Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə31/31
tarix08.01.2018
ölçüsü2,82 Kb.
#19959
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   31

106 
 
cırılması  90%  -dən  də  çox  hallarda  ölümlə  nəticələnir  və  döş 
qəfəsinin  küt  travmasından  sonra  ölüm  səbəbinin  10-30%  -  i  təşkil 
edir.  
Ürəyin  dəlib  keçən  travması  yad  cismin  dəlməsi  nəticəsində 
onun  strukturunun  birbaşa  zədələnməsi  ilə  şərtlənir.Nəticədə 
perikardın  travması,tac  arteriyaların  mümkün  zədələnməsi  və 
miokard  divarına  da  keçmə  ilə  epikardın  cırılması  baş  verə  bilər  ki, 
bu  da  ürək  kameraları  boşluğu  ilə  perikard  arasında  əlaqənin 
yaranmasına  səbəb  ola  bilər.Ürəyin  bütün  strukturları  zədələnə  bilər 
və  bu  zaman  miokard  infarktında,kəskin  qapaq  çatışmazlığında,ürək 
daxili  şuntların  əmələ  gəlməsində  və  ürəyin  keçirici  sisteminin 
zədələnməsində  yaranan  spesifik  patofizioloji  təzahürlər  inkişaf 
edir.Bununla  belə,əksər  yarılmış  yaralar  ürəyin  kəskin  tamponadası 
ilə  müşayiət  olunur,amma  bəzi  hallarda  plevra  boşluğuna  sürətlə 
artan qanaaxma da inkişaf edə bilir.Beləliklə, yarılmış yaralanmaları 
olan xəstələrdə kliniki təzahürlər əsasən ürəyin tamponadasının və ya 
hemorragik  şokun  tipik  əlamətləri  ilə  təzahür  olunur.Kliniki  olaraq 
taxikardiya  ilə  birgə  kəskin  arterial  hipotenziya  və  venaların 
yapıxması  baş  verir.Ürəyə  keçmə  yolunda  yad  cisim  əsasən  plevral 
boşluğu,daxili  döş  arteriyasını,ağciyərləri  və  ağciyər  arteriyalarını, 
bəzi hallarda isə qarın boşluğu orqanlarını zədələyir.  
Ürəyin  küt  travması  ürəyin  döş  sümüyü  və  onurğa  sütunu 
arasında  sıxılması,onun  döş  sümüyünə  zərbəsi  və  ürək  boşluğunda 
təzyiqin  qəflətən  artması  ilə  müşayiət  olunur.  Bu  ürəyin  sərbəst 
divarının,  mədəciklərarası  çəpərin,  papillyar  əzələlərin,  atrioventri-
kulyar  və  ya  aortal  qapaqların  cırılmasına  səbəb  ola  bilir.  Bundan 
əlavə,digər hallar da: tac arteriyası və ürək boşluğu arasında fistulun 
yaranması,  tac  arteriyasının  trombozu  ilə  birgə  onun  zədələnməsi, 
His  dəstəsi  ayaqcıqlarının  blokadası  ilə  ürəyin  keçirici  sistemində 
pozğunluqlar,ürəyin  dayanması  ilə  nəticələnən  aritmiyalar  təsvir 
olunmuşdur. Əgər döş qəfəsinin küt travması az təzahür olunursa,bu 
subepikardial 
qanaxma 
və 
miokard 
qanaxmasının 
iltihabi 
infiltrasiyaya,həmçinin interstisial ödemə gətirib çıxarır.  
 Ürəyin  tamponadasının  diaqnostikasında  ümumi  qəbul 
olunmuş  yanaşma  transtorakal  ExoKQ  -  nın  yerinə  yetirilməsi  ilə 
şərtlənir.Cərrahi  baxış  diaqnostik  yanaşmanın  ikinci  xəttidir.  2  D  – 


107 
 
ExoKQ  -  da  həmçinin  ürəyin  dəlib  -  keçən  yaralanmalarının 
diaqnostikasında  seçim  üsuludur  (hemodinamik  davamlı  xəstələrdə 
dəqiqlik – 90%, spesifiklik – 97%, həssaslıq – 90%) .  
 Asimptomlu  xəstələrdə  əlamətlərin  aşkar  edilməsinin  nə 
dərəcədə  vacib  olması  və  bu  zaman  hansı  üsuldan  istifadə  olunması 
aydınlaşdırılmamış qalır.  
 Hazırda  ürəyin  küt  travması  ehtimaı  olunan  bütün  xəstələrə 
EKQ,  hemodinamik  pozğunluğu  olan  xəstələrə  isə  ExoKQ  təyin 
olunur.Ürəyin küt travması və aortanın cırılması arasında differensial 
diaqnostikanın  aparılması  zamanı  ExoKQ  və  KT  -  dan  istifadə 
olunur.Normal  EKQ  -nın  olması  sonrakı  diaqnostik  axtarışları 
dayandırır, belə ki, müalicə tələb edən küt travmanın inkişaf riski bu 
halda  o  qədər  də  böyük  deyildir.Ürəyin  küt  travmasının  diaqnosti-
kasında və onun ağırlaşmalarının  inkişaf ehtimalının öyrənilməsində 
digər hər hansı bir instrumental və laborator müayinələrin aparılması 
göstəriş deyil.  
 Miokard 
infarktı 
xəstələrində 
olduğu 
kimi,miokardın 
kontuziyası  zamanı  da  müalicə  üçün  eyni  yanaşma  prinsiplərindən 
istifadə  olunur.Bir  sıra  tədqiqatlarla  müəyyən  olunmuşdur  ki,  stabil 
halda  olan  travmalı  xəstələrdə  miokardın  kontuziyasının  inkişafı 
ağırlaşmaların  tezliyinin  artmasına  gətirib  çıxarmır  və  bu  da onların 
üzərində  fasiləsiz  nəzarətin  olunmasını  tələb  etmir.  Ximenez  həm-
karları  ilə  birlikdə  miokardın  kontuziyası  ehtimal  olunan  və  cərrahi 
şöbəyə  daxil  olan  336  xəstəni  prospektiv  olaraq  3  qrupa  bölmüşlər: 
dəyişilməmiş  EKQ-i  olan;  dəyişilmiş  EKQ-i  olan;  döş  qəfəsinin  və 
bədənin digər hissələrinin çoxsaylı zədələnmələrinin  inkişafı zamanı 
həm  dəyişilmiş,həm  də  dəyişilməmiş  EKQ-i  olan  xəstələr.Qeyri-
invaziv  müalicə  üsullarının  nəticələrinə  əsasən  dəyişikliklər  əsasən 
axırıncı qrupda aşkar olunmuşdur,ürək tərəfdən ağırlaşmalar isə 1 və 
2  qrupda  mövcud  olmamışdır.Müəlliflər  belə  nəticəyə  gəlmişlər  ki, 
cüzi  küt  travması  və  cüzi  EKQ  dəyişiklikləri  olan  cavan  şəxslərdə 
ürəyin  fəaliyyətinin  nəzarət  altına  alınmasına  ehtiyac  yoxdur.  Belə 
xəstələrdə adi bərpaedici tədbirlərlə hərəkət rejimuini genişləndirmək 
mümkündür.  Onlara  antikoaqulyantların,  əsasən  də  trombolitiklərin 
təyini  əks  göstərişdir,belə  ki,  intramiokardial  və  intraperikardial 
qanaxma  güclənə  bilər.  Qulaqcıqların  səyriməsi  yaranarsa  bir  qayda 


108 
 
olaraq  öz-özünə  keçir  (mədəciklərin  yığılma  tezliyini  azaltmaq  və 
sinus ritminini bərpa etmək üçün ürək qlikozidlərindən istifadə oluna 
bilər).  Döş  qəfəsində  ağrı  analgetiklərlə  aradan  qaldırılır.  QSİƏ 
preparatlardan  istifadə  etmək  məsləhət  deyil,  belə  ki,  onlar 
zədələnmiş  miokardın  bərpasını  ləngidə  bilir.  Qlükokortikoidlər 
yalnız Dressler sindromunun inkişafı zamanı yararlıdır.  
Qeyd  olunduğu  kimi  ürəyin  küt  travmasında  miokardın  struk-
turunun və  funksiyasının  hissəvi  və tam  bərpa olunması  baxımından 
proqnoz  çox  əlverişlidir,bununla  belə  gecikmiş  ağırlaşmaların  aşkar 
edilməsi  üçün  xəstələr  ciddi  nəzarət  altında  olmalıdır  (məsələn, 
mədəcik  aritmiyaları  və  aortanın  cırılması).  Daha  az  rast  gəlinən 
ağırlaşmalara  tac  arteriyaların  okklüziyası,  sağ  qulaqcıq  və  aorta 
arasında  fistulun  əmələ  gəlməsi  və  nəhayət,  mədəciklərin 
anevrizması  aid  edilir.  Bununla  velə  ürəyin  travması  nəticəsində 
yaranan  miokardın  nekrozu  ilə  ÜİX-i  nəticəsində  yaranan  nekroz 
arasında çox oxşarlıq vardır,bu zaman bir sıra əsas məqamları (“açar 
fərqləri”)  qeyd  etmək  lazımdır.  ÜİX-də  əsasən  tac  arteriyaların 
tədricən  proqressivləşən  və  yayılmış  obstruktiv  aterosklerozu  möv-
cud olur. Ürəyin travmatik zədələnməsi olan xəstələrdə tac arteriyada 
miokardın  zədələnmə  nahiyəsinə  müvafiq  olaraq  dəyişilməmiş 
olur;xəstələr  əsasən  gənc  olur  və  ürəyin  yanaşı  gedən  xəstəlikləri 
olmur.  Beləliklə,  ürəyin  travması  nəticəsində  yaranan  nekrozda 
proqnoz  daha  əlverişlidir.  Ürəyin  cırılması  olan  xəstələrə  təxirə-
salınmaz  cərrahi  müdaxilə  göstərişdir.  Perikardiosentez  aparıla  bilər 
və  damardaxili  həcm  artırıla  bilər,  amma  əməliyyata  hazırlıq  uzun 
müddət  davam  etməməlidir.  Əksinə  olaraq,  mədəciklərarası  qəfəsin 
cırılması  olan  xəstələrin  təxirəsalınmaz  əməliyyata  ehtiyacı  duyul-
mur.  Bir  sıra  belə  defektlər  qanın  soldan  sağa  cüzi  şuntlanması  ilə 
məhdudlaşır:  onlar  öz-özünə  keçə  bilər.  Əgər  nəticədə  ürək  çatış-
mazlığı  yaranarsa,  bu  zaman  təcili  olaraq  cərrahi  müdaxilə  aparmaq 
lazımdır.  
Ürəyin  zədələnməsi  cərrahi  müalicə  üçün  göstəriş  hesab  olun-
mur. Miokardın gecikmiş cırılmasının, qapaqların disfunksiyasını  və 
anevrizmasının  əmələ  gəlməsini  vaxtında  aşkar  etmək  üçün  belə 
xəstələr  ciddi  nəzarət  altında  saxlanılmalıdır.  Atrioventikulyar  və 
aortal  qapaqların  cırılması  cərrahi  müalicə  tələb  edir,amma  əməliy-


109 
 
yatın  aparılması  üçün  vaxtın  düzgün  seçilməsi  onun  nəticəsini  xeyli 
yaxşılaşdıra  bilər.Əməliyyatdan  əvvəl  travmalı  xəstənin  halını 
yaxşılaşdırmaq  üçün  cəhdlər  edilməlidir,bununla  belə  kəskin  sol 
mədəcik çatışmazlığında təcili əməliyyat tələb olunur.  
 Ürəyin  dəlib-keçən  travmalarından  sonra  sağalma  birbaşa 
olaraq  xəstənin  təxirəsalınmaz  yardım  şöbəsinə  gətirildiyi  zaman 
ümumi  halından  asılıdır.Təxirəsalınmaz  yardım  şöbəsinə  çatdırılan 
xəstələrin  sağalma  ehtimalı  80%  təşkil  edir.Güllə  yaralanmaları  ilə 
daxil olan xəstələrin  sağ qalması  isə 40% təşkil edir (təxirəsalınmaz 
yardım şöbəsinə çatdırılan).  
  
  
 
 


110 
 
AORTANIN ŞİŞLƏRİ 
 
Aortanın şişlər tərəfindən tutulması bir neçə yolla ola bilər: 
 1. Primer aorta şişləri.  
 2. Aortanın ikincili olaraq metastaz yolu ilə tutulması.  
 3. Qonşu orqanların şişlərinin aortaya birbaşa yayılması.  
 4.  Başqa  orqanların  şiş  toxumasından  qopan  nekrotik 
materialların  embolik  obstruksiyası  ilə  aortada  şiş  meydana  gələ 
bilər.  
Birincili aorta şişləri çox az rast gəlinir. Cravford 1984 - cü ildə 
dünyada  cəmi  23  halda  birincili  aorta  şişi  aşkarlamışdır.Bu  şişlərin 
tiplərinə baxdıqda: fibrosarkoma, fibromikzosarkoma, fibromiksoma, 
fibroksantosarkoma, mizosarkoma, leyomiosarkoma, spinal hüceyrəli 
sarkoma,angiosarkoma,maligin 
histiosarkoma, 
sarkone,miksona 
şəklində  idi.Daha  sonra  Fonsecq  hımkarları  ilə  birlikdə  axtarışları 
1992-ci  ildə  təkrarladılar  və  31  halda  aortanın  şişlərini  aşkarladılar. 
Araşdırmalar  zamanı  şiş  toxumasının  aortanı  diffuz  şəkildə  tutması 
müəyyən edildi və şişləri polipoidol quruluşda: intimal, intraluminal, 
adventisial (lokal invaziya) olaraq siniflərə ayırmağa başladılar.Şişlər 
aortanın okkluziyası və ya aortanın distal emboliyası ilə birlikdə rast 
gəlmişdi.  Aortanın  xüsusilə,  şiş  əmələ  gələn  hissəsi  tamamilə 
zədələnərək  divarı  destruksiyaya  uğramış  olur  və  şiş  aortanın  bütün 
hissələrindən demək olar ki, bərabər sıxlıqda görünür.  
Crauford  tədqiqatlarında  olan  xəstələrin  61%  -nin  yaşları  16 
həftəlik  ilə  70  yaş  arasında  olmuşdur.Ancaq  xəstələrin  69%  -  i  50 
yaşdan yuxarı idi.  
Ən  çox  rast  gələn  simptom  70%  xəstədə  ağrının  olmasıdır. 
Aorta şişlərində  yaranan ağrı  lokal  şiş  invaziyası,  metastaz hesabına 
arteriya  şaxələrinin  okkluziyası  və  ya  arteriyaların  embolik 
okkluziyasından  sonra  meydana  gələn  işemiya  nəticəsində  əmələ 
gəlir.  Digər  simptomlar  və  kliniki  əlamətlər  arasında  orqanların 
işemiyası  ilə  baglı  insult  və  hipertenziya,  sistolik  küylər,  qızdırma, 
halsızlıq,  bədən  çəkisinin  itməsi  sayıla  bilər.  Şiş  emboliyasına  bağlı 
mezenterial infarktlar da nadir deyildir.  
Maligin  histiositoma  daha  öncə  dakron  qreft  qoyulan 
xəstələrdə  aşkarlanmışdır.  Griepp  və  Grulon  bu  tip  şişlərin  daha 


111 
 
əvvəllər qoyulan qreftlərin proksimal uclarında və ortalama 4 il sonra 
adventisiyada  meydana  gəldiyini  bildirmişdilər.  Griepp  dakron 
qreftlərlə  bu  tip  şişlər  autopsiyada  aşkarlanır.  Bəzən  bir  embol 
materialının  sırasında  şiş  hüceyrələri  tanımaq  olur.  Birincili  şişlərin 
yanında  qonşu  orqanlara  metastaz  yolu  ilə  yayılması  meydana  gələ 
bilər.  Aorta  şişlərinin  müalicəsi  cərrahiyyə  əməliyyatı  ilə  həyata 
keçirilir. Cərrahiyyəyə əlavə olaraq radioterapiya və kimyəviterapiya 
seçmək olar.  
 
  
 
 


112 
 
İSTIFADƏ OLUNAN ƏDƏBİYYATLARIN 
SİYAHISI 
 
1.  A.  John  Camm,  Thomas  F.  Lücher,  Patrick  W.  Serruys  - 
Болезни сердца и сосудов -Москва, издательская группа " ГЕОТАР 
- Медиа " 2011- 1439 с.  
2. Neyyir Tuncay Eren - Aort Cerrahisi. - Ankara. Çağdaş Medikal 
Kitapevi, 2003-452 s.  
3.  Баркаган  3.  С.  -  Очерки  антитромботической  фармакопро-
филактики и терапии. - М: Ньюдиамед, 2000. - 148 с.  
4.  Веденский  А.  Н.  Постгромботическая  болезнь.  -  Л.  : 
Медицина, 1986. -238 с.  
5.  Покровский  А.  В.  Клиническая  ангиология.  -  М.  : 
Медицина, 1979. - 368 с.  
6.  Покровский  А.  В.  Заболевания  аорты  и  ее  ветвей.  -  М.  : 
Медицина, 1979. - 326 с.  
7.  Савельев  В.  С,  Затевахин  И.  И.  ,  Степанов  Н.  В.  Острая 
непроходимость  бифуркаци  аорты  и  магистральных  артерий 
конечностей. - М. : Медицина, 1987. - 302 с.  
8.  Савельев  В.  С,  Яблоков  Е.  Г.  ,  Кириенко  А.  И.  Массивная 
эмболия легочных артерий. - М. : Медицина, 1990. - 336 с.  
9. Яблоков Е. Г. , Кириенко А. И. , Богачев В. Ю. Хроническая 
венозная недостаточность. - М. : Берег, 1999. - 128 с 
10. Isselbacher E. M. Thoracic and abdominal aortic aneurysms // 
Circulation. - 2005. - Vol . 111. -P. 816 - 828.  
11. Tsai T. T. , Nienaber C. A. , Eagle K. A. Acuteaorticsyndromes 
//Circulation. - 2005. - Vol. 112. - P. 3802 - 3813 .  
12.  Cartes  -  Zumelzu  F.  ,  Lammer  J.  ,  Kretschmer  G.  et  al. 
Endovascular  repair  of  thoracic  aortic  aneurysms  //  Semin.  Interv. 
Cardiol. - 2000. - Vol. - P. 53 - 57.  
13. Bavaria J. E. , Appoo J. J. , Makaroun M. S. et al. Endovascular 
stent-grafting  versus open  surgical repair of descending thoracic aortic 
aneurysms  in  low  -  risk  patients  a  multicenter  comporative  trial  //  J. 
Thorac. Cardiovasc. Surg. -2007. -Vol . 1333. - P. 369 - 377 .  
14. Pacini D. , Angeli E. , Fattori R. et al. Traumatic rupture of the 
thoracic aorta ten years of delayed management // Thorac. Cardiovasc. 
Surg. - 2005. - Vol. 129. - P. 880 - 884 .  


113 
 
15. Balkan M. E. , Oktar G. L. , Kayi - Cangir A. et al. Emergency 
thoracotomy for blunt thoracic trauma // Ann. Thorac. Cardiovasc. Surg. 
- 2002 . - Vol . 8. - P. 78 - 82.    
16.  Bergan  J.  J.  ,  Kistner  R.  L.  Atlas  of  venous  surgery. 
Philadelphia a. o. : W. B. Saunders Company, 1992. - 285 p.  
17. Caplan L. R. , Shifrin E. G. , Nicolaides A. N. , Moore W. S. 
Cerebrovascular Ischaemia: Investigation, management. - London a. o. : 
Med-orion publishing Company, 1996. - 709 p.  
18. Crawford E. S. , Crawford J. L. Diseases of the aorta including 
an  atlas  surgical  technique.  -  Baltimore  a.  o.  :  William  and  Wilkins, 
1984. - 401  
19.  Kappert  A.  Lehrbuch  und  Atlas  der  Angiologie.  -  Bern  etc.  : 
Huber, 1985. -45 
20. Morl H. Gefasskrankheiten in der Praxis. - Weinheim etc: Ed. 
Medizin, 1984. - 340 s.  
  
 
 
 
 
 
 
 
 
 


114 
 
Mündəricat  
 
1. Xülasə ........................................................................................  3  
2. Aortanın anatomiyası  .................................................................. 4 
3. Aorta divarının mikroskopik quruluşu və inkişafı........................11  
4. Aortalgiya  ..................................................................................14  
5. Aortanın aterosklerozu  ..............................................................  15 
6. Aorta kökünün patologiyaları  .....................................................19 
7. Qalxan aortanın anevrizması  .....................................................  21 
8. Aorta qövsünün anevrizması  .....................................................  24 
9. Aortanın torakoabdominal anevrizmaları  ..................................  26 
 -Döş aortasının anevrizması  .........................................................  27 
 -Döş aortasının laylanan anevrizması ............................................  40 
 -Qarın aortasının anevrizması  ......................................................  43 
 -Qarın aortasının infrarenal anevrizması və laylanan  
anevrizması  ..................................................................................  46 
10. Aortanın klassik laylanan anevrizması .....................................  48 
11. Aortanın A tipli (I və II tip) laylanan anevrizması.  ..................  59 
12. Aortanın B tipli (III tip) laylanan anevrizması.  ........................  61 
13. Annulo-aortal ektaziya və aortanın laylanan anevrizması .........  64 
- Marfan sindromu  .......................................................................  64 
- Ehlers - Danlos sindromu  ..........................................................  69 
- Pseudoxanthoma Elasticum  .......................................................  70 
- Osteogenezis İmperfekta ............................................................  71 
14. Aortit  ......................................................................................  73 
15. Aortanın koarktasiyası  ............................................................  85 


115 
 
16. Aorta qövsü şaxələrinin okklüzion xəstəliyi  ............................  90 
17. Qarın aortasının okklüzion xəstəliyi  ........................................  92 
18. Visseral qan dövranının xroniki pozulması  ..............................  94 
19. Aortanın medionekrozu ...........................................................  95 
20. Aorta qövsünün anadangəlmə burulması  .................................  96 
21. Aortanın travmatik cırılması  ...................................................  98 
22. Ürəyin travmaları  ..................................................................  105  
23. Aortanın şişləri  .....................................................................  110  
24. Ədəbiyyat  .............................................................................  112 
 
 


116 
 
 
 
 
 
 
 
 
 
 
 
“Təbib” nəşriyyatı 
 
Nəşriyyatın müdiri:   
 
M.M.İdrisov 
Texniki redaktoru:   
 
R.M.Seyidov 
Dizayner-tərtibatçı:   
 
C.Z.Abışlı 
Korrektor:   
 
 
R.M.İbrahimova 
 
 
 
 
 
 
 
 
 
 
 
Kağız formatı 60х84 
1
/
16

Sifariş 517. Tiraj 200. 
 
Azərbaycan Tibb Universitetinin 
mətbəəsində çap edilmişdir. 
 
Tel.: 595-55-76 
 

Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə