Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   86

 
 
84 
porsionallığını  təmin  edir,  intensivləşdirmə  əsasında  icti-
mai istehsalın effektivliyinin artmasına səbəb olur. Hazır-
da  uzunmüddətli  planlaşdırma  funksiyasını  strateji  plan-
laşdırma yerinə yetirir. 
Qısamüddətli planlaşdırma–uzunmüddətli plan tapşı-
rıqlarına əsasən müvafiq il üçün plan tapşırıqlarını müəy-
yənləşdirir. Hazırda  müəssisənin qısamüddətli planı funk-
siyasını biznes – plan yerinə yetirir. 
Operativ  planlaşdırma  –  ümumi  plan  tapşırıqlarının 
iş yerlərinə (icraçıya) çatdırılmasına imkan verən planlaş-
dırma iş növüdür. O, indi də öz funksiyasını saxlayır. 
“Müəssisələr  haqqında”  Azərbaycan  Respublikası 
Qanunun 32–ci maddəsində [2] deyilir: “Müəssisə istehsal 
etdiyi  məhsula,  gördüyü  işlərə,  göstərilən  xidmətlərə  tə-
ləbatı,  habelə  istehsalat  və  sosial  inkişafını  təmin  etmək, 
onun işçilərinin şəxsi gəlirlərinin yüksəldilməsi zəruriliyi-
ni  nəzərə  alaraq  öz  fəaliyyətini  müstəqil  planlaşdırır  və 
inkişafının perspektivlərini müəyyən edir”. 
Hər  bir  sahə  və  müəssisənin  yaxın  və  uzaq  gələcək 
üçün  imkanlarının  əvvəlcədən  müəyyən  edilməsi–proq-
nozlaşdırılması – bazar iqtisadiyyatına keçidlə əlaqədar di-
rektiv planlaşdırma dövrünə nisbətən nəinki öz əhəmiyyə-
tini itirir, tamamilə əksinə, daha da aktual olur. Yeni şərait 
direktiv  planlaşdırmanın  indikativ  istiqamətləndirici  məs-
ləhət–planlaşdırma ilə əvəz olunması zərurətini yaradır.  
İndikativ  planlaşdırma  bir  neçə  strateji,  tənzimləyici, 
təchizedici (korrektə), məlumatverici funksiyaları icra edir. 
Strateji  funksiya  əsasən,  sosial  –  iqtisadi  inkişafın 
uzunmüddətli  planlar  proqnozlaşdırılmasından  ibarətdir. 
Bundan  əlavə  makro  səviyyədə  inkişaf  proporsiyalarının, 
plan  dövrü  üçün  inkişafı  çox  vacib  olan  sahələrin  müəy-


 
 
85 
yən  edilməsi  və  bir  də  bazar  mexanizminin  normal  işinin 
təmin edə biləcək iqtisadi şəraitin formalaşdırılması da in-
diakativ  planlaşdırmanın  strateji  funksiyasının  tərkib  his-
səsini təşkil edirlər. Bütün bunlar  isə  öz növbəsində  uzun 
müddətli proqnozlar vasitəsilə həyata keçirilir. 
Strateji  planlaşdırma  müəssisə  üçün  ali  səviyyədən 
olan fəaliyyətdir və əksər hallarda istehsalın inkişafının tə-
min  olunmasına  və  mənfəətin  artırılmasına  xidmət  edir. 
Strateji  planlaşdırma  –  istehsal  sahəsində  müəssisənin 
məqsədi, onun potensial imkanları arasında strateji uyğun-
luğun yaradılmasının və qorunub saxlanmasının idarə edil-
məsi prosesidir. O, müəssisənin istehsal proqramının məq-
səd və vəzifələrinə, “sifariş portfelinin” və istehsalın inki-
şaf strategiyasına istinad edir.  
Strateji planlaşdırmanın dörd mərhələsini: 1). müəssi-
sə  proqramının  işlənib  hazırlanması;  2).  müəssisənin  məq-
səd  və  vəzifələrinin  müəyyənləşdirilməsi;  3).  sifariş  port-
felinin  tərtib  edilməsi;  4).  müəssisənin  yüksəliş  strategi-
yasının işlənib hazırlanması mərhələlərini fərqləndirirlər. 
1.  Müəssisənin  proqramı  –  müəyyən  dövr  ərzində 
onun həyata keçirəcəyi işləri, məqsəd və vəzifələri özündə 
əks etdirirLakin vaxt keçdikcə, istehsal təkmilləşdikcə və 
yeni  əlverişli  bazarlar  meydana  çıxdıqca  müəssisənin 
məqsəd və vəzifələri də dəyişir. Belə bir hal strateji plan-
laşdırmanın daim təkmilləşdirilməsini və ona yenidən ba-
xılmasını  tələb  edir.  Çünki  müəssisələrə  bu  və  ya  digər 
əmtəələrin yalnız istehsalçısı kimi deyil, həmçinin  müştə-
ri ehtiyaclarının və tələblərinin ödəyicisi kimi də baxmaq 
lazımdır. Bu onunla izah edilir ki, əmtəələr və texnologiya 
əvvəl – axır vaxt keçdikcə köhnəlir, bazarın ehtiyacları və 


 
 
86 
tələbləri  isə  dəyişməz  qala  bilər.  Odur  ki,  müəssisənin 
proqramı bazar yönümlü işlənib hazırlanmalıdır. 
2.  Müəssisənin  məqsəd  və  vəzifələri  –  onun  proqra-
mının  əsasında  müəyyənləşdirilir.  Burada  əsas  məqsəd  –
müəssisənin  mənfəətinin  artımını  təmin  etməkdən  ibarət-
dir. Bunun üçün mövcud əmtəələrin satışını artırmaq, carı 
xərcləri  azaltmaq  və  ya  bunların  hər  ikisinə  birlikdə  nail 
olmaqla  çoxaltmaq  mümkündür.  Satışın  həcmini  daxili 
bazarın  böyük  bir  hissəsini  ələ  keçirməklə  və  yaxud  da 
yeni xarici bazarlara çıxmaqla artırmaq olar. Daxili bazar-
larda öz payını,  yəni satışın həcmini artırmaq üçün müəs-
sisə  istehsal  etdiyi  əmtəələri  daima  yaxşılaşdırmalı  və 
daha  güclü  stimullar  yaratmaqla  məşğul  olmalıdır.  Yeni 
xarici bazarlara çıxmaq üçün o, rəqabət qabiliyyətli məh-
sullar istehsal etməyi bacarmalıdır. 
3. “Sifariş portfeli”-nin (buna bəzən “təsərrüfat çan-
tası” da deyilir) inkişaf planıstrateji planlaşdırmanın əsas 
mərhələsi  hesab  edilir.  Çünki  müəssisənin  əsas  məqsədi 
məhsul  istehsal edərək satmaq və mənfəət əldə etməkdir. 
Müəssisənin  “sifariş  portfeli”-ni  müəyyənləşdirərkən  ba-
zarın  həcmi,  onun  artım  tempi,  buradan  əldə  ediləcək 
mənfəətin  məbləği,  rəqabətin  gərginliyi,  işgüzar  fəallığın 
mövcudluğu, mövsümlüyü və əmtəə vahidin maya dəyəri-
nin aşağı salınması imkanları nəzərə alınır.  
Müəssisənin inkişaf planı müəyyən bölmələr əsasın-
da qurulur. Bu planın bölmələri arasında məhsulun isteh-
salı  və  reallaşdırılması  (istehsal  proqramı)  bölmənin  özü-
nəməxsus yeri və əhəmiyyəti vardır. Bu onunla izah edilir 
ki, yalnız bu bölmə müəssisənin plan dövründəki fəaliyyət 
məqsədini  özündə  təsbit  edir.  Planın  qalan  bölmələrinə 
gəlincə, əslində onlar məqsədə çatmaq vasitələridirlər, on-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə