Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

 
102
tərbiyə və məktəbdənkənar təhsil müəssisələrinin yaradılması o vaxtlar Xalq Maarif 
Komissarlığının əsas vəzifələrindən olmuşdur. 
Bütün bunların nəticəsidir ki, 1920-ci ilə kimi məktəbəqədər tərbiyə 
müəssisələrinin sayı xeyli artmışdı. Bununla belə o zamanlar respublikada pedaqoji 
kadr hazırlanması problemi meydana çıxmışdı. Bu problemin aradan qaldırılmasında 
yenə  də N.Nərimanov yaxından kömək etmişdi. 1920-ci ilin may ayının 24-də 
N.Nərimanovun Azərbaycan  İnqilab Komitəsi adından Xalq Maarif Komissarlığına 
göndərdiyi 54 №-li telefonoqramda deyilirdi: “Təklif edirəm ki, bir həftə müddətində 
şəhərin müsəlman məhəllələrində  uşaq bağçaları  təşkil edilsin. Bu məqsədlə  də 
şəhərin bütün müəllim və müəllimələrini səfərbərliyə almaq lazımdır” (65, səh.10). 
Bu telefonoqramdan sonra respublikada, xüsusilə Bakının müsəlmanlar yaşayan 
rayonlarında yeni-yeni uşaq bağçaları və körpələr evi təşkil edilmiş və bu məqsədlə 
şəhərin ən yaxşı müəllim və tərbiyəçiləri bu işə cəlb edilmişdi.  
1921-ci il yanvarın 10-da Azərbaycan  İcraiyyə Komitəsinin iclasında Dadaş 
Bünyadzadə Xalq Maarif Komissarlığının 8 ay müddətində (1920-ci il aprel ayından 
1921-ci ilin yanvarına qədər) görülmüş işləri haqqındakı məruzəsində göstərir ki, bu 
müddətdə Bakıda 35 uşaq bağçası təşkil edilmişdir ki, bunlarda da 2400 uşaq tərbiyə 
alır. Bunlar ilk növbədə Azərbaycanın şəhər və qəzalarında, o cümlədən Gəncədə 8, 
Nuxada (Şəki) 6, Şuşada 5, Qubada 1, Qazaxda 3, Göyçayda 3, Lənkəranda 2, 
Şamaxıda 1, Zaqatalada 1, Şamxorda 2, Salyanda 1 uşaq bağçası açılmışdır. (65, 
səh.10). 
Azərbaycan Xalq Maarifi Komissarlığı kollegiyasının 27 yanvar 1921-ci il 
tarixli qərarı  əsasında uşaq bağçalarında beynəlmiləl qruplar təşkil edilir (rus, tatar, 
yəhudi, gürcü və s.). Uşaqların milli tərkibinin belə müxtəlifliyi onların lap kiçik 
yaşlarından xalqlar dostluğu ruhunda tərbiyə edilmələrini göstərir. Uşaq bağçasında 
təlim-tərbiyə işləri Azərbaycan dilində aparılsa da, bu qruplarda iş əsasən rus dilində 
gedirdi.  
1920-ci  il  iyun  ayının  28-nə  kimi  təkcə  Bakıda  “Yuva”,  “Svetlyaçok”, 
“Xutorok”,   “Sünbül”,   Suraxanı   rayonunda   “Krasnoye   solnışko”,   “Aydınlıq”, 
 “Krasnıy uqolok”, “Kolokolçik” adlı uşaq bağçaları təşkil edilmişdi.  
1920-ci   ildən   sonra   (Az-da  Sovet  hakimiyyəti)   məktəbəqədər   tərbiyə 


 
103
müəssisələrinin sayı  nəinki  şəhərlərdə, həm də  kənd yerlərində  də artmağa başladı. 
1921-1922-ci illərdə respublikada 4 mindən çox uşağı  əhatə edən 76 məktəbəqədər 
tərbiyə müəssisəsi təşkil edilmişdir. 
Nadejda Kolesnikovanın rəhbərliyi ilə komissarlıq məktəbləri yenidən təşkil 
etdi, xalq universitetləri təşkil olundu, zəhmətkeş uşaqları üçün uşaq evləri və uşaq 
meydançaları yarandı.  Şuşa Xalq təhsil  şöbəsi ilə  uşaq bağçası, meydançaların 
açılması, məktəblərin zəruri ləvazimatlarla təmin olunması  və başqa məsələlər 
haqqında yazışmalar  əldə edildi. Ağdaşda uşaq evlərinin açılması haqqında qərar 
verildi. (65, səh.11). 
O zamanlar Dağlıq Qarabağ  ərazisində  məktəbəqədər təhsil müəssisələri də 
diqqət mərkəzində olmuşdur. Tədqiqat nəticəsində məlum olmuşdur ki, hələ 1920-ci 
illərdə Qaryagino, Horadis, Cəbrayıl,  Şuşa, Ağdam, Daşbulaq, Ağcabədi, Tərtər, 
Çardaxlı və s. ərazilərdə də uşaq evlərinin açılması nəzərdə tutulurdu.  
1920 –ci il noyabrın 1-də  Şuşa Maarif şöbəsinin məktəbəqədər bölməsinin 
müdiri təyin edilən Yusif Qazızadə tərəfindən Şuşanın beş məhəlləsində uşaq bağçası 
açıldı. Bunlar aşağıdakılar idi: 1.Mərdanlı; 2.Balaca-Qurdlar; 3.Hamam qabağı; 
4.Ağa Dədəli və  Təzə  məhəllə. Hər uşaq bağçasında 25 nəfər uşaq var idi. Diqqəti 
cəlb edən cəhət isə Yusif Qazızadənin bu uşaqların hamısının türk olduğunu xüsusilə 
vurğulamasıdır. (65, səh.11). 
1920-ci il oktyabrın 3-də Xalq Maarif Komissarlığı tərəfindən “Məktəbəqədər 
tərbiyə  işçiləri evi” (Dom doşkolnikov) təşkil edilir. Burada məqsəd məktəbəqədər 
tərbiyə ideyalarının təbliğ edilməsi, uşaqların tərbiyəsi və inkişafı üçün zəruri şəraitin 
yaradılması idi. Burada yığılan materiallar gələnləri məktəbəqədər tərbiyənin 
müxtəlif məsələləri ilə daha dərindən tanış edirdi.  
Bu dövrdə Xalq Maarif Komissarlığı məktəbəqədər müəssisələri üçün kadrlar 
hazırlığı məqsədilə üç və altı aylıq pedaqoji kurslar təşkil edilmişdi. 
1921-ci ildə isə Azərb.SSR Xalq Maarif Komissarlığının kollegiyasının qərarı 
ilə Bakıda Azərbaycan qadın pedaqoji texnikumu yaradıldı. Bu texnikumun məqsədi 
qadın pedaqoqlar hazırlamaq idi. 1921-ci il yanvar ayının 11-də N.Nərimanovun 
göstərişi ilə Azərbaycanda birinci Məktəbəqədər Tərbiyə Pedaqoji İnstitutunun 
açılması haqqında dekret verildi. Azərbaycan  İnqilab Komitəsinin bu barədə 


