Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   67

131 
 
meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu da 
1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan kar-
bon qazının həcminə bərabərdir. 
Meşələr torpaqları eroziyadan qoruyur, su ehti-
yatlarının tükənməsinin qarşısını alır və havanı sani-
tariya-gigiyena  baxımından  saflaşdırır,  təbiətdə 
maddələr  mübadiləsində  və  enerjinin  bioloji  dövriy-
yəsində  əvəzsiz  rol  oynayır.  Bütün  bunları  sadala-
maqda  məqsədimiz  ondan  ibarətdir  ki,  meşə  sahələ-
rinin  qorunmasının  vacibliyini,  meşə  bərpa  işlərinin 
taleyüklü bir məsələ olduğunu hiss edək. 
Azərbaycan  meşələrinin  geniş  ərazisi  Böyük 
Qafqaz sıra dağlarının cənub və şimal-şərq yamacla-
rındadır.  Bu  meşələr  Azərbaycan  ərazisindən  başla-
mış,  Dağıstan  sərhəddinə  kimi  uzanır.  Meşələr 
Azərbaycanm  şimal-şərqində,  əsasən  Qusar,  Quba, 
Dəvəçi,  Siyəzən  və  Xızı  inzibati  rayonlarından 
cənub-qərb  istiqamətindəki  ərazini  əhatə  edir.  Xızı 
rayonundan  cənub-qərb  istiqamətində  meşə  massivi 
tədricən  azalır  və  tam  meşəsiz  sahə  ilə  əvəz  olunur. 
Böyük  Qafqazın  cənub  makroyamacında  Şamaxı 
rayonu ərazisində meşə massivi yenidən bərpa olunur 
və  dağ  yamacları  ilə  fasilə  vermədən  başdan-başa 
örtük yaratmaqla Gürcüstan Respublikasının sərhəd-
dinə  kimi  uzanır.  Burada  meşələr  əsasən  İsmayıllı, 
Qəbələ,  Oğuz,  Şəki,  Qax,  Zaqatala  və  Balakən  inzi-
batı  rayonlarının  dağlıq  hissəsini  əhatə  edir.  Meşə 
massivi  ara  vermədən  cənub  yamacı  ilə  qərb  istiqa-
mətində Gürcüstan ərazisinə doğru uzanır. 


132 
 
Meşələrin  geniş  ərazisindən  biri  də  Kiçik 
Qafqaz sıra dağlarının yamaclarıdır. Burada meşələr 
ayrı-ayrı  massivlər  şəklində  əsas  dağ  qollarının  şi-
mal,  şimal-şərq  və  şərq  yamaclarını  örtür.  Yalnız 
Cənubi Qarabağ ərazisində meşə massivi ara verir və 
İran sərhəddinə  çatmır.  Bundan  əlavə  meşələrə  ada-
cıq  şəklində  Naxçıvan  Muxtar  Resublikasında  Şah-
buz  rayonu  ərazisində,  Küküdağ  yamaclarında  təsa-
düf edilir. 
Meşələrin geniş massivindən biri də Talış dağ 
yamäclar
ın
ı əhatə edir. Burada meşələr Astara, Lən-
kəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və qismən 
də  Biləsuvar  inzibati  rayonlarının  ərazisində  yayıl-
mışdır.  Meşələrin  az  hissəsi  Kür  və  Araz  çayları 
sahili boyunca uzanır və Tuqay tipli massiv şəklində 
lentvari ərazini tutur. 
Azərbaycan öz fusunkar gözəlliyi, zəngin təbii 
sərvətləri,  al-əlvan  florası  və  faunası  ilə  bütün 
dünyada şöhrət qazanmışdır. Burada 125 fəsiləyə və 
930  cinsə  daxil  olan  ali  bitkilərin  4500  növü  yayıl-
mışdır.  Bunlardan  48  fəsiləyə,  135  cinsə  mənsub 
olan 450 növ ağac və kollar Respublikamızın meşə-
lərində  bitir.  Bu  isə  Respublika  florasındakı  bitki 
növlərinin  11-ni  təşkil  edir.  Azərbaycan  dendroflo-
rasının  tərkibində  70  regional  endem  növə  təsadüf 
edilir.  Bu  da  ümumi  ağac  və  kol  bitki  növlərinin 
16%-i  deməkdir.  Azərbaycan  dendroflorasının  belə 
zəngin  tərkibə  malik  olmasına  baxmayaraq,  əsas 
meşə əmələgətirən növlər azdır. 


133 
 
Azərbaycan  meşələri  əsasən  enliyarpaqlı  cins-
lərdən  ibarətdir.  İynəyarpaqlı  meşələrdə  əsas  Qar-
maqvari  şama  (Pinus  Hamata)-bu  növ  bəzən  kox 
(P.Kochioana), Sosnovski (P.Sosnovi) adlanır) Kiçik 
Qafqazda,  Göy-Göldə,  Tovuz  rayonu  ərazisində 
Şamlıq  və  Böyük  Qışlaq  kəndləri  ətrafı  meşələrdə, 
Böyük  Qafqazda  Qusar  rayonu  meşələrində  təsadüf 
edilir.  
İynəyarpaqlı  meşələrdən  Eldar  oyuğu  adlanan 
400  ha-a  yaxın  sahədə  kserofit  şəraitdə  Eldar  şamı 
(Pinus Eldarica), əsasən təzə və rütubətli fıstıq meşə-
lərində Qaraçöhrədən (Taxus Bacaata) ibarət enliyar-
paqlı  cinslərə  qarışıq  halda  və  ya  kiçik  meşəciklər 
şəklində ağaclıqlarda təsadüf edilir. Belə meşəciklərə 
Böyük Qafqazda - Qəbələ rayonunda Həmzəli qəbiri-
stanlığında,  Pirqulu  və  Oğuz  rayonu  meşələrində, 
Xızı, Dahardibi adlanan meşələrdə, Kiçik Qafqazda - 
Göy-Göl,  Gədəbəy  meşələrində,  Talış  dağlarında  - 
Lerik rayonu Hamazat kəndi ətrafı meşələrdə təsadüf 
edilir. İynəyarpaqlı cinslərdən ən geniş ərazidə yayıl-
mışı ardıc meşələridir. Azərbaycan meşələrində - Qa-
zax ardıcı (Juniperus Salina), Uzunsov ardıc (C. Ob-
longa),  Cırtdan  ardıc  (C.  Pugmaca),  Alçaqboy  ardıc 
(C.  Depressa),  Qırmızı  ardıc  (C.Polycarpos)  və  s. 
növləri bitir. Ardıc meşələrinin ən geniş sahəsi Boz-
dağda,  Naxçıvan  meşələrindədir.  Ardıc
ın
  çox  da 
geniş olmayan sahələrdə seyrək meşələri də vardır. 
İynəyarpaqlı  meşələr  (ardıc  və  şam)  Respub-
lika  meşələrinin  meşə  ilə  örtülü  sahəsinin  təqribən 


134 
 
1,6%-ni  təşkil  edir.  Azərbaycan  Respublikasında 
həmişəyaşıl  enliyarpaqlı  meşələr  yoxdur.  Belə 
cinslərə yalnız Bakı, Gəncə, Şəki, Sumqayıt və digər 
iri şəhər və qəsəbələrdə yaşayış məntəqələrinin yaşıl-
lıqlarında  təsadüf  edilir.  Respublika  meşələrinin 
əsasını qışda yarpağını tökən enliyarpaqlı növlər təş-
kil edir. 
Meşə  ilə  örtülü  sahə  hakim  cinslərə  görə 
təqribən  aşağıdakı  kimi  paylanmışdır:  şam-0,04%, 
ardıc-2,37%,  fıstıq-31,68%,  palıd-23,4%,  vələs-
26,01%,  göyrüş-0,01%,  ağcaqayın-0,22%,  qovaq-
3,58%, qızılağac-1,87%, cökə-1,71%, qarağac-l,16%, 
digər  cinslər-7,95%  olduğu  müəyyən  edilmişdir. 
Meşələrin  tərkibcə  müxtəlif  olmasına  baxmayaraq, 
enliyarpaqlı  meşələri  əsasən  fıstıq,  palıd  və  vələs 
cinsləri  əmələ  gətirir.  Meşə  ilə  örtülü  ərazinin 
85,5%-i bu üç cinsin payına düşür. 
Meşələrin  yaş  siniflərinə  görə  də  paylanması 
müxtəlifdir.  Belə  ki,  cavan  meşələr  meşə  ilə  örtülü 
sahənin  11,2%-ini,  orta  yaşlı  ağaclar-63,3%-ini, 
yetişməkdə  olan  ağaclar-13,4%-ini,  yetişmiş  və  yaşı 
ötmüş meşələr-12,l%-ini təşkil edir. Yetişmiş və yaşı 
ötmüş  meşələr  1966-cı  il  məlumatında  meşə  ilə 
örtülü sahənin 35,4%-i olduğu halda, 1988-ci ildə bu 
rəqəm 12,1% olmuşdur. Orta yaşlı ağaclar isə 1966-
cı ildə 21,6%, 1988-ci ildə 63,3%-ə çatmışdır. Bu isə 
meşələrin tədricən cavanlaşdığını göstərir. 
Azərbaycanın  əksər  meşələri  (85%)  dikliyi 
yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolun-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə