34
dövründə həmin əlaqələr yeni forma və məzmun
alır.
İnsanın istifadə etdiyi təbii resurslar (torpaq,
su, hava, faydalı qazıntılar, enerji ehtiyatları, bitki və
heyvan növləri və s.) təbii sərvətlər adlanır. Təbii
sərvətlərdən insan cəmiyyəti yaranan gündən bu vax-
ta qədər istifadə etməklə öz maddi tələbatını ödəmək
imkanlarına malik olmuşdur. Təbii ehtiyatların istifa-
dəsindən asılı olaraq onlar tükənmə ehtimalına ma-
likdirlər. İnsan cəmiyyətinin keçdiyi formasiyalarda
istehsal vasitələrinin inkişaf səviyyəsindən asılı ola-
raq təbii sərvətlərə təsir göstərilmiş, istehsal sahə-
lərinin inkişafı üçün zəmin yaradılmışdır. İbtidai və
quldarlıq cəmiyyətlərində istehsal vasitələrinin zəif
inkişafı yeraltı təbii sərvətlərin istifadəsinə bir o
qədər təsir göstərmədiyindən filiz mənbələrinə əsas-
lanan istehsal sahələri zəif inkişafı ilə səciyyələnirdi.
Bu cəmiyyətlərdə, ümumiyyətlə iqtisadi sahələrdə bir
o qədər intensiv inkişaf müşahidə edilmirdi. Bir növ
insanlar təbiətdən hər şeyi hazır alırdılar. İqtisadi
sahələrin inkişafı bir o qədər nəzərə çarpmırdı.
Təbii resursların istifadəsindən asılı olaraq
iqtisadi sahələrin inkişafı və mövqeyi müəyyənləş-
dirilir.
Təbii sərvətlər qrupu
İqtisadi sahələr
1.
Yanacaq resursları
Energetika sənayesi.
2.
Filiz resursları
Metallurgiya sənaye
sahələri.
35
3.
Mineral
resurslar
Tikinti materiallan sənaye
sahələri.
4.
Mineral resurslar (daş
duz, mineral duzlar və s.)
Kimya sənaye sahələri.
5.
Meşə resursarı
Meşə və ağac emalı sənaye
sahələri.
6.
Torpaq, su resursları
Aqrar sənaye sahələri
(yüngül və yeyinti sənayesi).
Yuxarıda qeyd olunan resurs mənbələri əsasın-
da iqtisadi sahələrin inkişafı artıq sadə insan şüuru-
nun məhsulu kimi yox, müasir insanın elmi texniki
tərəqqinin
nailiyyətləri
əsasında
yaratdığı
mürəkkəb istehsal vasitələrinin məhsulu kimi
qiymətləndirilir. İndiki şəraitdə insan cəmiyyəti
atmosferdə, litosferdə, hidrosferdə, biosferdə olan
resurslardan hər cür mürəkkəb şəraitdə istifadə
etməklə özünün tələbatını təmin etmək imkanlarına
malikdir.
1.7.
Təbiətdən istifadənin iqtisadiyyatının
ekoloji və iqtisadi əsasları.
Qlobal ekosistem olan biosferada baş verən,
dönməz dəyişikliklər ekoloji inqilabla nəticələnərək
təbiət-cəmiyyət münasibətlərinin yeni inkişaf mərhə-
ləsinə – idarə olunan təkamülə keçidlə nəticələnmiş-
dir. Yeni mərhələdə tələb cəmiyyət münasibətləri-
nin konsepsiyası qlobal ekologiya adlanaraq biosfe-
rin strukturu və funksiyalarından bəhs edən təlimdir.