Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   67

49 
 
Qərbi  Avropanın  ,  Şimali  Amerikanın  inkişaf 
etmiş ölkələrində bir sıra təbii sərvətlər heyvan növ-
ləri  texniki  tərəqqinin  qurbanı  olmuşdur.  Bu  ölkə-
lərdə gedən həmin prosesi şərh edən E.K.Fyodrovun 
fıkrincə,  texniki  cəhətdən  inkişaf  etmiş  cəmiyyət 
özünün  surətli  inkişafı  və  texnikası  ilə  təbiəti  məhv 
edir.  Keçmişdə  sayca  məhdud  olan  insanlar  təbiətə 
başlıca  olaraq  əl  əməyi  ilə  təsir  edərək  ekoloji  sis-
temdə  qlobal  miqyasda  deyil,  ayrı-ayrı  rayonlar  da-
xilində  cüzi  dəyişikliklər  yaradırdılar,  belə  şəraitdə 
əhali və təbiət üçün təhlükə ortaya çıxmırdı. Müasir 
dövrdə  vəziyyət  tamamilə  başqa  şəkil  almışdır.  Bə-
şəriyyət  indi  atmosferdə,  litosferdə,  hidrosferdə  ge-
dən  enerji  hadisələrinə  bilavasitə  təsiretmə  gücünə 
malik deyildirsə də, indi onların torpağa, daxili sula-
ra, okeanlara, bitki və heyvanlar aləminə dolayı yolla 
etdikləri  təsir  çox  gərginləşmişdir.  Təbiətə  edilən 
səmərəsiz  ölçüb-biçilməyən  təsir  canlı  aləmin  təkrar 
istehsalını və inkişafını təhlükə qarşısında qoyur. 
Təbıətlə  cəmiyyət  arasında  gedən  qarşılıqlı 
əlaqələri  insanların  maddi  nemətlərlə,  mənzillə,  işlə 
təmin edilməsində demoqrafık inkişafın fəal hissəsini 
də  nəzərə  almaq  vacibdir.  İndi  hər  il  dünyada  orta 
hesabla  80-81  mln  nəfər  (artır)  əhali  artımı  müqabi-
lində  37-38  mln  əmək  qabiliyyətli    adam  artır  ki, 
bundan  da 38-40% Çinin və Cənub-Şərqi Asiya döv-
lətlərinin  payına  düşür.  Gələcəkdə  surətli  artıma 
məruz qalan əhalinin sənaye və ərzaq məhsulları ilə, 
kurort,  xəstəxana  çarpayıları  və  işlə  təmin  etmək 


50 
 
dünya  ictimaiyyəti  qarşısında  xüsusilə  inkişaf 
etməkdə  olan  ölkələr  qarşısında  daha  kəskinliklə 
duran vacib problemdir. 
Dünya  əhalisinin  ərzaq  məhsullarına  mədəni-
məişət, tibb xidmətinə olan tələbatının tam ödənilmə-
si  yaşayış  səviyyəsinin  maddi  və  mədəni  şəraitin 
sanatoriya-profılaktiki  xidmətlərinin  lazımi  səviyyə-
də  olmaması,  ərzaq  məhsullarının    insanlar  arasında 
qeyri  bərabər  bölüşdürülməsi  kapitalist  ölkələrində 
irqçilik  millətçilik  siyasəti,  dövrü  olaraq  ayrı-ayrı 
ölkələrdə  baş  verən  müharibələr,  epidemiyalar  əhali 
artımını  ləngidir,  xüsusilə  qocalar,  uşaqlar  arasında 
ölüm hallarının çoxalmasına səbəb olur. Bütün canlı 
orqanizmlərin,  o  cümlədən  cəmiyyətin  həyatı  təbiət-
siz,  ətraf  mühitsiz  təsəvvür  edilə  bilməz.  İnsanın 
canlı orqanizmi, bioloji fərd kimi ətraf mühitlə daima 
maddələr  mübadiləsində  iştirak  edir.  İnsanla  təbiət 
arasında münasibətlərdə elmi-texniki inqilabla əlaqə-
dar daha böyük problemlər qarşıya çıxır. Buna görə 
də  müasir  ekologiya  elmi  biosferin  tabe  olduğu  qa-
nunları  daha  dərindən  öyrənməli,  inkişaf  etməkdə 
olan  sənaye  ilə  əlaqəli  təbii  mühitin  qorunmasının 
optimal yollarını müəyyən etməlidirlər. 
 
 
 
 
 


51 
 
2.2.
 
Azərbaycan Respublikasının 
yanacaq-energetika kompleksi. 
 
Yanacaq-energetika kompleksi Azərbaycan iq-
tisadiyyatının  ən  mühüm  sahələrarası  komplekslə-
rindən  biridir.  Bu  kompleks  sənayenin  bütün  sahə-
lərini sənayenin  işini təmin edir, əhalinin məişətində 
isə əvəzsiz rola malikdir. Yanacaq-energetika komp-
leksi yanacaq hasilatını, onun emalını və elektroener-
getikanı əhatə edir. Azərbaycanın yanacaq-energetika 
kompleksi  aşağdakı  yarımkompleksləri  özündə  bir-
ləşdirir: 
1.
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti. 
2.
 
«Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti. 
3.
 
«Azərenerji» Açıq Səhmdar Cəmiyyəti. 
  
Hazırda  iqtisadiyyatın və əhalinin enerji daşı-
yıcılarına  olan  tələbatının  ödənilməsi  istiqamətində 
də əhəmiyyətli işlər görülməkdədir. Azərbaycan Res-
publikasının  Prezidenti  İlham  Əliyevin  bu  sahəyə 
xüsusi diqqətinin bariz nümunəsi kimi ölkənin enerji 
təhlükəsizliyinin təmin edilməsi və enerji daşıyıcıla-
rına  artan  tələbatların  daha  səmərəli  surətdə  ödənil-
məsinin  təmin  edilməsi  məqsədilə  Sənaye  və  Ener-
getika  Nazirliyi  tərəfindən  hazırlanmış  və  Azər-
baycan Respublikası Prezidentinin 14 fevral 2004-cü 
il tarixli 635 №-li Fərmanı ilə təsdiq edilmiş  ―Azər-
baycan Respublikasının yanacaq-enerji kompleksinin 


52 
 
inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı‖nı 
göstərmək olar.  
          Son  illər  Azərbaycanda  dövlət  müstəqilliyi 
möhkəmlənmiş, ictimai-siyasi sabitliyə nail olunmuş, 
cəmiyyətdə demokratiya və iqtisadiyyatda bazar mü-
nasibətləri  daha  da  inkişaf  etmiş,  dünya  iqtisadiyya-
tına  inteqrasiya  üçün  şərait  yaradılmış  və  buna 
başlanılmışdır. 
Azərbaycan  yalnız  neft  və  qaz  ehtiyatlarına 
görə deyil, həmçinin Qara və Xəzər dənizləri regio-
nunda tutduğu mövqeyə görə ABŞ, Avropa və Asiya 
dövlətlərinin  maraqlarının  kəsişdiyi  geosiyasi  mər-
kəzə çevrilmişdir. Neft və qaz ehtiyatlarının işlənmə-
si,  həmçinin  onların  dünya  bazarlarına  ixracı  üzrə 
nəhəng  layihələrin  həyata  keçirilməsi  sayəsində  Xə-
zər  regionu  XXI  əsrdə  dünyanın  əhəmiyyətli 
regionlarından birinə çevrilmişdir. 
Azərbaycan  xalqının ümummilli  lideri  Heydər 
Əliyev  tərəfindən  aparılan  müdrik  siyasət  sayəsində 
20 sentyabr 1994-cü ildə ''Xəzərin azərbaycan sekto-
runda  yerləşən  Azəri,  Çıraq  və  Günəşli  (dərin  his-
səsi)  yataqlarının  (AÇG)  işlənməsi  və  hasilatın  pay 
bölgüsü''    üzrə  birinci  saziş  imzalandı.  Sonralar  bu 
saziş  ''Əsrin  sazişi''  adı  ilə  tanındı.  Bu  saziş  xarici 
şirkətlərə  Azərbaycanda  yeni  sazişlərin imzalanması 
üçün  geniş  yol  açdı.  1994-cü  ildən  bu  vaxta  qədər 
ARDNŞ və xarici neft şirkətləri arasında karbohidro-
genlərin kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü 
prinsipi üzrə 26 saziş imzalanmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə