Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə5/31
tarix08.01.2018
ölçüsü2,82 Kb.
#19959
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   31

17 
 
Bu  növ  emboliyaların  inkişafının  risk  amillərinə  siqaret 
çəkmək, hiperxolesterinemiya, arterial hipertenziya, şəkərli diabet, 
qanda  hemosistein  və  fibrinogenin  miqdarının  artması  aid  edilir. 
Bundan  əlavə  hormonal  dərmanların  qəbulu  və  hiperkoaqulyasiya 
trombositlərin 
aqreqasiyasını 
sürətləndirərək 
tromb 
əmələ 
gəlməsinə  şərait  yarada  bilər.Aşağı  ətraf  damarlarının  və  qarın 
boşluğu orqanları damarlarının emboliyası az hallarda  əhəmiyyətli 
kliniki  təzahürlərlə  müşayiət  olunmasına  baxmayaraq  baş  beyinin 
və  gözün  torlu  qişasının  arteriyalarının  emboliyası  bir  qayda 
olaraq  əhəmiyyətli  kliniki  təzahürlərin  inkişafı  ilə  özünü  göstərir. 
Amarenko həmkarları ilə birlikdə təsdiq etmişlər ki, aortada 4 mm 
ölçüdə pilək, həmin damarın divarının qalınlığı - insultun ən vacib 
risk  amili  FP-nin  əmələ  gəlməsi  və  daxili  yuxu  arteriyasının 
stenozunun 
inkişafıdır. 
Belə 
aterosklerotik 
piləkləri 
olan 
xəstələrdə  diaqnozun  qoyulması  emboliyanın  ilk  təsadüfündən 
sonra  əsasən  sürətlənir.  Qida  borusundan  aparılan  ExoKQ-ya  ilk 
növbədə  daha  vacib  diaqnostik  müayinədir,  hansı  ki,  aorta 
qapağının,  qalxan  aortanın,  həmçinin  diafraqmaya  qədər  enən 
aortanın  vəziyyətini  kifayət  qədər  dəqiq  qiymətləndirməyə  imkan 
verir.  Qeyd  etmək  lazımdır  ki,bu  üsul  qarın  aortasını  və  aorta 
qövsü hissəsini  müayinə etməyə  imkan vermir,belə ki,qida borusu 
və aorta qövsü arasında sol baş bronx yerləşmişdir. Aortadan əlavə 
olaraq  kontrastlaşdırılmış  KT-nin  və  ya  MRT-nin  köməkliyi  ilə 
yüksək həlledicilik qabiliyyətinə və 1,5 ql gücə malik aparatlardan 
istifadə etməklə  müayinə etmək olar (əsasən aorta divarında kiçik 
patoloji  ocaqların  qiymətləndirilməsi  üçün).  Damar  daxili  USM 
qeyri-invaziv  üsullara  nisbətən  daha  yüksək  ağırlaşma  riskinə 
malikdir,  amma  o  digər  üsullara  nisbətən  daha  məlumat  verici  və 
keyfiyyətlidir,  buna  görə  də  ondan  differensial  diaqnostikada 
istifadə olunur.  
Emboliyanın  müalicəsi  üzrə  dəqiq  göstərişlər  yoxdur,əsasən 
tibbi  köməklik  risk  amillərinin  təsirinin  aradan  qaldırılmasına  və 
onların  azaldılmasına  doğru  yönəldilməlidir.  Statinlərdən  istifadə 
etməklə  yanaşı  arterial  təzyiqin,  xolesterinin  səviyyəsinin  və 
karbohidrat  mübadiləsinin  kompensasiyasının  saxlanılmasına 


18 
 
böyük  əhəmiyyət  verilməlidir.  Bundan  əlavə  trombositar 
antiaqreqatlar profilaktik məqsədlə göstərişdir, bu halda eritrositar 
antiaqreqatların  və  antikoaqulyantların  tətbiqinə  tələbat  dəqiq 
təyin  olunmuşdur.  Antikoaqulyantlar  ehtiyatla  istifadə  olunmalı-
dır.  Wader  tədqiqatlarında  müəyyən  etmişdir  ki,  xolesterin 
emboliyası  olan  xəstələrdə  antikoaqulyantların  qəbulu  emboliyanı 
sürətləndirə  bilər  (məsələn,  “göyərmiş  barmaq  ”sindromu). 
Mülahizələrlə  razılaşmaq  olar  ki,  antikoaqulyantların  qəbulu 
xoralaşmış piləklər üzərində tromb əmələ gəlməsinin qarşısını alır. 
Bununla  belə,  antitrombotik  dərman  preparatlarının  qəbulu  haq-
qında  fikirlər  ziddiyyətlidir,  bu  xəstələrdə  damar  ağırlaşmaları 
riski yüksəkdir. Aortanın aterosklerotik zədələnməsində, həmçinin 
emboliya  riskinin  yüksəlməsində  varfarin  və  antiaqreqatlardan 
istifadəyə  nisbətən  statinlərin  təyini  zamanı  daha  yaxşı  nəticələr 
əldə olunmuşdur .  
Müalicə  hər  xəstə  üçün  risk  amillərinin  təsirinin  azaldıl-
masına yönəldilməli və mütləq olaraq statinlər təyin olunmalıdır.  
 
 
 


19 
 
AORTA KÖKÜNÜN PATOLOGİYALARI 
 
 
Aortanın  qapaqcıqları  -  aorta  qapağı  üç  qapaqcıqdan  ibarət 
olan  trikuspid  bir  qapaqdır.  Qapaqcıqlar  eyni  ölçülərdə  və 
ağırlıqdadırlar, 
ancaq 
meyit 
diseksiyalarının 
50%-də 
bir 
qapaqcığın  digərlərindən  bir  az  daha  böyük  olduğu  müəyyən 
edilmişdir. Hər qapaqcığın ortasında və sərbəst kənarında Arantius 
düyünü adı verilən fibroz bir nodul tapılır.  
Aorta  kökü  -  aorta  qapaqcıqlarını  dəstəkləyən  sol 
mədəcikdən  başlayan  qalxan  aortanın  başlanğıc  hissəsinin  bir 
parçası  olaraq  qəbul  edilir.  Aorta  kökünün  ən  geniş  kəsimi 
Valsalva sinusları səviyyəsindədir.  
Valsalva  sinusları-aorta  kökünün  genişlənmiş  hissəsidir. 
İtalyan  anatomu  Antonio  Valsalvanın  adı  ilə  tanınır.Valsalva 
sinuslarının  aorta  qapağının  bir  parçası  olduğu  və  qapaqcıqların 
açılıb  qapanmasındakı  əhəmiyyəti  Leonardo  da  Vinci  tərəfindən 
1513-cü  ildə  vurğulanmışdır.  Aorta  kökünün  sistola  sırasında, 
komissuralar  səviyyəsində  genişləndiyi  və  bunun  aorta  qapağının 
açılma mexanizmindəki rolu 1970 -ci illərdə aşkarlanmışdır.  
Aorta  dəliyinin  stenozu-sol  mədəciyin  çıxacağında  subval-
vulyar,  valvulyar,supravalvulyar  formada  rast  gəlinən  və  qan 
axınına  mane  olan  obstruksiya  şəklində  özünü  göstərir.Valvulyar 
aorta  dəliyinin  stenozu  revmatizm  mənşəli  ürək  xəstəliyi, 
anadangəlmə bikuspid,unikuspid aorta qapağı və ya trikuspid aorta 
qapağının  degenerativ  kalsifikasiyası  səbəbi  ilə  əmələ  gələ 
bilər.Aorta  qapaqlarının  sklerozu  -  qapaqların  zəif  qalınlaşmasına 
səbəb olur.  
Degenerativ  kalsifik  aortal  stenozun  əmələ  gəlməsi  Avropa 
və  Şimali  Amerikada  öyrənilmiş  və  lipokalsifik  depozitlərin 
qapaqların qalınlaşmasına səbəb olduğunu müəyyənləşdirmişdilər. 
Kalsifikasiya  qapaqcıqların  aorta  divarı  ilə  kəsişdiyi  yerdə 
başlayır və qapaqcıq kənarlarına doğru davam edir.  
Revmatizm mənşəli aortal stenoz - qapaqcıqların qalınlaşma-
sı,sərtləşməsi,deformasiyası  və  kalsifikasiyası  ilə  xarakterizə 
olunur.  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə