Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   67

110 
 
dıqlarından  yazın  sonu,  yayın  əvvəlində  bol  sulu 
olurlar. 
2. Böyük Qafqazın cənub yamacının çayları – 
Katex,  Şin,  Kiş,  Balakən,  Talaçay,  Mazım,  Kürmük 
çayları  Qanıx  və  Əyriçaya,  daha  sonra  isə  Kürə  tö-
külərək onun sol qollarını əmələ gətirirlər. Bu çaylar 
öz yataqları boyu iri gətirmə konusları yaradırlar. 
 3. Abşeron-Qobustanın çayları – Pirsaat, Cey-
rankeçməz,  Sumqayıtçay  yağış  suları  ilə  qidalandı-
ğıdan  yayda  quruyurlar.  Çünki  bu  əraziyə  yağıntı 
yalnız ilin soyuq dövründə düşür. Mənsəbsizdirlər. 
4.  Talış  dağlarının  çayları  –  Lənkərançay, 
Astaraçay, Viləşçay – əsasən yağış və yeraltı sularla 
qidalanır  və  birbaşa  Xəzərə  tökülürlər.  Talış  dağları 
qar xəttindən aşağıda yerləşdiyindən buradakı çaylar 
buzlaqla  qidalanmırlar.  Yayda  hava  quraq  keçdiyin-
dən bu çayların suyu azalır. 
5. Kiçik Qafqazın şimal-şərq yamacından axan 
Akstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəm, Şəmkirçay, 
Gəncəçay  və  Kürəkçay  –  Kürə  qovuşaraq,  onun  sağ 
qollarını  əmələ  gətirir.  Əsasən  yağış  (70%)  qismən 
qar və yeraltı sularla qidalanır. 
6.  Kiçik  Qafqazın  cənub-şərq  yamacından 
axan Tərtər, Xaçın, Həkəri, Oxçu və Qarqarçay – Mil 
və  Qarabağ  düzlərinin  suvarılmasında istifadə  edilir. 
Bu çaylar püskürülmüş vulkanik süxurlarından ibarət 
Qarabağ  vulkanik  yaylasında  formalaşdıqlarından 


111 
 
əsasən yeraltı sularla qidalanır. Belə süxurların geniş 
yayılması  ərazidə  çay  şəbəkəsinin  seyrək  olmasına 
səbəb olub. 
7.  Naxçıvanın  əsas  çayları  –  Arpaçay,  Nax-
çivançay, Əlincəçay, Gilançay və Ordubadçaydır. Bu 
çaylanın  hamısı  Araz  çayına  tökülür.  Əsasən qar  və 
yeraltı sularla qidalanırlar.  
Azərbaycanda  orta  illik  axım  rütubətli  iqlimə 
malik  Lənkəran  vilayəti  və  Böyük  Qafqazın  cənu-
bunda  maksimum,  Kür-Araz,  Abşeron-Qobustan  və 
Naxçıvanın Arazboyu düzənliklərində isə minimuma 
bərabərdir.  (səbəbi  rütubət  çatışmamazlığıdır).  Üzə-
rində su anbarı olan çaylara axımı tənzimlənən çaylar 
deyilir. Kür, Araz, Akstafaçay, Arpaçay, Tərtər belə 
çaylardandır.  Kür,  Araz,  Türyançay,  Arpaçay  və  s. 
düzən çaylarından suvarmada istifadə edilir. 
Azərbaycan çaylarının çoxu sellidir. Tərkibinə 
görə sellər aşağıdakı kimidir:  
a)palçıqlı  sellər  —  Naxçıvan,  Qobustan, 
Acınohur və Ceyrançölün çayları üçün  
b)  daşlı  və  daşlı-palcıqlı  sellər  isə  Böyük 
Qafqazın cənub yamacındakı Kiş, Şin, Dəmiraparan, 
Kürmük,  Mucux,  Tikanlı  çayları  üçün  səciyyəvidir 
Bunlar  təsərrüfata  ziyan  vurur.  Bu  cür  sellərlə  iki 
yolla mübarizə aparılır: 


112 
 
1.
 
Hidrotexniki  qurğular  tikməklə  (beton 
bəndlər); 
2.
 
Fitomeliorativ  (ağac,  kol,  ot  örtüyü 
əkməklə).  
       Yamacların  böyük  meylliyi,  gur  yağışların 
yağması  və  asanlıqla  aşınan  süxurların  üstünlük 
təşkil etməsi selin yaranmasının başlıca səbəbləridir. 
Kür  çayının  uzunluğu  1515  km  olub,  Tür-
kiyənin Qızılgədik dağından (2740 m) başlayıb, Gür-
cüsandan keçərək  Azərbaycana daxil olur.  Azərbay-
can daxilində Kürün uzunluğu 906 km olub, Neftçala 
rayonunda Xəzərə tökülür. Kür çayı əsasən qar suları 
(52%)  ilə  qidalandığından  yazın  sonu  və  yayın 
əvvəlində, yəni qarın intensiv əridiyi dövrdə bol sulu 
olur.  Çayda  suyun  maksimum  səviyyəsi  apreldə, 
minimum  səviyyəsi  isə  sentyabr  aylarında  olur. 
Kürün  sağ  qolları  əsasən  Kiçik  Qafqazdan  başlanan 
Şəmkir,  Gəncəçay,  Zəyəm,  Xaçın,  Tərtər  və  s.  sol 
qollar  isə  Böyük  Qafqazın  cənub  yamacından  başla-
yan  Qanıx,  Qabırrı,  Türyan,  Əlicançay  və  s.  çay-
larıdır.  Kür  üzərində  Mingəçevir,  Yenikənd,  Şəmkir 
və Varvara kimi su anbarları var. Bu su anbarlarının 
yaradılması  qrunt  sularının  səviyyəsinin  artmasına, 
tuqay  meşələri  və  torpaqların  xeyli  hissəsinin  su 
altında qalmasına səbəb olmuşdur. Kür Azərbaycanın 
yeganə  çay  gəmiçiliyi  yoludur.  Buradakı  gəmilər 
Kürün  mənsəbindən  Yevlax  şəhərinə  qədər  hərəkət 
edir.  Kür-Araz  ovalığı  ilə  çay  meandr  (əyri-üyrü) 


113 
 
döngələrlə  axdığından  gəmilərin  hərəkətini  asanlaş-
dırmaq üçün çayın yatağındakı bəzi döngələr kəsilib 
düzəldilmişdir. Bu meandrda Kürün «axmaz» gölləri 
Ağgöl, Hacıqabul, Sarısu və Mehman gölləri yaran-
mışdır.  Kür  Sabirabad  şəhərindən  mənsəbinə  qədər 
heç bir qol qəbul etmir. Kür çayından balıqçılıq, nəq-
liyyat,  suvarma  və  hidroenerji  məqsədi  ilə  istifadə 
olunur. 
Araz  çayı.  Türkiyənin  Bingöl  –  silsiləsindən 
(2990 m) başlayıb, Ermənistan və Iran sərhəddindən 
keçərək  Sabirabad  rayonunun  Suqovuşan  kəndində 
Kürə qovuşur. Uzunluğu 1072 km olan Araz çayının 
suyu  çox  bulanıqdır.  Kürdən  fərqli  olaraq  əsasən 
yeraltı  sularla  (46%)  qidalanır.  Suyunun  səviyyəsi 
mayda  maksimum,  avqustda  isə  minimum  həddə 
çatır.  Naxçıvandakı  Arpaçay,  Ordubadçay,  Naxçı-
vançay,  Gilançay  və  Əlincəçay;  Qarabağ  vulkanik 
yaylasındakı  Həkəri,  Oxçuçay  və  Bərgüşad  –  Araza 
tökülən əsas çaylardır. Araz çayı üzərində – Bəhram-
təpə, Mil-Muğan və Araz su qovşağı yaradılıb. Kür-
Araz  ovalığını  suvarmaq  üçün  Araz  çayından  Baş 
Muğan,  Baş  Mil  və  Əzizbəyov  adlı  kanallar  çəkil-
mişdir.  
Samur  çayı.  Azərbaycanın  şimal-şərqinin  ən 
böyük  çayı  olub  Dağıstanda  3600  m  yüksəklikdən 
başlayıb,  birbaşa  Xəzərə  tökülür.  Uzunluğu  216  km 
olan Samur çayından Samur-Abşeron su kanalı çəki-
lib. Əsasən yeraltı və buzlaq suları ilə qidalanır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə