Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   86

 
 
71 
Yeni qanunda və Dövlət Proqramında ilk dəfə olaraq 
özəlləşdiriləcək  müəssisə  və  obyektlərin  tam  təsnifatı 
verilib  və  özəlləşdirilməsi  qadağan  olunan  müəssisə  və 
obyektlərin  siyahısı  göstərilib.  Qanunda  özəlləşdirmənin 
ikinci  mərhələsində  yeddi  üsulu  göstərilir  ki,  hansı  ki 
onlardan üçü birinci Dövlət Proqramını həyata keçirdikdə 
istifadə  olunmayıb.  Bunlar  fərdi  layihələr  üzrə  müəssisə-
lərin özəlləşdirilməsi, ixtisaslaşdırılmış pul hərracları vasi-
təsilə  dövlət  əmlakının  satışı  və  dövlət  müəssisələrinin 
müflis elan olunması yolu ilə əmlakın satılması üsullarıdır. 
Digər dörd üsul əvvəllər də tətbiq edilmişdir. 
Bundan başqa, yeni qanunda və Dövlət Proqramında 
kiçik  müəssisələrin  özəlləşdirilməsinin  əvvəlki  illərdən 
fərqi  göstərilmişdir.  Əvvəla,  yeni  qəbul  edilmiş  qanun  və 
Dövlət Proqramı mövcud iqtisadi reallığı daha dolğun əks 
etdirməklə  respublikamızda  həyata  keçirilən  islahatlarla 
vəhdət  təşkil  edir;  ikincisi,  yeni  qanun  və  Dövlət  Proqra-
mında  kiçik  müəssisələrin  ölçü  meyarı  dəyişdirilmişdir. 
Məsələn, sənayedə, tikintidə, nəqliyyatda və rabitədə işçi-
lərin sayı 50 nəfərədək olduqda, ticarət və xidmət sahələ-
rində  isə  25  nəfərədək  olduqda  həmin  müəssisələr  kiçik 
müəssisələr hesab edilirlər; üçüncüsü, yeni qanun və Döv-
lət  Proqramında  kiçik  müəssisələrin  özəlləşdirilməsi  qay-
dalarında  bir  sıra  yeniliklər  vardır.  Belə  ki,  hazırda 
Nizamnamə  kapitalının  15  faizinin  əmək  kollektivinə  gü-
zəştli satışı nəzərdə tutulmuşdur, daha doğrusu özəlləşdir-
mə paylarına (çeklərinə) dəyişdirilib. Nizamnamə kapitalı-
nın qalan 85 faizi isə, əmək kollektivi hərracın qalibi olar-
sa, aşağıdakı qaydada satılır: a) 30 faizi hərrac keçirildik-
dən  sonra  5  bank  günü  ərzində  ödənilir;  b)  30  faizi  əmək 
kollektivinə  bağışlanılır;  c)  yerdə  qalan  40  faizi  isə  iki  il 


 
 
72 
müddətində  bağlanan  alqı-satqı  müqavilələrinin  şərtləri 
çərçivəsində ödənilir. 
Deyilənlərdən  aydın  olur  ki,  yeni  qanun  və  Dövlət 
Proqramında  əvvəlki  Dövlət  Proqramına  nisbətən  əsas 
fərq  çeklərin  güzəştli  satışdadır.  Belə  ki,  əvvəlki  Dövlət 
Proqramında  əmək  kollektivi  üçün  nəzərdə  tutulmuş 
Nizamnamə  kapitalının  15  faizinin  çeklərə  dəyişdirilmə-
sinin mexanizmi başqa idi, yəni həmin çeklərin sayı özəl-
ləşdirmə  payının  bazar  qiyməti  əsasında  müəyyənləşdiri-
lirdi. Bu da, əvvəla, güzəştli satışın keçirildiyi dövrdə çek-
lərin qiymətlərinin artıb-azalması ilə bağlı müəyyən çətin-
liklər  yaradırdı;  ikincisi,  çeklərin  bazar  qiymətləri  əsasın-
da müəyyənləşdirilməsi bir növ respublikamızda qiymətli 
kağızlar  bazarı  tam  formalaşmadığı  üçün  süni  istifadə 
hallarına  müəyyən  qədər  imkan  yaradırdı.  Bu  baxımdan, 
yeni qanun və Dövlət Proqramında daha təkmil mexanizm 
öz  əksini  tapıb,  yəni  əmək  kollektivinin  hər  bir  üzvü  bir 
pay təqdim edir və həmin payı təqdim etməklə kollektivin 
üzvlərinin əldə edəcəyi nizamnamə kapitalının 15 faiz his-
səsinin  proporsional  payına  yiyələnmiş  olur.  Təbii  ki, 
əmək  kollektivinin  hər  hansı  üzvü  həmin  güzəştli  satışda 
iştirak etmirsə, onda bu hissə digər satış forması ilə özəl-
ləşdirilir. 
Yeni  qanun  və  Dövlət  Proqramı  ilə  əvvəlki  Dövlət 
Proqramı  arasındakı  əsas  fərqlərdən  biri  hərracların  keçi-
rilməsi  mexanizmidir.  Məlum  olduğu  kimi,  respublika-
mızda  əmlakın,  müəssisələrin  qiymətləndirilməsi  metodi-
kası vardır, lakin onlar dünya təcrübəsində olduğundan bir 
qədər  fərqlənirdi,  yəni  köhnə  sovet  mühasibat  sisteminə 
əsaslanırdı  və  ona  görə  də  həmin  sistemin  təkmilləşdiril-
məsinə  zərurət  var  idi.  O  qayda  ilə  əmlak  qiymətləndiril-
dikdə,  əsasən,  mülkün  dəyəri  bəzən  mövcud  reallığa, 


 
 
73 
bazar konyukturuna uyğun gəlmirdi. Başqa sözlə, həddin-
dən  çox  yüksək  olurdu.  Düzdür,  bizdə  daşınmaz  əmlakın 
bazarı  mövcud  deyil,  amma  qeyri-rəsmi  olaraq  belə  bir 
bazar var və orada tələb və təklifdən asılı olaraq müəyyən 
qiymət  həddi  müəyyənləşdirilir.  Belə  olan  halda,  Dövlət 
Əmlak Nazirliyi hər hansı bir obyekti satışa çıxaranda alı-
cılar ilk növbədə onun qiymətini bazar qiyməti ilə müqa-
yisə  edirlər  və  müəyyən  nəticəyə  gəlirlər.  Bu  da  bir  çox 
hallarda  keçmiş  Dövlət  Proqramında  kifayət  qədər  çevik 
mexanizmin olmadığı üçün bir sıra obyektlərin satılmamış 
qalmasına səbəb olurdu.  
İlkin hesablamalara görə, kiçik özəlləşdirmədə təqri-
bən  6000-dən  çox  kiçik  müəssisələr  özəlləşdirilməmişdir, 
yəni  satın  alınmamışdır.  Bunun  əsas  səbəblərdən  biri, 
qeyd  etdiyimiz  kimi,  obyektlərin  qiymətlərinin  mövcud 
bazar konyukturundan fərqlənməsi idi. Yəni Dövlət Proq-
ramı işlənib hazırlanarkən göstərilən qüsurlar nəzərə alın-
mışdır. Belə  ki, indi  müəssisə  qiymətləndirildikdən sonra 
hərraca  çıxarılır,  əgər  ilk  iki  hərracda  həmin  müəssisə 
satılmırsa, növbəti hərraclarda onun qiyməti aşağı salınır. 
Məsələn,  hazırda  hərraca  çıxarılmış  müəssisənin 
qiyməti  üçüncü  hərracda  10  faiz,  dördüncü  hərracda  25 
faiz  və  beşinci  hərracda  isə  50  faiz  aşağı  salınır.  Nəticə 
etibarı ilə bu, obyektə alıcı marağının yaradılmasına şərait 
yaradır. Əgər müəssisə  göstərilən qaydada satmazsa, onda 
həmin müəssisə müflis elan olunur. Bu halda dünya təcrü-
bəsində  qəbul  edilmiş  başqa  bir  satış  forması  tətbiq  edilir 
ki, bu da müəssisələrin müflis elan olunması yolu ilə satıl-
masıdır. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə