Dərs vəsaiti / metodik vəsait



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə2/102
tarix11.12.2023
ölçüsü5,79 Mb.
#144409
1   2   3   4   5   6   7   8   9   ...   102
Turizmde neqliyyat xidmetlerinin teshkili

© Heydərov Ş .Ə . 2011.
I Fəsil. TURİZM V Ə ONUN İQTİSADİYYATDA
ROLU
1.1 Giriş. Turizm və onun Azərbaycan Respublikasının
iqtisadiyyatında rolu
Turizm öz perspektivliyinə görə Azərbaycan Respublika­
sında qeyri-neft sahələri arasında aparıcı mövqelər əldə etməklə 
davam edir. Ölkəmizin Avropa və Asiyanın kəsişdiyi yerdə 
yerləşməsinə və külli miqdarda turizm potensialına malik 
olmasına baxmayaraq dünya turizm bazarında aşağı yerlərdən 
birini tutur.
İstirahət və 
rekreasiya1 
zonalarına gələn turistlərin marağı 
zaman və məkan baxımından yerdəyişmələri ilə əlaqəlidir.
Yerdəyişmə 
tur iştirakçılarının bütünlüklə və ya hissə-hissə 
əzələ gücünə hesablanmış hərəkətlilik üsulu ilə xarakterizə edilir. 
Bu 
piyada 
(wallking tour, hiking), 
atlı, velosipedlə 
(cycling), 
sal ilə
(rafting), 
hava şarı ilə 
(ballonig), 
xizəkli, yelkənli 
digər 
turlardır.
Daimi yaşayış yerlərindən uzaqda hər bir 
tur 
onun 
iştirakçıları üçün nəqliyyatla marşrutun başlanğıc məntəqəsinə və 
ya istirahət və rekreasiya zonasına hərəkət etməsi ilə qurtarır. 
Turlara 
nəqliyyat xidmətlərinin 
daha bir xüsusiyyəti hər turu 
müəyyən xidmətlər dəsti və uyğun ixtisaslaşdırılmış (xüsusi) 
nəqliyyatla təmin edilmə vacibliyidir. Ona görə də, turların 
proqramlarının işlənməsi zamanı turoperatora təkcə bütün 
xidmətlərin fərdi qaydada göstərilməsi texnologiyasım təhlil 
etmək lazım gəlmir, həm də o səyahətin nəqliyyatla təmin 
edilməsi üzrə bir sıra təşkilati-texniki xarakterli tədbirləri də 
nəzərdə tutmalıdır.
Turoperator 
və 
nəqliyyat 
təşkilatları 
arasındakı 
münasibətlər nəqliyyat hüququ ilə nizamlanır.

Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə