Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   67

61 
 
Yanacaq  xammal  qrupuna  aid  olan  neft,  təbii 
qaz,  torf,  kömür,  yanar  şistlər  isə  demək  olar  ki, 
məişətimizin bütün sahələrində istifadə olunur. Qeyd 
etmək lazımdır ki, mineral xammal ehtiyatlarının be-
lə  qruplaşdırılması  şərtidir.  Məsələn,  enerji  almaq 
məqsədilə istifadə olunur. 
İnsanların  bu  və  ya  digər  məqsədlə  istifadə 
etdikləri  təbii  ehtiyatlar  mənşələrinə  görə  iki  qrupa 
ayrılır: üzvi və mineral maddələr. Mineral maddələr 
bərpa olunmayan təbii ehtiyatlara aid olub, yalnız bir 
dəfə,  müstəsna  hallarda  təkrar  istifadə  olunur.  Mi-
neral  maddələrin  bəşəriyyətin  bütün  inkişaf  tarixi 
boyu istifadəsinə böyük ehtiyac vardır, çünki mineral 
maddələr  sənaye  üçün  əsas  xammaldır.  Onlardan 
təsərrüfatın  digər  sahələrində  də  istifadə  olunur. 
Bəşəriyyətin  maddi  mədəniyyətinin  inkişaf  tarixində 
ayrı-ayrı  dövlətlərin  mineral  maddələrə  görə 
adlandırılması - daş dövrü, tunc, bürünc, mis əsri və 
s.  mineral  maddələrin  nə  kimi  əhəmiyətə  malik 
olmasına  sübutdur.  Bəzi  mineral  maddələr  insan 
orqanizmi  üçün  hava  və  su  kimi  vacibdir. 
Məsələn,xörək duzu və onun tərkibindəki natrium və 
xlor,  mis,  kobalt,  kalsium,  fosfor  və  s.  elementlər 
insan orqanizmi üçün  ən vacib mineral maddələrdir. 
Mineral  yanacaq  və  metallar  sənayenin  inkişafinı, 
ölkənin  iqtisadi  potensialını  müəyyən  edən 
sərvətlərdir. 
Faydalı  qazintılar  zəngin  yerlərin  axtarılması 
mühüm  coğrafi  kəşflər,  yeni-yeni  ərazilərin  müəy-


62 
 
yənləşdirilməsinə  səbəb  olmuşdur.  Qızıl  axtarmaq 
üçün  insanlar  Avstraliya  səhralarına,  Alyaskaya, 
Şərqi Sibirə, nikel və apatit üçün qütb dairəsinə, sink 
və mis üçün İndoneziyanın tropik bataqlıqlarına, alü-
minium üçün isə Konqonun tropik meşələrinə yürüş 
etmişlər. 
Faydalı  qazıntılar  əsasən  litosferin  dağ  süxur-
larından  əldə  edilir. 3000-ə yaxın mineral növü  mə-
lumdur. Bunun 30-u daha çox istifadə olunur. Hər il 
təxminən 50 ədəd yeni mineral növləri aşkar edilir. 
Bizim  əsrimiz  isə  nadir  metallar  əsridir.  Kos-
mosun fəthi, planetlərarası kosmik raketlərin buraxıl-
ması,  elmi-tədqiqat  və  qitələrarası  rabitə  məqsədilə 
buraxılan  külli  miqdarda  süni  peyklər  nadir  metal-
ların  tətbiqinin  əyani  ifadəsidir.  Mitium,  berillium, 
sirkon,  tantal,  qallium  və  s.  nadir  elementlər  bu  gü-
nün  və  gələcəyin  metallarıdır.  Nadir  metalların  qara 
(demir,  manqan,  xrom),  əlvan  (mis,  sink,  qurğuşun, 
kobalt və s.) nəcib (qızıl, gümüş, platonoidlər), yün-
gül (alüminium və  maqnezium)  metallarla qatışığın-
dan yaranmış  xəlitələr  müasir sənayenin  əsasını təş-
kil edir. 
Qeyri-filiz faydalı qazıntılar  –  müxtəlif inşaat, 
bəzən,  texniki  və  məmulat  daşları,  neft,  daş  kömür, 
duz  və  su  insan  həyatında  bilavasitə  iştirak  edirlər. 
Yaşayış  evlərinin, sənaye  və  mədəniyyət  binalarının 
tikintisində  əhəng  daşlarından,  qranitdən,  bazaltdan, 
vulkan şüşələrindən və təbiətdə geniş yayılmış digər 
suxurlardan istifadə edilir. Bəzək əşyaları kimi tətbiq 


63 
 
olunan  almaz,  zümrüd,  ləl,  sapfır  və  s.  qimətli  və 
rəngli  daşlarda  faydalı  qazıntıların  müəyyən  növlə-
ridir.  Gündəlik  işlətdiyimiz  adi  duzu  da  bizə  təbiət 
verir. Müəyyən növ sulardan yod və brom kimi vacib 
elementlər əldə edilir. Suyun özü hidromineral xam-
maldır. Məlumdur ki, neftsiz və daş kömürsüz müa-
sir həyat mümkün deyildir. Gələcəyin enerji xammalı 
isə radioaktiv elementlərlə zəngin filizlərdir. 
Respublikamız  ərazicə  o  qədər  böyük  deyil, 
lakin  faydalı  qazıntılarla  çox  zəngindir.  Respublika-
mızda qara, əlvan, sərbəst, yüngül və nadir metalların 
inşaat  və  məmulat  daşları  alunit,  daş  duzu,  barıt  və 
gips yataqları, habelə mineral, termal və sənaye əhə-
miyyətlə  su  sahələri  mövcuddur.  Daşkəsənin  dəmiri 
və  aluniti,  Balakən-Zaqatala-Şəki  zonasının  sinki, 
qurğuşunu  və  misi,  Çıraq  dərəsinin  və  Gədəbəyin 
mis və kükürd kolçedanı, Naxçıvanın duzu, Kəlbəcər 
və  Laçının  civəsi,  Qaradağın  əhəngdaşı,  Talışın 
dənizkənarı  titanlı  maqnetit  qumları,  Abşeron  yarı-
madası  və  Kür-Araz  düzənliyinin  yodlu-bromlu  su-
ları  və  inşaat  materialları  və  bir  çox  başqa  mineral 
xammal mənbələri böyük sənaye-iqtisadi əhəmiyyətə 
malikdir. 
Faydalı  qazıntıların  axtarışı,  kəşfiyyat  və 
sonrakı  istismarı  zamanı  ətraf  mühitin  mühäfizəsinə 
fikir verilməlidir. Açıq üsulla faydalı qazıntı yataqla-
rının istismarı bir tərəfdən ucuz başa gəlsə də, digər 
tərəfdən  torpağın  məhsuldarlığını  azaldır,  relyefin 
dəyişməsinə  -  eroziyaya  uğramasına  səbəb  olur. 


64 
 
Zərərli qarışıqların çıxarılma texnologiyası işlədilmə-
dikdə yataqətrafı sahədə su və bitki aləminin cüzi də 
olsa  zəhərlənməsi  hadisəsi  baş  verir. Bu  isə  bitki ilə 
qidalanan heyvanat aləminin xəstələnməsi ilə nəticə-
lənə bilər. Geoloqların axtarış-kəşfıyyat işləri zamanı 
qazdıqları quyu və xəndəklər torpağın üst məhsuldar 
qatına  zərər  verir.  Belə  ki,  həmin  dağ-mədən  işləri 
yerinə yetirildikdən sonra xəndəklər düzəldilmədikdə 
heyvanlar  gecə  vaxtı  otlaqdan  qayıtdıqda  və  yaxud 
gündüz  dağ  yerində  otarıldıqda  onların  içinə  düşüb 
məhv  olar.  Belə  xətaya  insanlar  da  düçar  olur.  Ona 
görə  də  hazırda  geoloji  işlərin  layihələri  tərtib 
olunarkən  torpağın  rekultivasiyası  və  ətraf  mühitin 
mühafızəsi üçün tədbir görülməlidir. 
Elm və texnikanın yüksək inkişafına baxmaya-
raq cəmiyyətin tələbatını tam ödəyə bilən yer təkinin 
ehtiyatları  hələ  ətraflı  öyrənilməmişir.  Təbii  sər-
vətlərin  öyrənilməsi  və  istifadəsi  müxtəlif  formada 
aparılır.  Bu  da  həmin  ölkələrin  nə  dərəcədə  inkişaf 
etməsindən asılıdır. Qabaqcıl inkişaf etmiş ölkələrdə 
təbii  sərvətlər  daha  yaxşı  öyrənilmişdir.  Bəzi 
dövlətlər  (ABŞ,  İngiltərə,  habelə  Avropanın  bir  çox 
dövlətləri  və  s.)  öz  koloniyalarının  sərvətlərindən 
vəhşicəsinə,  heç  bir  hesabat  aparmadan  istifadə 
edirlər.  Kapitalizm  inkişafına  yeni  başlamış,  feoda-
lizm  qalıqları  hələ  də  davam  edən  bəzi  dövlətlərdə 
isə (Səudiyyə Ərəbistanı və s.) təbii sərvətlərin öyrə-
nilməsinə təzəcə başlanmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə