Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə26/31
tarix08.01.2018
ölçüsü2,82 Kb.
#19959
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   31

88 
 
yorğunluq  baş  verir.  Yuxarı  ətraf  əzələlərinin  hipertrofiyası  və 
bədənin  aşağı  hissəsinin  hipotrofiyası  olur.  Yuxarı  ətraflarda  nəbzin 
artması,aşağı  ətraflarda  isə  nəbzin  azalması  və  ya  onun  tam  itməsi 
müşahidə  olunur.  Böyüklərdə,  xüsusilə  arxa  nahiyədə  qabırğaarası 
arteriyaların  pulsasiyası  və  onun  bədənin  önə  əyilməsi  zamanı 
artması  baş  verir.  Yuxarı  ətraflarda  hipertenziya  və  aşağı  ətraflarda 
arterial  təzyiqin  aşağı  düşməsi  xarakterik  haldır.  Hissəvi  forma 
koarktasiya  zamanı  normotenziya  və  ya  zəif  hipertenziya  müşahidə 
edilir  və  ya  bunu,əmələ  gələn  ürək  dekompensasiyasının  əlaməti 
hesab etmək olar.  
Auskultasiya  zamanı  ürək  nahiyəsində  və  kürəkarası  nahiyədə 
sistolik  küy  müəyyən  edilir,  aorta  üzərində  isə  II  tonun  aksenti 
eşidilir.Küy  döş  daxili  arteriya  boyunca  qabırğa  qövsünə  qədər 
ötürülür.İnfantlarda  döş  qəfəsinin  rentgenoqrafiyasında  kardiome-
qaliya  və  anadangəlmə  ürək  çatışmazlığı  əlamətlərinin  müəyyən-
ləşməsi aorta koarktasiyasnı ağla gətirməlidir.  
Elektrokardioqrafiyada  sol  mədəciyin  yüklənməsinə  aid 
əlamətlər olur.  
2  ölçülü  rəngli  doppler  exokardioqrafiya  müayinəsindən  isti-
fadə etməklə enən aortada pulsatil axının olmamasını,transvers qöv-
sün  ölçülərini  və  digər  intrakardial  anomaliyaları  görmək 
mümkündür.  
Kardial  kateterizasiya  kompleks  kardial  anomaliyaların 
aşkarlanmasında  istifadə  olunur.  İntrakardial  anatomiya,  böyük 
damarların  morfologiyası,  hemodinamik  parametrlər  və  daha  böyük 
uşaqlarda kollateral damarların ölçüsü aydınlıqla müyyənləşə bilir.  
Maqnit  rezonans  tomoqrafiya  anadangəlmə  ürək  defektlərinin 
non-invaziv  olaraq  görüntülənməsi  və  funksional  dəyərlən-
dirilməsində günümüzdə daha çox populyarlıq qazanmaqdadır.  
Bir  yaşa  qədər  uşaqlarda  yüksək  hipertenziyada  və  ürək 
çatışmazlığı  əlamətləri  olduqda  cərrahi  müdaxilə  göstəriş  hesab 
olunur.Cərrahi  əməliyyat  üçün  optimal  yaş  dövrü  hipertenziyanın 
gedişinin  kafi  olması  şərti  ilə  8-15  yaş  arası  hesab  olunur.İndiki 
zamanda  aortanın  dilatasiyasının  aparılması  sınaqdan  keçirilir.30-50 


89 
 
yaş arasında hipertenziyanı korreksiya etmək üçün və sol mədəcikdə 
yüklənməni azaltmaq məqsədi ilə cərrahiyyə əməliyyatı aparılır.  
Xəstələrin  əksəriyyətində  aortanın  koarktasiyası  rezeksiya 
edilir,uc-uca  anastomoz  qoyulur,nadir  hallarda  aortanın  daralmış 
seqmentinə  protez  qoyulur.Xəstənin  yaşından  asılı  olaraq  letallıq  0-
2%-ə  qədər  dəyişir.Aortanın  koarktasiyası  olan  xəstələr  müalicə 
edilmədikləri təqdirdə orta ömür müddəti 32-40 il çəkir.  
  
 
 


90 
 
AORTA QÖVSÜ ŞAXƏLƏRİNİN 
OKKLÜZİON XƏSTƏLİYİ 
 
Ürək-damar  sistemi  xəstəliklərindən,onkoloji  xəstəliklərdən 
sonra  baş-beyin  xəstəliklərindən  ölənlər  3-cü  yeri  tutur.  Ölümə  sə-
bəb, əsasən, işemik insult (xəstələrin üçdə ikisində braxiosefal arteri-
yaların ekstrakranial şöbələrdə zədələnməsi olur) inkişaf etməsidir. 
Beyinin  xroniki  damar  çatışmazlığının  75%  hallarının  səbəbi 
aorta  aterosklerozudur.Bu  zaman  braxiosefal  arteriyaların  patoloji 
burulması  müşahidə  olunur,ekstravazal  kompressiya  və  qeyri-
spesifik aorta arteriiti əmələ gəlir.Beyin qan dövranının pozulmasının 
əsas  mexanizmlərindən  biri  beyin  damarlarının  aterosklerotik  pilək 
parçaları ilə mikroemboliyasıdır,trombositlərin, eritrositlərin aqreqat-
larıdır.  Prosesin  lokalizasiyasına  görə  1-ci  yerdə  yuxu  arteriyasının 
bifurkasiyasının zədələnməsi,sonra sol körpücükaltı arteriyanın,adsız 
kötüyün və sol ümumi yuxu arteriyası kötüyünün zədələnməsidir. 
Magistral  arteriyaların  stenozunun  və  ya  okklüziyasının 
lokalizasiyasından  asılı  olaraq  simptomlar  yaranır.Yuxu  arteriyası 
bifurkasiyasının  stenozu  üçün  karotid  hövzədə  nevroloji  pozğunluq 
(əllərin,qolların  ötüb  keçən  iflici,  hemiparezi,  ötüb  keçən  korluq, 
afaziya ,dizartriya) xarakterdir. 
Körpücükaltı  arteriyanın  okklüziyası  zamanı  onurğa  arteriyası 
boyunca  retroqrad  qan  axınının  əmələ  gəlməsi  vertebrobazilyar 
çatışmazlığın əlamətidir. 
Sorğu  zamanı  karotid  və  ya  vertebro-bazilyar  hövzənin 
tranzitor  işemiyasının  simptomlarını  (görmənin,nitqin,hərəkətin 
pozulması)  aktiv  axtarmaq,boyun  və  körpücüküstü  çuxurda  sistolik 
küyü aşkarlamaq üçün auskultasiyadan istifadə etmək lazımdır. 
Palpasiya  zamanı  periferik  arteriyalarda  (gicgah,yuxu,bazu, 
mil)  nəbzin  simmetrikliyinə  fikir  verilir.Bütün  ətraflarda  arterial 
təzyiqi ölçmək vacibdir. 
Dupleks  skannerləşmə  əsas  müayinə  metodu  olub,yuxu 
arteriyasının  bifurkasiyasında  piləklərin  (homo  və  ya  heterogen) 
zədələnməsini  vizual  görməyə  imkan  verir,həmçinin  arteriyada 
qanaxınının həcmi haqqında məlumat verir. 


91 
 
Ultrasəs 
doppleroqrafiya 
kompression 
sınaqla 
yüksək 
dəqiqliklə daxili və ya ümumi yuxu arteriyası hövzəsində stenozu və 
ya okklüziyanı aşkarlamağa imkan verir. 
Transkranial 
doppleroqrafiya 
intrakranial 
qan 
axınının 
pozulmasını fiksasiya edir. 
Baş  beyinin  komputer  tomoqrafiyanın  köməkliyi  ilə,hətta 
xəstələrdə  kliniki  əlamətlər  olmadığı  halda  belə,baş  beyində  olan 
kistanı aşkarlamaq mümkündür. 
Nüvə-maqnit  rezonans  arteriyanın  stenozunu  və  baş  beyinin 
vəziyyətini öyrənməyə imkan verir. 
Aortanın  arterioqrafiyası  həmişə  aparılmır:  planlaşdırılmış 
operativ  əməliyyatlarda,xüsusilə  aorta  qövsü  şaxələrinin  çoxlu 
zədələnməsində göstəriş sayılır. 
Cərrahiyyə əməliyyatına göstərişləri aşağıdakıları  hesab etmək 
olar: arteriyanın  stenozunun 80%-dən çox olması  (hətta simptomsuz 
gedişdə  olarsa  da),  heterogen,  yuxu  arteriyası  bifurkasiyasının 
müxtəlif dərəcədə stenozlarında embol yaranması  təhlükəsi ola bilən 
piləklər,  beyin-damar  çatışmazlığının  II-IV  dərəcəsi  zamanı,  ver-
tebrobazilyar  çatışmazlıqda  oğurlama  sindromu  və  ya  onurğa  arte-
riyası dəliyinin stenozu. 
Cərrahi əməliyyatın variantları: ümumi anesteziya altında yuxu 
arteriyası  bifurkasiyasında  stenozlaşan  piləyin  kənarlaşdırılması; 
vertebro-bazilyar çatışmazlığı və yuxarı ətrafların işemiyasını aradan 
götürmək  üçün  körpücükaltı  arteriya  hövzəsində  qan  axınını  bərpa 
etmək; aorta qövsü şaxələrinin çoxlu zədələnmələrində aorta karotid 
- körpücükaltı şuntların qoyulması.  Hazırda dəridən keçmək şərti  ilə 
braxiosefal kötük və körpücükaltı arteriyaların stenozunda dilatasiya 
olunur.Çox hallarda cərrahiyyə əməliyyatları  xüsusilə,kritik stenozlu 
xəstələrdə,simptomsuz  keçən  və  ya  baş  beyinin  tranzitor  işemi-
yasında  konservativ  müalicəyə  nisbətən  daha  əhəmiyyətli  hesab 
olunur. 
 
 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə