Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə15/31
tarix08.01.2018
ölçüsü2,82 Kb.
#19959
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

51 
 
nının pozulması  əgər  baş  verərsə, paraplegiya  baş  verə  bilər. Cədvəl  4 
və cədvəl 5.  
 
Cədvəl 4. 
Sinədə baş verən həyat üçün təhlükəli olan kəskin ağrılar 
Kəskin koronar sindrom 
Aortanın laylanması 
Ağ ciyərin emboliyası 
Gərgin pnevmotoraks 
Qida borusunun cırılması 
 
Cədvəl 5. 
Aortanın laylanmasının kliniki təzahürləri: 
Arterial hipotenziya yaxud şok, səbəbləri: 
–hemoperikard və ürək tamponadası; 
–divararalığına qanaxma; 
–kəskin aortal çatışmazlıq; 
-aortanın cırılması; 
-spinal şok;  
Miokardın kəskin işemiyası; 
Perikardın sürtünmə küyü (hemoperikard nəticəsində); 
Bayılma; 
Hematoraks və ya plevraya mayenin toplanması; 
Sağ  və  sol  əldə  təzyiqlər  arasında  fərqin  olması,  arteriyalarda 
pulsasiyanın zəifləməsi, Leriş sindromu;  
Böyrək  arteriyalarının  laylanması  nəticəsində  kəskin  böyrək 
çatışmazlığı; 
Peritondaxili  arteriyaların  laylanması  nəticəsində  müsariqənin 
işemiyası; 
Nevroloji pozğunluqlar: 
–aorta qövsü damarlarının okkluziyası nəticəsində insult; 
-ətraflarda zəiflik; 
–onurğa beyinin işemiyası nəticəsində nevroloji pozğunluqlar; 
–qırtlağın sol qayıdan sinirinin sıxılması nəticəsində disfoniya. 
 


52 
 
Qarında təkrari ağrılar, kəskin dövrdə zülalın və laktatdehid-
rogenazanın  plazmada  səviyyəsinin  artması-prosesə  qasıq  kötüyü-
nün  (təxminən  8%  hallarda)  yaxud,  yuxarı  müsariqə  arteriyasının 
(8–13%) prosesə cəlb olunması əlamətləridir.  
Böyrək  arteriyasının  prosesə  qoşulması  oliqouriyaya  yaxud 
anuriyaya  səbəb  ola  bilər.Arteriyalarda  pulsasiyanın  zəifləməsi 
xəstələrin  20%  -  də  aşkar  edilir,buna  fəsadların  meydana  çıxması 
və pis proqnoz kimi baxılır.Aortanın maksimal laylanması ilə olan 
xəstələrin  təxminən  50%-də,aorta  qapağının  çatışmazlığını  göstə-
rən  diastolik  küy  aşkar  edilir.Plevraya  mayenin  dolması,  vidaci 
venaların  genişlənməsi  və  parodoksal  nəbz  diaqnozun  təsdiqinə 
kömək  edir.  Qəbul  zamanı  xəstəliyin  əsas  kliniki  təzahürü,  ürək 
tamponadası nəticəsində baş  verən şok,tac arteriyalarının sıxılma-
sı,  kəskin  aortal  çatışmazlıq,  qanitirmə  və  dövr  edən  qanın  həc-
minin azalması ola bilər. 
Aortanın  laylanmasının  müalicəsində  və  qetri-invaziv  diaq-
nostikasında  nəzərə  çarpan  uğurların  olmasına  baxmayaraq  xəstə-
lərin  28–55%-i  düzgün  kliniki  diaqnozun  olmaması  səbəbindən 
ölürlər.  Ölüm  riski  belə  xəstələrdə,  ürək  tamponadası,  laylanma 
sahəsinə  tac  arteriyalarının  qoşulması,  baş  beyinin  yaxud  bağır-
sağın  kəskin  işemiyası  kimi  fəsadların  olması  səbəbindən  yüksək 
olur.  Yüksək  letallığın  digər  əlamətlərinə  yaşın  70-dən  yuxarı  ol-
ması,  arterial  hipotenziya,  xroniki  böyrək  çatışmazlığı  və  arteri-
yalarda  pulsasiyanın  azalmasını  aid  edirlər.  A  tipinə  aid  inkişafa 
səbəb  olan  və  daha  az  əhəmiyyət  kəsb  edən  amillərə  anamnezdə 
ürək  və  onun  qapaqlarında  aparılmış  cərrahi  müdaxilələri  (15%) 
və ürəkdə aparılan əməliyyatlar yaxud damardaxili kateterli müda-
xilələrdən (5%) yaranan yatrogen laylanmanı da göstərmək olar. 
Qeyri-yatrogenlə  müqayisədə  aortanın  yatrogen  laylanması 
böyük  ölümlə  müşayiət  olunur  (müvafiq  olaraq  35%  və  24%). 
Aortanın  laylanan  kəskin  anevrizması  üzrə  məlumatlarına  əsasən, 
təxirəsalınmaz  cərrahi  müdaxilənin  olmaması  zamanı  bu  cür 
xəstələrdə  letallıq  ilk  24  saatda  24%,  48  saat  ərzində  29%, 
yeddinci  gündə  44%  və  2  həftə  sonra  50%  təşkil  edir.Aortanın 
proksimal  laylanması  olan  və  müalicə  almayan  xəstələrin  10%  - 


53 
 
dən az hissəsi bir ilin ərzində sağ qalırlar və 10 il ərzində praktiki 
olaraq  onların  hamısı  ölürlər.  Daha  yüksək  ölüm  ilk  3  ay  ərzində 
qeyd  olunur.  Aortanın  proksimal  şöbəsində  laylanması  olan  və 
müalicə almayan xəstələrdə aortanın ölümcül cırılması 90% təşkil 
edir.Qeyd  etmək  lazımdır  ki,  75%  hallarda  cırılma  perikarda,  sol 
plevra boşluğuna və divararalığına nüfuz edir. 
Hətta  cərrahi  müdaxilənin  yerinə  yetirilməsi  zamanı  belə, 
letallıq  birinci  gün  10%,ikinci  gün  12%  və  ikinci  həftədə  20% 
təşkil edir.Bu zaman ölümün daha çox rast gələn səbəbinə aortanın 
cırılması,daxili  orqanların  işemiyası,ürək  tamponadası  və  qan 
dövranı  çatışmazlığını  aid  edirlər.Aortanın  enən  hissəsinin  kəskin 
laylanan anevrizması nadir hallarda ölümlə nəticələnir.Müalicənin 
olmadığı  halda  birinci  ay  üçün  yaşama  89%,  birinci  ildə  84%  və 
beş  ildə  isə  80%  təşkil  edir.Lakin,böyrək  çatışmazlığı,daxili 
orqanların  işemiyası  və  aortanın  məhdud  cırılması  kimi  fəsadları 
olan  xəstələr  çox  zaman  təcili  olaraq  cərrahi  müalicə  tələb  edir 
(letallıq  2  -  ci  gün  20%  və  1-ci  ay  üçün  25%  təşkil  edir).A  tipli 
laylanmada  olduğu  kimi  erkən  ölümün  əsas  asılı  olmayan 
əlamətlərinə ahıl  yaşlı  xəstələri, aortanın cırılmasını  və orqanların 
hipoperfuziyasını göstərmək olar. 
İntramural  hematomanın  proksimal  yerləşməsi  proqressiv-
ləşən  laylanmanın,  məhdud  cırılmanın  (yaşından,  cinsindən,  arte-
rial  hipertenziyanın  olmasından,  Marfan  sindromundan,  ikitaylı 
aorta  qapağından,  intramural  hematomanın  diametrindən  və  təza-
hür  dərəcəsindən  asılı  olmayaraq)  yaxud  anevrizmanın  yaran-
masının  əlamətidir.  Ümumi  məlumatlara  əsasən  erkən  ölüm  16% 
səviyyəsində,  30-cu  gün  üçün  ölümün  faizi  təxminən  20%  təşkil 
edir.  İntramural  hematomanın  (A  tipi)  proksimal  tipinin  cərrahi 
müdaxiləsi zamanı artıq onu erkən letallıqla əlaqələndirmirlər. 
A  tipli  intramural  hematomalı  xəstələrdə  “gözləmək  və 
müşahidə  etmək”  kimi  yanaşma,baxmayaraq  ki,  bu  hal 
fəsadlaşmanın  yüksək  riski  ilə  müşayiət  olunur,  medikamentoz 
müalicədən  istifadə  zamanı  erkən  letallıq  55%  hallarda  öz  əksini 
tapır.Cərrahi  müalicənin  tətbiqi  zamanı  isə  letallıq  8% təşkil  edir. 
Cərrahi  müalicədən  sonra  erkən  letallığın  12%  və  medikamentoz 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə