Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   86

 
 
93 
Biznes-plan təbii bir haldır, çünki müəssisənin iqtisa-
di fəaliyyətinin ən əsas məqsədi ilə, yəni maksimum mən-
fəət əldə edilməsi ilə bilavasitə əlaqədardır.  Bu növ plan-
laşdırmanın strateji planlaşdırmadan fərqi ondan  ibarətdir 
ki, o, daha qısa müddət üçün tərtib edilir və  həmin müd-
dətdə mənfəət əldə etməyə, yaxud da onun mövcud səviy-
yəsinin  artırılmasına  xidmət  edir.  Lakin  bu  plana  yalnız 
mənfəət  əldə  edilməsini  təmin  edən  birdəfəlik  akt  kimi 
baxmaq olmaz, çünki: 
-
 
birincisi, bu plan müəssisənin məqsəd və vəzifələri-
ni, fəaliyyətinin ardıcıllığını və inkişaf perspektivlərini əks 
etdirən bir sənəddir
-
 
ikincisi, bu plan bir növ universal xarakter daşıyır, 
yəni  onun  iqtisadi  məzmunundan  və  tətbiqi  sahəsindən 
asılı  olmayaraq,  sahibkarlıq  fəaliyyətinin  bütün  formaları 
üçün  xasdır  və  müəssisənin  fəaliyyətini  qiymətləndirmək 
üçün əsas təşkil edir
-
 
üçüncüsü, bu plan müəssisənin hər hansı bir layihə-
sini müəyyənləşdirmək istəyən banklar və investorlar üçün 
zəruridir. Deməli, biznes-plan müəssisəsinin həyata keçir-
mək  istədiyi  layihəni  elə  əks  etdirməlidir  ki,  o  iqtisadi 
əməkdaşlıq sahəsində gələcəkdə tərəflər arasında aparılan 
danışıqlar  prosesində  işin  müvəffəqiyyətliyini  əsaslandıra 
bilən tutarlı dəlil olsun; 
-
 
dördüncüsü, bu plan səmərəli təsərrüfatçılıq imkan-
larını  əks  etdirir.  Belə  ki,  biznes-plan  əsasında  müəs-
sisənin  bütün  iqtisadi  ehtiyatlarının,  o  cümlədən  maliyyə 
vasitələrinin səmərəli istifadə dərəcəsini ifadə edən xərclər 
və  gəlirlərin  müqayisəli  təhlili  durur.  Başqa  sözlə,  müəs-
sisənin biznes-planı elə işlənib hazırlanmalıdır ki, o kənar-
dan  cəlb  ediləcək  maliyyə  vasitələrinin  məqsədyönlü  isti-


 
 
94 
fadəsinə,  müəssisənin  səmərəli  istehsal-təsərrüfat  fəaliy-
yətinə  və  mənfəətin  əldə  edilməsinə  (özü  də  maksimum 
dərəcədə) təminat vermək olsun
-
 
nəhayət,  beşincisi,  bu  plan  layihənin  icrasının  kadr 
təminatı  ilə  bağlı  məsələləri,  məsələn,  işçilərin  cəlb  edil-
məsi, onların hazırlanması, ixtisasların artırılması, yenidən 
hazırlanması və s. əks etdirir. 
Biznes-planın  tərtibində  ümumi  məqsəd  istehsal  sa-
hibkarlığı üçün maliyyə mənbəyi tapmaq, investorları biz-
nes fəaliyyətinə şirnikləndirməkdir.  
Biznes-planlar  tərtib  olunarkən  aşağıdakı  şərtlərə 
əməl edilir: 
- biznes–plan çox yığcam, sadə, tez dərk oluna bilən 
tərzdə peşəkarlıqla tərtib olunmalıdır; 
- biznes–planın investorlar üçün cazibədar və anlaşıqlı 
olması məqsədilə o, bölmələr üzrə işlənib hazırlanmalıdır; 
-  biznes–plan  özünün  obyektiv  qiymətini  almalı  və 
bunun üçün o, sahibkarlıqla məşğul olacaq kollektivin hər 
biri  tərəfindən  öyrənilməlidir,  auditor  xidmətindən  də 
istifadə etmək və onun rəyini də bilmək vacibdir
-
 
biznes-plan  potensial  investora  ilkin  variantda 
təqdim  edilməli  və  əgər  planın  onda  maraq  doğruluğuna 
inam yaranırsa, yalnız bu halda – planın məxfi saxlanılan 
cəhətləri də aşkarlanır və onun müfəssəl variantı sərmayə-
çiyə təqdim olunur. 
Biznes-planın  qarşısında  konkret  şəraitdən  asılı  ola-
raq, aşağıdakı vəzifələr qoyulur: a) reallaşdırılacaq layihə-
nin məqsədəuyğunluğunu iqtisadi cəhətdən əsaslandırmaq; 
b)  xərclər  ilə  əldə  ediləcək  gəlirlərin  müqayisəli  təhlili 
əsasında  gözlənilən  iqtisadi-maliyyə  nəticələrini  araşdır-
maq; c) yerinə yetiriləcək məqsəd və vəzifələrin xarakteri-


 
 
95 
nə və təyinatına uyğun olaraq, maliyyə mənbələrini və on-
ların ödənilməsi şərtlərini müəyyənləşdirmək; v) layihənin 
reallaşdırılması  üçün  kadr  sahəsində  müəssisənin  imkan-
larını    və  ehtiyatlarını,  yerinə  yetiriləcək  məqsəd  və  və-
zifələrin əsas istiqamətlərini əsaslandırmaq və s.  
Müəssisədə  biznes-plan  müəyyən  tələblərə  uyğun 
olaraq  işlənib  hazırlanır  və  əsasən  aşağıdakı  bölmələrdən 
ibarət olur: 
-
 
həyata  keçiriləcək  layihənin  məqsəd  və  vəzifələri 
bölməsi; 
-
 
xülasə bölməsi; 
-
 
sahibkar tərəfindən istehlakçıya təklif edilən məh-
sulun və yaxud xidmətin xarakteri bölməsi
-
 
tələbin, satış bazarının və həcminin təhlili və qiy-
mətləndirilməsi bölməsi; 
-
 
texniki-təşkilati tədbirlər bölməsi
-
 
layihənin ehtimal təminat bölməsi
-
 
layihənin səmərəlilik bölməsi
Göstərilən bölmələr aşağıdakılarla bağlıdır. 
1.
 
Həyata  keçiriləcək  layihənin  məqsəd  və  vəzifələri 
bölməsi–özündə  aşağıdakı  məlumatları  əks  etdirir:  əldə 
ediləcək  mənfəətin  səviyyəsini;  layihənin  həyata  keçiril-
məsi  nəticəsində  əhalinin  gündəlik  tələbatlarının  ödənil-
məsi  imkanlarını;  məhsul  qıtlığının  aradan  qaldırılmasını; 
ekoloji  mühitin  yaxşılaşdırılmasını;  müəssisənin  kadr  ya-
radıcılığı  potensialının  inkişafını;  iqtisadi-işgüzar  əlaqələ-
rin dinamikasını; iqtisadi imkanların təbliğini və s. Bu böl-
məni işləyib hazırlayan zaman həyata keçiriləcək bu və ya 
digər məqsəd və vəzifələrin iqtisadi səmərəliliyi müəyyən-
ləşdirilir. 


 
 
96 
2.
 
Xülasə  bölməsi  –  layihənin  əsas  ideyalarının  və 
məzmunun qısa şərhindən ibarətdir və bundan sonrakı böl-
mələrin  ümumi  nəticələrini  özündə  əks  etdirir.  Bu  bölmə 
daha dəqiq  və  məsuliyyətli işlənib hazırlanmalıdır, çünki 
investorlar  həmin  bölmə  ilə  ətraflı  tanış  olduqdan  sonra 
investisiya qoyuluşu  və  əməkdaşlıq haqqında  qərar  qəbul 
edirlər.  Bu  bölmədə  aşağıdakılar  göstərilir:  layihənin  qısa 
məzmunu  və  son  məqsədi;  istehsal  estetikası  və  onun  di-
gər  layihələrdən  fərqli  xüsusiyyətləri;  qarşıya  qoyulmuş 
məqsəd və vəzifələrə nail olmağın yolları; layihənin həya-
ta keçirilməsi müddətləri; layihənin həyata keçirilməsi ilə 
əlaqədar  olan  xərclərin  həcmi  və  onların  maliyyələşdiril-
məsi  mənbələri;  məqsəd  və  vəzifələrin  yerinə  yetirilməsi 
nəticəsində  əldə  ediləcək  səmərə,  mənfəət  və  digər  növ 
gəlirlərdən istifadə istiqamətləri. 
3.
 
Sahibkar tərəfindən istehlakçıya təklif  edilən məh-
sulun və yaxud xidmətin xarakteri bölməsi – özündə aşağı-
dakıları  əks  etdirir:  yeni  məhsulun  (şin,  xidmətin)  ödəyə-
cəyi tələbatların sferası; həmin tələbatları ödəmək üçün is-
tehlakçılara təklif edilən mövcud məhsullardan yeni məh-
sulun  üstünlükləri;  yeni  məhsul  növlərinin  realizəsi  üçün 
nəzərdə  tutulmuş  qiymət;  həmin  məhsulun  realizəsindən 
əldə ediləcək mənfəətin məbləği və norması, yəni istehsa-
lın rentabellik səviyyəsi və s.  
4.
 
Tələbin,  satış  bazarının  və  həcminin  təhlili  və  qiy-
mətləndirilməsi  bölməsi    sahibkarlıq  fəaliyyətinin  qarşı-
sında duran məqsəd və vəzifələrlə əlaqədar olan layihənin 
həyata keçirilməsinin təsiri altında formalaşır. Bu bölmədə 
aşağıdakılar öz əksini tapır: yeni məhsulların (xidmətlərin) 
əsas  istehlakçıları;  satışın  hazırkı  və  perspektiv  həcmi; 
məhsulun satış qiyməti və onun gələcəkdə aşağı salınması 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə