ÜMUMİ OLARAQ VƏHY
33
C. Vəhyin gəliş şəkilləri
Qurani-kərim Allahın insanlarla
üç şəkildə əlaqə qurduğunu
bildirir:
ًالو ُسَر َل ِسْرُي ْوأَ� ٍباَجِح ءا َرَو نِم ْوأَ� اًايْحَو َّالإِا َُّاللا ُهَمَِّكُي نأَ� ٍ َشَبِل َنَك اَمَو
ٌيمِكَح ٌّ ِلَع ُهَّانإِا ءاَشَي اَم ِهِنْذإِِب َ ِحوُيَف
“Allah insanla yalnız vəhy ilə və ya pərdə arxasından danışar, yaxud
da Öz izni ilə istədiyini vəhy etmək üçün bir elçi göndərər. Axı O, uca-
dır, hökm və hikmət sahibidir.”
36
Ümumiyyətlə İslam alimləri vəhyi iki
yerə ayırırlar: vasitəli vəhy və vasitəsiz vəhy.
1. Vasitəli vəhy
Vasitəli vəhy Allahın istədiyi şeyi vasitəçi mələk vasitəsi ilə
peyğəmbərlərinə bildirməsidir. Bu da üç şəkildə olur:
a. Cəbrayılın Hz. Peyğəmbərin qəlbinə vəhy etməsi: Quran
vəhy mələyinin Hz. Peyğəmbərə bu şəkildə iki dəfə vəhy gətirdiyini
xəbər verir. Birincisi Hira mağarasında enən vəhydir ki, Allahın
Rəsulu (s.ə.s.) gördüyü bu mənzərə qarşısında özündən keçmişdir.
ِينِبُمْلا ِقُفأُ ْل ِب ُهآ�َر ْدَقَلَو
“
And olsun ki, o (peyğəmbər), onu (Cəbrayılı) aydın üfüqdə gör-
müşdür”
37
ayəsi vəhyin bu növünə işarə edir.
b. Mələyin insan cildinə girərək vəhy gətirməsi: Rəsulullah
(s.ə.s.) belə buyurur: “ ...Bəzən də mələk mənə insan şəklinə girərək
gəlir, mənimlə danışır. Mən də onun söylədiyini ağlımda tuturam”
38
.
Cəbrayılın bəzən “
Dihyə əl-Kəlbi”, bəzən də başqa bir insan şəklinə
girərək gəldiyi rəvayət olunmuşdur.
36 Şura 42/51
37 Təkvir 81/23
38 Buxari,
Bədiul Vəhy, 2.