Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə22/31
tarix08.01.2018
ölçüsü2,82 Kb.
#19959
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

76 
 
Giqant hüceyrəli arterit-orta ölçülü arteriyaları və bəzən aortanı 
zədələyən autoimmun xarakterdə bir arteritdir.Aorta divarının iltihabi 
qranulomasında  histoloji  olaraq  xəstəliyin  adını  verən  giqant 
hüceyrələr  vardır.Temporal  arteriyaların  zədələnməsinə  bağlı  olaraq 
temporal  arterit  əmələ  gəlir.Giqant  hüeyrəli  arteritin  digər  iki  adı 
temporal  arterit  və  Horton  xəstəliyidir.Giqant  hüceyrəli  arterit  və 
polimialgiya  romatika  arasında  əlaqələr  vardır.Bəzən  xəstələrdə 
giqant  hüceyrəli  arterit  olmadan  əvvəl  polimialgiya  romatika 
meydana çıxır.  
Histoloji  əlamətlərdən  intimanın  qalınlaşmasıdır.  İltihabı  hü-
ceyrələr,  qranulomalar  ilə  aorta  mediasının  infiltrasiyası,  multi-
nukleuslu  giqant  hüceyrələri,epitel  hüceyrələri,T-limfositlər,  mono-
nuklear  limfositlər  və  fərqli  tipdə  digər  leykositlər  intimanın  qalın-
laşmasını meydana gətirir.  
Xəstələrdə çox vaxt baş ağrısı ilə bərabər görmə pozğunluğu və 
səbəbi  bilinməyən  tempertaur  olur.  Xəstələrin  təxminən  60%  -  də 
temporal nəbzlər olmur. Görmə itkisi çox vaxt optik nevritə bağlıdır. 
Alfa  1-antiximotripsin  səviyyəsi  xəstəliyin  aktiv  olduğu  dövrlərdə 
yüksəkdir  və  0,7  qr\l  -  dən  aşağı  endikdə  xəstəlik  daha  az  aktivdir, 
steroid müalicəsi azaldıla bilər.  
Diaqnoz temporal arteriyanın  biopsiyası  ilə qoyula bilər.  Uzun 
müddətli  yüksək  doza  kortikosteroid  müalicəsi  temporal  arteriya 
biopsiyasında diaqnoz qoymağı çətinləşdirə bilir.Orbita qan axımının 
rəngli doppler araşdırmasında  mərkəzi retinal və qısa posterior siliar 
arteriya  qan  axım  sürəti  azalmışdır  və  damar  müqaviməti  artmışdır. 
Arterioqrafiya xüsusilə karotid arteriyalar, körpücükaltı arteriyalar və 
şaxələrindəki  tıxanıqlıqları  göstərir.  Xətəliyin  xroniki  dövrlərində 
xəstələrin  10%-də  aortanın  zədələnməsi  simptomları  ola  bilər.  Daha 
seyrək olaraq abdominal visseral damarlar,vertebral arteriyalar, koro-
nar  arteriyalar  və  karotid  arteriyaların  intrakranial  şaxələri  zədələnə 
bilir.  Aortanın  cırılması  nadir  hallarda  olur.  Angioqrafiyada  aorta 
şaxələrindəki  zədələnmə  Takayasu  xəstəliyindən  fərqli  olaraq  daha 
distaldadır.  
Kəskin  dövrdə  steroid  müalicəsi  görmə  pozğunluqları  və  baş 
ağrısı  ilə  birlikdə  korluğu  qabaqlaya  bilir.Xroniki  fazadakı  aorta 


77 
 
yaraları  cərrahi  olaraq  müalicə  edilir.Xroniki  dövrün  kəskin 
dövründə  aorta  toxuması  cırılmaya  həssasdır.Birincili  anevrizmalar 
qalxan arotada meydana çıxıb,daha sonra aortanın digər  hissələrində 
də genişlənmə rast gəlinə bilir.  
Revmatoid  artritli  xəstələrdə  aortanın  zədələnməsi  nadir 
hallarda baş verir. Fəqət aorta zədələnmiş olarsa onda,qalxan aorta və 
aorta  qapaqlarının  zədələnməsi  baş  vermiş  olur.Digital  yaralar, 
digital  qanqrena,Reyno  fenomeni  və  mezenteriya  qanqrenası  tapıla 
bilir.  
Nuksedən  polixondritli  xəstələrdə  vaskulyar  ağırlaşmalar 
ölümə  səbəb  olur.Bu  xəstəlikdə  zədələnmələr  birincili  olaraq 
qığırdaq  toxumasına  təsir  edir.Xəstəliyin  erkən  dövrlərində  səbəbi 
aydın  olmayan  temperatur,halsızlıq  olur.Aortanın  hər  hansı  br 
seqmentində anevrizma və diseksiyalar meydana çıxa bilir.  
Ankilozlaşdırıcı  spondiliti  olan  xəstələrdə  seyrək  olaraq  aortit 
rast  gəlinir.Aorta  qapaqlarının  və  qalxan  aortanın  zədələnməsi 
yayılmış  halda  olur.Çox  hallarda  aortanın  bütün  təbəqələrində 
iltihabi  yaralar  inkişaf  edir.Periferik  arterit,  perikardit  ilə  birlikdə 
ürək və aortanın zədələnmələri daha çoxdur.  
Behçet  xəstəliyi  olan  xəstələrin  ən  əsas  əlamətləri  ağızın 
selikli  qişasında  və  genital  sahədə  ən  çox  meydana  çıxan  aftoz 
yaraların  varlığıdır.Bunlara  əlavə  olaraq  uveit  də  olur.Xəstəlik 
ümumiyyətlə, 
20-40 
yaşlarında 
meydana 
çıxır. 
Kardial 
ağırlaşmalar pankardit,qan axının defektləri,qapaq deformasiyaları, 
koronar  anevrizmalar  ola  bilir.Orta  ölçülü  arteriyalarda  izolə 
olunmuş  anevrizmalar  baş  verir,nəticədə  həmin  anevrizmalar 
pulmonar  damar  yatağında  hemoptiziyaların  yaranmasına  səbəb 
olur.Behçet  xəstəliyi  autoimmun  köklüdür  və  bu  səbəblə  steroid 
və  ya  klorambusil  müalicələrinə  cavab  verir.Behçet  xəstələrində 
aortada  iltihabi  anevrizmaların  əmələ  gəlməsi  müşahidə olunduğu 
hallarda,  cərrahi  müalicə  standart  hesab  edilir.Bu  xəstələr 
ümumiyyətlə,  postoperativ  trombozislə  üz-üzə  qalır  və  venoz  və 
ya  qraft  trombozunun  qarşısını  almaq  üçün  antikoaqulyant 
profilaktikası məsləhət görülür.  


78 
 
Polimialgiya  romatikalı  xəstələrin  10-15%-də  aorta  zədələnir. 
Aortada  anevrizma,diseksiya  və  ya  aorta  şaxələrinin  tıxanması 
meydana  çıxır.Xəstədə  çiyin,boyun  və  qalça  ağrılarına  əlavə  olaraq 
səhərlər oynaqlarda yorğunluq olur.Xəstəliyin vaskulyar simptomları 
ortaya çıxdıqdan sonra cərrahi göstəriş olarsa müalicə edilir.  
Aortitin  ən  çox  rast  gəlinən  səbəbləri  iri  damarların  qeyri-
infeksion  vaskulitləridir  (Giqant  hüceyrəli  arteriit  və  Takayasu 
xəstəliyi).  Bundan  başqa  aortanın  divarlarını  müxtəlif  növ 
bakteriyalar,mikobakteriya  və  göbələklər  infeksiyalaşdıra  bilər 
(cədvəl 6.).  
Mikroorqanizmlərin aortaya keçməsi aşağıdakı yollarla baş tuta 
bilər:  
  Hematogen yolla damardan damara keçmə; 
  Aorta  divarının  patoloji  dəyişiklikləri  zamanı  mənfəzdən  bila-
vasitə aorta divarına; 
  Bir sıra törəmələrdən infeksiyanın yayılması; 
  Aortanın travmatik zədələnmələri; 
  Septik embollar.  
Bakterial  və  ya  göbələk  infeksiyaları  immunkomplekslərin 
əmələ  gəlməsi  nəticəsində  və  ya  autoimmun  mexanizmlərlə  qeyri-
infeksion  vaskulitlər  yaranır.  İnfeksion  endokarditlə  yanaşı  olaraq, 
bakterial  və  ya  göbələk  mənşəli  aortit  bakteriemiyadan  sonra  da-
marın çox kiçik  bir  müqavimət nahiyəsində (məsələn: aterosklerotik  
pilək, anevrizma ) inkişaf edir.  
Aortit-üçüncülü  sifilisin  əsasən  qalxan  aortada  meydana  çıxan 
ürək-damar təzahürüdür. Bununla  belə keçən əsrin  başlanğıcında ürək-
damar  sisteminin  sifilitik  zədələnməsi  nisbi  olaraq  çox  rast  gəlinən 
xəstəlik  idi.  Hazırda  isə  üçüncülü  sifilis  benzilpenisillin  vasitəsilə 
tamamilə  aradan  qaldırılmışdır,belə  ki,  onun  meydana  çıxması  tibbidə 
artıq  rast  gəlinmir.  Buna  baxmayaraq  üçüncülü  sifilisdə  yaranan 
zədələnmələr immun sistemin pozğunluqları olan xəstələrdə mükəmməl 
müalicənin aparılması zamanı da saxlanıla bilər.  
 
 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə