Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə17/31
tarix08.01.2018
ölçüsü2,82 Kb.
#19959
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

57 
 
Aortanın laylanan anevrizmasının A (I, II tip) tipli proksimal 
formasının cərrahi müalicəsində əsas məqsəd aortanın cırılması və 
perikarda 
süzülmənin 
qarşısının 
alınmasıdır.Aorta 
qapaq 
çatışmazlığının  qəflətən  baş  verməsi  və  koronar  qan  cərəyanının 
obstruksiyası  təcili  cərrahi  müdaxiləni  tələb  edir  –  yəni,qalxan 
aortada  yerləşmiş  laylanma  zamanı  intimanın  aralanma  sahəsinin 
rezeksiyası  və  onun  kompozit  yaxud  interpozisiyon  transplantatla 
əvəz  olunması,əgər  laylanma  aorta  qövsünə  və  ya  enən  aortaya 
yayılmışsa,intimanın  bütöv  parçasının  rezeksiyası  zamanı  texniki 
çətinliklər baş verə bilər.Bu zaman aorta  qövsünün  hissəvi  yaxud, 
tam  əvəz  olunmasına  ehtiyac  duyulur.Sonuncu  tədqiqatların 
birində  aorta  qövsünün  və  enən  döş  aortasının  intimasının 
aralanmasının  rezeksiyası  və  aralanmanın  operativ  müalicəsiz 
saxlanması  arasındakı  seçim  məsələsi  həll  olunurdu.Demək 
lazımdır  ki,sonuncu  yanaşma,  aortanın  distal  şöbəsində  təkrari 
müdaxiləyə  böyük  risklə  (20–30%  hallarda)  müşayiət  olundu. 
Nəzərə  alsaq  ki,hətta  ən  yaxşı  klinikalarda  belə,aorta  qövsünün 
yerinə  yetirilən  cərrahi  rekonstruksiyası  zamanı  və  açıq  distal 
anastomozun həyata keçirilməsi zamanı bu qrup xəstələrdə letallıq 
15–35%  təşkil  etdiyindən  əlavə  tədbirlərin  tətbiq  edilməsi 
göstərişdir  (qan  dövranın  dərin  hipotermik  dayandırılması,baş 
beyin 
damarlarının 
retroqrad 
perfuziyası). 
Baş 
beyinin 
müdafiəsinin  sonuncu  variantı  daha  çox  yayılmışdır.  Belə  ki,o 
kliniki  sonluqların  yaxşılaşmasını  təmin  edir  (beşillik  yaşama 
müddəti  73  ±  6%  təşkil  edir).Qan  dövranın  dərin  hipotermik 
dayandırılması  erkən  fəsadların  riskinin  azalmasının,  yaşama 
müddətinin  yüksəlməsini  və  aortanın  A  tipli  kəskin  laylanan 
anevrizması  olan  xəstələrdə  təkrari  əməliyyatların  tezliyinin 
azalmasını  təmin  etməmişdir.  Otuz  günlük,  birillik  və  beşillik 
yaşamanın  tezliyi  müvafiq  olaraq  81  ±  2%,  74 ±  3%  və  63  ±  3% 
təşkil  etmişdir.  Bu  da  digər  yanaşmalardan  heç  də  fərqlənmir. 
Laylanan  anevrizmanın  müalicəsində  uğurun  əsası,  xəstənin 
halının  pisləşməsi  yaxud  qan  dövranın  patoloji  əlamətlərinin  baş 
verməsinə  qədər  qısa  müddət  ərzində  cərrahi  müdaxilənin  yerinə 
yetirilməsidir.  Ekstrakorporal  qan  dövranın  daxil  edilməsi  və  baş 


58 
 
beynin  anteqrad  perfuziyasının  yerinə  yetirilməsindən  sonra 
(adətən  bud  arteriyalarından  birinin  və  said  arteriyalarından 
birinin  kanyulaşdırılmasından  sonra  həyata  keçirilir)  aortanın 
mobilizasiyası yerinə yetirilir.  
 
 
 
 


59 
 
AORTANIN A TİPLİ ( I və II TİP )  
LAYLANAN ANEVRİZMASI 
 
 
 
Aorta  qövsünün  kəskin  laylanan  anevrizmasının  müalicəsi 
çətin həll olunan məsələdir.Hal-hazırda belə təsəvvür formalaşmışdır 
ki,aorta  qövsünün  istənilən  laylanmasının  vəziyyətini  qan  dövranın 
hipotermik  dayandırılması  zamanı  qiymətləndirmək  lazımdır.  Cırıl-
manın  olmadığı  hallarda,  aorta  qövsü  və  qalxan  aortanın  birləşdiyi 
yerdə  aorta  divarına  birləşdirilmiş  layla  birgə  transplantatın  açıq 
distal  anostomozunun  yaradılması  kimi  faktiki  yanaşma  düzgün 
sayılır.  Kəskin  laylanan  anevrizmalı  xəstələrin  30%  -  də  intimanın 
aralanması baş verir.  
Distal  istiqamətə  yayılan  laylanan  və  laylanmayan  anevrizmalar 
zamanı, Bors və həmkarları tərəfindən təsvir edilmiş cərrahi üsullardan 
biri olan “fil xortumu” prinsipi üzrə transplantasiya əməliyyatı aparılır. 
Ümumiyyətlə,qəbul edilmiş enən aorta və transplantatın sonu arasındakı 
anastomoz  əvəzinə,  əksinə,bu  zaman  transplantat  sərbəst  surətdə  aorta 
mənfəzinə  nüfuz  edir  –  “üzür”.  Sonradan  aparılan  müdaxilə  zamanı  – 
“fil  xortumunun”  kəsilməsi  transplantat  birbaşa  cərrahi  olaraq  enən 
aortanın  distal  hissəsi  ilə  birləşdirilir  yaxud  digər  borulu  protezin 


60 
 
köməkliyi  ilə  uzadılır.  Bundan  başqa  onun  mənfəzinə  damar  daxilinə 
əvvəlcədən  sifarişlə  hazırlanan  stent-qraft  yerləşdirmək  olar.Sonradan 
aortanın  distal  şöbəsinin  ehtiyac  duyulan  səviyyəsi  ilə  anastomozla 
birləşdirirlər.  
Beləliklə, A tipli (I və II tiplər) kəskin laylanan anevrizmalar za-
manı  ləngimədən  cərrahi  müdaxilə  göstərişdir.  Bu,  aortanın  cırılma-
sının, ürək tamponadasının  və ölümün qarşısının alınmasına,  həmçinin 
baş verən aorta qapaq çatışmazlığının zəiflədilməsinə yönəldilmişdir.  
 
 
 


61 
 
AORTANIN B TİPLİ ( III TİP) 
LAYLANAN ANEVRİZMASI 
 
 
 
Hazırda  aortanın  B  tipli  (III  tip)  kəskin  laylanan  anevrizması 
olan  xəstələrin  cərrahi  müalicəsi  üçün  göstəriş  aşağıda  qeyd  olunan 
təhlükəli  halların:  aradan  qaldırıla  bilinməyən  ağrı,aortanın  sürətlə 
genişlənməsi  və  aortanın  cırılması  hesab  olunur.Həyati  vacib 
orqanlara  qan  cərəyanın  zəifləməsi  (aortanın  şaxələrindən  qanla 
təmin  olunan  orqanlar)  kimi  fəsadların  inkişafı  damar  daxili  stent-
qraftın  yerləşdirilməsini  tələb  edir.Bu  cür  yanaşma  əgər  əlamətlərin 
sürətlə aradan götürülməsinə gətirib çıxarmırsa, əvvəlki kimi cərrahi 
müdaxiləyə ehtiyacın olub-olmaması məsələsi meydana çıxa bilər.  
Hazırda  B  tip  (III  tip)  fəsadlaşmamış  laylanan  anevrizmanı 
adətən konservativ  müalicə edirlər,belə ki,fəsadları olmayan  xəstədə 
cərrahi  müalicə,  digər  medikamentoz  yaxud  damar  daxili  müalicə 
metodları ilə müqayisədə üstünlüyə malik deyil. Fəsadlaşma halların-
da  stent-qraftın  yerləşdirilməsi  açıq  cərrahi  müdaxilənin  aparılması 
ilə müqayisədə yaşamanın yaxşılaşması ilə müşayiət olunur.  
 
 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə