Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə7/31
tarix08.01.2018
ölçüsü2,82 Kb.
#19959
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   31

23 
 
Anevrizmanın  genişlənməsini  aortanın  cırılmasının  formalaş-
masının ilkin təhlükəli xəbərdarlığı kimi qəbul etmək olar. 
Qaixan  aortanın  birincili  infeksion  (mikotik)  anerizmaları  
nadir  rast  gəlinir.Çox  vaxt  qapaq  endokarditlərindən  sonra  meydana 
çıxır.  
Qalxan aortanın psevdoanevrizmaları-kardial və torakal vaskul-
yar cərrahiyyə əməliyyatlarından sonra rast gəlinir. Toxuma degene-
rasiyası, texniki səhvlər, qreft materialının çatışmazlığı və ya infeksi-
ya  başlıca  səbəbdir.  Diaqnoz  çox  vaxt  döş  qəfəsinin  rentgenoqra-
fiyası və komputer tomoqrafiyası ilə qoyulur.  
Qalxan  aorta  qreftlərinin  infeksiya  ilə  yoluxması  təxminən                   
1-2%-dir.  Aortik  qreftlərdə  infeksiya  yoluxma  risk  faktorları:  cərra-
hiyyə  əməliyyatında  yetərsiz  steril  texnikaların  istifadə  olunması, 
uzun  müddətli  əməliyyat,  massiv  qan  transfuziyası,  peroperativ 
bakteriemiya və reoperasiya hesab olunur.  
  
 
 


24 
 
AORTA QÖVSÜNÜN ANEVRİZMASI 
 
 
 
Aorta  qövsünün  anevrizmaları  etioloji  olaraq  aortanın  digər 
sahələrindəki  anevrizmalardan  əsaslı  olaraq  fərqlənmir.Aorta 
qövsünün anevrizmaları aortanın digər bölmələrinin anevrizmaları 
ilə  (qalxan  aorta,  aorta  kökü,  döş  aortası,  torakoabdominal  aorta 
və ya abdominal aorta anevrizmaları) birlikdə rast gəlinə bilir.  
Aorta  qövsünün  anevrizmasının  ölçüsü  və  qonşuluğundakı 
normal  qalxan  aorta  və  ya  proksimal  enən  aorta  ölçüləri  ilə 
anevrizma  ölçüləri  nisbəti  cırılma  meydana  gəlməsi  üçün  ən 
önəmli aşkarlayıcıdır.  
Herose  həmkarları  ilə  birlikdə  döş  aortasının  anevriz-
malarında illik genişlənmə nisbətinin 0,42 sm olduğunu bildirirlər. 
Arterial  hipertenziya  şikayəti  və  siqaret  çəkmək  anevrizmanın 
meydana gəlməsi sürətini və cırılma riskini artırır.  
 Aorta  qövsünün  anevrizmaları  qonşuluğundakı  mediastinal 
orqanlara:  vena  kava  superior,  innominat  venalar,  pulmonar 
arteriya,  traxeya,  bronxlar,  ağciyər  və  sol  qayıdan  laringeal  sinirə 


25 
 
təzyiq  edə  bilir.  Simptomlar  isə  hava  çatmamazlığı,  stridor,  səs 
qısalığı,  hemoptiziya,  öskürək  və  sinə  ağrısı  olaraq  ortaya  çıxa 
bilir.  Ancaq,  xəstələrin  əksəriyyəti  asimptomatikdirlər,  aşkar-
lanması  rutin  müayinələrlə  və  ya  başqa  xəstəliklərin  araşdırılması 
zamanı  döş  qəfəsinin  rentgenoqrafiyası  və  komputer  tomoqrafiya 
ilə qoyulur.  
Torakal  aortaqrafiya  dəqiqləşdirmə  üçün  mühüm  müayinə 
hesab  olunur.  Aortaqrafiyada  aorta  ilə  birlikdə,  aorta  qapağı  və 
braxiosefalik  şaxələrdə  görüntülər  aşkarlanır.  Braxiosefalik  sis-
temdəki  anomaliyalar  bu  yolla  müəyyənləşir.  Komputer  tomo-
qrafiya  üç  ölçülü  tomoqrafiya  texnikaları  və  maqnetik  rezonans 
görüntüləmələr  xüsusilə  aorta  diseksiyonlu  xəstələrin  dəyərlən-
dirilməsində  son  dərəcə  faydalıdır.  Exokardioqrafiya  da  aorta 
qövsünün  anevrizmalarının  dəyərləndirilməsində  istifadə  olunan 
bir  görüntüləmə  metodudur.  Ayrıca  exokardioqrafiya  kardial 
funskyaların  və  qapaqcıkların  dəyərləndirilməsində  xüsusilə  aorta 
çatışmazlığının  aşkarlanmasında  faydalıdır.  Koronar  arteriyaların 
dəyərləndirilməsi lazım gəldikdə koronar angioqrafiya edilməlidir.  
 
 
 


26 
 
AORTANIN TORAKOABDOMİNAL ANEVRİZMALARI 
 
 
 
Subklavian arteriyanın distalından  etibarən enən döş aortası və 
abdominal  aortanı  tutan  anevrizmalara  torakoabdominal  aorta 
anevrizmaları deyilir.  
Torakoabdominal anevrizmaların etiologiyasında  ən  vacib  fak-
tor  media  təbəqəsinin  aterosklerozun  hesabına  degenerasiyaya  uğra-
masıdır.  
Torakoabdominal  aorta  anevrizmaları,  anevrizmanın  toraks  və 
qarın boşluğunda  yerinə və uznluqlarına görə Crawford tərəfindən 4 
tipə ayrılır: 
Tip  I:  enən  aortanın  proksimal  hissəsindən  başlayıb  qarın 
aortasının başlanğıcına qədər davam edir.  
Tip  II:  enən  aortanın  sonu  və  qarın  aortasından  çıxan  renal 
arteriyaların başlanğıc yerlərinə qədər olan böyük bir hissəsini əhatə 
edir.  
Tip  III:  enən  aortanın  aşağı  hissəsi  ilə  qarın  aortasının  böyük 
bir hissəsi daxildir.  
Tip  IV:  diafraqma  sərhəddindən  başlayaraq  qarın  aortasının 
böyük bir hissəsi və ya bütövlükdə daxildir.  
Torakoabdominal  aorta  anevrizmaları  uzun  müddət  simptom-
suz keçir. Xəstələrin  yarıya  yaxın  bir hissəsində təsadüfən bir radio-
diaqnostik  araşdırma  sırasında,  ya  da  nonspesifik  bəzi  şikayətlərin 


27 
 
araşdırılması  ilə  diaqnoz  qoyulur.  Simptomatik  xəstələrdə  də  simp-
tomlar ümumiyyətlə, anevrizmanın ətraf toxuma və orqanlara etdiyi təz-
yiq  və  verdiyi  ziyanla  bağlıdır. Daha şanssız  bir qrup xəstə  isə  birbaşa 
anevrizma  cırılmasına  bağlı  şikayətlər  və  ya  ani  hemodinamik  kollaps 
ilə  meydana  çıxırlar.  Torakoabdominal  aorta  anevrizmalı  xəstələrin  
9%-də  diaqnoz  qoyulanda  artıq  cırılma  mövcud  olur.  Simptomatik 
xəstələrdə  ən  çox  rastlanan  şikayət  beldə  və  yan  nahiyəsində  olan 
ağrılardır. Traxeya və ya daha aşağı tənəffüs yollarının təzyiqə uğraması 
və zədələnməsi  ilə  bağlı olaraq öskürək, hava çatmamazlığı, stridor  və 
hemoptiziya ola bilir. Anatomik olaraq arteriyalara ən yaxın qonşuluqda 
yerləşən  venalara  təzyiq  zamanı  arteriovenoz  fistullar  meydana  çıxa 
bilər  və  bu  xəstələrdə  hiperdinamik  ürək  çatışmazlığı  inkişaf  edir. 
Anevrizma kisələrinin böyük bir hissəsinin divarında tromb yarana bilir. 
Bəzən qopan tromb parçaları və ya piləklər periferik emboliyalara səbəb 
ola  bilir.  Tromboembolik  hadisələrin  intraabdominal  orqanların 
arteriyalarında baş verməsi ani və ya yavaş - yavaş orqanlarda meydana 
çıxan  işemiyalara səbəb ola bilər. Bu şəkildə  xəstələrdə çatışmazlıq  və 
ya bağırsaq işemiyası baş verir.  
 
Döş aortasının anevrizması 
 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə