).
Əbdülhəlim ən-Nəccar bu əsəri “ Təfsirul-məzəhibil-islami” adı
ilə ərəb dilinə tərcümə etmişdir. Bundan başqa bu əsər Mustafa İs-
lamoğlu tərəfindən “ İslam tefsir ekolleri” adı altında türk dilnə çevi-
rilmişdir.
2. Rudi Paret, Kuran Üzerine Makaleler. Ömər Özsoy tərəfindən
türk dilinə tərcümə edilən bu əsər Paretin müxtəlif vaxtlarda qələmə
aldığı on doquz məqaləsini əhatə edir.
3. T. Nöldeke - F. Şivli, Kuran Tarihi. Bu əsər Muammer Sencer
tərəfindən türk dilinə tərcümə edilmiş və 1970-ci ildə İstanbulda
nəşr olunmuşdur. Nöldeke eyni zamanda “ Gecschichte de Qorans
(Quran tarixi)” adlı üç cildlik bir əsər də yazmışdır ki, bu əsər 1919-
cu ildə Almaniyanın Leypsiq şəhərndə nəşr olunmuşdur.
4. H. Hörşfeld, New Researches into the Composition and Exegesis of
the Qoran ( Quranın tərtib və təfsirində yeni araştırmalar), 1902.
5. Artur Cefri, The Foreign Vokabulary of the Quran ( Quranda qərib
kəlmələr), Baroda, 1938.
D. Məna baxımından təfsir məfhumu ilə yaxın olan kəlmələr
1. Təvil
Lüğəvi yöndən “təvil” kəlməsi; “ əslə qayıtmaq” mənasına gələn
“ əvl“ sözündən götürülüb “ əslinə qaytarmaq” və “ hər hansı bir şeyi ça-
tacağı yerə çatdırmaq” deməkdir. Bundan başqa bu kəlmənin “ təqdir
və təfsir etmək” anlamları da vardır. “ Təvil“ sözü Quranda fərqli
mənalarda işlədilmişdir. Bunların bir qismini aşağıdakı kimi sada-
lamaq olar:
TƏFSİR ÜSULU VƏ TARİXİ
24
a. Təfsir: “ Onun təvilini / təfsirini sadəcə Allah bilir...”
18
b. Səbəb: “ Səbr etməyə gücünün çatmadığı şeylərin təvilini / səbəbini
sənə bildirəcəyəm.”
19
c. Nəticə: “ Bu , xeyrlidir və nəticə etibarı ilə daha yaxşıdır.”
20
d. Yuxuyozma: “ Və Yusif dedi:“Ata! Bu mənim əvvəlki yuxumun
təvilidir /yozumudur.”
21
Termin olaraq da təvil, “ məşru bir səbəb və ya dəlili əsas alaraq
ayəni zahiri mənada deyil, özündən əvvəl və sonra gələn ayələrə, kitaba və
sünnəyə uyğun olan mənalardan birinə qaytarmaq “ deməkdir.
a. Təvilin şərtləri
İslam alimlərinin əksəriyyətinə görə ayənin zahiri mənası başa
düşülürsə təvilə heç bir ehtiyac yoxdur. Ancaq müşkil və mütaşa-
beh ayələrin izahında təvildən qaçmaq mümkün deyildir. Bir ayəni
təvil edərkən aşağıda verilən xüsusiyyətlərə diqqət etmək lazımdır:
1. Təvil edilən kəlmənin mənası, məcaz yolu ilə də olsa o
kəlmənin özünə dəlalət edən mənalardan biri olmalıdır.
2. Təvil olunan kəlmə və ya ifadə təvil edilərkən şəri bir dəlilə
əsaslanmalıdır.
3. Təvilin şətlərindən biri də təvil edilən kəlmənin mənasının
açıq bir nəssə zidd olmamasıdır.
Bu şərtləri diqqətə almadan edilən təvillər doğru deyildir.
b. Təvil ilə təfsir arasındakı fərqlər
Bunlar arasındakı fərqləri aşağıdakı kimi sadalaya bilərik:
18 Ali-İmran 3/7.
19 Kəhf 18/78.
20 Nisə 4/59.
21 Yusuf 12/100.
TƏFSİR ÜSULU HAQQINDA ÜMUMİ MƏLUMAT
25
1. Təvil mütləq deyildir. Təfsir isə mütləqdir. Çünki təfsir Hz.
Peyğəmbərdən və vəhyə şahid olan səhabələrdən gələn rəvayətləri
əsas alır. Halbuki təvil ictihadı əsas alır.
2. Təfsir təvildən daha ümimidir. Təfsir ləfzlərdə (sözlərdə),
təvil isə mənalarda olur. Təvil ilahiyyat mövzularında yazılmış
əsərlərdə, təfsir isə həm ilahiyyat mövzularında, həm də digər
mövzularda yazılmış əsərlərdə olur.
3. Təvil batini mənanı, təfsir isə zahiri mənanı açıqlayır.
4. Təvil dirayətə, təfsir isə rəvayətə söykənir.
5. Təfsirdə doğruluq olduğu üçün təfsir daima etibarlı qəbul
olunur. Təvilin isə etibarlısı olduğu kimi, qəbul olunmayanı da var-
dır. Başqa cür ifadə etsək, təfsirdə qətilik, təvildə isə ehtimal vardır.
2. Tərcümə
“ Tərcəmə” və ya “ rəcəmə” köklərindən əmələ gəldiyi iddia
edilən “ tərcümə” sözü lüğətdə “ bir kəlamı başqa bir dildə ifadə etmək”,
“ bir sözü başqa bir dildə təfsir və bəyan etmək”, “ bir kəlməni başqa bir
dildə mənalandırmaq” və s. kimi anlamlara gəlir.
Tərcümə kəlməsnin yuxarıdakı mənalardan başqa mənaları da
vardır ki, onlar aşağıdakılardır:
a. Tərcümə “ bab “ başlığı , yəni bir kitabdakı fəsil adı mənasına
gəlir.
b. Bu kəlmənin digər mənası da “ tərcümeyi- hal” deməkdir.
c. Bir sözü bu sözdən xəbəri olmayan bir kəsə çatdırmaq da
tərcümə mənasına gəlir.
d. Bir sözü işlədildiyi dildə təfsir etməyə də tərcümə deyilir.
Buna görə İbn Abbasa “ tərcümanul- Quran” adı verilmişdir.
TƏFSİR ÜSULU VƏ TARİXİ
26
e. Bir sözü bir dildən başqa bir dilə çevirib təfsir etməyə də
tərcümə deyilir.
Termin kimi isə tərcümə, “ hər hansı bir dildəki söz və ya kəlamın,
eynilə başqa bir dildəki bənzəri ilə ifadə edilməsidir”.
Tərcümə məfhumu, hərfi və ya ləfzi, mənəvi və ya təfsiri
tərcümə deyə iki qismə ayrılır:
a. Hərfi (ləfzi) tərcümə: Nəzmində və tərtibində əslinə bənzəmə-
sinə diqqət olunan tərcüməyə “ hərfi ( ləfzi) tərcümə” deyilir. Bu tər-
cü mə növündə tərcümə olunacaq kəlmələr bir-bir ələ alınır, onların
ye rinə qoyulacaq sözlər hər bir yönü ilə diqqətlə incələnir. Fərqli
dil lər arasında bu tərcümə metodundan istifadə etmək çox çə tindir.
Buna görə də Quranı hərfi tərümə etmək mümkün deyildir.
b. Təfsiri (mənəvi) tərcümə: Nəzmə və tərtibə bağlı qalma-
dan hər hansı bir sözün bəzi şərh və izahlarla başqa bir dilə
nəql edilməsinə “ təfsiri tərcümə“ deyilir.
Günümüzdə daha çox
tərcümənin bu növündən istifadə olunur.
3. Məal
Bu kəlmə də təvil sözü kimi “ əvl” kökündən törəmişdir. Lüğətdə
“ bir şeyin özü, xülasəsi və nəticəsi” mənasına gəldiyi kimi “ naqis ol-
maq” mənasına da gəlir.
Termin olaraq məal, “ bir sözün mənasını hər cəhəti ilə deyil, bir az
naqis olaraq ifadə etmək” deməkdir.
Bildiyimiz kimi Quran həm ləfz (söz), həm də məna etibarilə
Allah kəlamıdır. Onu mükəmməl olaraq tərcümə etmək mümkün
deyildir. Hər nə qədər onun təfsiri tərcüməsi
mümkün olsa da, in-
san Quranın bütün məna və məqsədlərini kamil bir şəkildə ortaya
qoya bilməz. Buna görə də alimlər Quran tərcümələrinə “ tərcümə”
deməkdən çəkinmiş və onun yerinə “ məal” kəlməsini işlətmişlər.
Dostları ilə paylaş: |