Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   86

 
 
97 
imkanları;  istehlakçılara  əlavə  güzəştlərin  edilməsi  müm-
künlüyü;  satışdan sonrakı xidmətlərin növləri və qaydası; 
müəssisənin  bazardakı  rəqibləri  və  onların  məhsullarının 
xüsusiyyətləri, keyfiyyəti və satış qiymətləri. 
5.
 
Texniki-təşkilati tədbirlər bölməsi – sahibkarın özü-
nün bu və ya digər məqsəd və vəzifələr üçün işlənib hazır-
lanmış layihənin  həyata keçirilməsi yollarını müəyyən et-
mək  üçün  lazımdır.  Bu  bölmədə  aşağıdakılar  göstərilir: 
mövcud  istehsal  gücünün  artırılması  və  ya  yeni  istehsal 
gücünün  işə  salınması  üzrə  tədbirlər;  istehsalın  optimal 
həcmini təmin etmək üçün zəruri  olan investisiyanın həc-
mi; müəssisənin maddi enerji və digər növ ehtiyatlarla tə-
min  olunması  imkanları;  istifadə  olunacaq  texnologiya, 
texnika, kadrlar haqqında məlumatlar.  
6.
 
Layihənin ehtiyat təminat bölməsi – sahibkarlıq fəa-
liyyətinin qarşısında qoyulan məqsəd və vəzifələrin həyata 
keçirilməsi  üçün  lazım  olan  ehtiyatların  növləri,  həcmi, 
əldə edilməsi mənbələri və üsulları haqqında məlumatları 
özündə əks etdirir. Müəssisənin qarşısında qoyulmuş məq-
səd və vəzifələrin həyata keçirilməsi üçün lazım olan ehti-
yatlar içərisində maliyyə ehtiyatları əsas təşkil edir. Odur 
ki,  bu  bölməni  tərtib  edərkən,  əsasən,  maliyyə  ehtiyatları 
ilə  bağlı  olan  məsələlər,  yəni  investisiya  qoyuluşlarının 
ümumi  məbləği,  maliyyələşdirilməsi  mənbələri  (istiqraz 
buraxılışı, səhm satışı, kreditlər, layihə sahibkarlarının öz 
vəsaitləri və s.) öz əksini tapır. Bununla belə, həmin məq-
səd və vəzifələrin həyata keçirilməsi üçün lazım olan digər 
ehtiyatlar  (məsələn,  xammal  və  materiallar,  yanacaq-
enerji, bina və qurğular, nəqliyyat vasitələri və s.) və əmək 
ehtiyatları haqqında məlumatlar da bu bölmədə göstərilir. 


 
 
98 
7.
 
Layihənin  səmərəlilik  bölməsi  –  özündə  layihənin 
rentabelliyi  və  həmin  layihənin  həyata  keçirilməsi  nəticə-
sində  əldə  ediləcək  mənfəətin,  gəlirin  məbləği  haqqında 
məlumatları  özündə  əks  etdirir.  Onlara  aiddir:  məhsulun 
istehsalı  və  satışı  həcmi;  məhsulun  satışından  əldə  edilə-
cək  mənfəətin  məbləği;  mənfəətdən  ödəniləcək  vergilərin 
həcmi; vergi verildikdən sonra  müəssisənin sərəncamında 
qalacaq mənfəətin məbləği və s.  
 
4.5. Müəssisənin istehsal proqramı və onun 
göstəriciləri 
 
Planlaşdırmadan  bəhs  olunarkən,  hər  şeydən  əvvəl, 
bir  məsələyə  mütləq  aydınlıq  gətirilməlidir  –  plan,  proq-
ram və proqnozun vəhdəti və fərqləri şərh olunmalıdır. 
Bazar  münasibətləri  şəraitində  işləyən  ölkələrdə  nə-
zərdə  tutulan  təsərrüfat  tədbirlərinin  vacibliyi  və  mürək-
kəbliyindən  asılı  olaraq  qısa,  orta,  uzun  dövrü  əhatə  edən 
və bir də fövqəladə proqramlar işlənib hazırlanır və həyata 
keçirilir. Proqram və plan arasındakı fərqi və vəhdəti bil-
mək üçün “proqram” anlayışının mahiyyətini bilmək kifa-
yətdir. Proqram – dövlət tərəfindən müəyyən dövr ərzində 
icrası nəzərdə tutulan təsərrüfat  tədbirləri üzrə məqsəd və 
vəzifələr  məcmusudur:  proqram  icrası  nəzərdə  tutulan 
iqtisadi inkişaf və sosial tərəqqi tədbirlərinin həyata keçi-
rilməsi  üçün  fəaliyyət  planıdır.  Plan  –  proqramda  öz  ək-
sini tapan tədbirlərin rəvan, bir qaydada realizə olunması 
məqsədilə  həyata  keçirilməsi  nəzərdə  tutulan  konkret  və 
kompleks  tədbirlər  sistemidir.  Göründüyü  kimi,  planla 
proqramın  vəhdəti  çox,  onların  fərqi  isə  azdır;  proqram  – 
məqsəd  və  vəzifələrdirsə,  plan  onların  yerinə  yetirilməsi 


 
 
99 
mexanizmidir,  daha  doğrusu,  proqramın  həyata  keçiril-
məsi üçün məqsədyönlü konkret tədbirlərin məcmusudur. 
Müəssisənin  istehsal  proqramı  onun  carı  ildə  müəy-
yən  nomenklaturda,  çeşiddə,  keyfiyyətdə  və  müddətdə 
məhsul  buraxılışının  həcmini  özündə  əks  etdirir.  Bazar 
iqtisadiyyatı şəraitində müəssisənin istehsal proqramı döv-
lət tapşırıqları, istehlakçıların  sifarişləri və təsərrüfat mü-
qavilələri  əsasında  işlənib  hazırlanır.  Məhsulun  nomenk-
laturası  natural ifadədə məhsulun qruplar, yarımqruplar 
və  vəziyyətlər  üzrə  planlaşdırmada  və  uçotda  qəbul 
edilmiş  sistemləşdirilmiş  adbaad  siyahısıdır.  Məhsulun 
çeşidi  məhsulun növ, tip, sort, ölçü, marka, artikul və s. 
üzrə tərkibini xarakterizə edir. Məhsulun keyfiyyəti  onun 
təyinatına  müvafiq  olaraq  müəyyən  şəxsi  və  istehsal  tə-
ləbatını ödəmək qabiliyyətini şərtləndirən xassələrin məc-
musudur. 
Müxtəlif  idarəetmə  səviyyələrində  istehsal  proqra-
mının  işlənib  hazırlanmasında  və  həyata  keçirilməsində 
məqsəd  –  ictimai  tələbatın  daha  dolğun  ödənilməsindən, 
mal göndərmə üzrə müəyyən olunmuş öhdəliklərin yerinə 
yetirilməsini təmin etməkdən, məhsulun keyfiyyətini mün-
təzəm  sürətdə  yaxşılaşdırmaqdan,  müəssisənin  mövcud 
resurslardan və istehsal potensialından (istehsal potensialı – 
müəssisənin  iqtisadi  gücünün  dəyərcə  və  maddi  –  əşyaca 
səciyyələndirilməsi, istehsal aparatının  müəyyən tərkibdə, 
texniki  səviyyədə,  keyfiyyətdə  və  maksimum  həcmdə 
məhsul istehsal etmək qabiliyyətini ifadə edir) daha  yaxşı 
istifadə olunmasından ibarətdir. 
Adətən,  müəssisələrdə  istehsal  proqramı  aşağıdakı 
ardıcıllıqla işlənib hazırlanır: ilk növbədə, müəssisələr ara-
sında  mal  göndərmə  barəsində  bağlanmış  müqavilələr, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə