Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

45 
 
nümayəndəsi  olan  insanlar  təbiətlə,  ekoloji  sistemlə 
daha sıx  əlaqədardır. Elm və texnika ilə silahlanmış 
müasir  insanların  təbiətə,  onun  sərvətlərinə  göstər-
diyi  faydalı,  məqsədli  təsir  nəticəsində  cəmiyyətin 
yaşayıb yaratması üçün maddi nemətlər verən biosfer 
qatı  həm  şaquli,  həm  də  üfüqi  istiqamətdə  xeyli 
genişlənmişdir.  Məsələn,  qədimdə  insan  ayağı  dəy-
məyən Arktikanın, Antraktikanın sərt təbii şəraitində 
qütb  tədqiqatçıları  insanlar  üçün  maddı  nemətləri 
aşkara  çıxarmaq,  təbiətin  mərd  qüvvəsindən  istifadə 
etmək  naminə  fəaliyyət  göstərirlər.  İndi  tayqanın, 
tundranın  sərvətlərinin  mənimsənilməsi  yollarında 
böyük  müvəffəqiyyətlər  əldə  edilmişdir.  Uzaq  pla-
netlərə  yol  açmış  insanlar dəniz və  okeanlarda, yük-
sək  dağlarda,  şimal  və  cənub  qütb  buzlaqlarında 
elmi-tədqiqat  işləri  aparırlar.  Sovet  kosmik  gəmiləri 
Mars, Venera və başqa planetlərin səhtində baş verən 
hadisələrdən  bizə  məlumat  verir.  1969-cu  ildə  Yer 
kürəsində  350  min  km  uzaqda  yerləşən  Ayda  Ame-
rika kosmonavtları tədqiqat işləri aparmışlar. Bunlara 
baxmayaraq  planetimizdə  biosferin  geniş  imkanları 
və  sərvətləri  haqqında  insanların  hələ  də  bilmədiyi, 
açmadığı sirlər və imkanlar yoxdur. 
Yer kürəsinin quru, hava, su qatı canlı aləmlə 
zəngin və müxtəlifdir. Dənizdə quruda, havada yaşa-
yan  hər  bioloji  növ  özünəməxsus  morfoloji  və  ana-
tomik xüsusiyyətlərə malikdir. 
Müasir  elm  və  texnikanın  inkişafı,  sosioloji, 
ictimai,  nəqliyyat,  iqtisadi  əlaqələrin  genişlənməsi 


46 
 
dövründə  insanların  ayrı-ayrı  ölkələr,  rayonlar  daxi-
lində  yerdəyişmə  prosesi  -  miqrasiyası  genişlənir  və 
təkmilləşir.  İndi  dağdan  arana,  tundradan,  tayqadan 
mülayim  və  isti  qurşağa,  səhra  və  yarımsəhra  zona-
sından sərt iqlimə malik Sibirə, şimali və sair rayon-
lara əhali axını ildən-ilə artır. Müvafiq beynəlxalq və 
ya  dövlət  dili  vasitəsilə  müxtəlif  yerdə  doğulmuş, 
müxtəlif  milliyətə  malik  ayrı-ayrı  adamlar  bir-birilə 
ünsiyyət  bağlayır,  bəzi  hallarda,  çətin  də  olsa  başqa 
mühitdən  digər  mühitin  şəraitinə  uyğunlaşır.  Belə 
olduqda  din,  dil,  ərazi  fərqindən  asılı  olmayaraq 
adamlar  bir-biri  ilə  evlənir,  ünsiyyət  tapır,  onların 
arasında əhali təkrar istehsalı müvəffəqiyyətlə inkişaf 
edir.  Müasir  insanlar  özlərini  müvafiq  təbii  mühitin 
yaşayış tərzinə uyğunlaşdırır, ya da təbətin bu və ya 
digər ünsürünü kiçik ərazilərdə dəyişdirib öz xeyri və 
zövqlərinə  yönəldirlər.  İnsanlar  bir  yerdə  meşələri 
qırır,  bataqlıqları  qurudur,  başqa  rayonlarda, 
məsələn,  səhra  və  yarımsəhralarda  meşələr  salır, 
kanallar  çəkir,  süni  su  anbarları  yaradır.  Beləliklə, 
insanlar  yerdəyişməsindən  asılı  olmayaraq  ya  özləri 
şəraitə uyğunlaşır, ya da qeyri-müvafıq şəraiti özləri 
üçün  əlverişli  hala  salırlar.  Belə  də  olur  ki,  Tokio, 
Çikaqo, Detroyt, Los-Anceles və sair havası intensiv 
çirklənmiş  şəhərlərdə  adamlar  müəyyən  vaxtlarda 
üzlərinə maska taxıb vəziyyətdən çıxırlar. 
Yuxarıda  göstərilən  əlamətlər  isə  ümumiy-
yətlə, ekoloji sistemdə başqa canlılar üçün adaptasiya 
nöqteyi-nəzərdən  çətinliklər  törədir,  çox  hallarda 


47 
 
xoşagəlməz  nəticələrə  səbəb  olur.  Məsələn,  Şimal 
dənizlərində, Kamçatka, Çukot yarımadaları, Yamay-
ka, Saxalin, Kuril adaları sahillərində yaşayan ağ ayı-
lar,  morjlar  Amur  meşələrinin  sakinləri  olan  xallı 
marallar ekvator və mülayim qurşaq, çöl, yarımsəhra 
və səhra zonaları şəraitinə uyğunlaşa bilmirlər. 
Əlbəttə, ayrı-ayrı qoruqlar, zooparklar bu sahə-
də  müstəsnalıq  təşkil  edə  bilər.  Lakin,  bunlara  bax-
mayaraq  insanlar  indi  geniş  rayonlarda  təbii  sər-
vətlərin  axtarışı,  mənimsənilməsi,  istifadə  edilməsi 
yollarında  geniş  fəaliyyət  göstərir,  əvvəllərdə  insan 
ayağı  dəyməyən  yerlərdə  məksunlaşır,  kəndlər, 
şəhərlər  salır,  dağlardan,  bataqlıqlardan,  səhralardan 
keçən  yollar  çəkir,  yüksək  dağ  çayları  üstündə  belə 
bəndlər,  elektrik  stansiyaları,  süni  su  anbarları  ya-
radırlar.  Belə  olduqda  onlar  təbiətin  bu  və  ya  digər 
ünsürünə  özlərinin  texnogen  təsirini  gündən-günə 
gücləndirir  «təbiəti  dəyişdirmək»  şüarı  altında  bitki 
və  heyvanlar  aləminin  «yaşayış  evinin»,  ekoloji  sis-
teminin  milyon  illər  boyu  formalaşmış  mühitini  po-
zurlar.  Son  nəticədə  yüzlərlə  heyvan  və  bitki  aləmi 
zərər  çəkir,  məhv  olur,  bir  çoxlarının  isə  tamamilə 
kökü kəsilir.  
Geoloji  dövrlərdə  biosfer  bitki  və  heyvanlar 
aləminin  eləcə də insanların  yaşayış  məskəni  olmuş, 
bütün canlılar və bitkilər isə  uzun müddətli təkamül 
prosesində  bizi  əhatə  edən  flora  və  faunanın  özunə 
məxsus yayılması və inkişaf etməsi nəticəsində onlar 


48 
 
heyvanlardan  ayrılmış,  əmək  nəticəsində  onlardan 
fərqlənən şüurlu məxluqa çevrilmişdir. 
Elm  və  texnikanın  inkişafı  bu  və  ya  digər  ra-
yonlarda  bəşəriyyətin  yaşayış  mühitini  dəyişmiş, 
əhalinin  təkrar  istehsalını  sürətləndirmiş,  onların 
maddi  nemətlər  istehsalı  imkanını  artırmışdır. 
Bununla əlaqədar insanlar kənd təsərrüfatı məhsulları 
əldə  etməklə  yanaşı  meşələrin,  çayların,  dənizlərin, 
okeanların  xammal  və  bioloji  sərvətlərini  əldə 
etməyə can atmışlar. Bu və ya digər sahələrdə texniki 
vasitələrin,  xüsusilə  kimya  elminin,  texnologiyanın 
nailiyyətlərinin, istehsalda məişətdə tətbiqi şəraitində 
milyard tonlarla faydalı qazıntı sərvətləri, kənd təsər-
rüfatı  məhsulları  emaldan  keçib  formasını  dəyişmiş, 
istehlak  üçün  yararlı  hala  salınmışdır.  Belə  olduqda 
bir  tərəfdən  insanlar  yaşayıb  törəmələri  naminə 
biosferdən  maddi  nemətlər  mənbəyi  kimi  istifadə 
edirlər, digər tərəfdən istehsal və emal proseslərində, 
milyard  tonlarla  bərk,  qaz,  tüstü  halında  zərərli 
tullantıları,  istiliyi,  enerjini  torpağa,  suya,  havaya 
atırlar.  Bir-birinə zidd olan bu iki vəziyyət biosferin 
canlı  aləmində  kasadlıq,  boşluq  yaradır,  ayrı-ayrı 
rayonlarda 
ekoloji 
sistemdə 
müvazinətin 
pozulmasına  səbəb  olur.  Müasir  insanların  təbiətə, 
onun  sərvətlərinə  elə  imkansız  münasibətidir  ki, 
insanlar  təbiətin  qanunlarını  dəyişdirə  bilməzlər, 
lakin  bu  qanundan  bəşəriyyətin  inkişafı  naminə 
istifadə etmək qabiliyyətinə malikdirlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə