Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   67

53 
 
Respublikada  Neft  gəlirlərinin  səmərəli  istifa-
dəsi  və  bu  sahədə  şəffaflığın  təmin  edilməsi  məqsə-
dilə  Dövlət  Neft  Fondu  yaradılmışdır.  Hazırda  Fon-
dun  vəsaitləri  01.012013-cu  il  tarixinə  (34129,4 
milyon  ABŞ  dolları)  təşkil  etmişdir.  Fondun 
vəsaitləri 
aşağdakı 
layihələrin 
reallaşmasına 
yönəldilmişdir. 
1.
 
Heydər  Əliyev  adına  Bakı  Tbilisi-Ceyhan 
Əsas  İxrac Boru kəməri  layihəsində  Azərbay-
can  Respublikasının  iştirak  payının  maliyyə-
ləşdirilməsi  (2006-cı  ildə  başa  çatıb)  -  297,9 
mln. manat. 
2.
 
Qaçqın  və  məcburi  köçkün  ailələrinin  sosial-
məişət  vəziyyətinin  yaxşılaşdırılması  və  məs-
kunlaşdırılması  problemlərinin  həlli-1157,8 
mln. manat. 
3.
 
Oğuz-Qəbələ  zonasından  Bakı  şəhərinə  su 
kəmərinin çəkilməsi – 779,6 mln. manat. 
4.
 
Samur-Abşeron  kanalının  rekonstruksiya  edil-
məsi - 895,5 mln. manat. 
5.
 
Dövlət  büdcəsinə  transfertlər  - 35085 mln. 
manata. 
6.
 
Dövlət İnvestisiya Şirkətinin Nizamnamə kapi-
talının  maliyyələşdirilməsi  (2006-cı  ildə  başa 
catıb ) - 90 mln. manat. 
7.
 
―Bakı - Tbilisi - Qars yeni dəmir yolu‖ layihəsi 
– 341,5 mln. manat. 
8.
 
―2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin 
xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət  Proqra-


54 
 
mı‖nın 
maliyyələşdirilməsinə- 54,8 
mln. 
manat. 
9.
 
AÇG üzrə layihədə ARDNŞ-in iştirak payının 
tənzimlənməsi - 87,6 mln manat. 
Elektrik  enerjisinin  və  istiliyin  fasiləsiz  isteh-
salı,  çevirilməsi,  ötürülməsi  və  paylanması  prose-
sində  ümumi  mərkəzdən  idarə  olunan,  bir-biri  ilə 
bağlı və birlikdə faliyyət göstərən elektrik stansiyala-
rının,  elektrik  və  istilik  şəbəkələrinin  toplusu  (məc-
musu) - energetika sistemi adlanır. "Azərenerji" ASC 
Respublikamızın  ən  iri  enerji  istehsalçısı  olmaqla 
yanaşı, paylayıcı şəbəkələr və elektrik verilişi xətlə-
rinin  sayına  və  uzunluğuna  görə  də  regionda  lider 
mövqe  tutur.  Hal-hazırda  Cəmiyyətin  tərkibinə  gər-
ginliyi   500,  330,  220  və  110  kilovolt  olan  124 
yarımstansiya;  "Mingəçevir",  "Varvara",  "Şəmkir", 
"Yenikənd",   "Araz"  və  "Vayxır"  daxil  olmaqla  6 
ədəd  su  elektrik  stansiyası  (SES),  "Azərbaycan", 
"Şirvan",  "Şimal",  "Bakı  İEM",  "Babək",  "Astara", 
"Şəki", "Xaçmaz", "Naxçıvan" və "Bakı" istilik elek-
trik stansiyaları (İES) daxildir.  Yaxın bir neçə il ər-
zində   bir  sıra  yeni  stansiya  və  yarımstansiyaların, 
elektrik verilişi xətlərinin tikintisi və mövcud obyekt-
lərin  əsaslı  yenidən  qurulması  planlaşdırılır.    Qeyd 
etmək  lazımdır  ki,  hazırda  "Azərenerji"  ASC-nin 
elektrik  verilişi  xətlərinin  ümumi  uzunluğu  66000 
km-ə yaxındır. 


55 
 
2011-ci  ildə  respublikada  elektrik  stansiya-
larının  gücü,  6250    mvt,  o  cümlədən  istilik  elektrik 
stansiyalarının  gücü   5252  mvt, su  elektrik stansiya-
larının gücü  998 mvt təşkil etmişdir. Bundan başqa, 
həmin  ildə  21487  mlyn.kvt-saat  elektrik  enerjisi 
istehsal edilmişdir ki, bunun da 19051 mlyn.kvt-saat 
istilik elektrik stansiyalarının və 2364 mlyn.kvt- saat 
su elektrik stansiyalarının payına düşmüşdür.   
Ənənəvi  enerji  mənbələrinin  tədricən  tükən-
məsini  və  onlardan istifadə  zamanı  ətraf mühitə vu-
rulan  külli  miqdarda  ziyanı  nəzərə  alaraq,  dünyanın 
inkişaf  etmiş  ölkələrində  ekoloji  cəhətdən  təmiz  al-
ternativ  (bərpa  olunan)  enerji  mənbələrindən  (günəş 
və  külək  enerjisi,  kiçik  SES-lər,  termal  sular,  bio-
kütlə enerjisi) geniş istifadə olunur. Bu sahədə ABŞ, 
Kanada,  Almaniya,  Finlandiya,  Norveç,  Danimarka, 
İspaniya,  Yaponiya  və  Çin  daha  qabaqcıl  mövqe 
tuturlar.  Statistikaya  görə,  inkişaf  etmiş  ölkələrdə 
bərpa olunan enerji mənbələrinin payına (su elektrik 
stansiyaları  daxil  olmaqla)  ümumi  istehsal  olunan 
enerjinin 13,5 faizi düşür. 
Bərpa  olunan  enerji  mənbələri  arasında  külək 
enerjisi  mühüm  yer  tutur.  Külək  enerjisindən  istifa-
dəyə görə Almaniya dünya ölkələri arasında liderlik 
edir.  Həmin  ölkədə  ―Bərpa  olunan  enerji  mənbələri 
haqqında‖  Qanunun  qəbul  edilməsi  bu  işə  güclü 
təkan vermişdir. İndi Almaniyada külək enerji qurğu-
larının istehsalı, quraşdırılması və istismarı sahəsində 
35 mindən çox işçi çalışır. 


56 
 
Azərbaycanda  alternativ  (bərpa  olunan)  enerji 
potensialı aşağıdakılardan ibarətdir: 
Külək  enerjisi.  Təcrübə  göstərir  ki,  Azərbay-
canın bir çox rayonlarında külək enerjisi qurğularının 
tətbiqinin  böyük  perspektivi  vardır.  Hesablamalara 
görə Azərbaycan Respublikası özünün coğrafi vəziy-
yətinə,  təbii  şəraitinə  və  iqtisadi  infrastrukturuna 
görə  800  mvt-a  yaxın  illik  külək  enerji  ehtiyatına 
malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 
2,4  milyard  kvt/saat  elektrik  enerjisi  deməkdir.  Bu 
isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti ya-
nacağa  qənaət,  ən  əsası  isə  ildə  küllü  miqdarda  tul-
lantıların,  o  cümlədən  azondağıdıcı  olan  karbon 
dioksidin  atmosferə  atılmasının  qarşısının  alınması 
deməkdir. 
Çoxillik  müşahidələr  nəticəsində  müəyyən 
edilmişdir  ki,  ən  əlverişli  külək  şəraiti  Abşeron 
yarımadasında,  Xəzər  dənizi  sahili  zolağında  və 
akvatoriyanın şimal-qərb hissəsində olan adalarda-
dır. Azərbaycanın qərbində Gəncə-Daşkəsən zona-
sında və Naxçıvan Muxtar Respublikasının Şərur-
Culfa  ərazisində  küləyin  orta  illik  sürəti    3-5 
m/san. olduğu üçün bu regionlarda orta güclü kü-
lək elektrik qurğularından istifadə etmək olar. 
1999-cu  ildə  Yaponiyanın  ―Tomen‖  şirkəti 
Azərbaycan  Elmi-Tədqiqat  Energetika  və  Enerji-
layihə  İnstitutu  ilə  birlikdə  Abşeronda  hündürlüyü 
30  və  40  metr  olan  iki  qüllə  quraşdırmış,  küləyin 
sürətinin orta illik qiyməti v = 7,9 - 8,1 m/san olma-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə