Dərs vəsaiti / metodik vəsait


Nəqliyyat işi və xidmətləri üzrə tariflər



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə17/102
tarix11.12.2023
ölçüsü5,79 Mb.
#144409
1   ...   13   14   15   16   17   18   19   20   ...   102
Turizmde neqliyyat xidmetlerinin teshkili

Nəqliyyat işi və xidmətləri üzrə tariflər 
sərnişinlərin, 
həmçinin turistlərin daşınmasında onların sorğusuna (planlaş­
dırılan) müvafiq yerinə yetiriləcək işlərin və xidmətlərin 
əvvəlcədən formalaşdırılan dəyərini əks etdirir.
Daşımaların dəyəri (qiyməti) 
3 tərkib 
üzrə bölüşdürülür:
24
>
maddiləşmiş əmək 
- yanacaq, elektrik enerjisi, materiallar, 
əsas vasitələrin (o cümlədən, hərəkətli) amortizasiyası 
(aşınması);
> canlı əməyə çəkilən xərclər- 
müxtəlif fondlara ayırmalarla 
daşıma prosesini təşkil edən şəxslərin əmək haqqları və 
vergi yığımları;
> canlı əməklə yaradılan üstəgəl dəyər
Avia daşımalar zamanı müntəzəm uçuşları olan magistral 
xətlərdə aşağıdakı 
tarif 
növləri tətbiq edilir: 
bazis, avia şirkətin
müəyyən etdiyi, konfidensial (məxfi, gizli olaraq), reklamh, normal
və xüsusi 
tariflər.
Bazis 
tarifləri 
İATA 
(Beynəlxalq 
hava 
nəqliyyatı 
asossasiyası) təşkilatı tərəfindən nizamlanır, elan edilir. Bazis 
tarifi bu təşkilata daxil olmuş avia şirkətin kommersiya 
maraqlarını qoruyur, avia şirkət tərəfindən dəyişdirilə bilməz.
Avia şirkətin müəyyən etdiyi 
tarif 
İATA 
təşkilatı ilə 
razılaşdırılaraq avia şirkətin özü tərəfindən sərbəst şəkildə işlənib 
hazırlanır, bazis tarifindən 
10 
$-a qədər fərqlənə bilər. Bu tarif bir 
neçə avia şirkətin iştirakı ilə hava marşrutlarında hesablaşma 
aparıldıqda istifadə olunur. Hesablaşmalar zamanı müxtəlif 
dövlətlərin valyuta kursları arasında qiymət enib-qalxmasını 
neytiraşdırmaq üçün NUC 
(Neutral Units o f Coastcuction)
neytral
hesablaşma vahidi 
tətbiq edilir.
Avia şirkətin 
Konfidensial 
(məxfi) 
tarifləri şirkətin 
kommersiya sirrini təşkil edir və heç yerdə elan olunmur, bir avia 
daşıyıcının yerinə yetirdiyi nisbətən adi marşrutda tətbiq edilir. 
Verilmiş istiqamətdə tələb və təklifdən asılıdır. Avia şirkətin elan 
etdiyi tariflərlə müqayisədə ucuzdur.
Avia şirkətin 

Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə