Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə8/31
tarix08.01.2018
ölçüsü2,82 Kb.
#19959
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

28 
 
Anevrizmanın  inkişafı  aortanın  istənilən  hissəsində  əmələ 
gələ bilər. Aorta qapaqlarının taylarından qapaqüstü darağa qədər 
yerləşən  seqment  Valsalva  sinusu  adlanır.  Qalxan  aorta 
qapaqüstü  daraqdan  baş  bazu  kötüyünün  aralanması  yerinə  düz 
bucaq  altından  keçən  xəttə  qədər  davam  edir.  Aorta  qövsü  isə 
yerləşir:  baş  bazu  kötüyünün  aralanmasından  proksimal  olaraq 
düzbucaq  altından  keçən  xəttdən  kənarda  yerləşməklə,  sol 
körpücükaltı  arteriyanın  aralanması  yerinə  distal  səviyyədə  düz 
bucaq  altında  davam  edir.  Enən  aorta  sol  körpücükaltı 
arteriyadan  diafraqmanın  aortal  dəliyinə  qədər  olan  səviyyədə 
yerləşir,sonra  isə  qarın  aortası  başlayır,  aorta  bifurkasiyasında 
bitir,  daha  sonra  isə  qalça  arteriyalarına  şaxələnir.  Aortanın 
divarı  intimadan,  mediadan,  həmçinin  adventisiya  qişasından 
ibarət olub, qalınlığı orta hesabla 4 mm-dir. İntima qatı  – ən zəif 
qişadır,media  elastik  liflərdən  və  saya  əzələ  hüceyrələrindən 
ibarət  olub,aorta  divarının  möhkəmliyini  təmin  edən  spiral  qat 
əmələ  gətirir:  adventisiya  qişası  orada  olan  arteriya  və  vena 
damarlarının  yerləşməsi  hesabına  qidalandırıcı  funksiyasını 
təmin edir. Xager həmkarları ilə birlikdə apardıqları tədqiqatların 
nəticələrinə  əsasən,  hər  hansı  bir  antropometrik  göstəricilərin 
aortanın  divarına  təsirini  müəyyən  etmək  mümkün  deyildir. 
Dispersion  analiz  zamanı  çəkinin,  boy  ölçüsünün  yaxud,  bədən 
səthinin  sahəsinin  aorta  divarına  təsiri  müəyyən  edilməmişdir, 
lakin  cinsin  və  yaşın onun diametrinə təsiri göstərilmişdir. İnsan 
yaşının təsirinə gəldikdə isə Aronberqin tədqiqatları göstərmişdir 
ki,yaşlı  insanlarda  aortanın  diametri  hər  on  ildən  bir  olmaqla  1 
mm  böyüyür.  Bu  məlumata  əsasən,müvafiq  olaraq  aorta 
seqmentinin  genişlənməsini  diametrin  böyüməsi  hesab  etmək 
olar.  Bütün  bunlara  müvafiq  olaraq  məhdud  anevrizma-normal 
damarın  diametrinin  50%  -dən  artığını  üstələyən  genişlənməsi 
qəbul  olunmuşdur.Sol  körpücükaltı  arteriyadan  aşağı  yerdə 
anevrizmalar  Krouford təsnifatına uyğun olaraq bir neçə tipə (I - 
IV tip, döş aortası anevrizması) və sonradan Safi tərəfindən əlavə 
edilən tipə (V tip, döş aortası anevrizması) ayrılır.  
 


29 
 
Anevrizmaların müxtəlif formaları ayırd edilir:  
 1)  Həqiqi anevrizma-damar divarının qabarması  nəticəsində 
daxili mənfəzin genişlənməsidir.  
 2)  Yalançı  anevrizma  (psevdoanevrizma)  -damar  divarının 
bütün qatlarının aortanın daxili mənfəzi ilə əlaqəsi olan xarici kisə 
əmələ gətirməklə perforasiya (penetrasiya) ilə nəticələnən ölçünün 
böyüməsi ilə xarakterizə olunur.  
“Laylanan  anevrizma”  terminini  aydınlıq  gətirmək  üçün 
aşağıdakı anlayışlarla əvəz etmək olar: 
 “məhdud  anevrizma”  –  aortanın  müəyyən  sahəsinin  cəlb 
edilməsilə xarakterizə edilir; 
 “yayılmış 
anevrizma” 
– 
qalxan 
aortanın,aorta 
qövsünün,enən  aortanın  yaxud  qarın  aortasının,hətta  bütövlükdə 
aortanın prosesə qoşulması ilə xarakterizə olunur.  
 Son  30  il  ərzində  döş  aortasının  anevrizmasının  yayılması 
təkmilləşdirilmiş  diaqnostik  üsulların  artması,həmçinin  ahıl  yaşlı 
xəstələrin  sayının  çoxalması  ilə  əlaqədardır.Lakin,  müxtəlif  əhali 
qrupları  arasında  bu  xəstəlikdən  ölüm  hallarının  yayılmasının 
səbəbi  bu  günə  qədər  aydın  deyildir.Döş  aortasının  və 
torakoabdominal aortanın anevrizmaları qarın aortasının infrarenal 
şöbəsinin  anevrizması  ilə  müqayisədə  azdır  və  aortanın  bütün 
degenerativ  anevrizmalarının  2-5%-ni  təşkil  edir.Ədəbiyyat 
məlumatlarına  görə  ağ  irqdən  olan  kişilər  arasında  döş  aortasının 
anevrizmasından  ölüm  dərəcəsi  100  min  əhali  arasında  0,7%, 
laylanan  anevrizmadan  ölüm  dərəcəsi  isə  100  min  əhali  arasında 
1,5%  təşkil  edir.ABŞ-ın  Orta  Qərb  bölgəsi  üzrə  otuz  illik  dövr 
ərzində  aparılan  tədqiqatlar  zamanı  aşağıdakı  nəticələr  əldə 
edilmişdir:  100  min  əhali  arasında  qalxan  aortanın  anevrizması  - 
5%,  qövsə  qədər  olan  hissəsinin  anevrizması-11%  və  enən  döş 
aortasına  qədər  hissəsinin  anevrizması  isə-38%  təşkil  etmişdir. 
Kişilərdə üstünlük təşkil edən qarın aortası anevrizmasından fərqli 
olaraq  döş  aortası  anevrizması  qadınlar  arasında  daha  çox 
olmuşdur.  Xəstələrin  ¼-də  yanaşı  olaraq  aortanın  infrarenal 
şöbəsinin anevrizması və 13% - də isə çoxsaylı anevrizmalar aşkar 
edilmişdir.Bundan başqa infrarenal qarın aortası anevrizması 3,5 -


30 
 
12%  təşkil  etmişdir.Aorta  anevrizması  və  aortanın  laylanması 
anevrizması olan xəstələr arasında xəstəxanaya qəbula qədər ölüm 
22%  təşkil  etmişdir  (autopsiya  nəticəsində  qoyulan  diaqnoz), 
aortanın cırılması  isə döş aortası anevrizması olan xəstələrin 74% 
- də rast gəlmiş və ölüm 94% olmuşdur.  
 Aortanın  qocalması  prosesi  bütün  həyat  boyu  baş  verir.  O, 
aortanın  bütün  seqmentlərinə  təsir  edir,uşaq  və  yeniyetmə 
yaşlarından  başlayaraq  aortanın  mənfəzinin  genişlənməsinə  səbəb 
olur.Aortanın  qocalması  insanın  cinsindən  asılı  olaraq,kişilərdə 
qadınlara  nisbətən  daha  sürətli  gedir.  Böyük  yaşlarda  aortanın 
ölçüsü  fiziki  işdən  və  stressdən  asılı  olur.  Sonrakı  yaşlaşma 
dövrlərində damar  divarının rigidliyi, aortanın sklerozu  nəticəsində 
struktur  dəyişikliklərinin  yaranması  səbəbindən  yüksəlir.  Risk 
amillərinə  hipertenziya,  hiperlipidemiya,  şəkərli  diabet  və  siqaret 
çəkmək  daxildir.  Aortanın  divarında  kollagen  və  lipidlərin  miqdarı 
artır, həmçinin kalsium çökür və nəhayətdə, aorta divarının qalınlığı 
normanın  yuxarı  həddi  7mm-ə  qədər  arta  bilir.  Nəticədə,  nəbz 
təzyiqi  və  nəbz  dalğasının  yayılmasının  artımı  baş  verir.  Bu  da 
orqanların  qan  təchizatının  azalmasına,  xüsusilə,  miokardın 
diastolik qan təchizatının pozulmasına səbəb olur.  
 Aortanın sklerozunun sonrakı inkişafı  aşağıdakı proseslərlə: 
intimanın  qalınlaşması,piləklərin  əmələ  gəlməsi  ilə  xoranın 
inkişafı və trombların yaranması ilə xarakterizə olunur.  
 Qalxan  aortanın  anevrizmasının  meydana  çıxması  bir 
müddət Marfan sindromunun silinmiş forması kimi qəbul edilirdi - 
irsi  xəstəlik  olub  aorta  qövsü  adətən  zədələnmir:  bundan  başqa, 
xəstələrin  1%  hallarında  ikitaylı  aorta  qapağı  aşkar  edilir. 
Müəyyən edilmişdir ki,ikitaylı aorta qapağı olan xəstələrdə üçtaylı 
aorta  qapaq  xəstələri  ilə  müqayisədə  laylanan  anevrizmanın 
meydana çıxması riski doqquz dəfə artıq rast gəlinir.Bundan əlavə 
aortanın  daralması  olan  xəstələrdə  də  ikitaylı  aorta qapağının  rast 
gəlməsi  artır.İkitaylı  aorta  qapağı  olan  xəstələrdə  qalxan  aortanın 
diametri artır.Əvvəllər belə hesab edilirdi ki,bu cür anevrizmaların 
baş  verməsi  qalxan  aortanın  “poststenozlaşmış  genişlənmə”si  ilə 
əlaqədar olur. Lakin, hətta tam işlək vəziyyətdə olan ikitaylı aorta 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə