Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin


AORTA QÖVSÜNÜN ANADANGƏLMƏ



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə28/31
tarix08.01.2018
ölçüsü2,82 Kb.
#19959
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   31

96 
 
AORTA QÖVSÜNÜN ANADANGƏLMƏ  
BURULMASI 
 
 
Aorta  qövsünün  anadangəlmə  burulması  (kinklinq,baklinq, 
aortanın  psevdokoarktasiyası)  –  anadangəlmə  qüsur  olub,damar 
divarının  patoloji  strukturu  zamanı  aorta  qövsünün  uzanması, 
burulması və əyilməsi ilə xarakterizə olunur. Damar sisteminin na-
dir  patologiyasıdır.1983-cü  ilə  qədər  150  hadisə  müşahidə  olun-
muşdur.  Aorta  qövsünün  əyilməsi  xəstələrin  əksəriyyətində                   
sol  yuxu  və  sol  körpücükaltı  arteriyalar  arasında  lokalizasiya 
olunur.  
Kliniki şəkli aortanın vəziyyətindən asılıdır: 
 I tip - qövsün uzanması və burulması;  
 II  tip  -  əvvəlki  dəyikliklərlə  yanaşı  aortanın  stenozunun 
(koarktasiya sindromu) birgə olması.  
Sakitlikdə  və  fiziki  yüklənmə  zamanı  təngnəfəslik,  ürəkdö-
yünmə  narahat  edir.  Baxma  zamanı  yuxu  arteriyalarının  pulsasi-
yasının  güclənməsi,  nəbzin  zəifləməsi  və  sol  qolda  arterial  təzyiqin 
aşağı  düşməsi  müşahidə  olunur.  Koarktasiya  sindromunda  aşağı 


97 
 
ətraflarda  arteriyaların  pulsasiyasının  və  arterial  təzyiqin  aşağı 
düşməsi olur.  
Ürək  nahiyəsində  və  sol  körpücükaltı  çuxurda  auskultasiya 
zamanı müxtəlif intensivlikdə sistolik küy təyin edilir.  
Rentgenoloji  tədqiqat  zamanı  düz  proyeksiyada  divararalığı 
kölgəliyin  genişlənməsi  və  aorta  qövsünün  yüksəkdə  dayanması 
(yuxarıya  və  sola  qabarma)  aşkarlanır.  İkinci  çəp  vəziyyətdə  əyilmə 
səbəbindən  qövsün  enən  aortaya  keçən  hissəsinin  deformasiya-
laşması görünür. Dupleks skannerləşmə zamanı aortanın ölçüsünü və 
qanaxının  pozulmasını  müəyyən  etmək  olur.  Diaqnoz  angioqrafiya 
zamanı təsdiq olunur.  
 Hipertenziya  və  aortanın  anevrizmasının  genişlənməsi  cərrahi 
müdaxiləyə göstərişdir.Cərrahi əməliyyat süni qan dövranı şəraitində 
və  ya  hipotermiya  vəziyyətində  aparılır.Əksər  xəstələrdə  aortanın 
protezləşməsi tələb olunur,bəzi hallarda isə aortanın müəyyən sahəsi 
rezeksiya edilir. 
 
 
 


98 
 
AORTANIN TRAVMATİK CIRILMASI 
 
 
 
 
Bütün  yaşlarda  ölüm  səbəbləri  arasında  III  sırada  yer  almaq-
dadır.  Toraks  travmaları,  bütün  travma  sonrası  ölümlərin  təxminən 
25%-ni  təşkil  edir.Travma  sonrası  meydana  çıxan  ölüm  hadisələrini 
Trunney zamanlama baxımından 3 qrupa bölmüşdür.  
1) Erkən ölüm hadisəsi: yaralanmanın olduğu yerdəki ölümlərdir. 
50% hallarda  bu zaman periodunda  itirilə  bilər.Bu dövrdəki ölümlərdə 
ümumiyyətlə,beyin  yaralanmaları  ürək,  böyük  damar  və  spinal  kord 
yaralanmaları və ya hava yolu obstruksiyasından sorumludur.  
2)  Qızıl  saat-bu  vaxt  əslində  1  saatdan  6  saata  qədər 
uzadılıb.30%  hallarda  bu  zaman  periodunda  olur.Bu  dövrdəki 
ölümlərdən  ümumiyyətlə,subdural  və  ya  epidural  hematoma, 
hemoperitoneum, hemotoraks və ya eksternal qanaxmalar ola bilər.  
3)  Son  dövr:  yaralanmadan  ortalama  10  gün  ilə  2  həftə 
sonrasındakı  dövrdür.Ölümlər,sepsis  və  ya  multiorqan  çatışmazlığı 
səbəbi ilə meydana çıxır.  
Travmatik  aorta  zədələnmələri  çox  vaxt  küt  travma  və  ya 
qurğuşun  və  bıçaq  kimi  deşici-kəsici  alət  yaralanmaları  sonrasında 


99 
 
meydana çıxır. Bu yaralanmaların  nəticəsində aortada kontuziyadan, 
intramural  hematoma,intimal  yırtıq,  yalançı  anevrizma  və  ya 
cırılmaya  qədər  bir  çox  təhdidedici  yaralar  meydana  gələ  bilər. 
Travmatik  aorta  cırılması,  ölümlə  nəticələnməsi  katastrofik  aorta 
patologiyaları  arasında  yer  alır.  Yol  qəzaları  nəticəsində  meydana 
çıxan  ölüm  səbəblərindən  birinci  sıradakı  beyin  travmalarını,ikinci 
sıradakı  travmatik  aorta  cırılması  izləyir.  Dunn  və  Villams  küt 
trvmaya  bağlı  olaraq  meydana  çıxan  aorta  cırılmalarında  yaşama 
şansının 20% olduğunu bildirmişlər.  
Aortanın  travmatik  cırılması-küt  travma  ilə  zədələnmə  olub, 
aorta  divarının  intimadan  adventisiyaya  qədər  bütün  qatlarının  cəlb 
olunması  ilə  müşayiət olunur.Aortanın travmatik cırılmasını  ilk dəfə 
1557-ci  ildə  Vezaliy  atdan  yıxılmış  xəstədə  təsvir  etmişdir.  1923-cü 
ildə  Rusiyada  Canelidze  qalxan  aortanın  dəlib  keçən  yaralanmaları 
zamanı  aortanın  travmatik  cırılması  hallarında  ilk  dəfə  aparılan  və 
müvəffəqiyyətlə nəticələnən əməliyyat haqqında məlumat vermişdir. 
Bununla  belə  sonrakı  təsvirlər  yalnız  XX  əsrin  50-ci  illərində 
meydana  çıxdı.Patomorfoloji 
müayinədə  aortanın  zədələnmə 
əlamətləri  dəqiq  təyin  olunur  və  bu  zaman  əsas  diqqət  travma  ilə 
ölüm  arasındakı  vaxt  nisbətinə  verilir.Yüksək  sürətli  avtomobillər 
əsrində aortanın travmatik zədələnmə halları daha da artmışdır.1936-
cı ildən 1942-ci ilə qədər olan dövrdə Strassman 7000-ə qədər meyit 
yarmış  və  onlardan  yalnız  51  halda  aortanın  travmatik  cırılması  baş 
vermişdir.Richens və həmkarları məlumat vermişlər ki, yol-nəqliyyat 
hadisələrində  ölən  613  nəfərin  21%-də  ölüm  aortanın  cırılması  ilə 
əlaqədar  olmuşdur.Bu  hadisələrdən  ölüm  halları  il  ərzində  ABŞ-da 
8000 nəfər təşkil edir.  
 Aortanın travmatik cırılması  maşın  və  motosikletlə  toqquşma, 
yüksəklikdən yıxılma,partlayış dalğasının zərbəsi,qatar və ya təyyarə 
qəzası,at  və  xizək  idmanı  ilə  məşğul  olma  zamanı  yaranan 
travmalarda baş verə bilər.Aortanın cırılması baş vermiş 144 xəstənin 
tədqiqatı  zamanı  Hunt  və  həmkarları  məlumat  vermişlər  ki,cırılma 
83%  halda  avtomobil  qəzası,  5%  hallarda  motosikletin  idarə  olun-
ması  zamanı  toqquşma  nəticəsində,  7%  hallarda  piyada  gəzinti 
zamanı,  2%  hallarda  yüksəklikdən  yıxılma  zamanı  baş  verir. 
Sonuncu  tədqiqatlara  əsasən  müəyyən  olunmuşdur  ki,  hətta  yandan 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə