BİRİNCİ FƏSİL
VƏHY VƏ QURAN
I. ÜMUMİ OLARAQ VƏHY
Qurani-kərimə görə Allah insanı digər varlıqlardan fərqli ya-
rat mışdır. Onu müəyyən dərəcədə hürr yaratmış və etdiyi əməl-
lərdən məsul tutmuşdur. İnsan Allahın ona verdiyi idrak gücü ilə
pisi yaxşıdan, gözəli çirkindən, doğrunu yanlışdan ayıra biləcək
qabiliyyətdədir. Ancaq insan, ətraf mühitin, nəfsinin istəklərinin
və şeytanın təsiri ilə hər zaman Yaradanını tanımaya və əxlaqlı ol-
maya bilər. Allah yaratdığı insanın bu zəif nöqtələrini bildiyi üçün
ona nümunəvi insanları rəhbər olaraq göndərməyi murad etmiş və
onunla sözlü münasibət (vəhy) qurmuşdur. Bu, Allahın insanlara
bəxş etdiyi sonsuz şəfqət və mərhəmətinin təzahürüdür. Allahın
sözlü münasibəti (vəhy) ilk peyğəmbərdən başlayaraq son elçi Hz.
Məhəmmədə qədər davam etmişdir.
Vəhy deyildikdə Quran və ya digər səmavi kitablar başa düşül-
məklə yanaşı, vəhyin mahiyyət baxımından bir-birindən fərqli növ-
ləri də vardır. Buna görə də Quran vəhyinə keçmədən əvvəl vəhy
mövzusunda ümumi məlumat vermək faydalı olar.
A. Vəhyin Tərifi
1. Leksik mənası
“ Vəha” felinin məsdəri olan vəhy sözü “ gizli və sürətli bir şəkildə
bildirmək”, “ ilham etmək”
22
, “ işarə etmək”
23
, “ fısıldamaq”
24
, “ əmr etmək”
25
,
22 Maidə 5/111, Nəhl 16/168.
23 Məryəm 19/11.
24 Ənam 6/112.
25 Fussilət 41/12, Zilzal 99/4-5.
TƏFSİR ÜSULU VƏ TARİXİ
30
“ təlqin etmək “
26
, “ yazmaq” və “ vəsvəsə vermək”
27
mənalarını daşıyır.
Məfhum olaraq vəhy, “ Uca Allahın, ümumi olaraq varlqıqlara hərəkət
tərzlərini bildirməsi, xüsusi olaraq da insanlara çatdırmaq istədiyi ilahi
əmr, qadağa və xəbərlərin hamısını vasitəli və ya vasitəsiz bir tərzdə, gizli
və sürətli bir şəkildə peyğəmbərlərinə göndərməsi” kimi tərif edilə bilər.
2. Terminoloji mənası
“ Allah-təalanın peyğəmbərlər vasitəsilə insanlara mesajlarını çatdır-
masına” vəhy deyilir. Vəhy məfhumunun Quranda işlədilməsinə
nəzər saldıqda görürük ki, bu termin “bəzi şeylərin bir varlıqdan
başqa bir varlığa çatdırılması” mənasına da gəlir. Bu mənada
Qurani-Kərim şeytanların
28
və insanların (Hz. Zəkəriyənin)
29
vəhy
etməsindən söz açır. Ancaq vəhyin bu növü hər nə qədər “ vaha”
felindən törəsə də, o ilahi vəhy deyildir.
Vəhy kəlməsinin mənşəyi barədə dilçilər müxtəlif fikirlər
söyləmişlər. Bəzilərinə görə bu kəlmə ərəb mənşəli, bəzilərinə görə
isə süryani mənşəlidir. Ancaq əksər alimlər vəhy kəlməsinin ərəb
mənşəli olduğu qənaətindədirlər. Vəhy sözü Quranda səksənə
yaxın ayədə keçir ki, bunların yetmişindən çoxunda feil şəklində
işlənmişdir.
B. Vəhyin mahiyyəti
İslama görə vəhy Allah təalanın peyğəmbərlər vasitəsilə in-
sanlara mesajlarını çatdırması deməkdir. Vəhy məfhumunun Qu-
randa işlədilməsinə nəzər saldıqda bu məfhumun fərqli anlamlara
gəldiyini görürük. Bunları ilahi və qeyri-ilahi vəhy olaraq iki yerə
ayırmaq olar. Yuxarıda da qeyd etdiyimiz kimi Qurani-kərim şey-
26 Ənam 6/121.
27 Ənam 6/112, 121.
28 Ənam 6/112, 121.
29 Məryəm 19/11.
ÜMUMİ OLARAQ VƏHY
31
tanların
30
və insanların (Hz. Zəkəriyənin)
31
vəhy etməsindən söz
açır. Ancaq vəhyin bu növü hər nə qədər “vaha” felindən törəsə
də, o ilahi vəhy deyildir. Vəhy məfhumu ilə ifadə edilən bu cür
vəhylərə qeyri-ilahi vəhy deyilir.
