Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   67

77 
 
yaraq,  bu  sahənin  ilkin  inkişafı  Avropa  regionunda 
başlamış,  sonrakı  inkişaf  mərhələsində  dünyanın  bir 
çox  ölkələrində  surətlə  inkişaf  tapmışdır.  Hazırda 
dünya iqtisadiyyatının dayanıqlı inkişafında prioritet 
sahələrdəndir. 
Kimya sənayesi ETT-nin nailiyyətləri sayəsin-
də  təbiətdə  mövcud  olan  əsas  resurslar,  neft,  təbii 
qaz, kokslaşan kömür, yod, brom,  mineral duzlar və 
s.  xammal  şəklində  istehsal  dövriyyəsinə  cəlb  olun-
maqla  bir  çox  istiqamətlərdə  kimya  sənaye  məhsul-
ları istehsalına zəmin yaradır. Dünya iqtisadiyyatının 
davamlı  inkişafında  kimya  sənayesi,  xüsusilə  neft-
kimya  sənayesi  strateji  cəhətdən  xüsusi  əhəmiyyət 
kəsb  edir.  Kimya  sənayesinin  əsas  məhsulları  mine-
ral  gübrələr,  plastik  kütlələr,  kimyəvi  liflər,  sintetik 
kauçuk, müxtəlif turşular, yağlar və s. hesab olunur. 
Qeyd  olunmalıdır  ki,  dünyada  ildə  200  milyon  ton 
mineral  gübrələr,  100  mln.  tondan  artıq  plastmas 
materiallar,  20  milyon  ton  kimyəvi  liflər,  10  mln. 
tondan artıq sintetik kauçuk istehsal olunur. Mineral 
gübrələrin  istehsalçıları  ABŞ,  Çin,  Kanada,  Rusiya, 
Hindistan,  Fransa,  Almaniya,  İndoneziya,  Ukrayna 
və Belarus hesab olunur (şəkil 5). 
 
 
 
 
 
 


78 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 5. Ölkələr üzrə kimyəvi liflərin istehsalı. 
 
Eyni  zamanda  Azərbaycan  kimya  sənayesi 
üçün  zəngin  xammal  ehtiyatına  malikdir.  Plastmas 
istehsalını  regional  baxımından  izah  etdikdə  birinci 
yerdə  xarici  Avropa  -  40  mln.  ton,  Şimali  Amerika 
regionu  -30  mln.  ton,  Asiya  -  18mln.  ton,  MDB 
ölkələri  -  5  mln.  ton,  Latın  Amerikası  -  4  mln.  ton 
plastmas  istehsal  edir.  Kimyəvi  liflərin  əsas  isteh-
salçılarını  yuxarıdakı  sxemdən  aydın  görmək  olar. 
(şəkil 8). 
Kimya sənayesi üçün lazım olan xammal təbi-
ətin bütün sferalarında litosferdə, atmosferdə, hidro-
Dünya üzrə 
kimyəvi 
liflərin əsas 
istehsalçıları 
ABŞ 
Koreya 
Almaniya 
İtaliya 
Böyük 
Britaniya 
Rusiya 
Hindistan 
Tayvan 
Çin 
Yaponiya 


79 
 
sferdə,  biosferdə  mövcuddur.  Elm  və  texnikanın 
müasir  nailiyyətlərindən  istifadə  olunmaqla  həmin 
sferalarda  olan  resursların  istehsal  dövriyyəsinə  cəlb 
olunması üçün əlverişli şərait yaranır. Həmin resurs-
ların  istifadəsi  nəticəsində  kimyanın  yeni  sənaye 
sahələri: mineral xammal hasil edən mədən kimyası - 
duzlar,  turşular;  mineral  gübrələr  istehsal  edən  əsas 
kimya; karbohidrogen istehsalını həyata keçirən üzvü 
sintez  kimyası;  plastik  kütlələr,  kimyəvi  liflər  isteh-
sal  edən  polimer  kimyası;  avtomobil  şinləri,  polieti-
len  pliyonkalar  istehsalını  hazırlayan  emal  kimya-
sından ibarətdir. Son illərdə kimya sənaye sahələri öz 
inkişafına görə bir çox sahələri: mədən kimyası, üzvü 
sintez  kimyası,  polimer  kimyası,  emal  kimya  səna-
yesini özündə birləşdirir ( şəkil 6). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 6. Kimya sənayesinin struktur tərkibi. 
Kimya 
sənayesinin 
sahəvi 
quruluşu 
Əsas 
kimya 
Emal 
kimyası 
Polimer 
kimyası 
Üzvü 
sintez 
kimyası 
Mədən 
kimyası 


80 
 
Həmin təbii ehtiyyatların istehsal dövriyyəsinə 
cəlb olunması Respublikada kimya  sənayesinin yük-
sək  səviyyədə  inkişafına  zəmin  yaratmışdır.  Yu-
xarıda qeyd olunan sahələrin inkişafı təbiətdən alınan 
xammalların  kimyəvi  texnoloji  üsüllarla  alınması 
nəticəsində mümkün olur. 
İstər metallurgiya istərsədə onunla paralel inki-
şaf edən kimya sənayesi üçün təbiətdə kifayət qədər 
xammal  ehtiyatları  mövcuddur.  Həmin  ehtiyatlardan 
səmərəli  istifadə  olunması  dünya  iqtisadiyyatına 
töhvələr verməklə, hər iki sahənin davamlı inkişafına 
şərait yaradan amillər kimi qiymətləndirilir. 
 
 
2.4.
 
Azərbaycanın torpaq resursları, 
onlardan səmərəli istifadə edilməsi və 
mühafizəsi. 
 
Təbiətdən  istifadənin  iqtisadiyyatı  təbiətlə  cə-
miyyətin qarşılqlı təsirinin ümumi qanuna uyğunluq-
larını  və  təbiətdən  istifadənin  iqtisadi  səmərəliliyini 
öyrənir.  
Müasir  dövrdə  cəmiyyətlə  təbiətin  qarşılıqlı 
əlaqəsinin  inkişafı  mərhələsində  qarşıya  çoxsaylı 
ekoloji  problemlər  çıxır.  Bunun  üçün  Təbiətdən 
istifadənin  iqtisadiyyatı  elmi  təbiətdən  səmərəli 
istifadənin  əsas  istiqamətlərini  müəyyənləşdirib, 
ekoloji tarazlığın saxlanması yollarını müəyyən edir. 


81 
 
Təbii  ehtiyatlar  –  insanların  maddi  və  mənəvi 
tələbatlarını  ödəmək  məqsədilə  cəmiyyət  tərəfindən 
istifadə  edilən  və  ya  istifadə  ediməsi  mümkün  olan 
təbiətin  bir  hissəsidir.  Təbii  ehtiyatların  ən  mühüm 
növləri;  minerallar,  torpaq,  su  ehtiyatları  flora  və 
fauna, atmosfer havası və günəş enerjisidir.  
Ölkənin  təbii  ehtiyatları  onun  milli  sərvətinin 
mühüm tərkib hissəsidir. Təbii ehtiyatların potensia-
lının  saxlanması,  mühafizəsi  və  bərpası  təbiəti 
mühafizənin mühüm vəzifələrindən biridir. 
Torpaq  xarici  mühitin  mühüm  amillərindən 
biri olmaqla təbiətin başlıca nemətidir. Torpaq maddi 
nemətlər  istehsalının  əsası  və  xalqın  tükənməz  sər-
vətidir.  Torpaq  -  insanın  həyat  vasitəsidir,  ona  görə 
də torpaqdan səmərəli istifadə etmənin  ümumdövlət, 
ümumbəşər  əhəmiyyəti  var.  Planetimizin  510  mln 
km
2
 sahəsi vardır. Bunun 149 mln km
2
 quru, 361 mln 
km
2
 isə sudur. 
Torpaq  kənd  təsərrüfatı  istehsalatında  başlıca 
istehsal  vasitəsidir.  Kənd  təsərrüfatı  məhsulları  və 
onun  xammalından  hazırlanmış  sənaye  məhsulları 
xalq  istehlakının  ¾  hissəsini  təşkil  edir.  Ölkəmizdə 
əhalini ərzaq məhsulları ilə, sənayeni isə kənd təsər-
rüfatı xammalı ilə təchiz etmək dövlətin aqrar siyasə-
tinin əsasıdır. 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə