90
bununla məhdudlaşmır. Bu əsərlər balacaları əxlaq tərbiyəsi üçün də zəngin material
verir. Yuxarıda adlarını çəkdiyimiz “Uşaq bağçası”, “Bağça”, “Çalışan qazanar”
şerlərindən uşaqların yoldaşlıq və intizam tərbiyəsi məqsədilə istifadə etmək olar.
A.Şaiqin uşaqlar üçün yazdığı mənzum hekayə və təmsillərində tərbiyə
məqsədləri ön plana çəkilmişdir. “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa”
mənzum hekayələrində yazıçı şəxsləndirmədən, yəni heyvan surətlərinin müəyyən
adamları təmsil etməsi priyomundan istifadə etmişdir. Əxlaqi ideyanın uşaqlara daha
tez çatması və əsəri cansıxıcılıqdan qurtarmaq üçün Şaiq nağıl janrından istifadə
etmişdir. Kiçik uşaqlar nağılı çox sevirlər. Nağıl öz maraqları süjet xətti ilə, canlı
surətləri ilə uşağı daha çox cəlb edir.
Nağıl üslubunda yazılmış hər üç mənzum hekayədə A.Şaiq heyvan tipləri ilə
ictimai mənalı hadisələri təsvir etmişdir. O, xalqın alleqorik təsəvvürləri ilə zəngin
şən yumor və kəskin satiradan istifadə etmişdir. Təkəbbürlü tıq-tıq xanımın ölümü
balaca oxucuda gülüş doğurursa, sadəlövh leyləyin və toyuq-cücənin aldanması ürək
ağrısı, tədbirli qarğanın yaxşılığı sevinc, hiyləgər tülkünün ikiüzlülüyü, qəddarlığı
qəzəb doğurur. Hekayələrdən yüksək əxlaqi-tərbiyəvi nəticələr çıxır: lovğalıq,
hiyləgərlik, ikiüzlülük, axmaqlıq pisdir. Əksinə, ağıllı və ayıq olmaq yaxşı sifətdir.
“Tıq-tıq xanım” mənzum hekayəsi “Dozanqurdu” adlı xalq rəvayətindən
götürülmüşdür. Tıq-tıq xanım küsəyən, lovğa adamları təmsil edir. O, başına “soğan
qabığından çadra” örtüb, ayağına “fındıq qabığından başmaq” geyib özünə yoldaş
axtarmağa çıxır. Tıq-tıq xanım nə zəhmətkeş çobanı, nə də tülkünü bəyənir. Nəhayət,
müəyyən şərtlərlə Siçan bəylə dostluq etməyə razılaşır. Lakin dostluğu uzun sürmür.
Lovğalığı, küsəyənliyi onu ölümə aparır.
Əsərdən çıxan nəticə belədir: yersiz küsəyənlik, lovğalıq adama zərər vurur.
“Yaxşı arxa” mənzum hekayəsində tülkü hiyləgər, ikiüzlü adamları təmsil
edir. leylək isə ağılsız, hiylədən tez aldanan şəxsləri göstərir. Kələkbaz tülkü
sadəlövh leyləyi “atasından qalma” çinarı kəsəcəyi ilə hədələyərək, onun iki istəkli
balasını yeyir. Bunu görən xeyirxah qarğa leyləyi başa salır ki, tülkü ağacı kəsə
bilməz. Üçüncü dəfə “payını” almağa gələn tülkünü leylək qovur. Tülkü başa düşür
ki, leyləyi qarğa öyrətmişdir. Tülkü bu dəfə qarğanı tutub yemək üçün hiylə işlədir:
özünü ölülüyə vuraraq onu dimdikləyən qarğanı tutur. Lakin qarğa tülkünü aldadıb
91
qaça bilir.
Əsərdən belə bir nəticə çıxır ki, hiyləyə tez aldanan adamlar ziyan çəkirlər.
Ağıllı adamlar belələrinə kömək etməli, arxa olmalıdırlar.
“Tülkü həccə gedir” mənzum hejayəsində bu ideya bir daha qüvvətlənir.
Qocalıb əldən düşmüş tülkü toyuq-cücələri aldadıb yemək üçün hiyləyə əl atır. O,
özünü elə göstərir ki, guya öz əvvəlki işlərindən peşiman olmuşdur; daha toyuq-
cücələrlə işi olmayacaqdır. Tülkü paltarını dəyişib, ağlaya-ağlaya çölləri dolaşır.
Tülkünün peşiman olmasına inanan toyuq-cücənin üstünə cumur, onların çoxunu
boğur.
A.Şaiqin belə mənzum hekayələri uşaqlara qüvvətli təsir göstərən qiymətli
əsərlərdir. Bu təsir nə ilə izah edilə bilər? Bu suala prof. M.Cəlal belə cavab verir:
“Şaiq uşaqları lövhələrlə düşündürməyi bacarır. O, vətən sevgisi, bəşəri məhəbbət,
əmək sevgisi, ata-ana məhəbbəti, yoldaşlıq hissi, sədaqət, doğruluq, saflıq,
mərdanəlik, etibar, alicənablıq kimi xüsusiyyətləri təbliğ edən əsərlərin hər birində bu
duyğuları müstəqil dil ilə tərifləmir, canlı insan və ya alleqorik surətlər, maraqlı
sərgüzəştlər vasitəsilə verməyə çalışır” (39, səh.247).
Yüksək əxlaqi ideyalar A.Şaiqin təmsillərində yaltaq və hiyləgər tülkü pis
vəziyyətdə qalır (“Tülkü və xoruz”), lovğa siçan gülünc hala düşür (“Dəvə və siçan”),
zəhmətkeş arı öz gümüş xallı qanadları ilə öyünən kəpənəyə qarşı qoyulur (“Arı və
kəpənək”), tamahkar tülkü itlərə yem olur (“Tülkü və dəvə”), dəvə öz ağlı ilə qurdun
və tülkünün əlindən canını qurtarır (“Dəvə, tülkü və qurd”).
Qeyd olunan mənzum hekayə və təmsillərdən məktəbəqədər tərbiyə işində
istifadə etmək mümkündür. Bu üç mənzum hekayələrin hər üçünün məktəbə hazırlıq
qruplarında oxunması nəzərdə tutulmuşdur. Uşaqların nitq inkişafı baxımından
hekayələrdəki bəzi münasib parçaların əzbərlədilməsi faydalıdır. Təmsilləri isə böyük
və məktəbə hazırlıq qruplarında nağıl etmək və qismən oxumaq məsləhətdir. Əxlaqi
nəticələri uşaqları hazır şəkildə demək yox, onların fəal iştirakı ilə çıxartmaq
məqsədəmüvafiqdir.
A.Şaiq müxtəlif janrlarda yazdığı əsərləri ilə balacaların qəlbinə saf duyğular,
nəcib sifətlər aşılamağa çalışmış və zəngin bir irs qoyub getmişdir. Bu qiymətli irsi
öyrənmək və ondan məktəbəqədər tərbiyə işində istifadə etmək mühüm və aktual
92
vəzifə kimi qarşıda durur.
Hüseyn Cavid (1882-1943) “Xəyyam”, “Şeyda”, “Topal Teymur”, “Şeyx
Sənan”, “İblis”, “Ana”, “Peyğəmbər” kimi dram əsərləri yazmışdır. Bu əsərlərin hər
birində Cavid mühüm bir problemi qoyur, onu həll etmişdir. Əsərlərin məğzi
vətənpərvərlik, xalqın gözü açıq, azad görmək istəyidir.
Hüseyn Cavid uşağın tərbiyəsində irsiyyət, mühit və tərbiyənin rolundan
danışır. Bunların hər üçünün insanın yetişdirilməsində mühüm rolu olduğunu
göstərir. Insan tərbiyəsində irsiyyətin mühüm amil olduğunu izah edir. Onun fikrincə
bir çox uşaqlar anadan xəstə doğulurlar. Bu xəstəliyin mənbəyi ata və anadır. Əgər
onlardakı xəstəlik keçicidirsə, irsən o uşağa keçəcək. Uşaq ömrü boyu bundan əziyyət
çəkəcək. Uşağı ən öncə anadan olan xəstəlik keçir. Çünki ana doqquz ay onu
bətnində saxlayır, sonra da əmizdirir. Bu xəstəlik bir növ uşağın iliyinə işləyir. Uşaq
böyüdükcə xəstəlik də böyüyür. Bəzən isə elə olur ki, uşaq anadan sağlam doğulur,
lakin onun yaşadığı yer, yeməyi, içməyi uşağn xəstə olmasına səbəb olur. Deməli,
uşağın sağlam olması üçün səmərəli və kalorili qida əsas şərtdir.
Cavid uşaqların tərbiyəsində mühitin də böyük əhəmiyyəti olduğunu göstərir.
Mühit insanın tərbiyəsində elə mühüm amildir ki, bunu heç nə ilə əvəz etmək olmaz.
Mühit hətta 35-40 yaşına qədər adama təsir edir. Lap məktəbi qurtarandan sonra
insan elə bir mühitə düşə bilər ki, onun aldığı təlim-tərbiyə yerlə yeksan ola bilər.
Hüseyn Cavidin istər elmi məqalələrində, istərsə də bədii əsərlərində ailə
tərbiyəsi mühüm yer tutur. Bu çətin işdə ananın rolu böyükdür. Ana tərbiyəçilər
tərbiyəçisidir. Biz istəyiriksə uşaqlarımız elmli, əxlaqlı cəmiyyət üçün yararlı olsun,
birinci növbədə qadınlarımızın oxuması lazımdır. Çünki nadan qadın nadan övlad
tərbiyə edəcək. Ananın vəzifəsi təkcə doğub törəmək deyil, ana həm də dünyaya
gətirdiyi övladı vətən üçün tərbiyə etməlidir. Çox vaxt bizim qəzetlərimiz millət,
vətən təəssübündən danışır, lakin heç kim demir ki, belə vətəni qoruyan, millət
qeyrəti çəkən adamları kim tərbiyə etməlidir. Bunun üçün onlara müraciət etmək
lazımdır. Çünki millətin də, vətənin də gələcəyi qucağında böyüyən, məktəb
sıralarında çırpınan məsum körpələrdir. Uşağın inkişafı, gələcək fəaliyyəti onlardan
asılıdır. Belə anaların olması üçün qadın və qız məktəblərinin olması zəruridir. Əgər
qadın savadlı olsa, o, uşağını rejimlə yedizdirər, yeməyini, yatağını növbələşdirər.
Dostları ilə paylaş: |