Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

40 
 
a)
 
Emal  üçün  ayrılmış  xammalın  hazır-
lanması. 
b)
 
Son  məhsulun  alınması üsülunun dəyiş-
dirilməsi. 
c)
 
Texnologiyanın təkmilləşdirilməsi. 
    Ətraf mühitin mühafızəsinin səhiyyə üsulu. 
a)
 
Tullantıların  tənzimlənməsinin  səmərəli 
üsulunun tapılması. 
b)
 
Əlavə  məhsulun  alınması  üçün  əlavə 
istehsal texnologiyasının yaradılması. 
Tədbirlərin  iqtisadi  səmərəliliyi  nəzərə  alın-
malıdır. 
Ümumi  formada  təbiətin  mühafızəsi  tədbirlə-
rinin səmərəliliyinin ölçülməsi aşağıdakı kimi müəy-
yən edilə bilər. 
     1. Əgər qoyulmuş vəsait müəyyən iqtisadi bölmə-
də mənfəət versə təbiəti mühafızə xərclərinin effekti-
təbiətin 
çirkləndirilməsinin  qarşısının  alınması 
nəticəsinin səmərəliliyini əks etdirir. 
2.Bu  regional  xarakter  daşıyır.  Bu  tədbirlərin  hə-
yata  keçrilməsi  bütün  regional  ərazisini  əhatə 
edir. 
3.Təbiəti mühafızə tədbirlərinin effekti metrik (öl-
çülən)  xarakter  daşımır.  Bu  insanların  sağlam-
lığında  istirahətində,  xəstələnmələrin  sayının 
azalmasında ifadə olunur. 
Yuxarıda  göstərilən  tədbirlərinin  effektinin 
ölçülməsi iqtisadi və sosial istiqamətlərdə aparılır. 


41 
 
İqtisadi  effekt  canlı  və  keçmiş  əməyə  qənaəti 
əks  etdirir.  Sosial  effekt  -  tədbirlərin  həyata  keçril-
məsi nəticələrinin xərclərə olan nisbətidir. 
Ümimiyyətlə,  təbiəti  mühafızə  tədbirlərinin 
effektliyi  belə hesablanır; 
                    
E=
    ∑ ∑
 
  
   
 
 
  
 
 
 
 
 
 
  
 
– i növ tədbirlərin keçrilməsi nəticəsində,  
j – obyektində itkinin azalması  
C
n
 
   həmin  tədbirlərin  həyata  keçrilməsinin 
illik istismar xərci  
 
 
  obyektlərin tikilməsinə qoyulan vəsait  
E
n
 
  kapital qoyuluşunun normativ effektliyi. 
Göründüyü kimi ətraf mühitin qorunması təbii 
resurslardan  səmərəli  istifadə  edilməsi  dövlətin  
kompleks ardıcıl həyata keçirdiyi tədbirlər sistemi ilə 
bağlıdır.  
İqtisadi  İnkişaf    Nazirliyi  maraqlı  təşkilat  və 
idarələrlə  birgə  dövlətin  strateji  inkişaf  proqramını 
hazırlayır  ki,  bunlardan  biri  də  təbiətin  mühafizə 
stategiyasıdır. 
Təbiətdən  istifadənin  strateji  planlaşdırılması 
müəyyən spesifik xüsusiyyətlərə malikdi. 
1.
 
Planlaşdırılan  obyekt  içtimai-istehsal  və  təbii 
proseslərin  qarşılıqlı  fəaliyyətinin  nəticəsidir. 
Bu  zaman  heç  də  bütün  təbii  proseslər  insan 
tərəfindən  tənzimlənən  deyildi.  Onların  bəzi-
ləri hələ də tamamilə təsdiq edilməmişdir. 


42 
 
2.
 
Təbii proseslərin strateji planlaşdırılması, təbii 
proseslərə təsir və onun nəticələrinin iqtisadiy-
yata təsirindən ibarətdir. Lakin ətrafin çirklən-
məsi  nəinki  məqsədli  proqramla  dəf  edilə 
bilər,  o  həmdə  texnologiyanın  dəyişməsi  ilə 
azaldıla bilər. 
3.
 
Ətraf  mühitin  çirklənməsi  nəticəsi  çox  uzaq 
müddəti  əhatə  edə  bilər.  Məs,  Çernobil  AES-
dakı partlayış. 
Təbiətin mühafizə tədbirləri və strateji planlaş-
dırılmasında  sistemli  təhlil  və  sintez  metodlarindan, 
təbii  mühit  komponentlərindən  istifadə  nəticələri  və 
istiqamətlərinin müəyyən edilməsindən geniş istifadə 
olunur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


43 
 
II FƏSİL.  
TƏBİİ RESURSLARDAN KOMPLEKS 
İSTİFADƏNİN İQTİSADİ İNKİŞAFI. 
 
2.1.
 
Təbii  sərvətlər  və  onlardan  istifadə 
edilməsinin perspektivliliyi. 
 
İctimai  formasiyalar  daxilində  istehsalın  inki-
şafı  və  genişlənməsi  ilə  əlaqədar  insanların    təbiətə 
olan təsiri artmışdır ki, bu da müxtəlif təbii sərvətlə-
rin  təsərrüfat  mübadiləsinə  verilməsini  genişləndir-
mişdir.  Yüksək  inkişaf  etmiş  sənaye  ölkələrində,  si-
vilizasiyaya  uğramış  rayonlarda  ətraf  mühitdə,  onun 
sərvətlərinə  insanların  texnogen  təsiri  gərginləşir  və 
dərinləşir. 
  Bu  cəhətdən  istər  təbii  sərvətlərin  istifadəsində  və 
bununla  əlaqədar  istehsalın,  xüsusilə  yeraltı  sərvət-
lərə  əsaslanan  sənayenin  inkişafı  və  yerləşməsində, 
istərsə də təbiətdə bioloji aləmin inkişafının və təkrar 
istehsalın  nizama  salınmasında  insanların  iştirakı, 
onların  antropogen  təsiri  nəzərə  alınmalıdır.  Açıq 
demək  lazımdır  ki,  planetimizin  6,4  milyarda  qədər 
əhali  məskunlaşmasına  artıq  darlıq  edir.  Əhalisi  sıx 
olan  rayonlar,  xüsusilə  Avropanın,  Cənubi-Şərqi 
Asiyanın,  Şimali  Amerikanın  ərazisi  saysız-hesabsız 
sənaye müəssisələri, dəmir və şosse yolları, kanallar, 
süni  göllər,  tullantılardan  əmələ  gələn  ―çirkab 
anbarlar‖ şəhər tullantıları, asfaltlı, betonlu stadionlar 
və aerodromlarla örtülmüşdür. 


44 
 
Bunlar  maddi  nemətlər  istehsalının  ilk  mən-
bəyi və əsas istehsal  vasitəsi olan məhsuldar torpaq-
ların  sahəsini  azaldır  və  təbii  məhsuldarlığı  aşağı 
salır.  Nəticədə  geniş  torpaq  sahələri  bir  çox  sənaye 
rayonlarında istehsal vasitəsi kimi əhəmiyyətini itirir. 
Məlumdur  ki,  Yer  kürəsinin  510  mln.  km
2
  -  ilk 
ərazisinin  136,0  mln  km
2
-i  (  Arktika  və  Antarktika 
müstəsna olmaqla), yəni 26,7 %-i qurudan ibarətdir. 
Bunun isə yalnız 13,6 mln km
2
 yəni 10%-i becərilir. 
Beləliklə, indi planetimizdə hər adam başına 3,0 ha-
dan  da  az  ümumi  torpaq  sahəsi  düşür  ki,  bunun  da 
cəmi 0,03 ha kənd təsərrüfatına yararlıdır. Dünyanın 
quru  ərazisinin  32,6  mln  km
2
-i,  yəni  24%-in  tutan 
xarici  Avropa  və  xarici  Asiya  ölkələrində  dünya 
əhalisinin  65-66%-i  yaşayır.  Yararlı  torpaq  sahələri 
isə  göstərilən  rayonlarda  məhdud  olduğundan  ümu-
miyyətlə  elmi-texniki  tərəqqinin,  istehsal  mədəniy-
yətinin indiki şəraitində ərzaq və xammal problemini 
xeyli çətinləşdirir. Planetimizdə 1 km
2
-də orta hesab-
la 38, xarici Avropa və xarici Asiya dövlətlərində 92 
adam, 1300 mln əhalisi olan Çində 16 adam yaşayır. 
Həyatımızla,  güzaranımızla  bağlı  olan  torpaqlar  indi 
insanlarlara  azlıq  edir.  Əgər  hava  və  okeanlarda 
geniş  yer  tutan  ekoloji  sistemin  (bioloji  aləmin) 
inkişaf  etdiyi  təbəqə  həyat  üçün  yararlıdırsa,  bizə 
qida  verən  torpaqla  orqanizmin  inkişaf  etdiyi  məh-
suldar qat məhdud imkanlara malikdir. 
Atmosferin, suyun, torpağın nazik qatlarındakı 
canlı aləm biosfer adlanır. Onun ali məxluqu, şüurlu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə