Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə12/31
tarix08.01.2018
ölçüsü2,82 Kb.
#19959
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

40 
 
bu  zaman  stentin  damar  divarına  kipləşdirilməsi  yaxşılaşır.  Stentləş-
dirmədən  sonra  xəstələr  tezliklə  ekstubasiya  olunaraq  bir  neçə  gündən 
sonra evə yazılırlar. Bəzi xəstələrdə iltihabi dəyişikliklər baş verə bilər, bu 
transplantanta  cavab  kimi  qiymətləndirilir.  Bu  özünü  qanda  C  -  reaktiv 
zülalın  səviyyəsinin  qalxması  ilə  göstərə  bilər  (prokalsitoninin  səviyyəsi 
isə  yüksəlmir).  Bu  dəyişikliklər,  döş  qəfəsində  xoşagəlməz  duyğularla 
müşayiət  oluna  bilər  ki,  bunu  da  indometasinin  təyini  ilə  aradan 
qaldırmaq olar. Aorta qövsünün quruluşu onun əyilmiş vəziyyətindən və 
ondan  aralanan  iri  arteriyaların  hesabına  mürəkkəb  hesab  edilir.  Aorta 
qövsünün zədələnməsinin uğurlu müalicəsi –ümumən qəbul edilmiş üsul 
-  ürəyin  fəaliyyətinin  hipotermik  dayandırılması,  süni  qan  dövranı, 
həmçinin baş beynin perfuziyasını həyata keçirməklə aorta qövsünün açıq 
rekonstruksiyasıdır. 
Baş  bazu  kötüyünə  qədər  yayılmış  aorta  qövsü  anevrizması 
üçün  donor  sahəsi  qismində  qalxan  aortadan  istifadə  etmək  olar  –
sternotomik  girişlə  (qövsün  tam  parçalanması)  bütün  üç  aorta  üstü 
arteriyaları plastika etmək məqsədini güdür. 
 
Döş aortasının laylanan anevrizması 
 
 
Aortanın  laylanan  anevrizması  arterial  təzyiqin  yüksəlməsi 
zamanı  aortanın  qatlarının  aralanması  və  aortanın  mediasında  degene-
rativ dəyişikliklərin yanaşı inkişafı zamanı baş verir. Aortanın proksimal 


41 
 
şöbələrində  arteral  təzyiqin  daha  qabarıq  dəyişməsi  baş  verdiyindən, 
laylanmanın  rast  gəlmə  riski  daha  yüksəkdir.Aortanın  orta  qatının  lay-
lanması  adətən  orqanizmin  təbii  qocalması  üçün  xarakterikdir.  Lakin, 
onun  tezləşməsi  ikitaylı  aorta  qapaqları,Terner  sindromu,arteriit  və  irsi 
kollagenopatiyalar ilə əlaqədar olur.Kliniki fəsadların böyük bir hissəsi 
laylanmanın  yayılması  ilə  əlaqədardır,belə  ki,bu  zaman  aorta  üzrə  qan 
cərəyanı  pozula  bilər  (Leriş  sindromu  və  şaxələr  boyunca)  və 
anevrizmanın  perikard  boşluğuna  açılması  baş  verə  bilər.  Sonralar  bu 
vəziyyət  laylanan  anevrizmanın  həcminin  genişlənməsinə,aortanın 
cırılmasına və güclü qanaxmaya gətirib çıxarır. Cədvəl 2.  
Aortanın  laylanan  anevrizması-nadir  xəstəlikdir.Xəstələnmə 
halları  100  min  nəfərə  2,6-3,5  təşkil  edir.Ən  yüksək  xəstələnmə 
İtaliyadadır  (100  minə  4,04  nəfər).Döşdə  və  kürəkdəki  ağrılarla 
intensiv terapiya şöbələrinə daxil olan xəstələrin təxminən 0,5% - də 
aortanın  laylanması  aşkar  edilir.Hal-hazırda  daha  çox  yayılmış  risk 
amili-arterial  hipertenziyadır,hadisələrin  72%-də  aşkar  edilir.  Digər 
vacib  risk  amillərinə  aterosklerozu,  kardiocərrahi  müdaxiləni  və 
aorta  anevrizmasının  mövcudluğunu  aid  etmək  olar.  Laylanan 
anevrizmanın  epidemiologiyası  gənc  xəstələrdə  (40  yaşdan  cavan) 
fərqlənir,yəni  onlarda  bütün  risk  amilləri  arasında  Marfan  sindromu 
və ona bənzər xəstəliklər əsas əhəmiyyət kəsb edir.  
Arterial  hipertenziya arteriya divarının quruluşuna təsir edərək 
intimanın  qalınlaşmasını,  fibroz  və  kalsifikasiyasını  yaradır, 
həmçinin yağ turşularının hüceyrə xarici çöküntüsünə səbəb olur. Ey-
ni  zamanda  hüceyrə  xarici  matriksin  dağılması,  hüceyrələrin 
apoptozu, kollagenin  hialinizasiyası  ilə elastolizini  sürətləndirir. Hər 
iki  mexanizm  sonda  intimanın  cırılmasına  gətirib  çıxarır.  Adventi-
siyanın  fibrozu  aorta  divarını  qidalandıran  damarların,  həmçinin 
intramural  vasa  vasorum-un  obstruksiyası  ilə  müşayiət  oluna 
bilər.Yuxarıda  qeyd  olunanlar  saya  əzələ  hüceyrələrinin  nekrozuna 
və elastiki törəmələrin fibrozuna gətirib çıxarmaqla, damar divarının 
nəbz  dalğasının  təsirinə  həssaslığını  yaradır  və  sonda  anevrizma  və 
laylanmanın  meydana  çıxmasına  şərait  yaradır.Arterial  hiperten-
ziyaya  əlavə  olaraq  siqaret  çəkmək,  dislipidemiya  və  kokainin 
istifadəsini qeyd etmək olar.  
 


42 
 
Cədvəl 2. 
Aortanın laylanmasının risk amilləri 
Uzun müddət mövcud olan arterial hipertenziya, siqaret çək-
mək, dislipidemiya, kokain/krek, birləşdirici toxumanın xəstə-
likləri  
İrsi fibrillinopatiyalar 
Marfan sindromu 
Ehlers-Danlos sindromu 
Damarların irsi xəstəlikləri 
İkitaylı aorta qapaqları 
Aortanın koarktasiyası 
 Vaskulitlər  
Giqant hüceyrəli arteriit 
Takayasu xəstəliyi 
Bexçet xəstəliyi 
Sifilis 
Ormonda xəstəliyi 
Qəflətən tormoz zamanı baş verən travma 
 Avtomobil qəzası 
 Hündürlükdən yıxılma 
 Yatrogen səbəblər 
Kateterin yeridilməsi / cərrahi alətlərdən istifadə 
Qapaqlarda (aortada) əməliyyatlar 
Aortatomiya / aortanın yandan yaxud tam sıxılması 
Stent-qraft anastomozu 
Aortanın plastikası 
Aorta divarının kövrəkliyi 
 
 


43 
 
Nadir  hallarda  iltihabi  xəstəliklər  risk  amili  kimi  rol  oynaya 
bilər.  Aortanın  divarının  yatrogen  laylanması  invaziv  retroqrad 
kateter müdaxiləsi zamanı, həmçinin aorta qapağında cərrahi əməliy-
yatın gedişi zamanı və ondan sonra meydana çıxa bilər. (Cədvəl 3).  
 
Cədvəl 3. 
Kəskin laylanan aortanın etiologiyası  
(yatrogen səbəblər) 
Səbəblər 
A tipi 
B tipi 
Ürəkdə əməliyyatlar 
18 (68 %) 
1 (12 %) 
Koronaroqrafiya 
 7 (27 %) 
7 (87 %) 
Böyrək  angioplastikası  
 1 (4 %) 
-- 
 Fəsadlar 
 Yatrogen 
Öz-özünə yaranmış 
Miokardın işemiyası 
36 % 
5 % 
Miokard infarktı 
15 % 
3 %  
Ətrafların işemiyası 
14 % 
8 % 
Otuz günlük ölüm 
35 % 
24 % 
 
Hamiləliklə əlaqədar aortanın laylanması təhlükəli hesab edilsə 
də kifayət qədər nadir hallarda rast gəlinir.  
 
Qarın aortasının anevrizması 
 
 
 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə