Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə30/31
tarix08.01.2018
ölçüsü2,82 Kb.
#19959
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   31

103 
 
Əgər  travmatik  təsir  zamanı  aortanın  tam  cırılması  baş 
vermirsə,bu  zaman  adventisiya  və  divararalığını  əhatə  edən 
strukturlar  aorta  divarının  bütövlüyünü  təmin  edir.Travmadan 
sonrakı bu ilk baza həyat üçün təhlükəlidir,buna görə də zərərçəkəni 
xəstəxanaya  mümkün  qədər  tez  çatdırmaq  lazımdır.  Aortanın 
zədələnmiş diaqnozunun təcili qoyulması,aorta divarının gərginliyini 
azaltmaq  üçün  vazodilatatorlar  və  B-adrenoblakatorlarla  arterial 
təzyiqin  salınması  və  ölümlə  nəticələnən  aortanın  cırılma  riskinin 
azaldılması  vacib şərtdir. Pate və həmkarları 15  il  ərzində ədəbiyyat 
mənbələrinin nəticələrinin, həmçinin özlərinin apardığı tədqiqatlarda 
diaqnozun qoyulması  və aortanın plastikasının aparılması arasındakı 
olan  dövrdə  öz-özünə  qanaxma  riskinin  qiymətləndirilməsinin 
nəticələrini  təhlil  etmişlər.  492  xəstədən  22  -  si  (4,5%)  aortanın 
cırılması  nəticəsində  (plevra  boşluğuna  qanaxma  və  hemodinamik 
pozğunluq  əlamətləri  ilə)  ölmüşlər.Nisbətən  az  hallarda  cırılma 
divararalığında hematoma və psevdoanevrizması olan,həmçinin qan-
axması  və  hemodinamik  pozğunluqları  olmayan  xəstələrdə  baş 
vermişdir.  
Travmadan  sonrakı  günlər  ərzində  əsasən  hematoma  formala-
şır,  hansı  ki,vaxt  keçdikcə  psevdoanevrizmanın  inkişafı  ilə  nəti-
cələnən  sıx  fibroz  toxumaya  çevrilir,  bu  halda  cırılma  riski 
anevrizmada olduğu kimidir.Arterial hipotenziyalı xəstələrdə arterial 
təzyiqin 90 mm c. süt.-dan yüksək olması infuzion məhlulların yeri-
dilməsinin  məhdudlaşdırılmasına  göstərişdir.  Mərkəzi  sinir  siste-
minin,  ağciyərlərin  zədələnməsi  nəticəsində  inkişaf  edən  tənəffüs 
çatışmazlığı  zamanı  tənəffüs  funksiyası  nəzarətdə  saxlanılmalı, 
vaxtında  intubasiya  aparılmalı  və  ağciyərlərin  süni  ventilyasiyası 
yerinə  yetirilməlidir.  Aortanın  posttravmatik  anevrizmalarının 
cərrahi  müalicəsinin  bir  qədər  gecikdirilməsi  bir  sıra  üstünlüklərə 
malikdir. Bu halda təcili əməliyyatlarla müqayisədə letallıq halları və 
təhlükəli  ağırlaşmaların  tezliyi  azalır.Distal  aortanın  perfuziyasının 
bütün lazımi prosedurlarını təhlükəsiz yerinə yetirmək olar və bu za-
man  ölüm  faizi  çoxsaylı  travması  olan  xəstələrdə  təhlükəli  zədəd-
lənmələrin  müalicənin  aparılması  ilə  əlaqədar  azalır.Beləliklə,belə 
xəstələrdə  yanaşı zədələnmələrin  müalicəsi  əsasdır və  bu da aortada 
cərrahi müdaxilələrin gecikdirilməsinə imkan verir.  


104 
 
Bununla  belə  əməliyyatın  gecikdirilməsi  həmişə  mümkün 
olmur.Aortanın  travmatik  cırılmasının  əksər  hallarda  stabil  gedişli 
olmasına  baxmayaraq,təxminən  5%  hallarda  kəskin  fazada  yüksək 
cırılma ruski olur.Cırılma təhlükəsinin olması əlamətlərinə periaortal 
hematoma,təkrar  hematoraks,kontrast  maddənin  ekstravazasiyası  və 
arterial  təzyiqin  yüksəlməsi  aiddir.Bəzən  aortanın  cüzi  cırılması 
qapaq mexanizmi vasitəsilə enən aortada qan cərəyanın zəifləməsi və 
aşağı  ətraflarda  işemiya  ilə  nəticələnən  psevdokoarktasiya  sindromu 
yarada  bilər.Bu  fəsad  təcili  cərrahi  xəstəlik  hesab  olunur  və  10% 
xəstələrdə rast gəlinir.  
Damar daxili müdaxilə-təcili cərrahi müdaxilə tələb olunmayan 
xəstələrdə aparılan nisbətən az invaziv müalicə üsuludur.Bu müalicə 
üsulu  kəskin  fazada  torakotomiya  aparmadan  və  heparin  preparat-
larının  təyini  ilə  ağciyərlərin,başın  və  qarının  zədələnmələrinin 
ağırlaşması  riski  olmadan  tətbiq  olunur.Çoxsaylı  zədələnməsi  olan 
xəstələrdə  aortanın  plastikasının  aparılma  vaxtının  düzgün  seçilməsi 
vacibdir  və  digər  zədələnmələrin  də  ağırlığı  nəzərə  alınmaqla 
müəyyən ardıcıllığa riayət olunmalıdır.  
Məhdud ardıcıl tədqiqatların  və  müxtəlif kliniki  müşahidələrin 
nəticələrinə  əsasən  müəyyən  olunmuşdur  ki,yaxın  zamanlarda 
aortanın  travmatik  cırılmasının  müalicəsində  müalicə  üsulu  seçimi 
damar daxili cərrahiyyə olacaqdır.Torakotomiyaya, həmçinin heparin 
preparatların  istifadəsinə  ehtiyac  olmadığı  hallarda  aortanın  damar 
daxili  bərpası  ağciyərlərin,başın  və  qarın  boşluğunun  travmatik 
zədələnməsinin  ağırlaşma  riski  olmayan  “kəskin”  xəstələrdə  aparıla 
bilər.Damar  daxili  üsullardan  istifadə  zamanı  paraplegiya  riski  çox 
azdır.Beləliklə,posttravmatik 
aorta 
anevrizmasının 
müalicəsi 
məqsədi  ilə  qısa  stent-qraft  implantasiyası  zamanı  paraplegiya  riski 
çox az olacaq və ya mövcud olmayacaq.  
  
 
 


105 
 
ÜRƏYİN TRAVMALARI 
 
 
 
Travma  –  yaşı  40-dan  az  olan  kişilərdə  ölümün  ən  çox  rast 
gəlinən  səbəbidir,bunun  da  25%-i  döş  qəfəsinin  travması  ilə 
əlaqədardır.  Döş  qəfəsinin  izoləolunmuş  travması  ürəyin  küt  trav-
ması  və  ya dəlib keçən və dəlib keçməyən zədələnmələr nəticəsində 
yaranan  bütün  ölümcül  travmaların  10%  səbəbini  təşkil  edir.Dəlib 
keçən  zədələnmələrin  səbəbi  döş  qəfəsinə  bıçaqla,  stiletlə  də  ola 
bilır:  güllə  yaralanmaları  və  yatrogen  zədələnmələr  (əsasən  drenaj-
lardan istifadə və punksion biopsiyanın aparılmasında). Yarılmış ya-
ralar nəticəsində daha çox sağ mədəcik zədələnir, güllə yaralanmaları 
zamanı isə ürəyin cırılması baş verə bilər.  
Ürəyin küt travmalarının  ən çox rast gələn səbəbi – avtomobil 
qəzalarıdır,belə  ki,əyləcin  qəflətən  basılması  zamanı  sürücünün  döş 
qəfəsinin  zərbə  ilə  sükana  dəyməsi  baş  verir.  Avromobil  qəzaları 
70%  hallarda  bütün  döş  qəfəsi  zədələnmələrinin  səbəbidir.  Digər 
mümkün  olan  səbəblər:  yüksəklikdən  yıxılma,  idman  travması, 
zorlama və s.  
Döş  qəfəsinin  küt  travmasından  sonra  ürəyin  küt  travmasının 
(əvvəllər  miokardın  kontuziyası  adlandırılırdı)  rastgəlmə  tezliyi                 
8–17%  arasında  tərəddüd  edir.Küt  travma  nəticəsində  ürəyin 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə