Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə29/31
tarix08.01.2018
ölçüsü2,82 Kb.
#19959
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   31

100 
 
toqquşmalar  belə  20–40%  hallarda  aortanın  cırılması  ilə  nəticələnir. 
Yandan  toqquşmalar  zamanı  köndələn  təsir  aorta  qövsünün  distal 
hissəsinin  kiçik  əyriliyi  nahiyəsində  hissəvi  cırılmaya  səbəb  olur. 
Qoruyucu  yastıqçalar  və  kəmərlər  bu  növ  təsirdən  qorunmanı  təmin 
etmir.  Daha  çox  deformasiyaya  məruz  qalan  nahiyə  boyun 
nahiyəsində  (harada  ki,  nisbi  hərəkətli  döş  aortası  qövsə  birləşir  və 
həmçinin arterial bağlar birləşir) aortanın cırılması 80–95 % hallarda 
baş verir .  
Aortanın  qalxan  hissəsinin  cırılması  zamanı  baş  verən  ölüm 
hadisələrində  bu  nahiyə  10-20%  hallarda,cərrahiyyə  müdaxilələri 
zamanı  isə  5%  hallarda  təsvir  edilmişdir.Ölüm  halları  törətmə 
tezliyinə  görə  digər  zədələnən  şöbələrə  aortanın  distal  şöbəsi(12 
%),infrarenal  seqment  (5%)  aiddir.Bir  sıra  mənbələrdə  aortanın 
cırılmasının  çoxsaylı  nahiyələri  təsvir  edilir.Aortanın  travmasının 
mexanizmini  izah  etmək  üçün  müxtəlif  nəzəriyyələr  təklif 
olunmuşdur.Aortanın  zədələnməsini  törədən  bir  neçə  mexanizmi 
birləşdirmək mümkündür.  
Cırılmanın mexanizmləri: 
Aortanın travmatik zədələnməsinin təsnifatı: 
 İntimal qanaxma; 
 Cırılma və intimal qanaxma; 
 Medial cırılma; 
 Aortanın tam cırılması; 
 Yalançı anevrizmanın əmələ gəlməsi; 
 Aorta ətrafı qanaxma.  
İntimal  qanaxma  zamanı  endotelial  qat  zədələnməyə  bilər, 
endotelin  və  daxili  elastik  membranın  cırılması  da  mümkündür. 
İntima  və  medianın  zədələnməsindən  sonra  yalançı  anevrizmaların 
baş  verməsi  mümkündür.Miləbənzər  anevrizmalar  köndələn  kəsikdə 
bütün  divarı  əhatə  edə  sirkulyar  travmalarda  meydana  çıxır,yalnız 
divarın  bir  hissəsi  cəlb  olunan  hissəvi  zədələnmələrdə  məhdud 
qabarmalar  meydana  çıxır.Periaortal  qanaxmalar  zədələnmənin 
növündən  asılı  olmayaraq  baş  verir.Aortanın  tam  cırılması  (o 
cümlədən  adventisiyanın)  sürətli  ölüm  törədir.Cırılma  nahiyəsində 
anevrizma və okklüziyanın  yaranması ölüm  hallarının  baş verməsini 
ertələyə bilər.  


101 
 
Zədələnmənin  ağırlıq  dərəcəsinə  baxmayaraq  travma  parlaq 
kliniki  təzahürlərlə  müşayiət  olunmaya  bilər,buna  görə  də  döş 
şöbəsinin  xarici  travma  əlamətlərinin  olub-olmamasından  asılı 
olmayaraq  yüksək  sürətli  toqquşmalar  nəticəsində  zədə  almış 
xəstələrdə aortanın cırılmasını vaxtında ehtimal etmək lazımdır.  
Aortanın  cırılma  əlamətləri  qeyri-spesifikdir,hansı  ki,onunla 
yanaşı  olan  başın,üzün,dayaq-hərəkət  aparatının  zədələnməsi  və 
visseral  zədələnmələr  həkimin  diqqətini  daha  tez  cəlb  edir.  Təng-
nəfəslik  və  döş  qəfəsində  (beldə)  ağrılar  daha  çox  rast  gəlinən  (20-
76% hallarda) simptomlardır. Huşun itməsi və arterial hipotenziya da 
həmçinin  çoxsaylı  travması  olan  xəstələrdə  meydana  çıxır,  arterial 
hipertenziya  17%  hallarda  müşahidə  olunur.  Maye  məhlulların 
səmərəli  yeridilməsinə  baxmayaraq  sistolik  arterial  təzyiqin  90  mm 
c.  süt.  -  dan  aşağı  olması  hemodinamik  qeyri-stabilliyin  əlaməti 
hesab  olunur  və  yüksək  ölüm  faizi  ilə  müşayiət  olunur.  Nisbətən  az 
rast  gəlinən  simptomlara  disfagiya,  səsin  karlaşması  aiddir.Bir  sıra 
xəstələrdə  (6%)  onurğa  beyinin  qan  təchizatı  pozğunluğunun  aydın 
əlamətləri  olmadan  paraplegiya  baş  verir.  Periaortal  hematoma  ilə 
aortanın  sıxılması  nəticəsində  yuxarı  və  aşağı  ətraflarda  nəbz 
dalğasının  amplitual  fərqi  23–37%  hallarda  aşkar  edilmişdir.  Əgər 
intima  və  medianın  cırılması  zamanı  sferik  qapaq  kimi  fəaliyyət 
göstərən  tikə  hissəsi  (loskut)  əmələ  gələrsə  yuxarı  ətraflarda  arterial 
hipertenziya  ilə  birgə  aortanın  hissəvi  obstruksiyası  baş  verir  - 
“kəskin  daralma  sindromu”  və  ya  “psevdokoarktasiya”.  Arterial 
hipertenziya  ürək  kələfinin  stimulyasiyası  ilə  əlaqədar  ikincili 
olur.Arterial  təzyiqin  90  mm  c.  süt.  -  dan  aşağı  olması  (mayenin 
kifayət qədər yeridilməsinə, plevral boşluğa qanaxmanın olmamasına 
və  torakotomiyanın  yerinə  yetirilməsinə  baxmayaraq)  aortanın 
cırılma  təhlükəsinin  olması  əlaməti  kimi  qiymətləndirilir.Bundan 
başqa səs tellərinin iflici, yuxarı boş venanın və traxeyanın sıxılması 
da həmçinin ağır fəsadların müjdəçisi kimi qiymətləndirilir.  
Müştərək  zədələnmələr  (sınıqlar  və  kəllə-beyin  travmaları, 
qaraciyərin,dalağın,ürəyin,ağciyərlərin  zədələnməsi)  demək  olar  ki, 
aortanın  travmatik  cırılması  olan  bütün  xəstələrdə  mövcüd  olur. 
Ağciyərlərin zədələnməsi tənəffüs çatışmazlığına gətirib çıxara bilər. 
20% hallarda ürək çatışmazlığı ürəyin döş sümüyü və onurğa sütunu 


102 
 
arasında  sıxılması  nəticəsində  ola  bilər  (əsasən  qalxan  aorta  prosesə 
cəlb  olunduqda),  5-14%  hallarda  fiziki  müyinə  zamanı  görünən 
zədələnmə əlamətləri mövcud olmur.  
Aortanın travmatik cırılmasının ümumi əlamətlərinin az olması 
xoşa  gəlməz  nəticədir,məhz  buna  görə  də  erkən  diaqnostika  və 
səmərəli  müalicə böyük əhəmiyyət kəsb edir.Diaqnostikada aortanın 
qida  borusundan  aparılan  ExoKQ-ya  müayinəsinə,  kontrastlaş-
dırılmış  KT-ə,MRT-ə  və  kontrast  angioqrafiyaya  mühüm  əhəmiyyət 
verilir.  Rekonstruksiyanın  yüksək  həssaslığına  görə  3  D  -  MRT-dən 
və  KT  -  dən  istifadə  böyük  maraq  doğurur.  Aortanın  komputer 
genişlənmiş  3  D  -  rekonstruksiyası  əsasən  cərrahi  və  damar  daxili 
mülicəvi müdaxilələrin aparılmasına əsas verir.  
 Təcili  reanimasion  tədbirlərin  aparılması  və  daşınmanın 
düzgün  təşkili  ilə  demək  olar  ki,aortanın  travmatik  cırılması  olan 
bütün  xəstələrdə  aortanın  plastikasının  yerinə  yetirilməsi  imkanının 
olmasını  nəzərdən  keçirmək  lazımdır.  Son  dövrlərə  qədər 
təxirəsalınmaz  cərrahi  müdaxilə  aortanın  travmatik  cırılması  zamanı 
əsas  müalicə  üsulu  sayılırdı,  bununla  belə  həmin  yanaşmada  da 
letallıq yüksək olaraq qalır.  
Cərrahi  müalicədə  müdaxilə  zamanı  letallıq  10%  (xəstənin 
daxil  olmasından  sonra  6  saat  ərzində  aparılan),əməliyyatdan  sonra 
18%,əməliyyatdan  donrakı  əsas  fəsadlar  isə  (məsələn:  iflic)  10,5% 
hallarda  baş  vermişdir.Cərrahi  müdaxilənin  belə  qeyri  -  qənaətbəxş 
nəticələrinə görə digər müalicə üsulları axtarılmışdır .  
Maggisamo və həmkarları göstərmişdirlər ki,aortanın travmatik 
cırılması  olan  xəstələrin  2  tipi  mövcuddur:  I  qrup  xəstələrə  aktiv 
qanaxmanın  hemodinamik  əlamətləri olan  və  qeyri-stabil  halda  olan 
xəstələr  aid  edilir  (bu  xəstələrin  sağqalma  göstəricisi  aşağı 
səviyyədədir  –  18%);  II  qrupa  isə  hemodinamik  pozğunluqları 
olmayan,döş  qəfəsinin  rentgenoqrafiyası  və  aortaqrafiya  vasitəsilə 
diaqnozu  qoyulan  xəstələr  aiddir.Müştərək  travmalar  ölüm  riskini 
artırarsa  və  cərrahi  müdaxilə  zamanı  fəsadların  baş  verməsi 
mümkündürsə  aortada  cərrahi  müdaxilənin  aparılmasını  təxirə 
salmaq  lazımdır.Bu  xəstələrdə  öz-özünə  ölümcül  cırılma  riski  azdır 
(72 saatda 4,5% hallar) və gözləmə mövqeyi özünü doğruldur.  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə