Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   67

127 
 
Onlar, təbii mühitin bir hissəsi kimi, bir sıra ekoloji-
iqtisadi funksiyaları yerinə yetirirlər:  
atmosferin  tərkibinin  normalaşdırılmasında 
mühüm rol oynayırlar;  
ekoloji 
zərərlə 
tullantıları  assimilyasiya 
edirlər;  
qlobal iqlimi formalaşdırırlar; 
 su  dövriyyəsinə  böyük  təsir  göstərirlər;       
torpaqların münbitliyini qoruyur,  
sürüşmələrin, eroziyanın qarşısını alırlar; 
 bitki  və  heyvanat  aləminin  məskunlaşdığı 
yerlərdir;  
rekreasiya  və  estetik  funksiyaları  yerinə 
yetirirlər; 
 müəyyən  dərəcədə  ölkənin  ekoloji-iqtisadi 
təhlükəsizliyini təmin edirlər; 
 iqtisadiyyatın  bir  çox  sahələri  üçün  xammal 
mənbəyidirlər.
 
Müasır qiymətləndirməyə əsasən meşələrin ilk 
8  funksiyasının  istifadəsindən  gələn  gəlir  (ekoloji-
iqtisadi  gəlir)  meşədən  istifadə  sahəsindəki  istehsal 
fəaliyyətindən əldə olunan gəlirdən çoxdur. Bu sahə-
dəki  vəziyyət  bazarın  ―uğursuzluğunun‖  və  təbii  re-
sursların  tam  qiymətləndirilməməsinin  klassik  nü-
munəsidir. Bu öz əksini meşələrin strukturunun, key-
fiyyət  tərkibinin  pisləşməsində,  meşələrin  məhv 
olunmasında  göstərir.  Bundan  başqa  meşələrin  itiril-
məsi  nəticəsində  iqlim  dəyişiklikləri  və  atmosfer 
transformasiyaları  risqi,  su  ehtiyatlarının  keyfiyyəti-


128 
 
nin pisləşməsi, biorəngarəngliyin itirilməsi və s. insa-
nın  həyat  fəaliyyətinə  və  deməli,  indiki  və  gələcək 
cəmiyyət üçün mənfi təsir göstərir. 
Belə  vəziyyətdən  çıxmaq  üçün  mexanizmlər-
dən biri birbaşa dövlət tənzimlənməsi ola bilər. Lakin 
daha  səmərəli  tam  qiymətləndirmə  metodundan 
istifadə  etmək  olardı.  Meşələrin  bütün  funksiyaları-
nın  işlək  vəziyyətdə  qalması  üçün  bir  universal 
qayda  olmalıdır:  meşələrin  saxlanmasının  iqtisadi 
dəyəri,  onlardan  istifadənin  iqtisadi  dəyərindən  artıq 
olmalıdır.
 
Azərbaycan az meşəli ölkələr sırasına daxildir. 
Respublikamızdakı  meşələr  qismən  sənaye  əhəmiy-
yəti  kəsb  etsə  də,  torpaqqoruyucu,  sağlamlaşdırıcı 
faydalılığı və yenidənbərpasının çətinliyi ilə əlaqədar 
onların istifadəsi məqsədəuyğun deyildir. 
Meşə - Yerin ağac bitkiləri ilə örtülmüş hissə-
sidir.  Quru  ərazinin  üçdə  birini  tutur.  Yer  kürəsində 
meşələrin ümumi sahəsi 38*10
6
 km
2
-dir. 
Bioloji  cəhətdən  öz  inkişafında  bir-birinə 
qarşılıqlı təsir göstərən torpağ
ın
, suyun, ağac, kol, ot 
bitkilərinin,  heyvanat  aləminin,  mikroorqanizmlərin 
vəhdəti  hesab  edilən  meşə  sahələri  Azərbaycanın  ən 
qiymətli milli təbii sərvəti hesab olunur.  
Dünya  üzrə  meşə  örtüyünün  sahəsi  4  milyard 
hektardır. Bunun 809 milyon hektarı Rusiya Federa-
siyasın
ın
,  478  milyon  hektarı  Braziliyanın,  310 
milyon  hektarı  Kanadanın  və  303  milyon  hektarı 
ABŞ-ın payına düşür. 


129 
 
Azərbaycan  Respublikası  ərazisinin  ümumi 
sahəsi  86,6  milyon  hektardır.  Azərbaycan  meşələri-
nin  ümumi  sahəsi  isə  1213,7  min  hektardır.  Hər 
adam  başına  təqribən  0,12  ha  meşə  sahəsi  düşür  ki, 
bu  da  ümumdünya  miqyasında  götürülən  müvafiq 
orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. 
Son  200  ildə  dünya  üzrə  meşə  ərazilərinin 
sahəsi 2 dəfədən çox azalmışdır. XVIII-XIX əsrlərdə 
indiki  Azərbaycan  ərazisinin  35%-i  meşə  ilə  örtülü 
olmuşdur.    Bu  rəqəm  Rusiya  Federasiyasında  44%, 
Latvivada 41%, Gürcüstanda 39% təşkil edir.
 
Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qaf-
qaz  regionunun,  34%-i  Kiçik  Qafqaz  regionunun, 
15%-i Talış zonasının və 2%-i Aran zonasının (Nax-
çıvan  MR  ilə  birlikdə)  payına  düşür.  Azərbaycanda 
adambaşına 0,12 ha meşə sahəsi düşür. 
Hazırda  261  min  hektar  meşə  fondu  sahəsi 
Ermənistan  tərəfindən  işğal  edilmiş  ərazilərdədir. 
Münbit  torpaqlarımızın  yuyulub  getməsinin  qarşısı-
nın alınmasında, sel daşqınlarının minimuma endiril-
məsində,  tarlaların  küləkdən  və  quraqlıqdan  qorun-
masında meşələrin müstəsna əhəmiyyəti vardır. 
Azərbaycan meşələri əhəmiyyətinə görə I qru-
pa  aid  edilir  və  bu  meşələr  Respublikanın  müxtəlif 
bölgələrində  müxtəlif  tərzdə  yayılmışdır.  Bu  bölgə-
lərə  xas  olan  xüsusiyyətlərdən  biri  müxtəlif  təbii 
sərvətləri  -  mineral  xammalı,  suyun,  enerjinin,  tor-
paqların yerləşməsidir. Onların arasında meşə sərvət-
ləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsa-


130 
 
həli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət 
kompleksi  hesab  olunur  ki,  onlar  su, hava  və  torpaq 
kimi  biosferanın  çox  vacib  olan  komponentlərinin 
sabitləşdirilməsinə şərait yaradır. Respublika meşələ-
rinin  əksər  sahələri  (85%)  Böyük  Qafqazda,  Kiçik 
Qafqazda və Talış dağ bölgəsində yerləşir. 
Meşələrin  çox  hissəsi  qiymətli  ağac  cinslərin-
dən ibarətdir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın və 
s.).  Respublikanın  meşələrinin  müxtəlifliyi,  onun 
yayılması  iqlim,  torpaq,  müxtəlif  hündürlük  qurşaq-
larından və digər şəraitdən asılıdır. 
Meşələr bir növ rütubət toplayıcısı rolunu oy-
nayır  və  düzənliklərə  suyun  paylanmasını  tənzim-
ləyir,  onu  nisbətən  tarazlaşdırır.  Bununla  yanaşı, 
meşələr  dağlıq  rayonlarda  torpaq  sürüşməsi  və  dağ 
uçqunlarının  qarşısını  alır.  Eyni  zamanda,  meşələr 
fitonsit  xüsusiyyətinə  malikdir,  onlar  zərərli  mikro-
orqanizmləri məhv edir. Meşələr bitkiləri, torpağı, su 
hövzələrini, yolları, yaşayış məntəqələrini, abidələri, 
təbii amillərin zərərli təsirindən qoruyur, mikroiqlimi 
dəyişir,  quru,  isti,  güclü  küləklərin  təsirini  azaldır. 
Meşələr dərə, yarğan və hərəkət edən qumları bərki-
dir, qar örtüyünün bərabər yayılması və tədricən əri-
məsinə  imkan  yaradır,  buxarlanmanı  zəiflədir,  qrunt 
sularının səviyyəsini endirir. 
Bütün  bunlarla  yanaşı,  meşələrin  təbiətdə  ən 
böyük rolu - hər hektarın il ərzində 10-20 ton karbon 
qazını udaraq əvəzində oksigen ixrac etməsidir. 1 ha 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə