Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   67

94 
 
Azərbaycanda  ekoloji  tədbirlərlə  məşğul  olan 
50  elmi,  tədqiqat,  təcrübə  və  konstruktor  təşkilatları 
vardır.  
2.5.
 
Azərbaycanın su sərvətləri, onlardan sə-
mərəli istifadə edilməsi və mühafizəsi. 
 
          Su  elə  bir  xüsusi  xammaldır  ki,  onsuz  heç  bir 
texnologiyanin realizəsi mümkün deyil. Su hər yerdə 
və  hər  sahədə  istifadə  olunur.  O  hər  bir  insan  üçün 
vacib  sayılan    son  məhsullardan  biridir.  Məhz  buna 
görə təsərrüfat fəaliyyəti  prosesində istifadə olunan 
suyun  miqdari  bütün  istehlak  olunan  xammalların 
həcmindən dəfələrlə çoxdur. 
          Son 80 il ərzində dünya miqyasında ümumi su 
istehlaki 10 dəfə, sənayedə istehlak isə 20 dəfə çoxal-
mışdir. 
          Respublikamiz su ilə az təminatlı regionlardan 
sayilir.  Qonşu  Qafqaz  respublikaları  ilə  müqayisədə 
Azərbaycan  öz  yerli  su  ehtiyatlarına  görə  axırıncı 
yerdədir.  Belə  ki,  respublikada  bütün  su  (tranzit, 
yerli,  yeraltı)  ehtiyatı  quraq  və  orta  rütubətli  illərdə 
23-32 mlrd. m

 arasında dəyişir. Bunun isə ancaq 10 
mlrd. m
3
 qədəri tənzim olunur. Bunları nəzərə alaraq 
su resurslarından səmərəli istifadə olunmalıdır.  
          Su  resurslarından səmərəli istifadənin əsas is-
tiqaməti  əsas  su  istehlak  edən  sahələrdə  su  istehla-
kının həcminin azaldılmasıdır. Əsasən bu təzə, təmiz 
suya  aiddir.  Bunun  üçün  suqoruyucu  texnologiyalar 


95 
 
tətbiq olunmalı, və suyun təsərrüfatda istifadəsi azal-
dılmalıdır. 
          İkinci istiqamət – sudan istifadənin bütün mər-
hələlərində  su  itkilərinin  qarşısının  alınmasıdır.  Ən 
çox  su  itkiləri  suvarmada  baş  verir.  Məişət  təsərrü-
fatında  istifadə  olunan    suyun  20%-ə  qədəri  itkiyə 
məruz  qalır. Su  sayğaclarının    olmaması  və  su  tarif-
lərin  aşağı  olması  nəticəsində  əhali  tərəfindən  israf-
çılıga  səbəb  olur.  Halbuki,  içməli  suyun  təmiz-
lənməsi çox baha başa gəlir. 
          Azərbaycanda sudan istifadə  ―Azərbayan  Res-
publikası  Su  Məcəlləsi‖  qanunu  (1997)    ilə  tənzim 
edilir.  Həmin  qanun  respublikada  su  ehtiyatlarından 
istifadə və qorunması ilə bağlı hüquq münasibətlərini 
tənzimləyir.  Qanunvericiliyin  bu  bölməsində  su  ob-
yektlərindən  istifadə hüququ, su  obyektlərinin istifa-
dəyə  verilməsi  qaydaları,  sudan  istifadə  edənlərin 
hüquqları və s. izah olunur.  
Su istifadəçiləri və su istehlakçıları.  
          Su  resurslarından  istifadə  iki  istiqamətdə  baş 
verir. Suyu texnoloji proseslərdə və məişət təsərrüfatı 
sistemində  istifadə  edən  subyektləri  su  istehlakçıları 
adlanır.  Əsas  su  istehlakçısı  sənayedir  (energetka  - 
45%,  qara  və  əlvan  metallurgiya  -6%,  kimya  və 
yeyinti  sənayesi  -    5%,  maşınqayırma  -  3%).  Suyun 
fiziki-kimyəvi  keyfiyyətini  dəyişmədən,  onu  resurs 
kimi  istifadə  edən  sahələr  isə  su  istifadəçiləridir.  Bu  
su nəqliyyatı, balıqçılıq, hidroenergetikadır. Son 80 il 
ərzində  dünya  miqyasında  ümumi  su  istehlaki  10 


96 
 
dəfə, 
sənayedə 
istehlak 
isə 
20 
dəfə 
çoxalmışdir.Respublika üzrə 2011-ci ildə su istehlakı 
8012  mln  kub  metr,o  cümlədən  məişət-icməli 
məqsədlər  ücün  397  mln  kub  metr,  istehsal 
ehtiyatları ücün 1760 mln kub metr, icməli su 52 mln 
kub  metr,  suvarma  və  kənd  təsərrüfat  təchizatına 
5746 mln kub metr və s olmuşdur. 
Su  resurslarının  əhəmiyyəti.  Yerin  su  səthi  -  
hidrosfera  –  onun  ümumi  sahəsin  71%-i  təşkil  edir. 
Suyun  96,5  %-i  dəniz  və  okeanlarda,  1,7  %-i  buz-
laqlarda  və  yalniz    0,45  %-i  icməli  sudan  ibarət  çay 
və göllərdə cəmlənmişdir. Başqa sozlə, Yer kurəsinin 
su  potensiali  1,6  mlrd  m
3
  təşkil  edir.  O  cümlədən 
cəmi 28mln km

 içməli sudur.      
 İçməli suyun təmizlənməsi çox baha başa gəlir. 
 Bunları  nəzərə  alaraq  su  resurslarından  səmərəli 
istifadə olunmalıdır.  
   Azərbaycan Respublikasının ümumi su ehtiyatı və 
ondan  şirin  su  ehtiyatları.  Azərbaycanın    illik    su  
ehtiyatı  orta  hesabla  31–32  
  
 
-ə  bərabərdir.  Su  
balansının  70%-dən  çoxu  tranzit,  qalanı isə yerli 
sulardır. Öz  ərazisində  formalaşan  sular  da yeraltı 
və  yerüstü  sulara  aiddir.  Yeraltı  su    ehtiyatı    açıq  
suların    təxminən    25%-nə    bərabərdir.  Su    ehtiyat-
larının müəyyən qədəri  təbii  göllərdə cəmləşmişdir.  
Yerüstü  su  ehtiyatlarının  əsas  mənbəyi  Kür, Araz  
çayları  və  onların  qollarıdır.  Respublikamızın  su  
ehtiyatları  ilk  növbədə  şirin  su  ehtiyatları  nəzərdə  
tutulur.    Xəzər    dənizinin    Azərbaycan    respub-


97 
 
likasına    aid  olunan    hissəsi,    geotermal    sular  da  
gərəkli  ehtiyatlar  kimi  unudulmamalıdır.  
Respublikamızın    şirin    su    mənbələrindən  
danışarkən,  ərazimizdə  olan  çaylarla  yanaşı  göllər  
və  bulaqlardan  istifadə  edilməsinə  də  ehtiyac ya-
ranır.    Respublika    ərazisində    8350-ə    qədər    çay,  
3500-dən  çox təbii  bulaq  və  100-dən  çox şirin  su-
lu  göllərin  olmasına  baxmayaraq  bizim  daxili  su  
ehtiyatlarımızın  miqdarı  8,71  
  
 
-dən  artıq  deyil-
dir. 
Su ehtiyatlarımızın  bir  hissəsini  yeraltı  sular  
təşkil   edir.   Bu    sulardan   suvarmada    və    məişətdə  
istifadə  edilir.  Su  təbiətdə  daim  dövran  edir.  O,  
yer  səthində  buxarlanaraq  atmosferin  yuxarı  qat-
larına  yığılır,  sonra  yağış, qar,  dolu  şəklində  yerə 
qayıdır.  Nəticədə,  yeraltı  və  yerüstu  su  mənbələri 
yaranır.  Dəniz  və  okeanlardan  gündə  875  
  
 
  su  
buxarlanır  və  yenidən  yerə  qayıdır. 
Sənaye,    kənd    təsərrüfatı    və    məişətdə    əsas  
çay, göl  və yeraltı  sulardan  istifadə  edilir  ki,  bu  
da  ümumi  hidrosferin  1%-ni  təşkil  edir.  Yerüstü  
sulara    (93–94%)      çaylar,    göllər    və    gölməçələr,  
bataqlıqlar,  yeraltı  sulara  isə  artezan,  bulaq,  kəh-
riz, qrunt suları aiddir.  Azərbaycanın  su  ehtiyatları  
məhduddur. Onun  çaylarında  ildə  32  
  
 
  su  axır.  
Adam başına 1900 
  
 
 şirin su düşür.  Su  ehtiyatına  
görə    Azərbaycan    MDB  respublikaları    içərisində  
11-ci  yeri  tutur.  Azərbaycan  ərazisində  olan  kiçik  
çaylar    çox    vaxtı    quru    olur.    Ona    görə    də  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə