131
QÜSURLU UŞAQLARIN SİNFƏ ALINMASI
Fəslin məzmunu
Sinif strategiyası
Petya üçün uyğunlaĢdırma
Sinfin qaydaya salınması və təchiz edilməsi
Qayğı cəmiyyətin yaradılması
Sinif strategiyası
Hər bir uĢaq onu əhatə edən ətraf aləm haqqında müəyyən bilgiyə
malik olan yaĢlıların yardımı ilə bu zəngin ətraf aləmdə oynamaq və
öyrənmək imkanlarından istifadə etməyə möhtacdır. Bu fəsildə uĢaqlara
inkiĢaf imkanları verən uyğunlaĢdırma və öyrənmə strategiyalarının ən
müxtəlif variantları nəzərdən keçiriləcəkdir. Bu fəsildə uĢaqların
inkiĢafına təkan verəcək müxtəlif təlim strategiyaları araĢdırılacaqdır.
Yaradıcı fəallıq mərkəzləri
AzyaĢlı uĢaqlar üçün nəzərdə tutulan uyğunlaĢma sinifləri fəallıq
mərkəzləri kimi tanınan yerlərdə yaradılır. Fəallıq mərkəzlərində
müəllimlər fərdi tədris üslubları və inkiĢaf qabiliyyətləri sahəsində
müxtəlifliyə imkan yaradan çeĢidli materiallar təĢkil edirlər. UĢağın
təhsil ehtiyaclarını müəyyənləĢdirmək üçün onların hər birini diqqətlə
müĢahidə etdikdən sonra müəllimlər uĢaqları inkiĢaf səviyyələrinə görə
qruplaĢdırmaq
məqsədilə
məqsədyönlü
fəaliyyətlərin
həyata
keçirilməsini planlaĢdırırlr. Təqribən eyni problemlər qarĢısında duran
uĢaqlar yeni ideya və fəaliyyət növləri meydana çıxdığı zaman bu
problemlərin həllinə əminliklə yanaĢacaqlar. Ümidləri malik olduqları
inkiĢaf səviyyəsindən yuxarı, yaxud aĢağı olan uĢaqlar çox tez bir
zamanda maraqdan düĢə bilər, tənbəlləĢər, yaxud onların ürəyi qırıla
bilər (Kotlin, 1997).
UĢaqlara gün ərzində seçim etmək imkanı yaradan fəallıq
mərkəzləri bütün uĢaqlar üçün təhsil prosesini asanlaĢdıran aĢağıdakı
əsas amilləri irəli sürür:
UĢağın maraq və ehtiyacları vasitəsi ilə məlumatlandırılan
bütöv təlim proqramında uĢağın hərtərəfli inkiĢafı dəstəklənir. Predmet
və bacarıq, o cümlədən inkiĢaf konsepsiyası uĢaqların materiallar, öz
yaĢıdları və yaĢlılarla qarĢılıqlı münasibətlərinə sirayət edir.
UĢağın böyüməsi və inkiĢafının, o cümlədən birinci və ikinci
dilin inkiĢafı, ən müxtəlif bacarıq və qabiliyyətə malik öyrətmə tədris
132
üzərinə vurğunun salınması azyaĢlı uĢaqların təlim və tərbiyəsində
planlaĢdırma, həyata keçirmə və müəyyənləĢdirmənin əsasını təĢkil edir.
Oyun azyaĢlı uĢaqların həyatında vacib komponentlərdən
biridir və o, uĢağın yiyələnəcəyi biliyin generatoru rolunu oynayır.
Oyun vasitəsilə uĢaqlar düĢünmə, mühakimə yürütmə, problemi həll
etmə, habelə dilə yiyələnmə vərdiĢlərini inkiĢaf etdirməklə yanaĢı bir
çox vacib sosial, emosional və fiziki vərdiĢ və qabiliyyətlərə
yiyələnirlər.
Mürəkkəb fəaliyyət növlərindən istifadə
Bəzi hallarda böyük və kiçik fəaliyyət qruplarına aid edilən
öyrədici mürəkkəb fəaliyyət növləri proqram günü vasitəsilə nizama
salınırlar. Bu müddət ərzində müəllim qrupu mahnı oxuma, barmaq
oyunları, müzakirə, yaxud çalıĢmalarla əyləndirir. Belə fəaliyyət növləri
təbiətləri etibarilə izahedici çöl oyunları ilə və fəallıq mərkəzlərindəki
oyunlarla əkslik təĢkil edir. müəllimlər bunun üçün lazım olan vaxtı
formal Ģəkildə planlaĢdırırlar. VaxtaĢırı olaraq, bu, nəzərdən keçirilən
müddət ərzində müəllimin təqdim etdiyi əĢyalar ilə tematik tədris planı
arasındakı əlaqəyə əsaslanır. Tematik planda müəllimlər bir-birilə bağlı
olan fəaliyyət növlərini və spesifik müddət üçün hansı təcrübənin
keçirilməsini planlaĢdırırlar (Tematik tədris planı 6-cı fəsildə ətraflı
Ģəkildə nəzərdən keçirilmiĢdir).
ĠnkiĢaf baxımından yerində sayan və xüsusi ehtiyaclı uĢaqlar
onlara yardım göstərən yaĢlılarla qurduqları müsbət əlaqələrə görə
öyrədici təlimdən daha yaxĢı istifadə edirlər. Ancaq elə uĢaqlar da vardır
ki, onlar üçün bu tipli təlimatlı fəaliyyətlər problemlər yaradır: onlar,
məsələn diqqətlərini qrupun üzərində cəmləĢdirə bilmir, yaxud onlar
qulaq asma və eĢitdiklərindən fayda götürmə vərdiĢlərini kifayət qədər
inkiĢaf etdirə bilmirlər.
Xüsusi ehtiyaclı uĢaqlar ən müxtəlif üsullarla təqdim edilən
təlimatı və mürəkkəb quruluĢlu oyunların keçirilməsini arzulayırlar.
UĢaqların qrupun içində təqdim edilən məlumatı anlaya bilmək
bacarığını aydınlaĢdırmaq üçün daimi müĢahidə aparmaq lazımdır. UĢaq
sinifdə oturduğu yerin yaxĢı olmasından da, necə deyərlər, faydalana,
qrup üçün ayrılan mövzunun üzərinə diqqətini yönəltmək üçün vizual
mövqedən də istifadə edə bilər.
Bəzi inkiĢaf baxımından yerində sayan və xüsusi təlim
ehtiyatlarına malik olan uĢaqlar digər uĢaqların kifayət qədər spontan
133
Ģəkildə yiyələndikləri bacarıq və vərdiĢlərə həsədlə baxırlar. Məsələn,
ümumən müəyyən yaĢ həddinə çatan uĢaqlar hər hansı mövzunu
qavramaqla əlaqədar heç bir çətinlik qarĢısında durmasalar da, digər
anlama məhdudiyyətinə malik uĢaqlar bu sahədə məhz təlimata
möhtacdırlar. UĢaqdan «mənə almanı göstər» soruĢduqda, o, sualın tələb
etdiyi adekvat cavab üzrə modelləĢdirmə aparır və o, bunun üçün
barmağından istifadə edir. Bu üsulla uĢaq nəyisə göstərmiəyin qeyri-
verbal vasitələrinə yiyələnir.
Fəallın mərkəzlərində müəllimlər bəzi uĢaqların ehtiyac
duyduqları xüsusi vərdiĢlərin aĢılanmasını sınaqdan keçirirlər. Onlar
tez-tez müəllimin davranıĢını təqlid edir. buna görə də, onlar üçün
nəyisə öyrənmək imkanları geniĢ məzmun daĢıyır. Oyunun qaydalarına
bələd olan uĢağı nəyəsə məcbur etmək olmaz. Oyun məzəli və
funksional səciyyə daĢımalıdır.
Mərkəzdə həyata keçirilən fəaliyyət zamanı müəllimlərin nəyisə
öyrətməsi də öz növbəsində uĢağı müxtəlif kontekstlərdə yeni
vərdiĢlərdən funksional istifadəyə həvəsləndirir. Bütün bunlar, məsələn
kitabdakı Ģəklə iĢarə etməklə, dostuna təzə aldığı ayaqqabısını göstərib,
yeni vərdiĢləri ən müxtəlif kontekstlərdə nümayiĢ etdirməklə həyata
keçir.
Naturalistik öyrətmə strategiyalarının işlənməsi
Müəllimlər naturalistik öyrətmə strategiyalarıdan istifadə etdikləri
zaman, onlar uĢağa yeni vərdiĢləri inkiĢaf etdirmək və əvvəooəp
qazandıqları vərdiĢləri təcrübədən keçirməkdə kömək edirlər.
Müəllimlər təbii öyrətmə strategiyalarından uĢaqlar üçün stimul yaradan
gündəlik hadisə və fəaliyyətlərin kontekstində istifadə edirlər. AĢağıda
verilənlər əhəmiyyətli təbii öyrətmə strategiyalarına misal ola bilər:
ModelləĢdirmə yaĢlı Ģəxslərdə uĢağın xüsusi obyekt, yaxud
hadisə üzərinə diqqətinin cəmləĢdiyi zaman lazım olan sözü, yaxud
sözləri iĢlətməyi tələb edir. Məsələn, uĢaq yaĢlı Ģəxsə içində köpük olan
qabı uzadırsa, yaĢlı Ģəxs «aç» sözünü deməli, yaxud onu
modelləĢdirməlidir. Buna müvafiq olaraq, uĢaq oyun vaxtı bu
kontekstdə istiqamətlənir, yaĢlı Ģəxs uĢağın maraq dairəsində hərəkət
edir.
GeniĢləndirmə uĢağın artıq etmiĢ olduğu, yaxud sözlə ifadə
etdiyi Ģeyə məlumatın əlavə edilməsidir. UĢaq yaĢlı Ģəxsə sabun köpüyü
qabını uzadır və deyirsə ki, «aç», yaĢlı Ģəxs deməlidir «yaxĢı. açıram».
Paralel danıĢıqdan istifadə zamanı yaĢlı Ģəxs uĢağın icra etməkdə olduğu
Dostları ilə paylaş: |