Dərs vəsaiti / metodik vəsait



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə3/102
tarix11.12.2023
ölçüsü5,79 Mb.
#144409
1   2   3   4   5   6   7   8   9   ...   102
Turizmde neqliyyat xidmetlerinin teshkili

Nəqliyyat hüququ 
sərnişinlərin və onların baqajlarının 
kütləvi daşımaları səyahətçilərin fərdi və ya qrup şəklində 
hərəkətliliyi üzrə müəyyən normativ qaydaların məcmusu ilə 
formalaşdırılır.
3


Bu zaman turistlərin daşıma prosesini nizamlayan hüquq 
normalarının aşağıdakı hüquq qaydaları və normaları ilə əlaqəsi 
vardır:
>
mülki 
və xüsusən də onun əsas bölməsi olan iltizam hüququ;
> mülki-prosesual 
- iddia və tələblərə baxılması qaydasını 
müəyyən edir;
>
inzibati 
- nəqliyyat təşkilatlarının icra sərəncamçı fəaliyyətini 
nizamlayır;
>
arbitraj-prosessual;
> beynəlxalq - beynəlxalq nəqliyyat əlaqələrinin həyata keçiril­
məsi zamanı münasibətlər normasını müəyyən edir.
Nəqliyyat hüquqlarının əsas xüsusiyyəti onun kompleksli 
xarakteri - təkcə nəqliyyat-texnoloji prosesləri deyil, həm də 
nəqliyyat vasitələrinin istismarını və texniki saz saxlanmasının 
nizamlanması hesab edilir.
Turların nəqliyyat təminatı turizm təşkilatlarının öz 
qüvvələri hesabına, həm də sərnişin daşımaları üzrə ixtisaslaşmış 
təşkilatlar və ya özəl sahibkarlara məxsus nəqliyyat vasitələri ilə 
yerinə yetirilə bilər.
Turizm nəqliyyat daşımaları sahəsində standart formalar 
mövcud deyildir, beləki, nəqliyyat təşkilatlan turoperatorlara 
turistlərin tur proqramı üzrə yerdəyişməsi şəraitini təklif edir. 
Turizm sürətlə inkişaf edən biznes sahələrindən biridir. Bir çox 
sahələrdən fərqli oiaraq turizm sənayesi qısa müddət ərzində 
iqtisadi səmərə verir.
Turizm bizim həyatimıza möhkəmcəsinə daxil olmaqdadır. 
Azərbaycanda müstəqillik dövrünə qədər həm getmə, həm də 
gəlmə turizmin nisbətən qənaətbəxş inkişafı nəzərə çarpırdı. 
Məhdud çərçivədə olsa da, o dövrlərdə Azərbaycanın Xəzəryanı 
və səfalı dağ kurortlarının əhəmiyyətli hissəsi Ümumittifaq 
statusu almaqla digər respublikalardan kütləvi surətdə turistlər 
qəbul edirdi. Azərbaycan vətəndaşları isə öz növbəsində 
Respublikanın hüdudlarından kənar səyahətlərdə fəallığı və 
mədəniyyəti ilə seçilirdilər.
Turizm və onun Azərbaycanın iqtisadiyyatında rolunu 
nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 
’’Xəzərin Azərbaycan sahillərində ümumittifaq əhəmiyyətli 
istirahət zonasının yaradılması” barədə SSRİ Nazirlər Sovetinin
4
28 aprel 1983-cü il 375 saylı Qətnaməsi ilə qərar qəbul edilmişdir. 
Daha sonra Azərbaycan Respublikası Nazirlər Sovetinin 12 
oktyabr 1984-cü il 381 saylı Qərarına əsasən “Azərbaycanda 
2000-ci ilə qədər Turizmin İnkişaf Sxemi” qəbul olunmuşdur.
Məlum səbəblərdən bu layihələrin həyata keçiıilməsi 
mümkün olmadı. Əgər, proqramda nəzərdə tutulanlar vaxtında 
həyata keçirilsəydi, ölkəmiz inkişaf etmiş turizm diyarına çevrilə 
bilərdi.
Turizm 
və 
onun 
Azərbaycan 
Respublikasının 
iqtisadiyyatında rolu bu gün də aktual olaraq qalmaqdadır. 
Turizm sahəsi üçün ixtisaslı kadr hazırlığının müasir tələblərə 
cavab verməməsi, turizmin infrastrukturunun, xüsusən də 
bölgələrdə turizm xidmətlərinin səviyyəsinin aşağı olması, 
maliyyə vəsaitinin çatışmaması və dünya turizm bazarında 
rəqabətə davamsızlığı bu sahənin digər Ölkələrlə müqayisədə 
Azərbaycanda zəif inkişaf etməsinə səbəb olmuşdur. Ona görə də, 
ölkəmizdə turizmin inkişafı üçün təxirəsalınmaz tədbirlər 
mexanizminin işlənib hazırlanması və həyata keçirilməsi zərurəti 
meydana çıxmışdır.
Bu məqsədlə ümummilli lider Heydər Əliyevin 27 avqust 
2002-ci il tarixli 

Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə