Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   56

 
93
Onların sağlamlığı qayğısına qalar. Uşaqlar hava, su, günəş vannasından istifadə edir, 
amma bəzi qadınlar bilmir ki, uşağı harda olur, nə yeyir. Bütün günü küçədə olur, 
yalnız axşam yatmaq üçün evə gəlir. Uşaq nə çox ac qalmalıdır, nə də çörəyi axşama 
kimi saqqız kimi çeynəməlidir. Çox təəssüf ki, Qafqazda uşağın düzgün tərbiyəsi ilə 
məşğul olan az adam tapmaq olar. Cavid Aişə Sədiqə xanımın “Təlim-tərbiyə” adlı 
kitabından belə bir iqtibas gətirir ki, hər kim olsa dərs verə bilər, fəqət tərbiyə  və 
əxlaq dərsini anadan başqa heç kim yaxşı verə bilməz. Uşağın ilk tərbiyəçisi anadır. 
Demək olar ki, bəşəriyyətin səadəti qadınların əlindədir. Necə ki, “Qurani-Kərim”də 
deyilir ki, “Cənnət anaların ayağı altındadır”. 
Fərhad Ağazadə  (1880-1931)  Şuşada anadan olmuş, 1895-ci ildə Qori 
Müəllimlər Seminariyasını bitirmişdir. O, Xaçmaz, Şuşa, Gorus məktəblərində 
müəllim, 1905-ci ildən Bakıda “Rus-müsəlman” məktəbində müəllim və müdir 
işləmişdir.  
1923-cü ildə məktəbəqədər tərbiyə işləri ilə məşğul olmuş, uşaq bağçalarında 
işləyənlər üçün “Kubcuqlar və xırda cocuqlara savad öyrədilməsi” və əlifba təlimini 
əsaslandırmaq məqsədilə “Şəkillərdə hərflər” əsərlərini yazmışdır.  
F.Ağazadə müəllim şəxsiyyətinə yüksək qiymət verir, cəmiyyətin inkişafında 
önəmli rol oynayan əsas qüvvə hesab edirdi. O, müəllim olması ilə  fəxr edir və 
sənətini bütün varlığı ilə sevirdi. O qeyd edirdi ki, müəllim xalqın maariflənməsinə 
çalışmalı, təkcə  dərs deməklə  vəzifəsini bitmiş hesab etməməli, cəmiyyətin siyasi-
ictimai həyatında yaxından iştirak etməlidir. Müəllim bilikli, geniş dünyagörüşlü 
olmalı, zəmanəsinin ictimai və siyasi hadisələrindən yaxşı baş çıxarmalıdır.  
XX  əsrin  əvvəllərində Azərbaycanda artıq ilk uşaq bağçaları yaradılmağa 
başlamışdır. 1907-ci ildə ilk uşaq bağçası yaradıldı. “Dəcəllər məktəbi” adlanan bu 
bağçada təlim-tərbiyə rus dilində aparılırdı. 1914-1915-ci illərdə  Azərbaycanda 150 
uşağı əhatə edən 5 uşaq bağçası açılmışdır. F.Ağazadə məktəbəqədər yaşlı uşaqların 
tərbiyəsi məsələsi ilə maraqlanmış, uşaq bağçasının  əhəmiyyətli və onların 
azərbaycanlı  uşaqlar üçün nə  dərəcədə lazım olduğunu dərk edərək, uşaq bağçaları 
açılmasının zəruriliyindən danışmış və belə bağçaların açılmasına çalışmışdır.  
F.Ağazadə yaradılmış uşaq bağçalarında işləyən tərbiyəçilərin müvəffəqiyyət 
qazanmasına xüsusi diqqət yetirirdi. Bu məqsədlə onun Azərbaycan dilində üç illik 


 
94
Frebel kurslarını  və Azərbaycan məktəbəqədər tərbiyə qadın pedaqoji institutunun 
açılmasında müəyyən qədər rolu olmuşdur.  
F.Ağazadə   bağçalarda   uşaqların   maraq  və  ehtiyacların  təmin edilməsinə, 
təlim-tərbiyə  işlərinin planlı,  şüurlu məqsədə yönəldilmiş  şəkildə aparılmasına, 
məktəbəqədər pedaqogikanın mütərəqqi nailiyyətlərindən istifadə edilməsinə, 
bağçalarda uşaqlara  əxlaqı, fiziki, estetik tərbiyə  aşılanmaqla bərabər, onların 
məktəblərin birinci sinfinə layiqincə hazırlanmasına böyük qruplarda oyuncaqlar və 
əyləncələrdən istifadə edərək savad təlimi aparılmasına  əhəmiyyət verirdi. 
Məktəbəqədər tərbiyə sahəsində  də  təkcə  tələblərlə kifayətlənməmiş, yuxarıdakı 
işlərini həyata keçirmək məqsədilə “Kubçalar ilə  xırda cocuqlara savad öyrədilişi” 
adlı  əsər yazmışdır. O, əsərinin başlanqıcında nəzəri məsələlərə toxunmuş, uşaq 
bağçalarının yaradılmasının ilk təşəbbüskarları olan isveçrəli İohan Henrix Pestalotsi 
və almaniyalı Fridrix Frebelin bu sahədə gördükləri işlər barədə məlumat verir. Daha 
sonra F.Ağazadə əsərin yazılmasının məqsədi haqqında danışır. O, uşaq bağçalarının 
böyük qrupuna məktəbə hazırlıq pilləsi kimi baxırdı. Ona görə  də bu dövrdən 
əlifbanın öyrədilməsinə başlamağı  məsləhət bilir. Bu, Azərbaycan  şəraiti üçün yeni 
bir hadisə idi.  
Millətin övladlarını savadlı görmək istəyən F.Ağazadə  təlimə  məktəbəqədər 
dövrdən başlamağı lazım bilir. Uşaqların maraq dairəsini nəzərə alan F.Ağazadə, 
onlara savad öyrədilməsini bu maraq əsasında qurmağı məsləhət bilir.  
F.Ağazadə belə hesab edirdi ki, uşaq bağçalarında təlim düzgün təşkil 
olunarsa, bu zaman uşaqlar  əqli cəhətdən yaxşı inkişaf edər, diqqət, təfəkkür və nitqi 
zənginləşər. Eyni zamanda bu, onların əxlaq tərbiyəsinə müsbət təsir edər. Məsələn, 
uşaqlarda çətinlikləri aradan qaldırmaq qabiliyyətinin formalaşmasına, yəni 
dəyanətlilik tərbiyəsinə kömək edər.  Bu  da  gələcəkdə onların bir şəxsiyyət kimi 
formalaşmasına təkan vermiş olar. F.Ağazadə  tərbiyəyə  məktəbəqədər dövrdən 
başlamağın  əhəmiyyətini qeyd edir və  tərbiyənin məqsədini qorxmaz, cəsarətli, 
mübariz və savadlı insanlar yetişdirməkdə görürdü.  
F.Ağazadənin vətənpərvərlik tərbiyəsi haqqında çox dolğun fikirləri vardır. O, 
vətənpərvərlik tərbiyəsinə böyük əhəmiyyət verirdi və qeyd edirdi ki, tərbiyənin əsas 
işi uşaqlara vətənpərvərlik hissi aşılamaq və  əsil vətənpərvər yetişdirmək olmalıdır. 


 
95
O, yalançı, yalnız sözdə  vətənpərvər olanları, boş danışıqlarla özlərini vətənpərvər 
kimi qələmə verənləri tənqid edirdi.  
Ədəbiyyat 
1.
 
Ağayev Ə.A. Fərhad Ağazadənin pedaqoji görüşləri, Bakı-1987. 
2.
 
Qurani-Kərim.  Ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov, 
V.M.Məmmədəliyev, Bakı-2009. 
3.
 
Əhmədov H.M., Üzeyir Hacıbəyov müəllim və onun hazırlığı haqqında, 
“Azərbaycan məktəbi” jurnalı, 1985, №10, səh.35-60. 
4.
 
Əhmədov H.M. Azərbaycan məktəb və pedaqoji fikir tarixi, Bakı-2001. 
5.
 
Ələddin B. Məhəmməd Peyğəmbər (s)in hekayətiBakı-1991. 
6.
 
Füzuli M. Kəlamlar, Bakı-1990. 
7.
 
Sidqi M.T. Seçilmiş pedaqoji əsərləri, Bakı-1987. 
 
2.3.    Azərbaycanda məktəbəqədər tərbiyə, təhsil və müəssisələrin 
inkişafı tarixindən 
Plan: 
1.
 
Məktəbəqədər tərbiyə və təhsil haqında klassik mütəfəkkirlərin pedaqoji 
fikirləri 
2.
 
Azərbaycanda məktəbəqədər müəssisələrin inkişafı tarixindən 
3.
 
Məktəbəqədər tərbiyə, təhsil haqqında Azərbaycanda ilk tədqiqatlar
direktiv sənədlər və ədəbiyyat haqqında 
4.
 
XX  əsrdə  məktəbəqədər müəssisələrdə  uşaqların inkişafı, tərbiyəsi və 
təhsili işinə verilən tələblər 
5.
 
Müstəqillik illərində uşaqların inkişafı, tərbiyəsi və təhsilinə dair. 
 
1.
 
Mövcud pedaqoji ədəbiyyatda təhsil kateqoriyası  uşaqların və ya 
şagirdlərin təhsili ilə məhdudlaşdırılır. Belə çıxır ki, təhsil kateqoriyasının tələbələrə 
və ya yaşlılara dəxli yoxdur 
(Bax: 1) Pedaqogika. M.Muradxanovun redaktəsi ilə, Bakı-1964,
 
səh.6. 2) Pedaqoqika, Moskva, 1956, str.15). 
 
Bəzi pedaqoji mənbələrdə 
(Bax: Pedaqogika, Moskva, 1972, str.11)
  əksinə, təhsil 
kateqoriyasına verilən təriflər onun daşıyıcılarını heç nəzərə almır; məsələn, bu cür 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə