Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   67

82 
 
Cədvəl 2. 
Ümumi torpaq fondunun təyinatına görə bölgüsü
1)
 
(ilin sonuna, min ha) 
 
 
2000 
2005 
2008 
2009 
2010 
2011 
Ölkənin ümumi 
torpaq sahəsi - cəmi 
8660,0  8660,0  8660,0  8660,0  8660,0  8660,0 
o cümlədən: 
 
 
 
 
 
 
Kənd təsərrüfatına  
yararlı torpaqlar-cəmi  4740,4  4758,6  4756,7  4757,2  4766,8  4768,7 
o cümlədən: 
 
 
 
 
 
 
şumluq torpaqlar  1825,6  1843,2  1860,2  1874,0  1884,1  1885,7 
daimi bitki altında  
olan  torpaqlar 
236,8 
221,5 
227,5 
227,0 
227,4 
227,2 
daimi otlaq və  
biçənək altında   
olan torpaqlar 
2678,0  2693,9  2669,0  2656,2  2655,3  2655,8 
Qeyri-kənd təsərrüfatı  
torpaqları - cəmi 
3919,6  3901,4  3903,3  3902,8  3893,2  3891,3 
o cümlədən: 
 
 
 
 
 
 
sənaye, yol və  
başqa qeyri-kənd  
təsərrüfatı təyinatlı  
torpaqlar 
395,1 
365,3 
352,2 
350,5 
350,1 
342,2 
xüsusi qorunan  
ərazilərin  
torpaqları 
192,4 
288,6 
343,9 
392,3 
393,5 
407,1 
meşə sahələri 
1037,4  1037,8  1038,8  1039,9  1040,7  1040,8 
su fondunun  
torpaqları 
150,2 
142,5 
146,7 
147,1 
147,1 
146,9 
digər torpaqlar 
2144,5  2067,2  2021,7  1973,0  1961,8  2101,2 
 
1) 
 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin məlumatlarına əsasən
 


83 
 
Dünya  üzrə  əkinçilik  üçün  yararlı  sahələr  az-
dır. Bunun genişləndirilməsi isə çətin və böyük xərc 
tələb edir. 
İnsan  öz  fəaliyyəti  ilə  təbii  şəraitə  təsir  edir. 
Onun xassələrini pozur. Buna görədə torpağın müha-
fizəsi  onun  fiziki  xassələrinin  kimyəvi  və  bioloji 
tərkibinin saxlanmasına yönəlməlidir. 
   Torpağın mexaniki elementləri birləşərək onun 
quruluşunu  əmələ  gətirir.  Bu  da  torpağın  məhsul-
darlığı və münbitliyi üçün  əsas  əlamətdir. Torpaqlar 
strukturlu, struktursuz olur.  
Strukturlu  (möhkəm,  suda  dağılmayan  kəltən-
ciklərdən ibarət torpaq) torpaqlar istehsal əhəmiyyətli 
torpaqlardır,  bitkilərin  suya,  havaya  və  qidaya  olan 
bütün tələbləri ödənilir. Məhsuldarlıq yüksək olur. 
Struktursuz  torpaqda  (qumsal,  torflu,  şorəkət) 
su və hava antoqonist olur. Torpaq -suyun təsirindən 
tez dağılır, su və hava keçə bilmir, tez bataqlıqlaşır.  
Torpağın fiziki xassələrinə torpağın məsaməli-
liyi  su,  hava  və  istilik  rejimi  aiddir.  Bu  xassələr 
torpağın  məhsuldarlığını,  bitkilərin  inkişaf  şəraitini 
və sanitariya vəziyyətini xarakterizə edir.  
Canlı  aləm  üçün  torpağın  kimyəvi  tərkibinin 
böyük  əhəmiyyəti  var.  Torpaqda  bir  çox  kimyəvi 
maddələr  vardır.  Onların  az  və  çox  olması  bitki  və 
heyvanların həyatında mühüm rol oynayır. (kalsium, 
fosfor, mis, dəmir, yod, kobald, flüor və s.) Torpaqda 
qaz  mübadiləsinin  sürətlənməsi  (O
2
,  CO
2, 
N)  bioloji 
proseslər  üçün  əlverişli  şərait  yaradır.  Bu  isə  bitki-


84 
 
lərin  inkişafı,  üzvi  maddələrin  parçalanması  üçün 
vacib şərtdir.  
Torpağın çirklənməsi.  Torpaq səthinin müxtəlif 
təbii,  sənaye,  kənd  təsərrüfatı  və  məişət  tullantıları 
ilə örtülməsi maddələrin texnoloji miqrasiyası nəticə-
sində torpağa elementlərin və onların birləşmələrinin 
daxil olunması onun çirklənməsinə səbəb olur.  
Torpağın  mexaniki,  təbii,  kimyəvi,  bioloji  və 
sanitariya cəhətdən çirklənməsi növləri vardır. 
Mexaniki  çirklənmə  –  torpaq  səthinin  müxtəlif 
tullantılarla  (inşaat materialları, dəmir – beton hissə-
ləri məişət tullantıları və s.) çirklənməsidir. Kimyəvi 
çirklənmə  zamanı  tərkibində  sink,  civə,  qurğuşun, 
flüor,  manqan,  dəmir  olan  tullantılar  torpağa  düşür. 
Bunlar  əsasən  elektirik  stansiyaları  və  sənaye  müəs-
sisələri tərəfindən torpağa atılır. 
Hazırda  bu  tullantıların  ümumi  miqdarı  5  mln 
m
3
-dir onlar aşağıdakı tərkibdə olur.  
Cədvəl 3. 
Sənaye  tullantıları 
Tullantıların adı 
Miqdarı (%-lə) 
Kağız və karton 
20 – 40% 
Ağac 
3 – 5% 
Parça 
4 – 6% 
Şüşə 
4 – 5% 
Qara və əlvan metal 
2 – 5% 
Polimer 
6%-dən 
Yeyinti tullantıları 
40 – 50% 
 


85 
 
Emal prosesində yaranmış bu tullantıların 97% 
zibilxanalara  daşınır,  1-24%  yandırılır  və  14%  yeni-
dən  emala  verilir.  Yandırılma  özü  də  təbiətin  çirk-
lənməsi deməkdir. 
Bioloji  çirklənmə  torpaqda  yaşayan  mikroor-
qanizmlərin  və  müxtəif  həşəratların  təsiri  ilə  baş 
verir.  Torpaqda  olan  patogen  mikroorqanizmlər  hel-
mint  sürfələri  insan  və  heyvanların  müxtəlif  xəs-
təliklərə  tutulmasına  səbəb  olur.  Xəstəlik  törədicilər 
uzun müddət yaşaya bilir. 
Torpaq  təbii  hadisələr  quraqlıqlar,  çox  şaxtalı 
havalar,  yanğınlar, fırtına, qum  və  qar  hücumu, daş-
qınlar, zəlzələ, vulkan və s. nəticəsində də çirklənir. 
Torpaq epidemiyalar nəticəsində sanitar cəhət-
cə də çirklənir. 
 
Cədvəl 4. 
Təhlükəli istehsalat tullantılarının yaranması,  
istifadə edilməsi  və zərərsizləşdirilməsi   (min ton) 
 
 
 
 
  
2009 
2010 
2011 
Yaranmış təhlükəli tullantıların 
miqdarı   
131,8 
140,0 
185,4 
İstifadə edilmiş təhlükəli 
tullantıların miqdarı 
18,7 
5,5 
3,6 
Zərərsizləşdirilmiş təhlükəli 
tullantıların miqdarı  
10,4 
58,4 
37,1 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə