TƏFSİR ÜSULU VƏ TARİXİ
16
qəbilə münasibətlərini möhkəmləndirmək məqsədilə qüreyşlilərin
yəhudi qızları ilə evləndikləri tarixə məlumdur.
Xristianlıq isə, məzəhəb çəkişmələri nəticəsində Ərəbistana
gəlib çıxmışdır. 431-ci ildəki Efes qurultayında aforoz olunanlar
İraqa qaçmış, bunların bir hissəsi Suriya ilə Hicaz arasındakı çöllərə
yerləşmidi. Ancaq Yəsribdə yəhudilər də yaşadığı üçün buraya
gəlib çatmamışdılar.
Romanın Şimali Ərəbistandakı müttəfiqləri Salehilər və Qəs-
sanilər xristianlığı qəbul etmişdilər. Məsələn, Salehi məliki Da-
vud bir monastr tikdirmişdi. Xristianlıq eyni zamanda İranın
ərəb müttəfiqlərindən olan Lahmilər arasında da yayılmışdı. İkin-
ci Lahmi kralı İmrul-Qeys xristianlığı qəbul etmişdi. Son Lahmi
kralı Numanın da xristian olduğu söylənilir. Lahmilərin paytaxtı
Hirədə kilsə və monastrlar var idi. Bu şəhər həm də Bizans xristi-
anlığının təqibindən qaçanlar üçün sığınacaq yeri olmuşdu. Xris-
tianlıq Yəmənə isə IV əsrdə gəlmişdi və burada xristianlar əsasən
Nəcranda yaşayırdılar.
Sabiilikdə İslamdan əvvəl bu ərazidə mövcud olan dinlərdən
idi. Quranda da bu din mənsublarından bəhs olunmuşdur.
10
An-
caq Quranda onların etiqadlarından və ibadıət şəkillərindən bəhs
olumur. Sabiilər haqqındakı araşdırmalar, onların həm müqəddəs
kitaba, həm də fərqli etiqada sahib olduqlarını göstərir. Onlar İslam
gəldiyi zaman Bəsrə körfəzinin şimalında yaşayırdılar. Sabiiliyə
əsasən Yəhudiliyin təsirləri olmuşdur. Bu dində vaftizə bənzər
ayinlərin olduğu da bildirilir.
11
10 bax: Bəqərə, 2/62; Maidə, 5/69; Həcc, 22/17
11 Geniş məlumat üçün bax.
Şinasi Gündüz,
Son Gnostikler, Ankara,
1995.
QURANIN TARİX SƏHNƏSİNƏ ÇIXIŞI
17
4. Quran və əvvəlki ilahi kitablar
Qurani-kərim Tövrat, Zəbur və İncildən sonra gəlmişdir. Buna
görə də Quran bu kiatbları da əhatə edir. Belə ki, Quran, keçmişdə Al-
lah tərəfindən bir çox peyğəmbər göndərildiyini, onlara kitab və ya
səhifələr verildiyini bildirir. Quranda Hz. İbrahimin səhifələrindən,
Hz. Musaya verilən Tövratdan, Hz. Davudun Zəburundan və Hz.
İsanın İncilindən bəhs olunur.
12
Quran, xüsusilə Tövrat və İn-
cil haqqında geniş məlumat verir, bu kitablarda keçən mövzu və
qissələrə yer ayırır. Kainatın və insanın yaradılışı; Cənnətdən çıxa-
rılış; Nuh Tufanı; Hz. İbrahim, İshaq və Yaqub; İsrailoğullarının
tarixi; Hz. Yusif; Hz. Musa və Fironla mübarizəsi, Misirdən çıxış,
İsrailoğullarının çöldəki həyatı; Talut (Saul), Davud və Süleyman;
Zəkəriyyə və oğlu Yəhya; Məryəm, oğlu İsa ilə həvariləri və s.
mövzular Kitabi-Müqəddəslə Quranın ortaq mövzularıdır. Bun-
dan başqa Quran bu ilahi kitablarda keçən beynəlmiləl prinsipləri
təkrarlamış, bu kitabların nə qədər mühafizə olunub-olunmadığını
ortaya qoymuşdur.
13
Quranla əvvəlki müqəddəs kitablar arasında bəzi fərqliliklər
də vardır. Məsələn, Quranla bu ilahi kitabların kitab şəklinə salın-
ması bir-birindən fərqlidir. Yəhudi etiqadına görə Hz. Musa özünə
gələn vəhyləri yazaraq kitab halına gətirmiş
14
və özündən sonrakı-
lara təslim etmişdir. Ancaq bugün bir çox elm adamı qəbul edir ki,
Tövrat zaman keçdikcə kitab formasına düşmüşdür. Tövratın orta-
ya çıxışı, Hz. Musadan sonrakı vəziyyəti, günümüzə qədər gəlişi,
mövcut Tövratın nə zaman və kimlər tərəfindən yazıldığı kimi
mövzular mübahisəlidir. Hz. Musanın yaşadığı e.ə. XIII əsrdən Ba-
bil əsarətinin başladığı e.ə. VI əsrə qədər Tövratın bir neçə dəfə yox
12 bax. Nisa, 4/136
13 bax. Bəqərə. 2/89, 136; Ali-İmran, 3/3, 84; Maidə, 5/48; Ənam, 6/92;
Hədid, 57/26-27
14 Çıxış, 17/14; 24/3; 34/27; Saylar, 33/2; Təsniyə, 31/9, 24-26.
TƏFSİR ÜSULU VƏ TARİXİ
18
ol duğu, düşmənlərin əlinə keçdiyi, müxtəlif dəyişikliklərə uğradı-
ğı
15
bildirilir. Tövrat Hz. Musadan on üç əsr sonra, yəni I əsrdə bu-
günkü şəklinə salınmışdır. Günümüzdə mövcud olan ən qədim
və tam ibranicə əlyazma nüsxələr IX əsrə, Tövratın yunanca tər cü-
mələri isə IV əsrə aiddir.
Eyni şey bugünkü İncillər üçün də keçərlidir. Xristianlığa görə
Hz. İsa ilahi kəlamdır. Yəni o özü vəhyi təmsil edir. İncil kitabları
isə Allahın kəlamı deyil, Hz. İsadan sonra qələmə alınan mətnlərdir.
Bugünkü İncillərin Hz. İsa tərəfindən yazılmadığını xristianlar
özləri də qəbul edirlər. İncillər Hz. İsadan ən az otuz il sonra yazıl-
mağa başlanmış və I əsrin sonunda yazılıb tamamlanmışdır.
16
Qurani-Kərimlə Kitabi-Müqəddəs arasında möhtəva və üslub
baxımından da fərqlər vardır. Kitabi-Müqəddəs müxtəlif müəlliflər
tərəfindən və fərqli dövrlərdə yazılmışdır. Onda tarixi hadisələrlə
yanaşı, dini hökmlərə, fəlsəfi dialoqlara, hikmətli sözlərə və dualara
da yer verilmişdir. Kitabi-Müqəddəsdə hadisələr, zaman və məkan
yönü ilə də ələ alınmışdır. Əski-Əhid İsrailoğullarının tarixindən
çox geniş şəkildə bəhs etmişdir. Yeni Əhiddə isə əsasən Hz. İsanın
həyatı ələ alınmışdır.
Quranda isə həm Əski Əhiddən, həm də Yeni Əhiddən fərqli
olaraq, daim Allah danışır, xitab olunanlar isə Hz. Peyğəmbər,
müxtəlif etiqad mənsubları və ümumilikdə insandır.
II. TƏFSİR ÜSULU HAQQINDA ÜMUMİ MƏLUMAT
Təfsir üsulu “təfsir” və “üsul” kəlmələrindən meydana gələn
bir termindir. Buna görə də təfsir üsulunun tərifini vermədən əvvəl
15 Yeremeya, 8/8.
16 Bu mövzu barədə bax.
Ömər Faruk Harman, “Kuran”,
DİA,
XXVI/412.