Qurani-Kərim vəhy kitabları kimi Hz. İbrahimin səhifələrindən,
Hz. Musaya nazil olan Tövratdan, Hz. Davuda nazil olan Zəburdan
və Hz. İsaya endirilən İncildən bəhs edir. Bundan başqa Quranda
“Züburul Əvvəlin (Əvvəlkilərin Kitabları)
32
ifadəsi də keçir.
Vəhy, Allah, mələk, peyğəmbər və insan arasındakı əlaqə dir.
Vəh yin başlanğıc nöqtəsində Allah, bitiş nöqtəsində isə peyğəmbər-
lər vardır. Onlar arasındakı əlaqənin təmin olunmasında isə mələk
rol oynayır. Ancaq burada son nöqtə peyğəmbərlə qurtarmır. Çünki
vəhy peyğəmbərlər vasitəsi ilə insanları dünyada və axirətdə xoşbəxt
etmək üçün göndərilmişdir. İlk mərhələdə mələk (Cəbrayıl) vəhyi
Al lahdan alır, ikinci mərhələdə isə onu peyğəmbərlərə çatdırır.
Bu mövzuda üzərində durulması zəruri olan məsələlərdən bi ri
də mələklə peyğəmbər arasındakı əlaqənin necə qurulması mə sə-
ləsidir. İslam alimləri bu məsələni əsasən iki istiqamətdə izah et-
miş lər. Onlara görə eyni anlaşma sisteminin olması üçün hər iki
tə rəfin də başa düşəcəyi ortaq bir dilin işlədilməsi lazımdır. Vəhy
ta rixinə nəzər saldıqda görürük ki, hər peyğəmərə vəhy öz dilində
gön dərilmişdir. Bundan başqa vəhy əsnasında danışan və dinləyən
eyni kateqoriyaya mənsub olmalıdırlar ki, bunun da iki yolu vardır.
Ya dinləyən danışanın təsiri ilə onun səviyyəsinə qalxar, ya da da-
nışan dinləyənin səviyyəsinə enər. Hz. Mühəmməd (s.ə.s.) hər iki
şəkildə də vəhy almışdır.
30 Ənam 6/112, 121.
31 Məryəm 19/11.
32 Şüəra 26/196.
TƏFSİR ÜSULU VƏ TARİXİ
32
Böyük İslam sosioloqu İbn Xaldun bu məsələ ilə əlaqədar
olaraq belə deyir: “Vəhyin nuru ortaya çıxdıqda peyğəmbərlər
ətrafındakı şeylərdən tamamilə sıyrılaraq mənəviyyata yönəlirlər
və onlara baxdıqda sanki onların yatdığı və ya bayıldığı fikri hasil
olur. Halbuki belə deyildir. Onlar bu şəkildə görünsələr də, əslində
ruhları uca ruhlar və mələklərlə ruhani münasibət qurduqları üçün
bəşəri sifətdən tamamilə ayrılırlar. Bu anda peyğəmbərlər fısıltı ilə
söylənilən sözləri eşidir və anlayırlar”.
33
Bəzi hədislər də, Rəsulullahın (s.ə.s.) vəhy gəldiyi zaman çək-
diyi iztirabları, fiziki ağrıları, sarsıntıları xəbər verir. Bu rəvayətlərin
birində Hz. Aişə belə deyir: “Mən onu soyuq bir gündə vəhy alarkən
gördüm, alnından tər damlaları axırdı”.
34
Digər bəzi hədislərdə isə
mələk vəhy gətirərkən Rəsulullahın (s.ə.s.) rənginin saraldığı, bə-
zən titrədiyi, bayılıb yerə yıxıldığı, bəzən də iniltili səslər çıxardığı
bil dirilir.
35
Vəhydə üzərində durulması lazım olan əsas məsələlərdən biri
də vəhyin çox gizli və son dərəcə sürətli şəkildə gəlməsidir. Bildiyi-
miz kimi vəhy Peyğəmbərimizə (s.ə.s.) sadəcə tək olduğu vaxtlarda
deyil, eyni zamanda səhabələri ilə birlikdə ikən də gəlirdi. Lakin ona
vəhy gələrəkən yanındakılar nə mələyi mələk şəklində görürdülər,
nə də onun səsini eşidirdilər. Bundan başqa vəhy son dərəcə sürətli
şə kildə gəlirdi ki, peyğəmbərlərin xaricində heç bir insan bu qədər
sür ətli danışığı dinləyə bilmə qabiliyyətində deyildir.
33 İbn Xəldun, Müqəddimə, I/217
34 Buxari, Bədul-vəhy, 2
35 Buxari, Fəzailil-Quran, 2, Müslüm, Fəzail, 88, Əhməd b. Hənbəl,
Müsnəd, I. 34, 464
Dostları ilə paylaş: |