 
104
dekretində deyilirdi: “Məktəbəqədər tərbiyə sahəsində  təcrübəli kadrlar və  rəhbər 
işçilər hazırlamaq və həmçinin qadınlar arasında tərbiyə məsələlərini yaymaqdan ötrü 
Azərbaycan  İnqilab Komitəsi qərara alır ki, 1921-ci il mart ayının 1-dən etibarən 
Bakı  şəhərində birinci Azərbaycan tərbiyə ocağı açılsın” (21, səh.69). Bu dekretə 
əsasən 1921-ci il mart ayının 4-də  Məktəbəqədər Pedaqoji İnstitutu təşkil edildi. O 
vaxtlar məktəbəqədər tərbiyə müəssisələri üçün müvafiq kadr hazırlığı  işində 
Məktəbəqədər Tərbiyə Pedaqoji İnstitutunun təşkili mühüm rol oynadı. Belə ki, 
instituta ilk dəfə 30 nəfər qadın qəbul olundu. Maarif Komissarı D.Bünyadzadənin 
köməyi ilə bu dövrdə  məktəbəqədər tərbiyə müəssisələrində çalışan azərbaycanlı 
tərbiyəçilər üçün rus dilindən xeyli pedaqoji ədəbiyyat tərcümə edilib çap olundu.  
1922-ci ildə  Məktəbəqədər Tərbiyə  İnstitutu Pedaqoji İnstituta çevrildi və 
nəzdində məktəbəqədər tərbiyə fakültəsi təşkil edildi. 
Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələri yaradılmasında böyük 
xidmətləri olan və bu sahədə uzun illər çalışan tanınmış maarifçi Gülrix 
Qədimbəyova öz xatirələrində yazırdı: “Məktəbəqədər tərbiyə  işçilərinin 
hazırlanmasında qısamüddətli kursların çox böyük rolu olmuşdur. Kurslara geniş 
qadın kütlələrini cəlb etmək məqsədilə N.Nərimanov öz qadın ailə üzvlərini də bu 
kurslara oxumağa göndərmişdi. O zaman azərbaycanlı qadınların kurslara cəlb 
edilməsi çox çətin məsələ idi” (60, səh.12). 
3. Azərbaycan Maarif Komissarlığı məktəbəqədər tərbiyə şöbəsinin uşaq müəssisələri 
üçün 1920-ci ildə  tərtib etdiyi təlimatnamə  məktəbəqədər tərbiyə sahəsində çalışan 
işçilərə çox kömək etdi. Həmin təlimatda məktəbəqədər tərbiyə müəssisələrinin 
tipləri müəyyənləşdirildi. Bunlar aşağıdakılar idi: körpələr evi, uşaq bağçaları, 
meydança, koloniya və uşaq evləri. Təlimatda məktəbəqədər tərbiyə müəssisələrinin 
təşkili prinsipləri, işin məzmunu, uşaqları neçə yaşdan qəbul etmək müəyyən edilir
uşaqların qidalanmasına xüsusi yer verilir, rejim və onun tərtibinin  əsasları 
göstərilirdi. Bu sənəddə  təvazökarlıq, bir-birinə qarşılıqlı qayğı  və kömək,  əməyə 
hörmət və s. kimi keyfiyyətlərin bir yerdə tərbiyəsi tövsiyə edilir, oyunlara, ailə ilə 
əlaqəyə, valideynlər arasında pedaqoji təbliğata ciddi diqqət yetirilirdi. 
1924-cü ildə ümumittifaq məktəbəqədər tərbiyə  işçilərinin 3-cü qurultayı 
çağırıldı. Qurultayda fəhlə klubları  nəzdində  uşaq evləri, gecə-gündüz işləyən uşaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə