Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

98 
 
respublikamızda    bütün    su    ehtiyatlarını    ətraflı  
tətqiq    etmək,    bu    ehtiyatları    qayda  –qanunla    ilə  
mühafizə  edib,  onlardan  səmərəli  faydalanmaq  ən  
başlıca  iqtisadi  və  sosial  vəzifədir.  
Respublikamızın    ərazisində    8350-yə    qədər  
çay  vardır.  Bu  çayların  7860-qədərinin  uzunluğu  
10  km-dən  azdır.  Belə  kiçik  çaylar ümumi  çay-
larımızın  94%-ni  təşkil  edir.  Respublika  ərazisin-
dən  axan  çaylardan  22-nin  uzunluğu  100  km-dən  
artıq  olduğu  üçün  Azərbaycanın  kiçik  dağ  çayları  
ölkəsi  adlandırırlar. 
Ümumiyyətlə    Azərbaycanın    bütün    çayları  
Xəzər dənizi  hövzəsinə  aid  olmaqla  üç qrupa  bö-
lünür:   
1.
 
Kür  hövzəsinə  aid  olan  çaylar. 
2.
 
Araz  hövzəsinə  aid olan çaylar. 
3.
 
Bilavasitə  Xəzər  dənizinə  tökülən  çaylar. 
Üçüncü  qrupa  Azərbaycanın  şimal-şərq,  Qo-
bustan və Lənkəran  təbii  rayonunun  çayları  daxil-
dir.    Respublikamızın    ərazisindəki    bütün    çaylar  
axım  xüsusiyyətinə  görə  üç  qrupa  bölünür: 
1.
 
Bütün    il    müddətində    axın    müşahidə  
edilən  çaylar. 
2.
 
Quruyan    çaylar  –  bu    çayların    fəaliyyəti  
qarların əriməsindən,  şiddətli  yağışlardan  
və qismən  yeraltı  sulardan  asılıdır. 
3.
 
Müvəqqəti    axınlı    çaylar  –  bu    çaylarda  
axın    yalnız    şiddətli    yağışlar    zamanı  
müşahidə  edilir. 


99 
 
Azərbaycan  respublikasının  çayları  Zaqafqa-
ziyanın    digər    çaylarından    fərqli    olaraq    iki    tipə  
ayrılır: 
A)  Yerli  çaylar,  yeraltı  çaylar – bu  çayların  
axını  bilavasitə  respublikanın  ərazisində  yayılır. 
B)  Tranzit  çaylar. 
Xəzər  dənizi  Yer  kürəsinin ən  böyük  gölü  
olub  qapalı  su  tutarıdır. 
Hazırda    Xəzərin    6500  – 6700  km  sahil  xət-
dində 5 dövlət yerləşmişdir. Bu ölkələrdə sahil xətti-
nin  uzunluğu    aşağıdakı  kimidir:  Azərbaycan    res-
publikası  –  825,    Qazaxstan  –  2320,    İran    İslam  
respublikası  –  900,    Rusiya    Federasiyası  –  695,  
Türkmənistan – 1200  km. 
    Meredian    boyunca    Xəzər    dənizinin  uzunluğu  
1200  km,  orta  eni   310  km,  ən  böyük  eni  450  
km,  ən  kiçik  eni  150  km-dir.  Hazırda  dənizin  sə-
viyyəsi    dünya    okeanı    səviyyəsində    27,3  m    aşa-
ğıdır. Dənizin  bu  səviyyəsində  onun  səthinin  sa-
həsi  392620  kv km, suların  həcmi isə 78648  kub 
km- dir,  bu  həcm  Yer  kürəsindəki  ümumi  göl  su  
ehtiyatının  44 %-ni  təşkil  edir.  
Xəzərin  suyunun  hövzəsi  3,1 – dən  3,5  min  
km2-ə  qədərdir,  bu  ərazi dünyada  olan  qapalı  su  
hövzəsinin  10 %-ni  təşkil edərək  şimaldan  cənuba  
2500  km  uzanır,  eni  isə  qərbdən  şərqə  100  km  
yaxındır.    Doqquz    dövlətin    (Azərbaycan,    Qazax-
stan,    Gürcüstan,    Ermənistan,    Gürcüstan,    Rusiya,   


100 
 
Türkiyə)    ərazisi    bütövlükdə    və    ya    qismən    bu  
hövzəyə  daxildir. 
Xəzərdə  müxtəlif  böyüklükdə  ümumi  sahəsi  
350   
  
 
   bərabər    olan    50-yə  qədər    ada    vardır.  
Adaların  bir  qismi   Bakı  və  Apşeron  arxipelaq-
larında  yerləşmişdir. 
Xəzər    dənizi    10    böyük    körfəzə    malikdir:  
Komsomoles,    Manqışlaq,    Qazax,    Qaraboğaxgöl,  
Türkmənbaşı,    Türkmən,    Qızılağac,    Həştərxan   və  
Qızlar.  Xəzərin  İran  sahəsində  iki  böyük körfəzi  
vav:  Çirkən  və  Ənzəli  (keçmiş  Pəhləvi). 
Xəzər  dənizinə    130-dan    çox  çay    axır.  
Onlardan  9-u  delta  xarakterlidir. 
Volqa  Xəzərə  tökülən  ən  böyük  çay  sayılır.  
Sərt    axınları    hüdudlarında    bu    çayın    su    yığma  
hövzəsinin  sahəsi  1000  
  
 
-dır.  Xəzərin  əsas  li-
manları    Bakı,    Türkmənbaşı,    Həştərxan,    Maxaç-
kala,  Aktan,  Atıran,  Bədər-Ənzəli,  Nouşəhər.  
Xəzər  dənizinin  az  sulu  və  dolusulu  dövrləri 
olmuşdur.  Lakin  1940-cı    ilə  qədər  onun  bioloji  
məhsuldarlığı  həmişə  yüksək  olmuşdur.      Fauna,  
flora    özünün    sabit    keyfiyyət    vəziyyətini    saxla-
mışdır. 
  Xəzər  dənizinin  ekoloji  vəziyyətinin  dəyiş-
məsində    dənizin    səviyyəsinin    tərəddüdü  və    çirk-
lənməsi    əsas    rol    oynayır.    Xəzər    dənizinin    çirk-
lənməsi    transsərhəd    ekoloji    problem    olub,    ciddi  
təhlükə    yaradır.    Bu    bütün    Xəzəryanı    ölkələrin  
problemidir.    Çirkabların    təqribən    80  %-ni    Volqa  


101 
 
çayı  gətirir.  Rusiya  tərəfindən  il   ərzində  Volqa  
çayı    hövzəsinə    16   
  
 
   çirkab    suları    axıdılır.  
Volqa  çayının  orta  axımında  fenol  və  neft  məh-
sullarının  qatılığı  KSH-ni  3-4  dəfə  keçir.  Çayın  
aşağı axımında  isə  çirkləndirici maddə  və  birləş-
mələrin    miqdarı    KSH-nın    10-15    mislini    təşkil  
edir. 
Xəzər  dənizinin  Azərbaycan  sahillərinin  çox 
hissəsi    mülayim    çirkləndiyi    halda,    Bakı    buxtası  
və    Sumqayıtın    ətrafındakı    sular    həddindən    artıq  
çirklənməyə  məruz  qalmışdır.  Xəzərin  çirklənmə-
sinə  Kür  çayı  da  səbəb  olur. 
2011-ci  ildə  su  hövzələrinə  axıdılan  cirkab 
suların  miqdarı  5068  mln  kub  metr  ,onlardan 
təmizlənmiş 223 mln kub metr olmuşdur. 
       Azərbaycanın  çayları,  gölləri  və  suları.  Hid-
roqrafik  cəhətdən  Azərbaycan  Respublikası  Xəzər 
dənizi  hövzəsinə  aiddir.  Respublikanın  hidroqrafik 
şəbəkəsi (çayları, gölləri) uzun geoloji dövrdə yaran-
mış və bu müddətdə xeyli dəyişikliklərə uğramışdır. 
Hazırda  rast  gələn  bir  sıra  qədim  çay  dərələrinin 
qalıqları  buna  misaldır.  İndi  də  hidroqrafik  şəbəkə 
təbii  amillər  və  insanların  təsərrüfat  fəaliyyəti  nəti-
cəsində dəyişməkdədir. Süni su axarları (kanallar) və 
su anbarları da hidroqrafik şəbəkəyə aid edilir.
 
Azərbaycan  Respublikasının  hidroqrafik  şəbə-
kəsinin  əsasını  çaylar  təşkil  edir.  Respublikanın 
ərazisindən müxtəlif uzunluqda 8359 çay  axır. Bun-
lardan  8188  çayın  hər  birinin  uzunluğu  25  km-dən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə